Məhkəmə qərarları › İş №e-2(060)-194/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-194/2024

30.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-194/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış binalarından istifadə qaydasının müəyyən olunması tələbinə dair iddia ərizəsinə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflərin nikah dövründə əldə etdikləri, Sumqayıt şəhəri 13-cü mikrorayon, 19 və 21 saylı yaşayış binalarının arasında yerləşən iki ədəd qeyri-yaşayış binasından (ticarət obyektindən) istifadə qaydasının müəyyən olunması, yəni, sahəsi 24 kv.m. olan “Sara” qadın gözəllik salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi, cavabdehin faktiki sahibliyindən və istifadəsindən alınaraq, İddiaçı faktiki sahibliyinə və istifadəsinə verilməsi, “Davinçi” kişi salonu kimi fəaliyyət göstərən qeyriyaşayış sahəsinin isə, Cavabdeh faktiki sahibliyində və istifadəsində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, aliment və nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında 28 yanvar 2002-ci il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 19 yanvar 2005-ci il təvəllüdlü X1 onun yanında qalması və cavabdehdən X1 yetkinlik yaşına çatanadək saxlanması üçün “nikahın pozulması, aliment və nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbi”nə dair mediasiya ilə bağlı Cavabdeh könüllü təklif göndərildiyi vaxtdan – xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi, nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin və “MERCEDES BENZ C230” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili tərəflərin uşaqlarının onun himayəsində olduğunu və onunla birlikdə qalmaq istəyini nəzərə almaqla onun 2/3 hissə, Cavabdeh isə 1/3 hissə müəyyən edilməklə paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(060)-236/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri, 13-cü mikrorayon 21 ünvanında yerləşən 42 nömrəli mənzildə və “MERCEDES BENZ C230” markalı, 99CA017 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində paylar ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh olmaqla müəyyən edilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-236/2023 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-236/2023 saylı qətnaməsinin “qət etdi” hissəsinin 2-ci azbasında və qətnamənin əsaslandırma hissəsində qeyd olunmuş birgə nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri, 13-cü mikrorayon 21 ünvanında yerləşən 42 nömrəli mənzildə və “MERCEDES BENZ C230” markalı, 99CA017 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində paylar ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh olmaqla müəyyən edilsin hissəsinə düzəliş edilərək birgə nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri, 13-cü mikrorayon 21 ünvanında yerləşən 3 nömrəli mənzildə və “MERCEDES BENZ C230” markalı, 99CA017 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində paylar ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh olmaqla müəyyən edilsin kimi oxunmaqla, qətnamənin tərtibi zamanı yol verilmiş yanlışlıq düzəldilməsi qərara alınmışdır. Bundan əlavə, tərəflər nikah dövründə yaşadıqları binanın yaxınlığında konkret olaraq, Sumqayıt şəhəri 13-cü mikrorayon, 19 və 21 saylı yaşayış binalarının arasında yerləşən iki ədəd qeyri-yaşayış binasına (ticarət obyektinə) sahib olmuşlar. Həmin qeyri yaşayış sahələrindən biri sahəsi 24 kv.m. olan “Sara” qadın gözəllik salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi, İddiaçı faktiki sahibliyində və istifadəsində olmuş, “Davinçi” kişi salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi isə, Cavabdeh faktiki sahibliyində və istifadəsində olmuşdur. Lakin tərəflər arasında məhkəmə çəkişməsi başladıqdan sonra, Cavabdeh fiziki qüvvə tətbiq edərək, İddiaçı həmin salondan çıxarmışdır. Qeyd olunduğu kimi, tərəflər arasındakı nikah pozulmuş, nikah dövründə əldə etdikləri əmlaklar məhkəmə qaydasında bölünmüşdür. Lakin yuxarıda qeyd olunan qeyri-yaşayış sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün bölgü predmeti olmamışdır. Ona görə də, hesab edir ki, tərəflərin nikah dövründə əldə etdikləri qeyri-yaşayış sahələri onlar arasında bölünə bilmədiyindən həmin qeyri-yaşayış sahələrindən istifadə qaydaları müəyyən olunmalı, tərəflərin nikah dövründə əldə etdikləri, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 19 və 21 saylı yaşayış binalarının arasında yerləşən iki ədəd qeyri-yaşayış binasından (ticarət obyektindən) istifadə qaydası müəyyən olunmalı, sahəsi 24 kv.m. olan “Sara” qadın gözəllik salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi, cavabdehin faktiki sahibliyindən və istifadəsindən alınaraq, İddiaçı faktiki sahibliyinə və istifadəsinə verilməli, “Davinçi” kişi salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi isə, Cavabdeh faktiki sahibliyində və istifadəsində saxlanılmalıdır. Qeyd edir ki, mübahisənin məhkəmədən kənar qaydada, yəni, mediasiya qaydasında həlli mümkün olmamışdır. Tərəflərin İzahatları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, nümayəndəsi və vəkili Vəkil olu ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Ali Məhkəməsindəki cinayət işi ilə bağlı iclasda iştirakına görə hazırki məhkəmə iclasında iştirakının mümkün olmadığını bildirmişdir. Məhkəmənin mülahizəsinə əsasən məhkəmə iclasının təxirə salınmasını və ya işə iştirakları olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanları izahatı kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, tərəflər arasında kompromis əldə olunmamışdır. İşin materiallarında olan: MŞS/MT030/2023-01538 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasya sessiyasında iştirak edərək, sessiyanın keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dar xərci ödəmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 13cü mkr., ev 21, mənzil 3 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Qeyd edilən əmlakın hüquq sahibləri ½ hissədə İddiaçı, ½ hissədə Cavabdehdur. Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş R-8 saylı, xx.xx.2014-cü il tarixli məlumat məktubundan görünür ki, "xxxx" MMC (Lisenziya № 022527, L-09-019, 03 avqust 2009-cu il) tərəfindən tərtib edilmiş və Memarlıq və şəhərsalma idarəsində razılaşdırılmış eskiz layihəsinə əsasən İddiaçı məxsus olan 13-cü mikrorayon ərazisində yerləşən torpaq sahəsində məişət xidmət obyektinin tikintisinə və quraşdırılmasına etiraz edilmir. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində qiymətləndirilən ünvan 1 ünvanında yerləşən, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 72,2 kv.m olan 3 saylı mənzilin diymətləndirilməsi zamanı daşınmaz əmlak bazarında analoji mənzillərin bazar dəyəri üçün əss olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2023-cü il tarixinə bazar dəyəri 80000 (səksən min) manat təşkil edir. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 1.0.1-ci maddəsinə əsasən- Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 146.2-ci maddəsinə əsasən- Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən- Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-ci maddəsinə əsasən- İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 178.1-ci maddəsinə əsasən-Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir 180.1-ci maddəsinə əsasən- Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən- Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-ci maddəsinə əsasən- Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 225.1-ci maddəsinə əsasən- Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən - Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən - Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-ci maddəsinə əsasən - Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə araşdırması zamanı müəyyən etdi ki, Sumqayıt şəhəri 13-cü mikrorayon, 19 və 21 saylı yaşayış binalarının arasında iki ədəd qeyri-yaşayış binası mövcuddur, həmin tikililər torpaqla möhkəm bağlı olan tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektdir. Daşınmaz əmlak olaraq daşınmaz əmlakın dövlət reyestrində müvafiq qaydada qeydiyyata alınmamışdır. Tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan inşa edilmişdir. Tikili özbaşına tikinti olduğu üçün ona mülkiyyət hüququ əldə etmək mümkün deyil. Mülkiyyət hüququ əldə emək mümkünsüz olduğu üçün subyektin həmin tikilidən istifadə etmək hüququ yaranmır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Sumqayıt şəhəri 13-cü mikrorayon, 19 və 21 saylı yaşayış binalarının arasında yerləşən iki ədəd qeyri-yaşayış binasından (ticarət obyektindən) istifadə qaydasının müəyyən olunması, yəni, sahəsi 24 kv.m. olan “Sara” qadın gözəllik salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi, cavabdehin faktiki sahibliyindən və istifadəsindən alınaraq, İddiaçı faktiki sahibliyinə və istifadəsinə verilməsi, “Davinçi” kişi salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin isə, Cavabdeh faktiki sahibliyində və istifadəsində saxlanılması barədə iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Sumqayıt şəhəri 13-cü mikrorayon, 19 və 21 saylı yaşayış binalarının arasında yerləşən iki ədəd qeyri-yaşayış binasından (ticarət obyektindən) istifadə qaydasının müəyyən olunması, yəni, sahəsi 24 kv.m. olan “Sara” qadın gözəllik salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi, cavabdehin faktiki sahibliyindən və istifadəsindən alınaraq, İddiaçı faktiki sahibliyinə və istifadəsinə verilməsi, “Davinçi” kişi salonu kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin isə, Cavabdeh faktiki sahibliyində və istifadəsində saxlanılması barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar