Məhkəmə qərarları › İş №e-2(060)-1811/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1811/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1811/2023 17.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı “X14 Azərbaycan” QSC-nin cavabdehlər X3 və Cavabdeh2 qarşı ödənilmiş hərrac xərclərinin geri tələb edilməsi tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X14 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək , cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “X14 Azərbaycan” QSC-nin xeyrinə 340,36 manat (ƏDV 18%)və 1890,89 manat xidmət haqqının, cəmi 2231,25 manatın və ödənilmiş 42,31 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsinə dair sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və "xxxx" QSC arasında xx.xx.2014-cü il tarixli 210/168738 saylı kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) bağlanmışdır, həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə həmçinin cavabdehlər X4 ilə bank arasında xx.xx.2014-cü il tarixdə və X6 iləbank arasında xx.xx.2017-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Borcalanın öhdəliklərini lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşlər, əlavə olaraq borcalanın xx.xx.2014 -cü il tarixli 210/168738 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə xx.xx.2014-cü il tarixdə bank ilə ipoteka qoyan X2 arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69,5 kv.m.-dən ibarət olan 3 otaqlı 39 nömrəli mənzilin "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Əlavə olaraq borcalanın xx.xx.2014 -cü il tarixli 210/168738 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə xx.xx.2014-cü il tarixdə bank ilə ipoteka qoyan X9rasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X8 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 196,3 kv.m., yaşayış sahəsi 122.0 kv.m, yardımçı sahəsi 74,3 kv.m.-dən ibarət 6 otaqlı 2 mərtəbəli fərdiyaşayış evinin "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər öz ökdəliklərini lazımınca yerinə yetirmədikləri üçün "xxxx" QSC Sumqayıt şəhər məhkəməsinə iddia ərizəsiylə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-771/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 64994 manat əsas kredit borcu, 14752,77 manat əsas borca hesablanmış faiz borcu, 300 manat cərimə borcu, 60 manat ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin onlayn müraciətə görə çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 80136,77 manat məbləğində pul vəsaitinin iddiaçı "X14 Azərbaycan" Qapalı Səhmdar CəmiyyəUnin xeyrinə tutulması, iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, cavabdeh X1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69,5 kv.m.-dən ibarət olan 3 otaqlı 39 nömrəli mənzilin ilkin satış qiyməti 70000 manat və X8 məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 196,3 kv.m., yaşayış sahəsi 122.0 kv.m., yardımçı sahəsi 74,3 kv.m.-dən ibarət 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiyməti 140000 manat olmaqla açıq hərracdan satıması, ipoteka predmetlərinin satışından əldə ediləcək pul vəsaiti hesabına 80136,77 manat məbləğində pul vəsaitinin iddiaçı "X14 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə Qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyati üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlaklar Hərracın nəticələri barədə 06 mart 2019-cu il tarixli 32/1saylı Hərracın yekun Protokoluna əsasən "xxxx" QSC tərəfindən əldə edilmişdir. “X14 Azərbaycan” QSC tərəfindən xx.xx.2019-cu il tarixində 178 saylı ödəniş tapşırığına əsasən 340,36 manat (ƏDV 18%) və 1890,89 manat xidmət haqqının, cəmi 2231,25 manatın “X5” MMC-yə ödənilməsinə dair 81 saylı ödəniş tapşırığı/hesab faktura verilmiş və həmin tarixli bank köçürmə sənədi ilə qeyd edilən məbləğlər sonuncunun bank hesabına ödənilmişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 74.1-ci maddəsinə əsasən, icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş məbləğdən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. Göründüyü kimi, ipoteka predmetinin hərracdan satılması ilə bağlı hərrac təşkilatçısının xərcləri həmin iş üzrə tələbkar “X14 Azərbaycan” QSC-dən alınmışdır. Odur ki, «X14 Azərbaycan» QSC məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər X3 və Cavabdeh2 iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-771/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 64994 manat əsas kredit borcu, 14752,77 manat əsas borca hesablanmış faiz borcu, 300 manat cərimə borcu, 60 manat ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin onlayn müraciətə görə çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 80136,77 manat məbləğində pul vəsaitinin iddiaçı "X14 Azərbaycan" Qapalı Səhmdar CəmiyyəUnin xeyrinə tutulması, iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, cavabdeh X1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69,5 kv.m.-dən ibarət olan 3 otaqlı 39 nömrəli mənzilin ilkin satış qiyməti 70000 manat və X8 məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 196,3 kv.m., yaşayış sahəsi 122.0 kv.m., yardımçı sahəsi 74,3 kv.m.-dən ibarət 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiyməti 140000 manat olmaqla açıq hərracdan satıması, ipoteka predmetlərinin satışından əldə ediləcək pul vəsaiti hesabına 80136,77 manat məbləğində pul vəsaitinin iddiaçı "X14 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Hərracın nəticələri barədə 06 mart 2019-cu il tarixli 32/1saylı Hərracın yekun Protokoluna əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 196,3 kv.m., yaşayış sahəsi 122.0 kv.m., yardımçı sahəsi 74,3 kv.m.-dən ibarət 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi "xxxx" QSC tərəfindən əldə edilmişdir. “X14 Azərbaycan” QSC tərəfindən xx.xx.2019-cu il tarixində 178 saylı ödəniş tapşırığından görünür ki, 340,36 manat (ƏDV 18%) və 1890,89 manat xidmət haqqının, cəmi 2231,25 manatın “X5” MMC-yə ödənilməsinə dair 81 saylı ödəniş tapşırığı hesab faktura verilmiş və həmin tarixli bank köçürmə sənədi ilə qeyd edilən məbləğlər sonuncunun bank hesabına ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. “İcra haqqında" Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra - məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. 79.2.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. 81.1. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. “İcra haqqında" Qanunun tələbindən göründüyü kimi, icra sənədində göstərilmiş tələblərin könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Qeyd edilən normalardan göründüyü kimi hərrac xərci icra xərci hesab edilir, icra xərcinin də ödənilməsi borcluya aid öhdəlikdir. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Tələbkar özü könüllü olaraq hərrac xərcini ödəməsi nəzərə alınaraq həmin xərcin əvəzinin borcludan tutulması qanunla tənzimlənmir və icra xərci olan hərrac xərcini borcludan icra xidməti tələb edə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı «X14 Azərbaycan» QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “X14 Azərbaycan” QSC-nin xeyrinə 340,36 manat (ƏDV 18%)və 1890,89 manat xidmət haqqının, cəmi 2231,25 manatın və ödənilmiş 42,31 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: “X14 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “X14 Azərbaycan” QSC-nin xeyrinə 340,36 manat (ƏDV 18%)və 1890,89 manat xidmət haqqının, cəmi 2231,25 manatın və ödənilmiş 42,31 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar