Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1694/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional Cavabdeh notariat ofisinə qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN Xidmət Mərkəzi notariat ofisinə qarşı iddia qaldıraraq xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmış Sumqayıt şəhəri, 16-cı məhəllə ev 32A/29, 4 saylı mənzilə dair onun tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab edilərək bu müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixli 8İ-44612 reyestr nömrəsi ilə təsdiq edilmiş “mirasdan imtina edilməsi” barədə ərizənin ləğvi ilə bağlı 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzi notariat ofisinə müraciət etmiş, cavabdeh orqan tərəfindən onun müraciətinin təmin edilməsindən imtina olunaraq məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İmtinanın səbəbi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində təsbit edilmiş müddətin ötürülməsi göstərilmişdir. Hazırki iş üzrə mübahisə predmeti ilə bağlı, yəni mirasın qəbul müddəti ilə bağlı məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ilə münasibət bildirilmiş və həmin qərarda nəticə olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir. Qeyd edilən qərarda Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Həmin qərarda qeyd olunmuşdur ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Göründüyü kimi, Mülki Məcəllənin mirasın qəbul edilməsi müddətini tənzimləyən 1246-cı maddəsi Konstitusiya Məhkəməsinin müvafiq qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iddiaya məhkəmə qaydasında baxıla bilməz. İddiaçıya izah olunsun ki, İddiaçı mirasın qəbulu ilə bağlı istənilən vaxt notariat orqanına müraciət edə bilər. Bu zaman notariat orqanının mirasın qəbulu üçün müəyyən edilmiş müddətin keçməsi əsası ilə müvafiq notarial hərəkətlərin aparılmasından imtinası yolverilməzdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2 və 153.2.1.). Ərizəni qəbul etməkdən imtina barədə hakim əsaslandırılmış qərardad çıxarır (153.3.). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır (114.1.2.). İddia ərizəsinə əlavə edilmiş materiallardan görünür ki, iddiaçı hazırki iddia tələbi üzrə 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsinin icraata qəbulundan imtina edildiyindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh 1 saylı Sumqayıt Regional Cavabdehndə Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə təqdim olunsun. İddiaçıya aidiyyatı üzrə notariat orqanına müraciət etmək hüququ izah olunsun. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ********** saylı qəbzə əsasən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №e-2(060)-1694/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1694/2024
30.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver