Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-1748/2024 01.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh1 və "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı mənzilin MTK-dan alınaraq ona təhvil verilməsi və iddiaçının mülkiyyətində olan həmin mənzilin istifadəsinə cavabdehlər tərəfindən maneələrə son qoyulması barədə ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MTK arasında bağlanmış 19 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1»A» ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İİ blok, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 101,6 kv.metr olan, izolə olunmuş 3 otaqdan ibarət 6 saylı mənzlin cavabdehlər "xxxx" MTK və Cavabdeh1 MTK-dan alınaraq iddiaçıya təhvil verilməsi və iddiaçının mülkiyyətində olan həmin mənzilin istifadəsinə cavabdehlər tərəfindən əsassız maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 vergi ödəyiçisi kimi hüquqi ünvanı ünvan 2qress-2016» MTK-nın hüquqi ünvanı isə ünvan 3ərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin tələblərinə, forma və məzmununa riayət edilməməklə məhkəməyə verildiyindən məhkəmə icraatı qeyri-mümkündür və ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri hakim geri qaytarır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ izah edilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3, 149-152 və 263-269-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh1 və "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı mənzilin MTK-dan alınaraq ona təhvil verilməsi və iddiaçının mülkiyyətində olan həmin mənzilin istifadəsinə cavabdehlər tərəfindən maneələrə son qoyulması tələblərə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraçiət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-1748/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-1748/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver