Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-165/2025 01.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 İsgəndər oğlunun, Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16 2 saylı Sumqayıt Ərazi İdarəsinə, üçüncü şəxs X4 qarşı müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və üçüncü şəxslər Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16 2 saylı Sumqayıt Ərazi İdarəsinə, X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4q etdiyi xx.xx.2019-cu il tarixli 4Ə-1297 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması və X3 adına DƏDK və RPHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Dolxanova (Bayramova) Nuranə Vaqif qızı ilə rəsmi nikaha daxil olmuşdurlar. xx.xx.2001-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 5 saylı mənzili X5 almışdırlar. Arvadı Bayramova (Dolxanova) Nuranə ilə razılaşmalarına əsasən, alqı satqı müqaviləsi Bayramova (Dolxanova) Nuranə Vaqif qızı ilə X13 arasında bağlanmış və həmin müqavilə Sumqayıt şəhər 6 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2001-ci il tarixdə 4Ə-43 reyestr nömrə ilə reyestrə daxil edərək təsdiq etmişdir. Daha sonra həmin mənzilə dair Bayramova (Dolxanova) Nuranə Vaqif qızının adına xx.xx.2001-ci il tarixli 5476 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Onlar həmin mənzildə birgə yaşamışdırlar. 2016-cı ildən başlayaraq o, dolanışıq üçün pul qazanmaq məqsədi ilə Ukrayna Respublikasına gedibgəlmişdir. Orada pul qazanıb ailəsinə baxmışdır. Sonuncu dəfə may 2024-cü il tarixdə Azərbaycana, Sumqayıt şəhərinə, evinə qayıdan zaman arvadı Cavabdeh3 onu evə buraxmamış və aralarında olan nikahı pozmaq istədiyini bildirmişdir. O, qardaşının evində məskunlaşmağa məcbur olmuşdur. Bu müddət ərzində Nuranə ilə münasibət yaratmağa çalışsa da, mümkün olmamışdır. Nuranə bu yaxınlarda ona nikahlarının pozulması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Bundan sonra mənzilə dair kommunal borcların olub-olmaması ilə maraqlandığı zaman məlum olmuşdur ki, mənzili mənzil təsərrufat kontorunda X3 adına qeydiyyata alınmışdır. DƏDK və RPHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsinə verilmiş sorğuya cavabda göstərilmişdir ki, “ünvan 4q etdiyi xx.xx.2019-cu il tarixli 4Ə-1297 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən mənzil X3 adına qeydiyyata alınaraq, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil hal-hazırda X3 mülkiyyətindədir. Beləliklə görünən odur ki, (Bayramova) Cavabdeh3 birgə nikah dövründə birgə gəlirlər hesabına əldə etdikləri, ümumi mülkiyyətlərində olan mənzili, onun razılığı olmadan, ondan gizli qanunsuz yollarla öz bacısı Bayramova Nuranənin adına bağışlama müqaviləsi üsulu ilə rəsmiləşdirmişdir. Ona görə də həmin bağışlama müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilədən irəli gələn hüquqmüəyyənedici sənədlər ləğv edilməlidir. Dolxanova (Bayramova) Nuranə Vaqif qızı məqsədyönlü şəkildə qanunsuz hərəkətlərə yol verərək ümumi mülkiyyətlərində olan mənzili ondan gizli qaydada öz bacısının adına bağışlama üsulu ilə rəsmiləşdirmişdir. Notariat isə Nuranənin bu qanunsuz hərəkətlərini rəsmiləşdirmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh X2, maraqlı şəxslər Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mənzil mübahisəsinə dair” iddia ərizəsi üzrə e-2(060)-5087/2024 saylı mülki iş Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. İddia ərizəsinə əsasən ünvan 4q etdiyi xx.xx.2019-cu il tarixli 4Ə -1297 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması və X3 adına DƏDK və RPHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfındən qeydiyyata alınaraq, verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsinin əsaslandırıcı hissəsində aşağıdakılar qeyd edilmişdir. Cavabdeh Dolxanova (Bayramova) Nuranə Vaqif qızı ilə rəsmi nikaha daxil olublar. xx.xx.2001-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 5 saylı mənzili X6 alıblar . Arvadı Bayramova (Dolxanova) Nuranə ilə razılaşmalarına əsasən, alqı-satqı müqaviləsi Bayramova (Dolxanova) Nuranə Vaqif qızı ilə X13 arasında bağlanmış və həmin müqavilə Sumqayıt şəhər 6 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2001-ci il tarixdə 4Ə-43 reyestr nömrə ilə reyestrə daxil edərək təsdiq etmişdir. Daha sonra həmin mənzilə dair Bayramova (Dolxanova) Nuranə Vaqif qızının adına xx.xx.2001-ci il tarixli 5476 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Onlar həmin mənzildə birgə yaşayırlar. 2016-cı ildən başlayaraq o, dolanışıq üçün pul qazanmaq məqsədi ilə Ukrayna Respublikasına gedibgəlib. Orada pul qazanıb ailəsinə baxıb. Sonuncu dəfə may 2024-cü il tarixdə Azərbaycana, Sumqayıt şəhərinə, evinə qayıdan zaman arvadı Cavabdeh3 onun evə buraxmamış və aralarında olan nikahı pozmaq istədiyini bildirmişdir. O, qardaşının evində məskunlaşmağa məcbur olub. Bu müddət ərzində Nuranə ilə münasibət yaratmağa çalışsa da, mümkün olmamışdır. Nuranə bu yaxınlarda ona nikahın pozulması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Bundan sonra mənzilə dair kommunal borclarının olub-olmaması ilə maraqlandığını zaman məlum olmuşdur ki, mənzil təsərrüfat kontorunda X3 adına qeydiyyata alınmışdır. DƏDK və RPHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsinə verilmiş sorğuya cavabda göstərilmişdir ki, “ ünvan 4q etdiyi xx.xx.2019-cu il larixli 4Ə-İ297 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözü gedən mənzil X3 adına qeydiyyata alınaraq, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil hal-hazırda X3 mülkiyyətindədir. Beləliklə görünən odur ki, (Bayramova) Cavabdeh3 birgə nikah dövründə birgə gəlirlər hesabına əldə etdikləri, ümumi mülkiyyətlərində olan mənzili, onun razılığı olmadan, ondan gizli qanunsuz yollarla öz bacısı Bayramova Nuranənin adına bağışlama müqaviləsi üsulu ilə rəsmiləşdirmişdir. Ona görə də həmin bağışlama müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilədən irəli gələn hüquqmüəyyənedici sənədlər İəğv edilməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçı şəxs tərəfindən maraqlı şəxs Cavabdeh3 tərəfindən heç bir qanunsuz hərəkət edilməmişdir. 18 iyul 2019-cu il tarixdə etibarnamə verilmiş və həmin etibamamədə əmlaka dair sərəncam verilməsi səlahiyyəti göstərilmişdir. Bundan başqa bildirmək istəyir ki, bağışlanma müqaviləsi qanunvericiliyin tələbləri əsasında baş tutmuşdur. Bu səbəbdən iddiaçının mövqeyi tamamilə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, kommersiya mübahisələri üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilın müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 4.İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 İsgəndər oğlu bir neçə dəfə iddia tələbini dəqiqləşdirmiş və sonda məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, MPM-nin 53-cü maddəsini rəhbər tutaraq iddia ərizəsinin əsasında dəyişiklik etmək qərarına gəlib. Belə ki, ilk olaraq xahiş edir ki, işdə maraqlı şəxs kimi çıxış edən Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin və Cavabdeh3 işdə statuslarını dəyişdirilərək onlar cavabdeh qismində işə cəlb edilsin. Bundan başqa, iddiaçı özünün imzasının saxtalaşdırılmasına dair verdiyi vəsatət əsasında çıxarılmış ekspertizanın rəyi ilə razılaşmır, eyni zamanda ekspertiza idarəsinə etimadı olmadığına və digər alternativ ekspertizanın mövcud olmadığına görə, idarənin ekspertlərinin hərəkətlərini şübhə altına alaraq, ekspertiza prosesi üzrə nöbvəti prosessual hərəkətlərdən imtina edərək, iddia tələbində dəyişiklik etmək və aşağıda göstərilmiş qanun pozuntularına əsaslanaraq qoyulan tələbi müdafiə etmək qərarına gəlmişdir. İlk olaraq bildirir ki, işdə diqqət olunmalı məsələ, cavabdeh- Nuranənin iddiaçının bütün əmlakına aid şübhəli etibarnamə əldə etdikdən sonra, mübahisəsi gedən mənzilin iddiaçıya-təmsil olunana aid hissəsinin özünün bacısı Nərminəyə bağılanması prosesinin qanunun üç əsas tələbinin (müddüasının) pozulması ilə həyata keçirilməsidir. Həmin pozulmuş müddəalar: 1) MM-nin 359-cu maddəsi. Maddənin məzmununa görə əqd bağlanan zaman təmsilçinin deyil, təmsil olunanın üstün maraqları təmin olunmalıdır. Qanunun bu tələbi bağlanmış bağışlama müqaviləsi ilə birbaşa pozulmuşdur. Nuranə mülkiyyətçiyə məlumat vermədən onun əmlakını özünün bacısına bağışlamışdır. Bu da etibarnamə verənin (təmsil olunanın) əmlakının təmsilçi tərəfindən özü-özünə bağışlamaq kimi qiymətləndirilir. 2) MM-in 340-cı maddəsi. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görüntü üçün bağlanmış əqddir. Uydurma əqd etibarsızdır. Bağışlama müqaviləsi(əqdi) bağlanmış olsa da Nuranənin, niyyəti mənzili Nərminənin istifadəsinə təhvil vermək olmamışdır. Bağışlama müqaviləsi sadəcə görüntü üçün bağlanmışdır. Bu səbəbdən uydurma əqddir. 3) MM-n 666.1-ci maddəsi. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. MM-nin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Mənzilin Nərminəyə bağışlanması haqqında müqavilə bağlanmasından və çıxarış verilməsindən 6 il müddət keçməsinə baxmayaraq, Nərminə mənzilə köçməmiş, yəni həmin mənzilə naturada yiyələnməmiş, mənzili faktiki əldə etməmiş və mənzilə qeydiyyata düşməmişdir. Əvvəl olduğu kimi hazırda da mənzildən İddiaçının ailə üzvləri istifadə edir. Buna görə də qeyd olunan hər bir qanun pozuntusunu ayrı-ayrılıqda araşdırmaq, təhlil etmək və əsaslandırmaq zərurəti yaranır. Birincisi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 mart 2016-cı il tarixli Qərarına ( Q.İbadovun şikayəti) istinad edərək bildirir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsi ilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. MM-nin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O həmçinin kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstəriən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Belə olan halda nəzərə alınmalıdır ki, Nuranəyə etibarnamə verərkən E.Dolxanov (təmsil olunan) bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Nuranənin özünün maraqları daxilində deyil, E.Dolxanovun maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Lakin mübahisəyə baxdıqda görünür ki, E.Dolxanovun etibarnaməsi əsasında bağışlama müqaviləsi bağlanarkən göstərilən maddi hüquq normalarının tələblərinə riayət edilməmişdir. Bağışlama müqaviləsi haqqında İddiaçı 5 il ərzində məlumatlandırılmamışdır. İddiaçı bu bağışlama müqaviləsinin mövcudluğundan təsadüfən 2024-cü ildə xarici ölkədən qayıdarkən evə buraxılmadıqdan sonra 14 nömrəli MKS-dən verilən məlumatdan xəbər tutmuşdur. Əgər bağışlama müqaviləsi bağlananadək, yaxud dərhal sonra təmsilçi (Nuranə) təmsil olunana (Elgizə) müqavilə barədə məlumat vermiş olsaydı, təmsil olunan hədiyyəni dərhal geri götürmək səlahiyyətindən istifadə edə bilərdi. Bundan əlavə, göründüyü kimi hədiyyə alan (Nərminə) bugünədək hədiyyəyə faktiki sahiblənmədiyinə görə hədiyyəni qəbul etmiş hesab edilmir. MM-nin 669-cü maddəsinə əsasən nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. Bu əsasla həmin hədiyyəni hələ də İddiaçı geri götürmək səlahiyyəti mövcuddur. Xüsusən də nəzərə alınmalıdır ki, əslində Nuranənin hədiyyəni Nərminəyə vermək niyyəti olmamışdır. Bağışlama müqaviləsi yalnız görünüş üçün bağlanmışdır. Nərminə hədiyyəni naturada qəbul etməmişdir. İkincisi, Nuranənin (təmsilçinin) iddiaçının (təmsil olunanın) mənzildə olan payını özünün bacısına bağışlaması yolverilməzdir, çünki bu halda təmsilçi təmsil olunanın maraqları daxilində deyil, özünün maraqları daxilində hərəkət etmiş olur. Bağışlama müqaviləsi bağlandıqdan sonra mənzilin uzun müddət Nuranənin özünün istifadəsində qalması, təmsil olunanın və onun ailə üzvlərinin orada hələ də qeydiyyatda olması və orada yaşaması isə onu deməyə əsas verir ki, bağışlama müqaviləsi görünüş üçün, yəni təmsil olunanı aldatmaq üçün bağlanmışdır. Əslində burada təmsilçi –Nuranə təmsil olunan - Elgizin payını ələ keçirmək niyyətini güdür. Ona görə də həmin müqavilə uydurma əqddir. Uydurma əqd əhəmiyyətsiz əqddir (MM maddə 340). Üçüncüsü, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 07 mart 2016-cı il tarixli Qərarında göstərmişdir ki, mülki qanunvericilik eyni zamanda bağışlamanın etibarlılığının bir neçə məcburi şərtini də müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 668.1 və 668.1.3cü maddələri bağışlama müqaviləsinin etibarlılığını daşınar əşyaların bağışlanması zamanı hədiyyə verənin əşyanı (əmlakı) hədiyyə alana verməsi ilə şərtləndirir. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.2-ci maddəsi nəzərdə tutur ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Bir daha qeyd edirəm ki, mübhisənin hallarından şübhəsiz görünür ki, bağışlama müqaviləsi nəticəsində varlanması nəzərdə tutulmuş Nərminənin varlanma niyyəti ,yəni ona , guya,hədiyyə olunan mənzili qəbul etmək niyyəti olmamışdır, ona görə də faktiki olaraq mənzili naturada qəbul etməmişdir,həmin mənzilə yiyələnməmişdir. 2019-cu ildə bağışlanma müqaviləsi bağlandıqdan bu günədək əvvəlki mülkiyyətçilər həmin mənzildə fasiləsiz yaşayırlar və qeydiyyatdadırlar. Nərminə isə özünün Mingəçevir şəhərindəki mənzilində yaşayır. Beləliklə MM-nin 337.2, 337.2-3, 337.4, 340.1, 666.1, 668.1 və 668.1.3-cü maddələrinin tələblərinə görə hədiyyə alan Nərminənin ona bağışlanmış mənzilə sahib çıxmaq niyyəti olmadığına görə hədiyyəni qəbul etmək niyyəti olmadığına görə, Nuranənin isə özünün bacısına bağışladığı mənzili əslində ona təhvil vermək niyyəti olmadığına görə bağışlama müqaviləsi etibarlı sayıla bilməz. Ona görə ki, bu müqavilə yalnız görüntü üçün bağlanmış müqavilədir. D.Elgizin isə hədiyyə alan hədiyyəni qəbul edənədək bağışlama müqaviləsini ləğv etmək və hədiyyəni geri götürmək hüququ vardır. (MM maddə 669) Bundan əlavə, işdə olan sənədlərdən görünür ki, Bağışlama müqaviləsi 2019-cu ildə bağlanmış və Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat barədə çıxarış verilmişdir. D.Elgiz 14 may 2024-cü il tarixdə xarici ölkədən Azərbaycana qayıtmışdır. Məhz bundan sonra mübahisələndirilən müqavilənin mövcudluğundan xəbəri olmuşdur. Mülki Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu baxımdan əhəmiyyətsiz əqdlər üçün nəzərdə tutulmuş iddia müddətinin tətbiqi ilə bağlı təhlilin aparılmasını lazım hesab edir. Belə ki, işin qeyd olunan hallarından da görünür ki, hədiyyə alan hədiyyəni naturada əldə etməmiş, deməli hələ də qəbul etməmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsi iddia müddətini etibarsız əqdin nəticələrinin tətbiqinə başlandığı gündən bir il müəyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354 cü maddələrinin əlaqəli şəkildə şərhinə dair” Qərarı ilə qərara almışdır ki, 1. MM-nin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. 5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. 7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Bundan başqa, MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Beləliklə, qeyd olunan şərhlərdən görünür ki, əqdin etibarsızlığının tanınması barədə iddia qaldırmaq üçün tərəfindən iddia müddəti buraxılmamışdır. Bu səbəbdən məhkəməyə təqdim edilmiş bağışlama müqaviləsinin etibarsız sayılması haqqında iddia tələbinin, həmin müqavilənin etibarsızlığının tanınması haqqında tələb ilə dəyişdirilməsi əsaslıdır. Yuxarıda qeyd olunaları nəzərə alaraq, iddiaçı X3 adına bağlanaraq, Sumqayıt şəhər 4 saylı dövlət notariat kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2019-cu il tarixli 4Ə- 1297 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsızlığının tanınması, X3 adına DƏDK və RPHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli 4Ə-1297 reyestr nömrəli bağışlama müqaviləsi əsasında qeydiyyata alınmış mənzilin qeydiyyatının və həmin qeydiyyata müvafiq olaraq verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 İsgəndər oğlu məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbinə etdiyi sonuncu dəyişiklik barədə ərizədə səhvən anlaşılmayan ifadə işlədərək, "bağışlama müqaviləsinin etibarsızlığının tanınmasını" məhkəmədən xahiş etmişdir. Odur ki, həmin tələbi (ifadəni) dəyişdirmək qərarına gəlib. İddia tələbinin həmin hissədə bağışlama müqaviləsinin etibarsız sayılması haqqında qətnamə qəbul edilməsini xahiş edir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, Azərbaycanda olmadığı halda onun adına xx.xx.2018-ci il tarixdə şəxsiyyət vəsiqəsi alınmışdır. Qeyd edilən vaxtda o, Ukraynada olub. Onun 2 ay əvvəl belə bir bağışlama müqaviləsinin olduğundan xəbəri olub. Ona həyat yoldaşı evi 5000 manata aldıqlarına görə “5000 manatı veririk çıx, get” sözlərini demişdir. Hazırda evində yaşaya bilmir. O, həmişə ailəsinə baxıb. Lakin, arvadı göndərdiyi pulları bacısına verib. Evi 2001-ci ildə o, 5250 dollara alıb. Hətta arvadının bacısına da ev almağa onun atası vaxtında köməklik edib. Məhkəmənin nəzərinə çatdırır ki, etibarnamə verilən vaxt Azərbaycanda olsa da, o, qarşı tərəfə etibarnamə verməyib. Qarşı tərəf ondan sonuncu dəfə 2023-cü ildə etibarnamə istəmişdir. O, 2018-ci ilin iyul ayında Azərbaycana gəlib. Nuranə onu Mingəçevirə göndərmişdir. Sonra da Ağdama hərbi hissəyə gediblər və orada ona müəyyən sənədlərə imza çəkdirmişdir. Lakin, Nuranə məhkəmə iclasında bildirmişdir ki, guya ayın 12-də o, Sumqayıtda “Pioner” adlı yerdə etibarnamə verib. Halbuki, qeyd edilən vaxtda o, Mingəçevirdə olub. Habuki “Pioner” adlı yerdə heç kimə etibarnamə verməyib. O, notariusa gedərək imzasına baxıb. İmza ona məxsus deyil. Hətta məhkəmə prosesləri bitən kimi Nuranə də dərhal notariusa getmiş və etibarnamə ilə tanış olmaq istəmişdir, lakin etibarnamə Nuranəyə verilməmişdir. Hesab edir ki, saxta şəxsiyyət vəsiqəsi düzəltdirən şəxs elə saxta etibarnamə də düzəltdirə bilər. Bir daha qeyd edir ki, imza ona məxsus deyil. İmzanın yanında qeyd edilmiş ad və soyadı da o, yazmayıb. O, xx.xx.2018-ci ildə Azərbaycana gəlib. Həmin vaxt onu pensiya almaq adı ilə hərbi hospitala aparmışdılar. Orada olan bir nəfər oğlan və o, başqa otaqda idilər. Ona həmin vaxt bir neçə sənədə qol çəkmişdir. Əslində həmin vaxt məqsəd pensiya düzəltdirmək idi. Daha sonra ona pensiya məsələsinin alınmadığı deyildi, lakin sonradan öyrənmişdir ki, arvadı onun adına bugünə qədər 17200 manat pensiya almışdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. 7.Məhkəmə iclaslarında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 İsgəndər oğlu iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı və cavabdeh Nuranə birgə nikahda olublar və nikahda olduqları dövrdə 2001-ci ildə iddiada qeyd edilən mübahisəli mənzili alıblar. İddiaçı pul qazanmaq üçün uzun illər Ukrayna və Qazaxıstanda olmuşdur. Elgiz sonuncu dəfə 2018-ci ildə Azərbaycana gəlmiş və 2021-ci ildə yenidən qayıdıb getmişdir. Elgizin xəbəri olmadan həyat yoldaşı Nuranə evi bacısı Nərminənin adına bağışlayıb. Ev alınanda Bayramova Nuranənin adına alınıb və güman edir ki, pasportda da Nuranənin soyadı Bayramova olub. Daha sonra cavabdeh evi bacısına bağışlayıb və sonradan yenə də Dolxanova soyadına qayıdıb. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16 2 Saylı Sumqayıt Ərazi İdarəsinin verdiyi sorğuya cavab məktubundan görünür ki, 2001-ci il tarixli alqı-satqı müqaviləsində sözügedən mənzil Bayramova Nuranənin adına qeydiyyata alınıb və xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsində də eyni mənzil Bayramova Nərminənin adına qeydiyyata alınıb və çıxarış verilməklə mənzil Nərminənin mülkiyyətində olub. Həmçinin, iddiaçının xəbəri və iştirakı olmadan onun adına vəsiqə alınıb. Məhkəmənin nəzərinə xüsusilə çatdırır ki, iddiaçı qarşı tərəfə etibarnamə verməyib və etibarnamədəki imza onun tərəfinə məxsus deyil. Bağışlanma qanunsuz etibarnamə əsasında olmuşdur. Lakin ortada olan qanunsuzluq təkcə etibarnamə ilə bağlı deyil. Əqd yalançı əqddir. Bir halda ki, etibarnaməni Elgiz vermişdi və bu etibarnamə digər bir şəxsə etibar edilirdisə, bu halda Elgizə xəbər verilməli idi. Nuranə etibarnaməni qızına, sonuncu da xalasına verib. Lakin, Nərminə də Elgizə məlumat verməyib. Bu etibarnamə üzrə bağlanmış əqd etibarsız hesab edilməlidir. Etibarnamədəki imza Elgizə məxsus deyil. Etibarnamədən şəxslər bu qaydada öz mənafeləri üçün istifadə edə bilməzlər. Sorğu edilən etibarnaməni almaq üçün şəxsiyyət vəsiqəsinin surətini əldə ediblər. Elgiz Azərbaycanda olmayanda Nuranə Elgizin cavanlıq şəklini vəsiqəyə əlavə etməklə Elgizin adından şəxsiyyət vəsiqəsi əldə edib. Həmçinin təqdim etdiyi hesabdan çıxarış Nuranənin Elgizin adından saxta “pensiya” alması ilə bağlıdır. İşlə bir əlaqəsi olmasa da qarşı tərəf barədə müəyyən fikir formalaşdırması cəhətdən həmin hesabdan çıxarışı məhkəməyə təqdim edib. Qeyd edir ki, mübahisəli mənzilə dair çıxarış xx.xx.2019-cu ildə alınıb. O, vaxtdan sonra iddiaçı bir neçə dəfə Azərbaycana gəlib qayıtsa da bu barədə ona heç bir məlumat verilməyib. İş üzrə təyin edilmiş ekspert rəyi onların ziyanına verilib, alternativ rəy alınması imkanı yoxdur. Hesab edir ki, etibarnamə verilməsi ilə bağlı məsələlərdə təmsilçinin deyil, təmsil olunanın maraqları daha üstündür. Nuranə iddiaçıya məlumat vermədən mənzili bacısına bağışlayıb. Bağışlanma müqaviləsi ancaq görünüş üçün bağlanılıb. Belə ki, Nərmin mənzilə qeydiyyata düşməyib, faktiki olaraq həmin mənzilə yiyələnməyib. Müqavilənin bağışlanmasından 6 il keçməsinə baxmayaraq, cavabdeh həmin mənzilə köçməyib, həmin vaxtdan bu günə kimi iddiaçının ailəsi mübahisəli mənzildə yaşayır. Ali Məhkəmənin Plenum Qərarına əsasən təmsilçi öz adından təmsil olunanın əmlakına dair bağışlanma müqaviləsi bağlaya bilməz. Elgiz bu barədə beş il əzrində məlumatlandırılmayıb. Göründüyü kimi Nərmin hədiyyəni qəbul etmiş sayılmır. Hədiyyə verən hədiyyə qəbul edilənədək onu geri tələb edə bilər. Bu baxımdan Elgizin bu səlahiyyəti qalıb. Qeyd edilənlərə əsaəsn hesab edir ki, mübahisəli əqd uydurma ədqddir. Uydurma əqd də əhəmiyyətsizdir və bağlandığı andan etibarsızdır. Bi məqamı da qeyd edir ki, mənzilə dair çıxaırşı da Nuranə etibarnamə əsasında alıb. Deməli, Nərmin sadəcə bu məsələdə fiqurdur, yalnız görüntü üçün onun adından müqavilə bağlanılıb. Nərmin mənzil aldığı halda onunla bağlı hər hansı bir hərəkət etməməsi inandırıcı deyil, Nərmin ən azı həmin mənzili kirayəyə və icarəyə verə bilərdi. İddiaçı həmçinin məsələ ilə bağlı məhkəməyə müraciət etmək üçün iddia müddətini də ötürməyib. Belə ki, mülki qanunvericiliyə görə əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirilə bilər. İddiaçı isə əqd barədə 2024-cü ildə məlumatlanmışdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 8.Məhkəmə iclasında iştirak edən Cavabdeh3 etbarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Nuranə xanıma iddiaçı tərəfindən etibarnamə verilib. Notarius da ilkin etibarnaməyə istinad edib. İddiaçı Nuranə xanıma etibarnamə verərkən ona bütün hüquq və vəzifələri izah edilib. Hesab edir ki, hazırda hər hansı bir notarius belə bir qanunsuzluğa yol verməz. Şəxsin çoxsaylı əmlakı ola bilər. Bu heç nəyin göstəricisi deyil. Bacısı maddi dəstək olduğu üçün iddiaçı sözügedən mənzili bacısına bağışlayıb. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. 9.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxs X7 məhkəmə iclasına gəlməmiş, Sumqayıt şəhəri 4 saylı Notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə digər şəxslər isə məhkəməyə gəlməməsininn səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 10.Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı oğlu 1996-cı ildə doğulandan bu yana Azərbaycana yalnız 1 dəfə gəlib. Ailəli olduqları vaxtda iddiaçı heç vaxt ailə xərclərini qarşılamayıb. Sonradan xarici ölkədə başqa ailəsi olduğunu öyrəniblər. Uşaqlarını tək böyüdüb, uşaqlar nə məktəbə, nə də ki universitetə gedəndə Elgiz görməyib. O, yalnız anası vəfat etdikdə və bir dəfə də 2018-ci ildə Azərbaycana gəlib. Mübahisəli evi 2001-ci ildə 5550 dollara almışdır və 3000 dolları da onun qohumları vermişdir. Bacısı uzun illər ailəsinə köməklik etdiyi üçün evi bacısına bağışlamışdır. Qeyd edir ki, oğlu ipoteka ilə ev almalı idi, lakin ala bilmədiklərindən hələ də sözügedən mənzildə yaşayırlar. Bacısı evin bağışlanmasına görə ödəniş etməyib. Bildirir ki, qarşı tərəf ona etibarnamə verib, o da həmin etibarnamə əsasında evi bacısına bağışlayıb.
11. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 12.İş materiallarında olan AZ –T 065438 saylı saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Bayramova Nuranə Vaqif qızı xx.xx.1993-cü ildə Ağdam rayonu Novruz İcra nümayəndəliyində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 04 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Dolxanova soyadı verilmişdir. 13.İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən 5 saylı mənzil Sumqayıt Xalq Deputatları Soveti icraiyyə Komitəsi Yaşayış sahəsinin dəyişdirilməsi bürosu tərəfindən verilmiş xx.xx.1990-ci il tarixli 72/ 142 nömrəli order, Sumqayıt Şəhər icra Hakimiyyəti MTİİB 14 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli 78 nömrəli mənzilə (evə) hüququ olan şəxslərə mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 N-li forma) və mənzil sahəsinə - hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizəsini və Sumqayıt şəhər 3 saylı dövtət notariat kontorunun təsdiq etdiyi xx.xx.1992-ci il tarixii M-8/3060 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında İsmayılov Sabir oğlunun adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 6 saylı dövləf notariat kontorunun təsdiq etdiyi xx.xx.2001-ci il tarixli, 4Ə-43 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil Bayramova Nuranə Vaqif qızının adına qeydiyyata alınaraq, xx.xx.2001-ci il tarixli, 5476 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. ünvan 4q etdiyi xx.xx.2019-cu il tarixli 4Ə-1297 reyestr nömrəlı bağışlanma müqaviləsi əsasında sözügedən mənzil X3 adına qeydiyyata alınaraq, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir və mənzil hal-hazırda X3 mülkiyyətindədir. 14.İş materiallarında olan şəxsin sərhədkeçmə məlumatları barədə elektron sistemdən edilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikasının sərhədləri daxilində olmuşdur. 15.İşdə olan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh3 ünvan 2 ünvanda yerləşən 5 saylı mənzili X4 bağışlamışdır. 16.İşdə olan xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, X1 Rəşad Elgiz oğluna onu bütün dövlət və qeyri dövlət orqanlarında, o cümlədən notariat ofislərində və digər orqanlarda onun adından daşınmaz əmlakın bağışlanması müqaviləsini rəsmiləşdiməyi, müqaviləni imzalamağı, əmlakı qəbul etməyi və digər hərəkətləri etibar etməyi etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilmişdir və xx.xx.2024-cü il tarixədək qüvvədədir. 17.İşdə olan qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanda yerləşən 5 saylı mənzil Bayramova Nuranə Vaqif qızının adına qeydiyyata alınmıdşır. 18.İşdə olan xx.xx.2019-cu il tarixli **********324 saylı ərizədən görünür ki, İddiaçı, etibarnamə əsasında nümayəndəsi Dolxanova Pərvin Elgiz qızı ünvan 2 ünvanda yerləşən 5 saylı mənzilin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka yüklü edilməsinə, istənilən qaydada özgəninkiləşdirilməsinə etiraz etmir. 19.İşdə olan 14 saylı Mənzil Kommunal Sahəsinin 332 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Doluxanova Nuranə Vaqif qızı məcburi köçkündür və ailə üzvləri (X9, X14 və İddiaçı) ilə birlikdə ünvan 2 ünvanda yerləşən 5 saylı mənzildə məskunlaşmışdır. 20.İşdə olan xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh3 harada yerləşməsindən və onun nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi, onun barəsində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı və digər hərəkətlər etməyi etibar etmişdir. Etibarnamə 10 il müddətinə verilmişdir və xx.xx.2028-cü il tarixədək qüvvədədir. 21.İşdə olan Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 2544 nömrəli məktubundan görünür ki, İddiaçı Cavabdeh3 veridiyi xx.xx.2018-ci il tarixli 7E-8928 reyestr nömrəli etibarnaməyə İddiaçı xx.xx.2024-cü il tarixli, 8İ-8288 reyestr nömrəli ərizəsi əsasında Sumqayıt şəhər 1 saylı Notariat Ofisində xitam verilmişdir. 22.İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1910 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 116-cı vərəqəsində olan xx.xx.2018-ci il tarixli etibarnamədə “imza” qrafasındakı yazılar və imza ilə İddiaçı yazı və imza nümunələri (i.v.121-122) - eyni şəxs tərəfindən icra olunmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
23. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanda yerləşən 5 saylı mənzili bacısı X4 bağışlamışdır. İddiaçı həmin müqavilənin onun razılığı olmadan bağlanılmasına istinad edərək müqavilənin etibarsız hesab edilməsini və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
24. Məhkəmə hesab edir ki, iddia tələbinə hüquqi qiymət verilməsi üçün ilk növbədə mübahisəli əmlakın birgə nikah dövründə əldə edilib-edilmədiyi məsələsi araşdırılmalıdır.
25. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər mübahisəli əmlakın birgə nikah dövründə alınmasını mübahisələndirmirlər. Cavabdeh3 yalnız bir məhkəmə iclasında verdiyi izahatında mənzilin pulunun bir hissəsinin qohumları tərəfindən ödənildiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
26. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, ər-arvad ailə şəklində ümumi təsərrüfat apardıqları üçün onların hər birinin qazandıqları əmlak ayrıca sübutetməyə ehtiyac olmadan onların ümumi birgə əmlakı sayılır. Hətta, Ailə Məcəlləsinin 32.3-cü maddəsi müəyyən edir ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqa malikdir.
27. Bu baxımdan Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri əmlakın ər-arvadın ümumi birgə mülkiyyət sayılması üçün iki şərt nəzərdə tutmaqla yanaşı, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair prezumpsiyanı nəzərdə tutmuşdur.
28. Prezumpsiya dedikdə, əksi sübut edilməyənədək mötəbər sayılan ehtimal başa düşülür.
29. Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələrindəki qanuni prezumpsiya baxımından əmlakın nikah dövründə əldə olunmasının sübuta yetirilməsi kifayət edir ki, prezumpsiyanın nəticəsi kimi həmin əmlak ümumi birgə mülkiyyət kimi qəbul olunsun. Başqa sözlə, əksi sübuta yetirilməyənədək, birgə nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.
30. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəf mübahisəli mənzilin birgə nikah dövründə və birgə gəlirlər hesabına alındığını sübuta yetirə bilmiş, cavabdeh isə istinad etdiyi halları sübut edə bilməmişdir.
31. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ərarvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. (33.2.) Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. (33.3.) Ərarvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.(33.4.)
32. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, bağışlanma müqaviləsinin bağlandığı ünvan 2 ünvanında yerləşən 5 saylı mənzil tərəflərin birgə nikahı dövründə əldə edilmiş və həmin mənzilə dair Cavabdeh3 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisəli mənzil xx.xx.2019-cu il tarixli 4Ə-1297 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir.
33. İddiaçı iddia edir ki, daşınmaz əmlakın bağışlanma müqaviləsi onun iradəsini ifadə etmir, müqavilə onun iradəsindən kənar olaraq rəsmiləşdirilmişdir.
34. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
35. Beləliklə Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 33) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.
36. Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.4).
37. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
38. Maddənin mənasına görə, əqdin uydurma əqd hesab edilməsi üçün aşağıdakı şərtlərin hamısının eyni vaxtda mövcud olması zəruridir: birincisi, əqdi bağlayanlar ona uyğun hüquqi nəticələr, yəni əqd üzrə hüquq və vəzifələr yaratmaq niyyəti olmadan həmin əqdi bağlamış olurlar. Başqa sözlə, əqdin tərəfləri həmin əqd üzrə hüquq və vəzifələrin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar; ikincisi, uydurma əqd sırf başqalarını aldatmaq məqsədilə bağlanmış olur.
39. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır.
40. Göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı barədə iddialara baxılarkən məhkəmə ilk növbədə tərəflərin əsl niyyətinin hansısa hüquqi nəticə əldə etməyə yönəlib-yönəlmədiyini aydınlaşdırmalı, müqavilədəki iradə ifadələrinin həqiqi məzmununu müəyyən etməli, bu zaman tərəflərin müqavilədən öncəki və sonrakı davranışları nəzərə alınmalıdır.
41. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
42. Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında olan şəxsi münasibətlərin təsiri altında yaranır.
43. Məhkəmə işin digər halları ilə yanaşı mənzilin bağışlandığı şəxsin Cavabdeh3 bacısı olmasını nəzərə alaraq belə hesab edir ki, mübahisələndirilən müqavilə həqiqəti əks etdirməməklə, formal, əsl həqiqi niyyəti gizlətmək, mənzilin tərəflər arasında bölgüsündən yayınmaq məqsədilə bağlanmışdır.
44. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfə üçüncü şəxslərin, o cümlədən X3 işdəki statusunun dəyişdirilərək, cavabdeh qismində qoyulması təklif edilsə də, iddiaçı tərəfindən həmin şəxsin statusu dəyişdirilməmişdir.
45. Buna baxmayaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən birgə nikah dövründə əldə edilən mənzil iddiaçının razılığı alınmadan bağışlanmaqla Mülki və Ailə Məcəlləsinin 222.3, 337.1, 33.3-cü maddələrinin tələbləri pozulmuşdur.
46. Məhkəmə iddiaçı tərəfindən cavabdehə verilən etibarnamə ilə əlaqədar isə qeyd edir ki, iddiaçı cavabdehə həmin məzmunda etibarnamə vermədiyini, etibarnamədəki imzanın ona məxsus olmadığını bildirsə də, həmin hallar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1910 nömrəli, xx.xx.2024-cü il tarixli rəyi ilə öz təsdiqini tapmamışdır.
47. Eyni zamanda məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı MM-in 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. MM-in 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
48. MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.
49. Göstərilən qadağa təmsil olunanın təmsilçilikdə ən üstün müdafiəyə malik olmasına əsaslanmaqla onun qanuni maraqlarının təmin edilməsi ilə bağlıdır. Çünki təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir, digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşı-qarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən (umulan) fayda təhlükə altına düşür. Maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər.
50. Təmsil olunanı qorumaq məqsədindən yan keçmək üçün süni surətdə yeni hüquqi vəziyyət yaratmaqla etibar edilmişi etibaretmə qaydasında təmsilçi tərəfindən səlahiyyətlərin digər şəxsə ötürülməsi və sonradan təmsil edilən adından həmin şəxsin (yeni təmsilçi) əqdin bağlanmasına razılıq verməsi isə mövcud vəziyyəti dəyişmir. 51.Hazırki işdən də görünür ki, cavabdeh səlahiyyətləri başqa şəxsə ötürmək hüququ da daxil olmaqla etibarnamə əsasında iddiaçının təmsilçisi olmuş, cavabdeh iddiaçının adından bütün səlahiyyətləri digər şəxsə (qızları Pərvin Dolxanovaya) ötürmüş və həmin şəxs artıq etibar edilmişi etibaretmə qaydasında iddiaçının adından mənzilin bağışlanmasına razılıq verməklə mübahisələndirilən əqdin bağlanılmasına nail olunmuşdur. 52.Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən cavabdehə etibarnamə verilərkən iddiaçı bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və cavabdehə öz maraqları daxilində deyil, iddiaçının maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir.
53. Beləliklə məhkəmə işin digər halları ilə yanaşı “təmsilçilikdə məhz təmsil edilənin qanuni maraqlarının təmin edilməli olduğu” prinsipini əsas götürərək hesab edir ki, mübahisələndirilən bağışlama müqaviləsini bağlamış şəxslə iddiaçı arasında iradə vahidliyinin olduğu qənaətinə gəlmək mümkün deyildir. Başqa sözlə, iddiaçının birgə nikah dövründə əldə etdiyi əmlakı bağışlamaq kimi niyyəti olmamışdır və cavabdeh ona verilən etibarnamədən iddiaçının iradəsinin əleyhinə istifadə etdiyindən mübahisələndirilən bağışlama müqaviləsi etibarlı sayıla bilməz.
54. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəf məhkəmə iclasında verdiyi heç bir izahatında və iddiaya etirazında bağışlama müqaviləsinin bağlanması zamanı iddiaçının razılığının və ümumiyyətlə məlumatının olduğunu ifadə etməmişdir, yalnız adına etibarnamə olduğundan və bacısı onlara çox köməklik etdiyindən mənzilin bacısına qalması məqsədi ilə bu müqaviləni rəsmiləşdirdiyini bildirmişdir.
55. Məhkəmə tərəfindən o da müəyyən edilmişdir ki, iddiaçı mübahiləndirilən əqdin mövcudluğundan xəbərdar olan kimi müqavilənin etibarsızlığı barədə hazırki iddia ilə məhkəməyə müraciət etmiş, eyni zamanda cavabdehə verdiyi etibarnaməni ləğv etdirmişdir.
56. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.
58. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.
59. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bildiyindən iddia tələbi ünvan 4q etdiyi xx.xx.2019-cu il tarixli 4Ə- 1297 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması hissəsində təmin edilməlidir.
60. Eyni zamanda məhkəmə hesab edir ki, sözügedən müqavilənin etibarsız hesab edilməsi mübahisəli mənzilə dair X3 adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi üçün də əsasdır.
61. Lakin məhkəmə hesab edir ki, iddia tələbi mənzilin qeydiyyatının ləğv edilməsi hissəsində qeyri-dəqiq olmaqla həmin hissədə ərizənin təmin edilməsinə zərurət yoxdur.
62. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumu Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir.
63. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza xərci də Cavabdeh3 aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, hazırki iş üzrə ekspertiza xərci 110 manat təşkil etmişdir. 64.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi: 65.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia tələbi qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən 5 saylı mənzilə dair ünvan 4q etdiyi xx.xx.2019-cu il tarixli 4Ə-1297 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsin. ünvan 2 ünvanında yerləşən 5 saylı mənzilə dair X3 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh3 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci olaraq 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva