Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1822/2024 01.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin ləğvi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 aprel 2024-cü il tarixdə, Sumqayıt şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MMC-nə qarşı “əmrin ləğvi və sair” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 070-T/2023, xx.xx.2023 tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və işə bərpa edilən tarixə qədər əmək haqqının "xxxx" MMC-dən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin 070-T/2023, xx.xx.2023 tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edilmişdir. İşdən azad edilməsinə səbəb MMC-nin rəhbərliyi tərəfindən istirahətsiz işə cəlb edilməsi səbəbindən, 2023-cü ilin aprel ayında "xxxx" bayramı günü MMC-yə məxsus avtomobillə qəza keçirməyi, bununla MMC-nin əmlakına dəymiş ziyanın tam şəkildə onun tərəfindən qarşılanması barədə mübahisədən sonra MMC-nin rəhbəri Namiq Əhmədxanov tərəfindən ona qarşı təziqlərin edilməsi, əmək haqqı kartının əlindən alınması, bu səbəbdən onun tərəfindən bir sıra dövlət orqanlarına etdiyi şikayətlər olmuşdur. Belə ki, o, keçirdiyi qəzadan sonra təhdidlər və təzyiqlərdən yaxa qurtarmaq və işini itirməmək üçün avtoqəza nəticəsində avtomobilə dəymiş ziyanı bir neçə dəfəyə borc-xərc edərək, MMC-yə ödəmişdir. Lakin buna baxmayaraq, MMC-nin rəhbəri Namiq Əhmədxanov tərəfindən ondan əsassız olaraq, dəymiş ziyanı şişirdərək əlavə pullar tələb etməyə başlamışdır. O, buna etiraz etdikdə öz otağında ona təzyiq altında güya şirkətə borclu olmağı barədə izahat yazdırmış və bundan sonra sifariş əsasında polis çağıraraq, onu polisə təhfil verib barəsində cinayət işi başlanılmasına göstəriş vermişdir. Bundan sonra o, məcburi şəkildə Qobu polis bölməsinə aparılmış və 13 saatdan artıq polisdə saxlanılmışdır. Bu müddət ərzində polislər ona Namiq Əhmədxanova təzyiq altında yazılmış pulun ödənilməsini, əks təqdirdə barəsində həbs seçiləcəyini bildirmişlər. Uzun zamandan sonra atasının DİN-nin 102 qaynar xəttinə müraciətindən sonra o, polis bölməsindən sərbəst buraxılmışdır. Bundan sonra onun tərəfindən əmək müfəttişliyinə şikayət ərizəsi ilə baş verənləri bildirərək, "xxxx" MMC tərəfindən əmək haqqı kartının əlindən alındığını, işlədiyi 2 aydan artıq əmək haqqının verilmədiyi, şifahi olaraq onun işdən azad edildiyini bildirilməklə əmək kitabçası və işdən azad edilmə barədə əmrin surətinin ona verilmədiyi üçün müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Əmək müfəttişliyi tərəfindən "xxxx" MMC barəsində aparılan araşdırma zamanı barələrində inzibati protokol tərtib edilməklə cərimə edilmişdir. Bundan sonra MMC tərəfindən ona əmək kitabçası verilən zaman məlum olmuşdur ki, heç bir əsas olmadan ona qarşı qərəzlilikdən dolayı barəsində köhnə tarixlərə AKT-lar tərtib etməklə, əmək müqaviləsinə 70-ci maddənin ç bəndi ilə xitam vermişdirlər. Bu barədə əmək müfəttişliyinə mürəciət etdikdən sonra "xxxx" MMC-yə müraciət edərək, onun qeydiyyatda olduğu ünvanda yaşamadığı və telefon nömrəsi şirkətin rəhbərliyində olmasına baxmayaraq, barəsində tərtib edilmiş aktlar və göndərilən məktublar barədə ona məlumat verilmədiyi, bu xüsusatların qanuna uyğunluğunun müzakirə edilməsi və yaranmış mübahisənin mediasiya yolu ilə həll edilməsini təklif etmişdir. Lakin MMC müraciətinə cavab verməmiş və mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Daha sonra ona qarşı edilmiş haqsızlıq və qanunsuzluqlarla bağlı bir sıra dövlət orqanlarına müraciətlər etmişdir. Yuxarıda qeyd edilənlər və cərəyan edən hadisələrlə müəyyən edilir ki, "xxxx" MMC tərəfindən ona qarşı qərəzli münasibətlərin olması səbəbindən, aralarında bağlanılmış əmək müqaviləsinə əsassız və qanunsuz olaraq əmək məcəlləsinin 70-cimaddənin ç bəndi ilə xitam vermişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, onun tərəfindən barəsində olan qanunsuzluqlarla bağlı şikayət ərizələri ünvanlanılmış, ərizəsi əsasında araşdırmalar aparılmaqla MMC məsuliyyətə cəlb edilmişdir. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, İddiaçı Cavabdehnə qarşı iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 070- T/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, işə bərpa edilən tarixədək əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə görə İddiaçı iddia tələbini əsassız hesab edirlər. Belə ki, iddiaçı hazırki iddia tələbi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərkən məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərilənləri heç bir rəsmi sənədlə sübut edə bilməmişdir. İddia tələbində göstərilmişdir ki, işdən çıxarmanın səbəbi şirkətin rəhbərliyi ilə onun arasında olan münasibətlər olmuşdur. Bu münasibətlərin yaranması isə iddiaçının idarə etdiyi şirkətə mənsub avtomobilin onun tərəfindən qəzaya uğratmasıdır. İlkin olaraq iddiaçı şirkətə mənsub avtomobili idarə etdiyini bildirsədə bu barədə məhkəməyə heç bir rəsmi sənəd təqdim etməmişdir. Çünki belə bir sənədin məhkəməyə təqdim edilməsi qanunla qeyri mümkündür. Belə ki, iddiaçı heç vaxt Cavabdehnə mənsub avtomobili idarə etməmiş və ona Cavabdehnə mənsub olan avtomobilin idarə edilməsinə dair heç bir hüquq verilməmiş və şirkətin balansında olan avtomobillə iddiaçı iddia ərizəsində göstərdiyi kimi, 2023-cü ili aprel ayında "xxxx" bayramı günü avto qəza etməmişdir. Göründüyü kimi əgər şirkətə mənsub avtomobili iddiaçı iddia tələbində göstərdiyi kimi qəzaya uğratmamışdırsa onda bu barədə ziyandan söhbət gedə bilməz. İddia ərizəsində göstərilmişdir ki, onu əmək haqqı olan bank kartı onun əlindən alınmışdır. Bu isə tam əsassız bir ittihamdır. Belə ki, bank kartı ona rəsmi olaraq təqdim edilmiş və o, imza edərək bank kartını qəbul etmişdir. Əgər o, bank kartını itirsə belə bankın istənilən filialına yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edib pulunu həmin filialın xəzinədarlığından ala bilər. İddia ərizəsində göstərilmişdir ki, guya şirkətin rəhbəri olaraq iddiaçıya təzyiq göstərilmiş və borclu olduğu barədə izahat yazdırılmışdır. Göründüyü kimi iddiaçı uydurduğu yalanlara özü belə inanmaq istəyərkən işin faktiki halların unutmuşdur. Belə ki, iddiaçı şirkətin direktor müavininə, şirkətin xəzinədarlığına təhvil verməyərək mənimsədiyi pulların aqibəti barədə izahat yazmış və izahatında göstərmişdir ki, 6700 manat pulu dostları ilə birlikdə qumar oynayarkən uduzmuşdur. İddiaçı özünün qumar oyunları ilə məşğul olduğunu öz izahatında göstərmişdir. Görünür əvvəllərdə «evdə xəstəm var» deyərək işdən mütəmadi qalması bəlkədə ona qumar oynamaqda vaxt keçirmək üçün lazım idi. Ümumiyyətlə iddia tələbində göstərilənlər absurt və əsassız bir söz yığımıdır. İddiaçı dolayısı yolla tələbini əsaslandırmağa çalışmış, lakin bu cəhdlər qanuni tələblərə əsaslanmamışdır. Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Cavabdeh Azərbaycan Respublikasında santexnika və hamam aksesuarları mallarının topdan satışını təşkil edən ən böyük şirkətlərdən hesab edilir. Şirkətdə xeyli işçi fəaliyyət göstərir. Həftənin müxtəlif günlərində Respublikanın müxtəlif rayonlarına yük maşınlar ilə mallar aparılır. Bu malların satışını rayonlarda yerləşən satış məntəqələrinin və ya mağazaların sahibkarları ilə təmasda olan şirkətin satış nümayəndələri təşkil edirlər. İddiaçı şirkətə işə düzələrkən şirkətin ofisinə yaxınlaşmış və rəhbərliklə görüşməyi xahiş etmişdir. İşə düzələn zaman başqa yerlərdə işə düzələ bilmədiyini, gənc ailə olduğunu, himayəsində bir uşağının olduğunu və kimsəziz bir gənc olduğunu bildirmişdir. Bundan sonra rəhbərlik onunla söhbət etdikdən sonra işə qəbul etmiş, ona işləmək üçün bütün lazımı şəraiti yaratmışdır. Bütün bayramlarda ona maddi yardım edilmişdir. Dəfələrlə şirkətin rəhbərliyinə yaxınlaşaraq evdə xəstəsinin olduğunu demiş və maddi yardım almışdır. Şirkət rəhbərliyi tərəfindən onun gənc ailə sahibi olduğu üçün daima ona köməkliklər göstərilmişdir. Hətta bu barədə şirkətin iclasında o, çıxış edərək şirkətin rəhbərliyinə daima ona dəstək olduğuna görə öz minnətdarlığını bildirmişdir (bu barədə video görüntü də var). Lakin İddiaçı şirkətin rəhbərliyinin ona olan inamından istifadə edərək Cavabdehnə mənsub küllü miqdarda pul vəsaitini mənimsəyərək öz şəxsi ehtiyaclarına xərcləmiş və eyni zamanda dostları ilə birlikdə qumar oyunlarında uduzmuşdur (iddiaçının qumar oyunlarında iştirak edərək mənimsədiyi pulları uduzması barədə izahatı qoşmaya əlavə edilmişdir.). Cavabdeh olaraq İddiaçı mənimsədiyi pulların qaytarılması üçün şərait yaratmış, işləməsi üçün yenədə ona köməklik edilmişdir. Lakin hazırki iş üzrə iddiaçı yenədə öz çirkin əməllərindən qalmamışdır. Şirkət İddiaçı qanunsuz əməlləri barədə onun valideyinlərinə məlumat vermiş lakin son nəticədə iddiaçının atası oğlunun qumar oynayaraq pul uduzmasında xəbəri olduğunu bildirmişdir. Bu qanunsuz əməllər barədə məcburiyyət qarşısında qalaraq X17 müracəit edilmişdir. Abşeron rayon Prokurorluğu tərəfindən İddiaçı qarşı AR-nın Cinayət Məcəlləsinin müvafiq maddələri ilə xx.xx.2024-cü il tarixdə «Cinayət işi» qaldırılmışdır. Qarayev X12 Respublikasının qüvvədə olan qanunvericiliyin tələblərinə istina edilməklə üzürsüz işburaxmaya görə tutduğu vəzifədən azad edilmişdir. Belə ki, o mütəmadi olaraq rəhbərliyi xəbərdar etmədən və ya icazə almadan iş vaxtı dəfələrlə işdən yayınmışdır. Onun işdə olmaması barədə satış müdüri X24 rəsmi olaraq Şirkətin rəhbərliyinə müracəit etmiş və bu halın qeydə alınmasını xahiş etmişdir. (müraciətin surəti qoşmaya əlavə edilmişdir.) Bundan sonra İddiaçı işə gəlməməsi ilə əlaqədar məhkəməyə şirkətin iclasında baxılmış, onun gənc ailə olduğunu nəzərə alaraq şifahi xəbərdarlıq edilməsi qərara alınmışdır. Göründüyü kimi şirkət tərəfindən ona qarşı maksiumum hər işində köməklik göstərilmişdir. Son nəticədə isə iddiaçı öz əməli ilə 100-ə yaxın işçisi olan bir şirkətə 73000 manat ziyan vurmuşdur. Ziyan vurma faktı müvafiq yoxlamalarla öz əksini tapmışdır. Audit yoxlaması aparılmış ziyanın məbləği müəyyən edilmişdir. Eyni zamanda Abşeron prokurorluğu tərəfindən iş üzrə müvafiq ekspertiza keçirilməsi qərara alınmış və bu ekspertizanın nəticəsi də özündə İddiaçı küllü miqdarda pul vəsaitinin mənimsədiyini protokolunun surəti qoşmaya əlavə edilmişdir). İddiaçı işə gəlmədiyi halda onun işdə olmaması barədə şirkətin rəhbərliyinə rəsmi məlumatlar verilmişdir. Bundan sonra müvafiq əmr verilmiş, qanuna müvafiq tədbirlər görülmüşdür. Tərtib edilən aktlar, məktublar və digər rəsmi sənədlər iddiaçının həm rəsmi həm də faktiki yaşadığı ünvanlara rəsmi olaraq poçt vasitəsi ilə göndərilsə də qapını açan olmadığından məktublar geri qaytarılmışdır. İddiaçı üzürsüz olaraq iş buraxmaya görə müvafiq əmrlə işdən azad edilmişdir. İddiaçı TRUST LUX» Məhdud Məsuliyyətli Cəmiyyətinə satış nümayəndəsi vəzifəsində çalışarkən üzərinə düşən əmək funksiyalarını layiqincə yerinə yetirmədiyindən, səlahiyyət həddini aşaraq, rayonlarda olan satış məntəqələrinin, mağazaların sahiblərinin haqlı narazılıqlarına səbəb olduğundan, işə üzrsüz səbəbdən gəlmədiyindən və bununla da işəgötürənin mənafeyinə ziyan vurduğundan, işəgötürən tərəfindən iddiaçının işdən azad edilməsinə dair əmr qəbul edilərkən əmək qanunvericiliyin tələblərinə əsasən hesab edirlər ki, düzgün əməl edilmişdir. İddiaçı üzürsüz səbəbdən işə gəlməyərək işdən yayındığından şirkətin iş ahəngini pozmuş olmuşdur. Bu isə şirkətə dəyən ziyan deməkdir. Göründüyü kimi iddiaçı işə qəbul olduğu vaxt şirkət tərəfindən ona daima köməklik göstərilmişdir. Sonda isə iddiaçı barəsində mənimsəmə faktı ilə AR CM-nin müvafiq maddəsi ilə «Cinayət işi» başlanılmışdır. İddiaçı işə gələrək işləmək əvəzinə qaçıb işdən yayınmağa üstünlük vermişdir. Qeyd edilənlərə əsasən məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-1822/2024 saylı mülki iş üzrə İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə yazılı izahat təqdim etmiş və bildirmişdir ki, məhkəmə tərəfindən təmin edilmiş vəsatətinə əsasən, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə tanış olmuşdur. Təqdim edilmiş sənədlərdən aktlar və poçt xəbərnamələri sonradan tərtib edilmiş və göstərilənlər həqiqətləri əks etdirmir. Onun işdən çıxarılmasına səbəb MMC-yə məxsus avtomobillə keçirdiyi avtoqəza nəticəsində cavabdehin əmlakına dəymiş ziyanın tam şəkildə onun tərəfindən qarşılanması barədə mübahisədən sonra MMC-nin rəhbəri Namiq Əhmədxanov tərəfindən qərəzli şəkildə verilmiş qərar olmuşdur. Bu qərəz MMC-nin rəhbəri Namiq Əhmədxanovun ondan əsassız olaraq, avtomobilə dəymiş ziyanı şişirdərək əlavə pullar tələb etməsi ilə başlamışdır. O, buna etiraz etdikdə xx.xx.2023 tarixdə öz otağında ona təzyiq altında işdən azad edilməyi barədə ərizə və güya şirkətə borclu olmağı barədə izahat yazdırmış və bundan sonra sifariş əsasında polis çağıraraq, onu polisə təhfil verib barəsində cinayət işi başlanılmasına göstəriş vermişdir. Həmin vaxt o, məcburi şəkildə Qobu polis bölməsinə aparılmış və 13 saatdan artıq polisdə saxlanılmışdır. Lakin deyilənlərin və ondan edilən tələblər təsdiq edilmədiyi və atasının DİN-nin 102 qaynar xəttinə müraciətindən sonra o, polis bölməsindən sərbəst buraxılmışdır. O zaman onun MMC-yə hər hansı məbləğdə ziyan vurması təsdiqini tapmamışdır. Sonradan bir neçə dəfə iş yerinə getsə də MMC rəhbərliyi onu içəri qəbul etməmiş, barəsində daxili araşdırma aparıldığı, araşdırma nəticəsindən sonra məlumat veriləcəyi bildirilmişdir. Uzun müddət sonra o, əmək müfəttişliyinə müraciət etdikdən sonra məlum olmuşdur ki, onu güya işə gəlməməyi səbəbi ilə işdən kənarlaşdırılmışdır. Cavabdehlə aralarında bu kimi münasibətlərin mövcutluğu halında necə ola bilər ki, onun güya işə gəlməməyi əsas göstərilməklə işdən azad edilməyi barədə əmr verilir? Cavabdeh dediyi və aktlarda qeyd etdiyi kimi onu doğurdan da işə çağırmaq niyyətləri olsaydı onunla telefon vasitəsilə əlaqə saxlayardı. Eyni zamanda MMC rəhbərliyində onun faktiki yaşadığı ünvan barədə məlumatlar olmuş, onun və atasının telefon nömrəsi də onlarda olmuşdur. Çünki, keçirdiyi qəzadan sonra MMC rəhbəri atası ilə mütəmadi əlaqə saxlamış, görüşmüş və avtomobilə vurulmuş ziyanla bağlı atasından əlavə pullar tələb edərək almışdır. Məhkəməyə təqdim edilmiş poçt qəbzlərinə nəzər yetirilərkən həmin qəbzlərin eyni anda eyni şəxs tərəfindən tərtib edildiyi açıq-aydın görünür. Belə ki, həmin qəblərin qaimə nömrələrinə nəzər yetirilərkən bəlli olur ki, məktubların ayrı-ayrı tarixlərdə göndərildiyi qeyd edilsə də qaimələrin sıra nömrələri ardıcıl davam etmiş, bu zaman qaimələrin sıralaması arxadan əvvələ doğru sıralanmışdır. (numunə istinad: 312894 nömrəli qaimə xx.xx.2023 tarixdə tərtib edildiyi halda, 312895 nömrəli qaimə xx.xx.2023 tarixdə, tərtib edildiyi göstərilmişdir). Bu zidiyyət bütün qaimələr üzrə müşahidə olunur. Bundan əlavə əgər doğurdan da həmin məktublar ona göndərilmişdirsə, bu zaman ünvana gələn poçtalyon tərəfindən Poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydalarının 9.23 bəndinə uyğun olaraq ünvana məktubun daxil olması barədə bildiriş qoymalı olmuşdur. Lakin qeyd edildiyi kimi həmin məktub və qaimələr formal tərtib edildiyi üçün bu qaydalara riayyət edilməmişdir. Məhkəməyə təqdim edilmiş cinayət işinin başlanılması barədə qərar onun hazırki iddia tələbi ilə məhkəməyə müraciətimdən sonra MMC rəhbərliyi tərəfindən ona təzyiq edilməsi məqsədi ilə edilmiş müraciət əsasında fakta görə başlamışdır. Onun güya MMC-yə məxsus pul vəsaitini mənimsəməsinə dair hər hansı bir fakt və dəlil yoxdur. Bu reallıqda da belədir. Hətta onunla birlikdə MMC rəhbərliyi tərəfindən yerlərdə yoxlama və üzləşmə aparılmış, bu zaman hər hansı bir çatışmamazlığın aşkar edilmədiyi müəyyən edilmiş, bu barədə onun da iştirakı ilə aktlar tərtib edilmiş və həmin satış dükkanları təhvil-təslim əsasında başqa şəxsə verilmişdir. Əgər o, doğurdan da MMC-nin əmlakını və pulunu, məniməmişdirsə, o zaman bu Qobu polis şöbəsi tərəfindən səkkiz ay öncədən araşdırılarkən təsdiq edilməli olmuşdur. Qeyd etdiyi kimi şikayət ərizəsi haqlı iddia tələbində ona qarşı təzyiqlər göstərilməsi məqsədi ilə verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, heç bir cinayət araşdırması yoxdur. Ona təzyiq göstərilməsi məqsədi ilə edilmiş şikayətdir. Şikayətdən sonra işə getməyinin heç bir mənası yox idi. Bir müddət getdikdən sonra isə getmiş, lakin qəbul olunmamışdır. İzahatda yazılan sözlərin isə heç biri onun sözləri deyildir. Belə ki, təzyiq altında yazılmış sözlərdir. İşlədiyi müddət ərzində heç iş buraxmamışdır. Ona təzyiq edilməsi və hədə-qorxular barədə polisə müraciət etmişdir. Ona cavab gəlmişdir ki, araşdırma gedəcəkdir. Lakin hələki bir cavab yoxdur. 13 saat Polis bölməsində saxlanılmışdır. 102 xidmətinə zəng edildikdən sonra buraxılmışdır. Polis bölməsində belə ona hədə-qorxu olunmuşdur. Ona hər yerdə adamlarının olması barədə hədə-qorxu gəlinmişdir. Bütün məktubların hamısı bir gündə yazılmışdır. 5 avqust tarixinə kimi o, hər gün işə getmişdir. Həmin tarixə kimi heç bir iş buraxmamışdır. 5 avqust tarixindən sonra isə PB-də olduğu üçün işə getməmişdir. Ondan sonra isə şirkətə buraxılmamışdır. Ona maşın da verilmişdir. Hadisənin qeydi Kürdəmir rayonunda vardır. X19 müraciətindən sonra pul onun kartına yüklənmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, şirkətdə qarşı tərəfə qarşı heç bir təzyiq olmamışdır. Ən azından şirkətdə kamera və video-görüntülər də vardır. Əgər təzyiq olunsa idi, çıxdıqdan sonra Polis Bölməsinə şikayət edilə bilərdi. Bununla bağlı isə qarşı tərəfin heç bir şikayəti yoxdur. Polis dövlət orqanıdır. Onlar Polisə necə təzyiq göstərə bilərlər? Daşqın mənimsəmə etdiyi üçün onun şirkətdə işi gedirdi. Müstəqil audit onları çağırmışdır. Daha sonra onun araşdırmasını aparmışlar. Həqiqətən mənimsəmə olması ilə bağlı araşdırma olub-olmamasını müəyyən etmək üçün araşdırma gedirdi. Həmin zaman da iddiaçı işə gəlirdi. Lakin elə zamanlar olurdu ki, işi ötürdüyü zamanlar olurdu. Satış müdürü dəfələrlə direktora məlumat vermişdir. Sadəcə direktor gənc ailə olduğu üçün humanistlik etmişdir. Özü də girmiş və direktor ilə söhbət etmişdir. Himayəsində uşağının olması və baxa bilməməsi ilə bağlı direktor ilə söhbət etmişdir. İşə gəlmədiyi günləri satış müdürünün deməyinə baxmayaraq ona güzəşt edilmişdir. Qərar çıxdıqdan sonra isə həm Polis orqanına, həm də məhkəməyə məlumat vermişlər. Halhazırda Abşeron Rayon Prokurorluğunda iş gedir. Qarşı tərəf isə məsələni bildikdən sonra ümumiyyətlə işə gəlməməyə başlamışdır. İşçi saat 9:00-dan 18:00-a kimi şirkətin qeydiyyatındadır. İcazəsiz şəkildə işə gəlmədiyi təqdirdə məsuliyyəti onlar daşıyacaqdırlar. Dəfələrlə ünvanına bildiriş göndərilmişdir. Avqust ayının birindən sentyabr ayının axrına kimi iddiaçı işə gəlməmişdir. Onlar da akt tərtib etmiş və məktubu iddiaçıya göndərmişlər. Çıxarıldıqdan sonra onun özünə zəng etmiş və bildirmişdir ki, sənədlərini götürmək istəyir. O da demişdir ki, sənədlərini götürsün. Son haqq-hesabına kimi isə hər şey ödənilmişdir. Qarşı tərəfə sənədlərin götürülməsi ilə bağlı ərizə yazdırılmışdır. Onların məktubları sıralama ilə gedir. Üstəlik orada poçtun tarixləri də vardır. Belə ki, məktubları poçt vasitəsi ilə göndərirlər. Qarşı tərəf bildirir ki, ona maşın verilmiş və hadisə törətmişdir. Maşınla bağlı heç bir sübut yoxdur. Belə bir hal da baş verməmişdir. Ən azından Polisdə və sığortada iş bununla bağlı iş olmalıdır. İzahatda əmək haqqı ilə bağlı yazılanlara münasibətdə qeyd edir ki, bütün pullar Daşqının kartına köçürülmüşdür. Bununla bağlı ödəniş tapşırıqları da vardır. Əmək Məcəlləsində qeyd edilmişdir ki, rəsmi qaydada poçt ilə müraciət olunmalıdır. Ona görə də poçt vasitəsi ilə müraciət etmişlər ki, gələcəkdə mübahisə baş verərsə sübut kimi istifadə edə bilsinlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: Etiraz ərizəsinə qoşma kimi əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktor müavini X7 ünvanlanmış izahatdan görünür ki, 2022-ci ilin oktyabr ayından Cavabdeh MMC-də satış nümayəndəsi vəzifəsində işləyir. Vəzifənin iş prinsipi ərazidə satış nöqtələrində məhsulların satışının təmin edilməsi və satılmış məhsulların pullarının yığılmasından ibarətdir. İşlədiyi müddət ərzində Cavabdeh MMC-nə məxsus malları bölgələrdə satışını təmin etdikdən sonra satış məntəqələrindən satılan malların pullarını tam olaraq yığmışdır. Yığılan pulların hamısı onda olmuşdur. 2023-cü ilin mart ayından satdığı malların ümumi dəyərindən 67.000 manatını Cavabdeh MMC-nin xəzinədarlığına verməmişdir. Belə ki, həmin 67.000 manatı dostları ilə birlikdə oynadığı qumar oyununda uduzmuşdur. Bu əməlin pis əməl olduğunu anlayır. Atası qumar oynadığını və müəssisəyə məxsus pul vəsaitini uduzduğunu bilmiş və onu buna görə danlamış və cəzalandırmışdır. MMC-nin elektron məlumat sistemində 67.000 manat uduzduğuna görə düzgün olmayan məlumatlları yerləşdirmişdir. Bu məlumatlar satılmış mallar və onların pullarının yığılması ilə əlaqədar məlumatlardır. Atası qumarda uduzduğu müəssisənin 67.000 manatını müəssisəyə ödəməyə köməklik göstərəcəyini bildirmişdir. Çalışıb daha yaxşı işləməyə və yüksək nəticələr əldə etməyə söz vermişdir. Müəssisənin malını satmış və yığdığı müəssisəyə ödəmədiyi 67.000 manatı qısa zaman ərzində müəssisənin xəzinədarlığına ödəməyə söz vermişdir. Səhv iş gördüyünü başa düşmüşdür. Əməlində cinayət tərkibinin olmasını bilir. Lakin buna baxmayaraq ona yenidən şans verib, işləməyinə icazə verilməsini xahiş etmişdir. Mənimsədiyi 67.000 manatı atası və qardaşının köməkliyi ilə birlikdə gətirib Cavabdeh MMC-yə ödəyəcəkdir. Onun bu əməlindən atasının da xəbəri olmuşdur. Ona köməklik edəcəkdir. Onun cavan olmasını və bir daha belə səf olmayacağının nəzərə alınmasını xahiş etmişdir. Etiraz ərizəsinə qoşma kimi əlavə edilmiş Cavabdeh MMC-nin satış müdürü X24 tərəfindən Cavabdeh MMC-nin direktoru X1 ünvanlanmış məlumatlardan görünür ki, Cavabdeh satış nümayəndəsi İddiaçı 01 avqust 2023-cü il, 02 avqust 2023-cü il, 03 avqust 2023-cü il və 04 avqust 2023-cü il tarixlərdə işdə olmamış, olmamasının səbəbi barədə ona heç bir məlumat verməmişdir. Telefon vasitəsi ilə əlaqə yaratmaq istəsə də mümkün olmamışdır. İddiaçı işdə olmamasının qeydə alınmasını xahiş etmişdir. Etiraz ərizəsinə qoşma kimi əlavə edilmiş edilmiş Cavabdeh MMC-nin mühasibi X11 tərəfindən Cavabdeh MMC-nin direktoru X1 ünvanlanmış məlumatlardan görünür ki, Cavabdeh satış nümayəndəsi İddiaçı 01;02;03 və 04 avqust 2023-cü il tarixlərdə işdə olmamış, olmamasının səbəbi barədə şirkətə nə rəsmi, nə də şifahi məlumat verməmişdir. Telefon vasitəsi ilə əlaqə yaratmaq istəsələr də mümkün olmamışdır. Bundan başqa onunla birlikdə Cavabdeh Satış X5, İddiaçı şirkətə təqdim etdiyi Bakı şəhəri, Yasamal rayonu, Kristal ünvan 1 ünvanında və eyni zamanda rəsmi qeydiyyatda olduğu ünvan 2 ünvanında, bir neçə dəfə, İddiaçı işə gəlməməsinin səbəbini müəyyənləşdirmək məqsədi ilə, olmuş lakin, nə İddiaçııla nə də onun ailə üzvlərindən kiminləsə görüşə bilməmişlər. Bu səbəbdən onun işə gəlməməsinin səbəbini müəyyənləşdirə bilməmişlər. İddiaçı yuxarıda göstərilən tarixlərdə şirkətdə işdə olmamasının qeydə alınmasını və müvafiq göstərişlərin verilməsi xahiş edilmişdir. Etiraz ərizəsinə qoşma kimi əlavə edilmiş edilmiş Cavabdeh MMC-nin mühafizəçisi X25 tərəfindən Cavabdeh MMC-nin direktoru X1 ünvanlanmış işçilərin işə davamiyyəti barədə gündəlik verilən məlumatdan görünür ki, Cavabdeh işçiləri olaraq aşağıda adları göstərilən şəxslər 01 avqust 2023-cü il tarixdə işə vaxtında gəlməmişlər. Bir nəfər isə tamamilə işdə olmamışdır. X9-saat 09:05-də işə gəlmişdir. X15-saat 09:10-da işə gəlmişdir. X26-saat 09:12-də işə gəlmişdir. İddiaçı işə gəlməmişdir. Etiraz ərizəsinə qoşma kimi əlavə edilmiş edilmiş Cavabdeh MMC-nin mühafizəçisi X25 tərəfindən Cavabdeh MMC-nin direktoru X1 ünvanlanmış işçilərin işə davamiyyəti barədə gündəlik verilən digər üç məlumatdan da görünür ki, İddiaçı 02 avqust, 03 avqust və 04 avqust 2023-cü il tarixlərində işə gəlməmişdir. Etiraz ərizəsinə qoşma kimi əlavə edilmiş Cavabdeh MMC-nin satış müdürü X24 tərəfindən Cavabdeh MMC-nin direktoru X1 ünvanlanmış məlumatlardan görünür ki, Ağdaş, Ağcabədi, Kürdəmir, Mingəçevir, Yevlax, Zərdab və Ucar rayonlarında olan Cavabdeh X6 məxsus santexnika və digər malları satan satış məntəqələrinin, mağazaların sahibləri və orada işləyən digər işçilər tərəfindən ona mütəmadi zənglər olaraq həmin ərazidə işləyən satış nümayəndəsinin onların işlədikləri satış məntəqələrinə çox gec gəlməsini bildirirlər. Həmçinin həmin şəxslər qeyd edirlər ki, satış nümayəndəsi gec gəldiyindən bəzən isə heç gəlmədiyindən onlar lazım olan malları vaxtında sifariş verilməsində çətinlik çəkirlər. Bu isə onların satışlarına mənfi təsir edir. Yuxarıda göstərilən rayonlarda satış nümayəndəsi olan İddiaçı ilə bu barədə söhbətlər aparılmış və nəticə etibarı ilə sonuncu - İddiaçı bildirmişdir ki, bu hallar həqiqətən olmuş və aradan qaldırılmasına söz vermişdir. Lakin göründüyü kimi onunla digər işçilərin qarşısında aparılan söhbətlər öz müsbət nəticəsini verməmişdir. Göründüyü kimi satış nümayəndəsi vaxtaşırı ona təhkim edilmiş ərazidə olmaq əvəzinə işdə olmur. Bu da mağaza və satış məntəqələrinin sahiblərini haqlı narazılıqlarına səbəb olur. İddiaçı mütəmadi olaraq işdə olmaması faktının qeydə alınması xahiş edilmişdir. Etiraz ərizəsinə qoşma kimi əlavə edilmiş Cavabdeh MMC-nin direktoru X3 tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli, 043A/T23 nömrəli işə gəlməmək barədə əmrdən görünür ki, Cavabdeh MMC-nin satış nümayəndəsi işləyən İddiaçı 01 avqust 2023-cü il tarixdə, 02 avqust 2023-cü il tarixdə, 03 avqust 2023-cü il tarixdə və 04 avqust 2023-cü il tarixlərdə heç bir üzrlü səbəb bildirmədən tam iş günü ərzində işə (iş yerinə) gəlmədiyinə görə həmin iş günü üçün “iş vaxtının uçotu tabelində” işə gəlməməsi kimi qeydə alınçası əmr edilmiş, Cavabdeh MMC-nin mühasibi X2 məsələni araşdırması və qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Cavabdeh MMC-nin 10 iyul 2023-cü il tarixli, 5 nömrəli iclas protokolundan görünür ki, Cavabdeh MMC-nin satış müdürü X24 çıxış edərək bildirmişdir ki, Cavabdeh MMC-nin satış nümayəndəsi İddiaçı işlədiyi rayonlarda yerləşən satış məntəqələrində və mağazalarda son zamanlar mütəmadi olaraq üzərinə düşən iş fəaliyyətini həyata keçirmir. Belə ki, Ağdaş, Ağcabədi, Kürdəmir, Mingəçevir, Yevlax, Zərdab və Ucar rayonlarında olan mağaza və satış məntəqələrinin sahibləri və ya orada işləyən digər işçilər onunla telefon əlaqəsi yaradaraq İddiaçı onların işlədikləri mağazalara gəlməməsi nəticəsində onlarda mal zakaz verilməsində problemlərinin yaranmasını bildirirlər. Göründüyü kimi İddiaçı şirkətin rəhbərliyinin razılığı və xəbəri olmadan rayonlarda olma vaxtında öz iş fəaliyyəti ilə demək olar ki, məşğul olmur. Buradan da müəyyən edilir ki, İddiaçı həftənin müəyyən günlərində, vaxtlarında işdə olmur. Bu da satış məntəqələrinin və mağazaların sahiblərinin əsaslı narazılıqlarına səbəb olur. İddiaçı işdə olmaması barədə artıq rəhbərliyə yazılı müraciət edilmişdir. Hesab edir ki, satış nümayəndəsinin rəhbərliyi xəbərdar etmədən işdə qalma faktı şirkətin iş fəaliyyətinə də əks təsirini göstərə bilər. Göstərilən faktla bağlı İddiaçı barəsində müvafiq tədbirlərin görülməsini xahiş etdi. Cavabdeh MMC-nin satış nümayəndəsi İddiaçı çıxış edərək bildirmişdir ki, satış müdürü X16 dediklərində həqiqət vardır. Belə ki, o, bir neçə dəfə rayonlarda olarkən evdən ona zəng edərək bildirmişlər ki, evdə müəyyən problemləri yaranmışdır. Bu səbəbdən o, vaxt azlığından rəhbərliklə əlaqə saxlayaraq işdə olmaması barədə məlumat verə bilməmişdir. Uşağı xəstə olmuş, həkimə aparmalı olduğu üçün işdə olmamışdır. Amma iş fəaliyyətini layiqincə yerinə yetirmişdir. Satışı həmişə yüksəlmişdir. İşdə olmamanın üzrlü hesab edilməsini xahiş etmişdir. Bir daha belə hallara yol verilməyəcini bildirmişdir. Cavabdeh MMC-nin satış müdürü X15 çıxış edərək bildirmişdir ki, satış müdürü X16 dedikləri həqiqəti əks etdirsə də, satış təmsilçisi İddiaçı iş buraxma səbəbi hesab edir ki, üzrlü hesab edilməlidir. İddiaçı iş buraxması müsbət qiymətləndirilə bilməz. Amma İddiaçı verdiyi izahatı onu göstərir ki, o, məcburiyyət qarşısında qalaraq rəhbərliyi xəbərdarlıq etmədən işdən yayınmalı olmuşdur. İddiaçı iş buraxması ilə əlaqədar ilkin olaraq şifahi xəbərdarlıq edilməsini təklif etmişdir. İclasa Sədrlik edən çıxış edərək bildirmişdir ki, X14 çıxış edərək Cavabdeh MMC-nin satış müdürü X8 dediklərinə fikir bildirərək qeyd etdi ki, İddiaçı rəhbərliyi xəbərdar etmədən işburaxması müsbət bir hərəkət olmasa da onun gənc ailə olduğunu və himayəsində bir övladının olmasını nəzərə alaraq ona şifahi xəbərdarlıq edilməsini bildirmişdir. İclasda iştirak edən digər işçilər İddiaçı şifahi xəbərdarlıq edilməsini məqsədə uyğun hesab etdiklərini bildirmişlər. İddiaçı şirkətin rəhbərliyini xəbərdarlıq etmədən, icazə almadan, işə gəlməməsinə görə onun ailə vəziyyəti yəni gənc ailə olduğu nəzərə alınaraq birinci dəfə şifahi xəbərdarlıq edilməsi qərara alınmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞS/MT030/2023-02614 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt 1 saylı Mediasiya təşkilatında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında Cavabdeh MMC mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat İMS xərci və 10 manat poçt xərci onun tərəfindən ödənilmişdir. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə satış üzrə nümayəndə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə AR ƏM-nin 70.ç bəndinə əsasən (72-ci maddədə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilmiş və işdən azad edilmişdir. xxxxxxx0004X0 nömrəli, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı əmək müqaviləsinə 070-T/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrə əsasən 70.ç, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan halarda əmək vəzifələrini kobud pozulması əsası ilə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Cavabdeh MMC-nin direktoru X3 tərəfindən qəbul edilmiş 070-T/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətindən görünür ki, Cavabdeh MMC satış bölməsində “satış üzrə nümayəndə” vəzifəsində işləyən İddiaçı Namiq oğlu ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70.çişçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2023-cü il tarixindən xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 21 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyinə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında X21 Xidməti yanında X22 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 10 avqust 2023-cü il tarixli müraciətə cavabdan görünür ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, müraciətin iştirakı ilə ətraflı və dəqiq araşdırılması məqsədi ilə o, üç iş günü müddətində X21 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə və ya onun yaşadığı əraziyə yaxın olan DOST mərkəzinə dəvət olunması bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında X21 Xidməti yanında X22 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 20 oktyabr 2023-cü il tarixli müraciətə cavabdan görünür ki, Cavabdeh MMCnin rəhbərliyinin xx.xx.2023-cü il tarixli 30/23 nömrəli və xx.xx.2023-cü il tarixli 43/23 nömrəli məktublarına, təqdim etdiyi müvafiq sənədlərə əsasən müəyyən olunmuşdur ki, onunla “Trust Lux" MMC-nin işəgötürəni arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək müddətli əmək müqaviləsi bağlanılaraq Cavabdeh MMC-də satış nümayəndəsi vəzifəsinə işə qəbul olunmuşdur. Həmçinin məktubda onun cəmiyyətdə işlədi müddətdə cəmiyyətə məxsus 67000 manat pul vəsaitini mənimsədiyi, bununla bağlı X17 müraciət edildiyi və hazırda Abşeron rayon Prokurorluğunda araşdırma aparıldığı bildirilmişdir. Cəmiyyət rəhbərliyi təqdim olunmuş aktlara və ödəniş tapşırıqlarına baxılarkən onun işlədiyi müddətdə əmək haqlarının əmək müqavilənizdə qeyd olunan əmək haqqı məbləğinə uyğun olaraq hesablanıb ödənildiyi, 2023-cü ilin avqust ayından hal hazırki vaxta qədər heç bir üzrlü səbəb olmadan işə gəlməməyi, 2023-cü ilin iyun və iyul ayları üzrə əmək haqlarınızın xx.xx.2023-cü il tarixində əmək haqqı kartına köçürüldüyü müəyyən olunmuşdur. İşəgötürən tərəfindən Əmək Məcəlləsinin 172-ci (əmək haqqının verilməsi müddətləri) maddələrinin tələbləri pozulmuş, belə ki, əmək müqavilənizdə əmək haqqının ödənilməsi müddətinin növbəti ayın 05-nə qədər olması nəzərdə tutulsada, 2023-cü ilin iyun və iyul ayları üzrə əmək haqları gecikdirilərək xx.xx.2023-cü il tarixində əmək müqaviləsində qeyd olunan əmək haqqı məbləğinə uyğun hesablanaraq əmək haqqı kartına köçürülmüşdür. Aşkar olunmuş qanun pozuntusuna əsasən onlar tərəfindən işəgötürən, "xxxx" MMC-nin direktoru X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (işçinin əmək haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişləri hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verillən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) müvafiq olaraq xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq inzibati məsuliyyətə cəlb edilmişdir. O, X21 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə xx.xx.2023-cü il tarixində təqdim etdiyi izahatda xx.xx.2022-ci il tarixdə “Trust Lux’ MMC-də satış nümayəndəsi vəzifəsinə işə qəbul olunduğunu, 2023-cü ilin may ayı daxil olmaqla əmək müqaviləsində qeyd olunan 360 manat əmək haqqı məbləğinə uyğun olaraq əmək haqlarının əmək haqqı kartına köçürüldüyünü, 2023-cü ilin iyun və iyul ayları üzrə əmək haqqınızın ödənilmədiyini, qeyri rəsmi ödənilən əmək haqqı ilə bağlı təsdiqedici sənədinin olmadığını, may ayından sonra əmək haqqı kartının rəhbərlik tərəfindən alındığını bildirmişdir. Həmçinin izahatda şikayət və tələbin 2023-cü ilin iyun və iyul ayları üzrə rəsmi və qeyri rəsmi əmək haqlarının, məzuniyyət pulunun ödənilməsi və işdən azad olunmağı ilə bağlı olduğunu qeyd etmişdir. Əmək Məcəlləsinin 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən onunıa bağlanmış əmək müqaviləsində əmək haqqının 360 (üç yüz altmış) manat məbləğində müəyyən edilmiş, əmək haqqına əlavələr və mükafatlar verilməsi nəzərdə tutulmamışdır. “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilən zaman onun əmək müqavilənizə "xxxx" MMC-nin işəgötürəni tərəfindən xx.xx.2023-cü il tarixli 070-T/2023 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi müəyyən olunmuşdur. Müraciətlə bağlı münasibət bildirilməsi və müvafiq sənədlərin təqdim olunması məqsədi ilə onlar tərəfindən yenidən “Trust-Lux" MMC-nin rəhbərliyinə xx.xx.2023-cü il tarixli 3-17-5/2-41126/2023 nömrəli məktub ünvanlanmışdır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcəkdir. Müraciətinizdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Apartının Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Elçin Məmmədova ünvanlanmış 15 avqust 2023-cü il tarixli müraciətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət edərək Cavabdeh MMC-də sürücü işlədiyini, əmək fəaliyyəti zamanı yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı dəymiş maddi ziyana görə əmək haqqından tutulmaların həyata keçirildiyini, buna etiraz etdikdə isə müəssisə rəhbərliyi tərəfindən X31 əməkdaşı Məmmədxan Həsənovur müəssisəyə dəvət olunmaqla iş yerindən polis bölməsinə aparılmaqla əsassız olaraq 13 saat saxlanıldığını, ona borclu olması barədə izahat yazması üçün təzyiq göstərilməklə emək haqqı kartının alındığını bildirmiş, köməklik göstərilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 12.2.5-ci maddəsinə əsasən, şikayətdə əks etdirilmiş halların yoxlanılmasını, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh MMC şirkətində baş verən qanun pozuntuları və qara iqtisadiyyat hökm sürür. Belə müəssisənin istər mal dövriyyəsi, istərsə də maliyyə-pul dövriyyəsinin 95 faizi vergi orqanlarından gizlədilir. Məsələn onun işlədiyi 7 rayonun (Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Ağdaş, Yevlax, Mingəçevir) 100-dən çox müəssisənin ancaq beş-altısı ilə rəsmi işlənilir. Verilən mallar və yığılan pullar göstərilir. Qalan dövriyyə isə qazar bazar iqtisadiyyatının qanunları ilə dövr elətdirilir. Bundan başqa məlum etmişdir ki, müəsissədə işləyən 30 satış nümayəndəsinin əməkhaqları rəsmi formada karta köçürülür. Mal Dövriyyəsinin 2 faizi dəyərində qeyri-rəsmi formada əmək haqqı verilir. İyun ayında müəssisənin rəhbərliyi qarşısında onun əmək haqqının hamsının rəsmiləşdirilməsini tələb etmişdir. Ona görəki gələcəkdə pensiyaya çıxanda müəyyən məbləğ pensiya ala bilsin. Bundan sonra rəhbərlik onunla tərs düşmüşdür. Onun şirkətdə qara günləri başlamışdır. Şirkət daxili hesablaşmalar ilə onun onlara borclu olduğunu bildirmişlər. Bu qanunsuzluqlara müdaxilə edib, qanunun bərpa edilməsini, o cümlədən onun da hüquqlarının bərpa edilməsini, onun qeyri-leqal şəraitdə verilən əmək haqqının qanuniləşməsini xahiş etmişdir. Abşeron Rayon Prokuroru baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən qəbul edilmiş 05 mart 2024-cü il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki, ilkin araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmiş İddiaçı işlədiyi müddətdə müştərilərdən aldığı külli miqdarda (73.840,74) manat satış pulunu cəmiyyətin kassasına mədaxil etməmiş, mənimsəmişdir. Toplanmış materialda Azərbaycan Respublikası CM-nin 170.3.2-ci maddəsinin tərkib əlamətləri olduğundan fakta görə həmin maddə ilə cinayət işi başlanılmalı və ibtidai araşdırma aparılmalıdır. Göstərilənlərə əsasən 377-C-23 saylı ilkin yoxlama materialı üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması, cinayət işi üzrə istintaqın aparılmasının rayon prokurorluğunun müstəntiqi, ikinci dərəcəli hüquqşünas X27 tapşırılması qərara alınmışdır. Cavabdeh MMC tərəfindən tərtib olunmuş 04 avqust, 11 avqust, 18 avqust, 25 avqust, 01 sentyabr, 08 sentyabr, 15 sentyabr, 22 sentyabr 2023-cü il tarixli işçinin üzrsüz səbəbdən işə gəlməməsi ilə aktlardan görünür ki, İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzrlü və ya üzrsüz səbəb göstərmədən ilk həftə 4 (dörd) tam iş günü, qalan həftələrdə 5 (beş) tam işi günü ərzində işə getməmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində X33 Abşeron bina 39, mənzil 22-də yaşayan İddiaçı məktub göndərilmişdir. Kuryer ünvana getmiş, lakin qapı bağlı olduğu üçün məktub geri qaytarılmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində X33 Abşeron bina 39, mənzil 22-də yaşayan İddiaçı göndərilmişdir. Kuryer ünvana getmiş, lakin qapı bağlı olduğu üçün məktub geri qaytarılmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində ünvan 6 ünvanında yaşayan İddiaçı göndərilmişdir. Kuryer ünvana getmiş, lakin qapı bağlı olduğu üçün məktub geri qaytarılmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində ünvan 6 ünvanında yaşayan İddiaçı məktub göndərilmişdir. Kuryer ünvana getmiş, lakin qapı bağlı olduğu üçün məktub geri qaytarılmışdır. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023, xx.xx.2023-cü il tarixli müraciətlərdən görünür ki, İddiaçı müvafiq olaraq 18 sentyabr 2023-cü il tarixdən 22 sentyabr 2023-cü il tarixə və 11 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixə qədər işə getməmişdir. Getməməsinin səbəbi barəsində nə rəsmi, nə də şifahi xəbərdarlıq və ya məlumat onun tərəfindən Cavabdeh MMC-yə verilməmişdir. Bununla əlaqədar olaraq işə gəlməməyinin səbəbinin araşdırılması məqsədi ilə Cavabdeh MMC-nin ofisinə 3 gün ərzində gedilməsi xahiş edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 04 avqust 2023-cü il tarixli müraciətlərdən görünür ki, İddiaçı 01 avqust 2023-cü il tarixdən 04 avqust 2023-cü il tarixə qədər işə getməmişdir. Getməməsinin səbəbi barəsində nə rəsmi, nə də şifahi xəbərdarlıq və ya məlumat onun tərəfindən Cavabdeh MMC-yə verilməmişdir. Bununla əlaqədar olaraq işə gəlməməyinin səbəbinin araşdırılması məqsədi ilə Cavabdeh MMC-nin ofisinə 3 gün ərzində gedilməsi xahiş edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 11 avqust 2023-cü il tarixli müraciətlərdən görünür ki, İddiaçı 07 avqust 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixə qədər işə getməmişdir. Getməməsinin səbəbi barəsində nə rəsmi, nə də şifahi xəbərdarlıq və ya məlumat onun tərəfindən Cavabdeh MMC-yə verilməmişdir. Bununla əlaqədar olaraq işə gəlməməyinin səbəbinin araşdırılması məqsədi ilə Cavabdeh MMC-nin ofisinə 3 gün ərzində gedilməsi xahiş edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 18 avqust 2023-cü il tarixli müraciətlərdən görünür ki, İddiaçı 14 avqust 2023-cü il tarixdən 18 avqust 2023-cü il tarixə qədər işə getməmişdir. Getməməsinin səbəbi barəsində nə rəsmi, nə də şifahi xəbərdarlıq və ya məlumat onun tərəfindən Cavabdeh MMC-yə verilməmişdir. Bununla əlaqədar olaraq işə gəlməməyinin səbəbinin araşdırılması məqsədi ilə Cavabdeh MMC-nin ofisinə 3 gün ərzində gedilməsi xahiş edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 25 avqust 2023-cü il tarixli müraciətlərdən görünür ki, İddiaçı 21 avqust 2023-cü il tarixdən 25 avqust 2023-cü il tarixə qədər işə getməmişdir. Getməməsinin səbəbi barəsində nə rəsmi, nə də şifahi xəbərdarlıq və ya məlumat onun tərəfindən Cavabdeh MMC-yə verilməmişdir. Bununla əlaqədar olaraq işə gəlməməyinin səbəbinin araşdırılması məqsədi ilə Cavabdeh MMC-nin ofisinə 3 gün ərzində gedilməsi xahiş edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 01 sentyabr 2023-cü il tarixli müraciətlərdən görünür ki, İddiaçı 28 avqust 2023-cü il tarixdən 01 sentyabr 2023-cü il tarixə qədər işə getməmişdir. Getməməsinin səbəbi barəsində nə rəsmi, nə də şifahi xəbərdarlıq və ya məlumat onun tərəfindən Cavabdeh MMC-yə verilməmişdir. Bununla əlaqədar olaraq işə gəlməməyinin səbəbinin araşdırılması məqsədi ilə Cavabdeh MMCnin ofisinə 3 gün ərzində gedilməsi xahiş edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 08 sentyabr 2023-cü il tarixli müraciətlərdən görünür ki, İddiaçı 04 sentyabr 2023-cü il tarixdən 08 sentyabr 2023-cü il tarixə qədər işə getməmişdir. Getməməsinin səbəbi barəsində nə rəsmi, nə də şifahi xəbərdarlıq və ya məlumat onun tərəfindən Cavabdeh MMC-yə verilməmişdir. Bununla əlaqədar olaraq işə gəlməməyinin səbəbinin araşdırılması məqsədi ilə Cavabdeh MMCnin ofisinə 3 gün ərzində gedilməsi xahiş edilmişdir. Cavabdeh MMC-nin direktoru X1 İddiaçı tərəfindən ünvanlanmış müraciətdən görünür ki, Cavabdeh MMC-nin 05 oktyabr 2023-cü il tarixli, 070-T/2023 saylı əmrinin surəti ona rəsmi olaraq 26 oktyabr 2023-cü il tarixində təqdim edilmişdir. 070-T/2023 saylı, xx.xx.2023-cü il tarixli istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması barədə sənəddən görünür ki, 253.01 manat məbləğində pulun ödənilməsi hesablanmış və SP0000100 nömrəli ödəniş tapşırığına əsasən həmin məbləğ İddiaçı hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli Cavabdeh MMC-nin satış nümayəndəsi vəzifəsində çalışan İddiaçı ünvanlanmış 37/23 nömrəli məktubdan görünür ki, o, 01 avqust 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək heç bir üzrlü səbəb olmadan işə getməmiş və getməməsinin səbəbləri barədə Cavabdeh MMC-yə nə yazılı, nə də şifahi olaraq heç bir məlumat verməmişdir. Bununla əlaqədar işə getməməyinin səbəbi barədə məlumat verilməsi üçün Cavabdeh MMC-nin inzibati binasına 5 iş günü ərzində yaxınlaşması xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Abşeron-Xızı regional şöbəsinin Cavabdeh MMC-nin rəhbəri X1 16 oktyabr 2023-cü il tarixli məlumatdan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq barəsində tərtib olunmuş İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar icra olunması üçün göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə uyğun olaraq qərarda qeyd olunan məbləğin 1 ay müddətinə X21 Xidmətinin aşağıda göstərilən bank hesabına ödənilməsi təmin edilmişdir. MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh MMC-nin direktoru X3 barəsində tərtib edilmiş 02 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli prokurorun qərarına və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq İddiaçı əmək məzuniyyət haqqlarının, ezamiyyət xərclərinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş müavinət və digər ödəmələrin hesablamasında ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntusunun yol verilməsi nəticəsində X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və verilən izahatlarla müəyyən olunmuşdur ki, iddiaçı satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir. Sonra Cavabdeh MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə xitam verilmişdir. İddiaçı da işdən çıxarılmasına dair əmrin əsassız olduğunu və işdən əsassız olaraq çıxarıldığını iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin tələbləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, cavabdeh işəgötürən tərəfindən iddiaçının etdiyi qanun pozuntularına qiymət verilməsi üçün iclas təşkil edilmiş, iddiaçının bir daha həmin pozuntulara yol verməməsi, gənc ailə olması və digər üzürlü halların nəzərə alınmasını xahiş etdiyindən cavabdeh tərəfindən humanstlik edilərək “şifahi xəbərdarlıq” edilmişdir. Bütün qeyd olunanlara hallara baxmayaraq işin araşdırılan halllarına əsasən müəyyən edilmişdir ki, iddiaçı öz vəzifəsindən sui-istifadə edərək satış nümayəndəsi olduğu Cavabdeh MMC-nin adından istifadə edərək cavabdehə məxsus külli miqdarda pulu (67 min manat pul) cavabdehə təhvil verməmiş, cavabdehin müraciəti əsasında Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılmışdır. Qeyd olunan hal iddiaçının izahatı ilə təsdiq edilmiş, qeyd olunanlara baxmayaraq iddiaçı məhkəmə iclasında iddia tələbinin hüquqi əsası kimi cavabdehə məxsus avtomobili idarə etdiyini, onun xarab olması və qəza törətməsi ilə bağlı tərəfələrin arasında narazılıqların olduğunu bildirmişdir. Lakin işin araşdırılan halları ilə təsdiq edilmişdir ki, cavabdehə məxsus avtomobil iddiaçının istifadəsinə verilməmişdir. Məhkəmə iclasında iddiaçının verdiyi izahatlar hər məhkəmə iclasında fərqli olmaqla həqiqəti əks etdirməmişdir. Məhkəmə tərəfindən araşdırılan hallara əsasən müəyyən edilmişdir ki, iddia tələbinin hüquqi əsası öz təsdiqini tapmamış, cavabdehin etirazının dəlilləri həqiqəti əks etdirməklə, etiraza əlavə edilmiş sübutlarla əsaslı sayılmışdır. Belə ki, iddiaçı üzürlü səbəb olmadan, heç bir məlumat vermədən uzun müddət işə gəlməmiş, qeyd olunanlar cavabdeh tərəfindən aktlaşdırılmış və iş materiallarına əlavə edilmişdir. Bu xüsusatlar Cavabdeh MMC-nin (işəgötürənin) əmək və icra intizamının normal ahəngini pozmuş, ona maddi ziyan vurmuşdur. Bütün bu tənbeh növləri nəticə vermədikdən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işdə yol verdiyi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşəgötürən işçini iş vaxtı yol verdiyi nöqsanlara görə qanunvericiliyin tələbinə uyğun olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. İddiaçı 04 avqust 2023-cü il tarixdə işə getməmiş və eyni zamanda 22 sentyabr 2023-cü il tarixə qədər də dövr ərzində işdə olmamışdır. İddiaçı ərizəsində və izahatında xx.xx.2023-cü il tarixdə MMC-nin rəhbəri Namiq Əhmədxanov otağında ona təzyiq altında işdən azad edilməyi barədə ərizə və güya şirkətə borclu olmağı barədə izahat yazdırmağını və bundan sonra sifariş əsasında polis çağıraraq, onu polisə təhvil verib barəsində cinayət işi başlanılmasına göstəriş verməsini bildirərək, polis söbəsində saxlanıldığını bildirsə də, bu halı təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddiaçı tərəfindən bu halı təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı 04 avqust 2023-cü il tarixdən 22 sentyabr 2023-cü il tarixinədək üzrlü səbəb olmadan işə gəlməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə işdən azad olunmasında hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi,adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrəişçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş ƏMnin müvafiq maddəsi göstərilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası ƏM-nin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: -71.2-ci maddəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. -72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati- sərəncamverici səlahiyyətlərə malik olur. Əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquqbərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Məhkəmə qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar AR ƏM-nin 70-ci maddəsinin yalnız «ç» bəndində nəzərdə tutulan əsasa aiddir. Bu zaman qanunvericilik işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün aşağıdakı şərtləri müəyyən etmişdir: -işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir; -işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır; -işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır. Nəzərə almaq lazımdır ki, əgər işçinin öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirilməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamışsa və ya işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin(onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişsə, həmin işçi ilə əmək müqaviləsinin AR ƏM-in 70cimaddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Həmçinin 71.3-cü maddəsinə əsasən işəgötürən üçün bu Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsini ləğv edərkən belə bir şərt müəyyən edilmişdir ki, o, hər bir halda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yəni əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu, işəgötürən tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin şərh edilməsinə dair” 2005-ci il 21 oktyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, dövlətin və insanın vətəndaşların və digər şəxslərin hüquq və azadlıqlarına qəsd etməmək vəzifəsi hüquqların məhdudlaşdırılması kimi qəbul edilir. Dövlət tərəfindən insan hüquqlarının qanuni məhdudlaşdırılması digər subyektlərin hüquqlarına özbaşına münasibətə sədd qoymaq məqsədinə yönəlmişdir. Hüquqi dövlətdə insan hüquqlarının məhdudlaşdırılması yalnız qanun əsasında mümkündür. Bu prinsip “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Konstitusiya Qanununun 3.1 və 3.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilərək qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsas tələbdən törəmə tələb olub, işə bərpa barəsində iddia tələbindən yaranmışdır. Buna görə də iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə hissəsi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrin ləğvi və sair” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-1822/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1822/2024
01.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver