Məhkəmə qərarları › İş №e-2(060)-1861/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-1861/2024

29.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-1861/2024 29.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 iştirakları ilə İddiaçı İsgəndər qızının cavabdehlər Cavabdeh4, X2, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, X2, Cavabdeh1, Cavabdeh2 İddiaçı İsgəndər qızına məxsus ünvan 1 ünvanından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 33 saylı mənzil xüsusi mülkiyyət hüquqi ilə İddiaçı İsgəndər qızına məxsusdur. Cavabdehlər Cavabdeh4, X2, Cavabdeh1 ,Cavabdeh2 Zəngilan rayonundan məcburi köçkündürlər. Onlar 1993-cü il tarixdən İddiaçı İsgəndər qızının evində özbaşına olaraq məskunlaşmışlar. Dəfələrlə cavabdehlərə İddiaçı İsgəndər qızına məxsus evi könüllü şəkildə boşaltmaları barədə xəbərdarlıq edilsədə, onlar məcburi köçkün ststuslarının olduğunu, məcburi köçkünü heç kimin məskunlaşdığı yerdən çıxara bilməyəcəyini qeyd edərək, evi boşaltmaqdan imtina etmişlər. Bu isə bir mülkiyyətçi olaraq İddiaçı İsgəndər qızının hüquqlarını pozur. Belə ki, İddiaçı İsgəndər qızının başqa yaşayış yeri yoxdur. Ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 4-cü mikrorayon,ev 15/23 ünvanında yerləşən 47 saylımənzildə kirayə yaşamaq məcburiyyətində qalıblar. Bu isə maddi sıxıntılar yaradır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edir. Məhkəmədə iddiaçının nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli mənzilin həqiqətən də iddiaçıya məxsus olduğunu, lakin onun ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi həmin mənzildə məskunlaşdıqlarını, başqa yaşayış yerlərinin olmadığı üçün hazırda həmin mənzildən çıxmadıqlarını bildirdi. Dövlət tərəfindən onlar başqa mənzillə təmin edildiyi halda həmin mənzildən çıxa bilərlər. Göstərilənləri nəzərə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdmişdir. Məhkəmədə Cavabdeh4 Cavabdeh1 izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər X2, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər sektoru qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlər A.İ.Nəcəfova, Y.Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər sektorunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2024-cs il tarixli “ailə tərkibi haqqında” arayışdan görünür ki, Cavabdeh4, X2, Cavabdeh1 və Cavabdeh2 1993-cü il tarixdən məcburi köçkün kimi Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29, mənzil 33-də məskunlaşmışlar. Beləliklə iş materiallarından müəyyən olunur ki, mübahisəli mənzil iddiaçıya məxsusdur və cavabdehlər heç bir qanuni əsas olmadan həmin mənzildə məskunlaşmışlar. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehlərin ona məxsus mənzildə məskunlaşması onun iradəsinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında hətta orderli mənzilın hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). “Cəfərov (Jafarov) Azərbaycana qarşı” xx.xx.2010-cu il tarixli məhkəmə qərarına əsasən “Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər” məcburi köçkün hesab olunurlar (2-ci maddə). Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər (5-ci maddə). Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası” 4-cü maddəsinə əsasən “Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Göstərilənlənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıya məxsus mübahisəli mənzildən çıxarılmalıdırlar. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərdən müəyyən edildi ki, iddiaçının köçürülməsini tələb etdiyi mübahisəli mənzilin hüquqi statusunu müəyyən edən sənəd onun adına verilmiş çıxarışdır. Məhkəmə hesab edir ki, şəxs istifadə hüququ əldə etdiyi mənzildə yaşamaq imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəliləri keçirmiş şəxslər ödənilməli olan dövlət rüsumundan azaddırlar. İşin qeyd olunan hallarını və qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, X2, Cavabdeh1 və Cavabdeh2 İddiaçı İsgəndər qızına məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 29 saylı evin, 33 saylı mənzilindən çıxarılsınlar. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı İsgəndər qızının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar