Məhkəmə qərarları › İş №e-2(060)-195/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-195/2025

07.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-195/2025 07.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə, "xxxx" ASC-yə, Sumqayıt şəhəri 1 saylı notariat ofisinə, Sumqayıt şəhəri 4 saylı notariat ofisinə və 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinə qarşı vəsiyyətnamənin, daşınmaz əmlakın bağışlanması müqaviləsinin əhəmiyyətsiz sayılması və s. tələblərinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə:

1. İddiaçı Cavabdeh1, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Cavabdeh2, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə, "xxxx" ASC-yə, Sumqayıt şəhəri, 1 saylı notariat ofisinə və Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Piriyev Səməd Həsən oğlunun adından Cavabdeh1 verilmiş 09 iyul 2016-cı il tarixli 2V-147 nömrəli vəsiyyətnamənin, Piriyev Səməd Həsən oğluna məxsus olmuş ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin) bağışlanmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin, həmin ünvanda yerləşən daşınmaz əmlakın (mənzilin) DƏDRX-nin ünvan 2 aparılmış reyestr qeydiyyatının, həmin əmlakın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, 4Ə-2308 reyestr nömrəli müqavilənin, bağ sahəsinin Piriyev Səməd Həsən oğlunun adından Cavabdeh1 adına keçirilməsinin və bağçılıq cəmiyyətinə üzvlüyünə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin 28 aprel 2019-cu il tarixli 19 saylı qərarının etibarsız hesab edilməsi, daşınmaz əmlakın - ünvan 3 ünvanında yerləşən evlə bağlı Cavabdeh2n adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X135 Həsən oğlu onun doğma qardaşı olmuşdur. O, Hacıqabul şəhərində anadan olsa da Sumqayıt şəhərində işləmiş və yaşamışdır. Onun həyat yoldaşı X70 ilə nikahlarından övladları olmamışdır. Səməd Piriyev və onun arvadı Aliyə Piriyeva həyatlarının son illəri ağır xəstə olmuşlar. Hər ikisi baş beyin qansızması, yəni işemik insult keçirmişlər. Səməd Piriyev son illər artıq özünü idarə edə bilmirdi. Onun ağlı, şüuru, düşüncəsi pozulmuşdu. Sözlərinə və hərəkətlərinə nəzarəti demək olar ki, tam itirmişdi. Ona görə də o və qızı Nümayəndə1 tez-tez ona baş çəkməyə Sumqayıta gəlirdilər. 2016-cı ildə Səmədin arvadı Aliyə vəfat etmi və bundan sonra Səmədin həyat şəraiti və sağlamlığı daha da pisləşmişdir. Onlar razılığa gəlmişlər ki, Səmədin baldızı oğlu Cavabdeh1 ona baxsın,ona lazım olan ərzaq, dərman və sair tələbat mallarını alıb versin, Səməd Piriyevin "xxxx" ASC-də adına depozit vardı. O,qızı Nümayəndə1 baş etibarnamə vermişdi və Aynurə də vaxtaşırı Vüsala Səmədin pulundan çıxarıb verir və hesabatını aparırdı. Yəni dəftərdə qeydlərini dəqiqliklə yazırdı. xx.xx.2021-ci ildə Səməd Piriyev vəfat etmiş və onu gətirib Hacıqabulda dəfn etmişdilər. Onun hüzürünü Hacıqabulda o və ailə üzvləri yola verdilər. Qəbrinin üstünü düzəltdirdilər və sair xərclərini qarşıladılar. Həmin vaxt onun Hacıqabul şəhərində ev məsələsi ilə bağlı Hacıqabul rayon məhkəməsində mülki iddia işi vardı. Mübahisəli olan bu iş bir neçə il davam etmiş və indi də davam etməkdədir.X93 Məhkəməsinin icraatındadır. O, Səməd Piriyevin yaxın qohumu kimi yeganə vərəsəsi idi. Lakin onun başı məhkəməyə qarışdığından qardaşının ölümündən sonra vərəsəlik açdırmamışdı. Fikirləşirdi ki, onsuz da o, yeganə vərəsədir və bu işi asanlıqla istənilən vaxt həll edə bilər. Bu yaxınlarda qızı Nümayəndə1 Sumqayıt şəhərinə gedib X94 evinə baş çəkəndə ona məlum olmuşdur ki, evi X112 onların xəbəri olmadan Səmədin vəfatından dərhal sonra saxta sənədlər tərtib etdirməklə öz adına keçirtmiş,sonra da başqa bir adama Cavabdeh2 satmışdır. Digər tərəfdən,o,”Xəzər” bağçılıq cəmiyyətində X94 adına olan bağ sahəsini onun içərisindəki evlə birlikdə öz adına keçirtmişdir. Yəni özünü həmin torpaq sahəsinin sahibi kimi “Xəzər” bağçılıq cəmiyyətinə üzv qəbul etdirmişdir. X94 adına olan depozit əmanətlərinin miqdarı barədə onlarda dəqiq məlumat yoxdur. Lakin sözsüz ki, onlar da Cavabdeh1 tərəfindən mənimsənilmişdir. Belə ki, son vaxtlar biliblər ki, Nümayəndə1 qardaşı Səməd Piriyev tərəfindən verilmiş etibarnamə ləğv edilmişdir. Buna da Cavabdeh1 qardaşının xəstəliyindən, fəaliyyət qabiliyyətinin pozulmasından istifadə etməklə nail olmuş, hətta saxta yolla guya qardaşının sağlığında vəsiyyətnamə də yazdırmışdır. Beləliklə, Cavabdeh1 X117 Həsən oğlunun ölümündən sonra yeganə vərəsəsi kimi ona çatası bütün əmlaklarını qanunsuz yolla ələ keçirmişdir. Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Tikinti İnventarlaşdırma,Mülkiyyət hüquqlarının qeydiyyatı və Şəhərsalma kadastrı İdarəsinin “Qeydiyyat vəsiqəsi”nə əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 42,13 kv.m,yaşayış sahəsi 29,36 kv.m yardımçı sahəsi 12,77 kv.m olan 2 otaqlı mənzil Piriyev Səməd Həsən oğlunun adına qeydə alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən S.Piriyevə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 14657 saylı Arayışdan da görünür ki,qeyd olunan mənzil mülkiyyət hüququ ilə S.Həsənova məxsus olmuşdur. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 329364 nömrli arayışdan görünür ki,Piriyev Səməd Həsən oğlu (Hacıqabul şəhərində anadan olmaqla,ş.v. AZE-********) qeyd olunan mənzildə qeydiyyatda olmaqla onun həyat yoldaşı X70 da orada qeydiyyatda olmuşdur. X46 AЗ-1691669 tarixli doğum haqqında şəhadətnaməsindən görünür ki, o,xx.xx.1939-cu ildə Qazıməmməd (indiki Hacıqabul) şəhərində anadan olmuşdur. Piriyev Səməd Həsən oğlu ilə X70 arasında nikahın bağlanması haqqında AЗ-139042 nömrəli şəhadətnamədən görünür ki,onların kəbini xx.xx.1960-cı ildə qeydə alınmışdır. 2 saylı Sumqayıt şəhər poliklinikasında S.Piriyevin arvadı X29 adına açılmış ambulator xəstənin tibbi kitabçasından görünür ki,o,beyin ödemi,baş beyinə qansızma,sağ beyin yarımkürəsində işemik insult,arterial hipertoniya xəstəliyindən əziyyət çəkmiş və xx.xx.2016cı ildə vəfat etmişdir. xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ 823073 nömrəli “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X70 31 iyul 2016-cı ildə vəfat etmişdir və ölümün səbəbi kimi “beyin ödemi” diaqnozu qoyulmuşdur. Bu barədə ölüm faktının qeydi kitabında 09 avqust 2016-cı ildə 953 nömrə ilə qeyd aparılmışdır. Cavabdeh1 Xİ-ЖГ 436837 tarixli doğum haqqında şəhadətnaməsindən görünür ki,o,xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Ağayev Afət Allahqulu oğlu ilə X57 arasında nikahın bağlanması haqqında İİ-ЖГ- 406140 nömrəli şəhadətnamədən görünür ki,onların kəbini xx.xx.1980-ci ildə qeydə alınmışdır. Bu sənəd həm də onu bildirir ki, Cavabdeh1 Ağayev Səməd Həsən oğlunun baldızı oğludur, yəni arvadı Alıyə Ağayevanın bacısı Sədaqət Ağayevanın oğludur. xx.xx.2016-cı il tarixdə notariat kontoruna Piriyev Səməd Həsən oğlunun adından kompüterlə yazılaraq ona imzalatdırılmış ƏRİZƏ-dən görünür ki,guya S.Piriyev “gələcəkdə hər hansı mübahisə yaranarsa,bütün məsuliyyəti və onun həllini öz üzərimə götürürəm” kimi qeydlə razılaşmış və ərizənin altında ona “hal mənə məlumdur” kimi mücərrəd və bağışlanma müqaviləsinin imzalanması proseduruna uyğun gəlməyən qeyd əlavə olunmuşdur. Burada hansı halın S.Piriyevə məlum olması gizlədilmişdir. Müvafiq notariat kontorunda digər bağışlanma müqavilələrindən nümunələr götürülməklə prosedur qaydasında uyğunsuzluq olmasını aydın görmək olar. Həmçinin ərizədə S.Piriyevin “subay” olması kimi absurd bir qeyd də aparılmışdır. Bu qeyd bağışlanma müqaviləsinə hansı maneəni aradan qaldırdığını aydın etmir. Belə olduğu təqdirdə hər halda notarius S.Piriyevin bacı-qardaşlarının, övladlarının, digər ön sıra qohumluq dərəcəsində olan yaxınlarının da olub-olmamasını, onların bundan məlumatlı olub-olmadıqlarını da müəyyən etməli idi. Notarius isə bunu və daha önəmli olan halları (məsələn: S.Piriyevin bu müqaviləni öz iradə ifadəsi ilə bağlayıb-bağlamadığını,daha yaxın qohumlarını qoyub aşağı sıralarda olan şəxsə əmlakını bağışlamasının səbəblərini,onun səhhətində,psixikasında problemlərin olub-olmadığını və s.) araşdırmalı olduğu halda etməmişdir. 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzinin 27 may 2024-cü il tarixli 1312 saylı cavab məktubuna əsasən xx.xx.2016-cı il tarixli 4Ə2748 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin rəsmiləşdirilməsi üçün zəruri olan sənədlər onlara göndərilmişdir. Həmin sənədlərdən görünür ki, qeyd olunan bağışlanma müqaviləsi Piriyev Səməd Həsən oğlu ilə Cavabdeh1 arasında bağlanmışdır. S.Piriyevə məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 42,13 kv.m,yaşayış sahəsi 29,36 kv.m yardımçı sahəsi 12,77 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət hüququ ilə ona məxsus hissəsinin Cavabdeh1 bağışlanması 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində notariat kontorunun xidmət notariusu X58 tərəfindən rəsmiləşdirilmişdir. Sumqayıt “Asan xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu Cəsarət Qasımovun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 2 saylı ərazi İdarəsinə ünvanlamış olduğu xx.xx.2016-cı il tarixli 5287 nömrəli məktubla qeyd olunan mənzilin bağışlanması müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestr xidmətində qeyd aparılması tapşırılmışdır. Yəni S.Piriyevə məxsus mənzilin Cavabdeh1 adına qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestr xidmətinə tələb göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt ərazi İdarəsinin sorğuya verdiyi xx.xx.2024-cü il tarixli 3-21-3-31\2-2088\2024 saylı cavab məktubundan görünür ki, Sumqayıt şəhərində 7-8-12-ci məhəllədə, 9A saylı binada 30 saylı mənzil üzərində Piriyev Səməd Həsən oğlunun tam mülkiyyət hüququ xx.xx.2007-ci il tarixli, 31912 saylı qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmış, Sumqayıt “Asan xidmət mərkəzində” notariat kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə-2748 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ qeydə alınmışdır. Sumqayıt şəhər 4 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-2308 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh2 tam mülkiyyət hüququ qeydə alınmışdır. Göründüyü kimi, gələcəkdə əmlak və vərəsəlik üzrə yarana biləcək mübahisələrdən yayınmaq üçün Cavabdeh1 qanunsuz olaraq ələ keçirdiyi daşınmaz əmlakı, yəni S.Piriyevə məxsus olmuş evi özgəninkiləşdirmiş və pulunu mənimsəmişdir. Piriyev Səməd Həsən oğlunun adına Sumqayıt şəhər poliklinikasında açılmış 4\7812 saylı “ambulator xəstənin tibbi kitabçası”na əsasən o, xx.xx.2021-cı ildə saat 03.30-da vəfat etmişdir. Sumqayıt Təcili Tibbi Yardım Xidmətində S.Piriyevin adına açılmış “stasionar,ambulator xəstənin tibbi kitabçası”ndan görünür ki, o, xx.xx.2015-ci ildən xx.xx.2015-ci il tarixə kimi poliklinikada stasionar müalicədə olmuş, ona qoyulmuş diaqnoz “baş beyin qan dövranının kəskin pozulması,sağ beyin yarımkürəsində işemik insult” olmuşdur. Stasionardan evə yazılsa da onun ambulator müalicəsi davam etdirilmişdir. xx.xx.2015-ci ildə kitabçada aparılmış qeyddən də görünür ki, S.Piriyevin “düşüncəsi pozulub, bələdliyi itib, yaddaşı pozulub,çox danışır, həyat yoldaşına qarşı şübhəli fikirləri vardır,ünsiyyətə qeyri-adekvatdır, sualları düzgün cavablandırmır”. xx.xx.2016-cı ildə ona qoyulmuş diaqnoza əsasən S.Piriyevdə “keçirilmiş baş beyin insultunun qalıq əlamətləri“ müşahidə olunur. Sumqayıt TTYX-dən Cavabdeh1 müraciətinə əsasən ona verilmiş xx.xx.2021-ci il tarixli 1963 nömrəli arayışda qeyd edilmişdir ki,1936-cı il təvəllüdlü, Sumqayıt şəhəri 2-ci mikrorayon,ev 38A\44,mənzil 2 ünvanında yaşayan Piriyev Səməd Həsən oğlunun adına xx.xx.2021-ci il tarixdə saat 03.30-da 185 saylı çağırış daxil olmuşdur. Qeyd olunan ünvanda isə onun meyiti aşkar olunmuşdur. Sumqayıt TTYXnə bilərəkdən yanlış məlumat məhz Cavabdeh1 tərəfindən verilmişdir. Belə ki, S.Piriyev Cavabdeh1 evində yaşamamış, onun özünün Sumqayıt şəhərində 7-8-12-ci məhəllədə, 9A saylı binada 30 saylı mənzili olmuşdur. Xəstəlik kitabçasında xx.xx.2021-ci ildə aparılmış epikriz qeydinə əsasən S.Priyevdə “xx.xx.2015-ci il tarixdə baş beyin qan dövranının kəskin pozulması” baş vermişdir.Xəstə işemik insult diaqnozu ilə TTYX-də stasionar müalicədə olmuşdur.Həmin müddətdən xəstə daimi olaraq stasionar və ambulator müalicələr almışdır.X133 tərəfindən müalicə almışdır.Son illər xəstəliyi ilə əlaqədar aparılan müalicələrə baxmayaraq ümumi vəziyyəti ağırlaşmışdır. xx.xx.2021-ci ildə saat 03.30-da vəfat etmişdir.” Sumqayıt şəhəri 1 saylı notariat ofisinin sorğuya cavab olaraq onlara xx.xx.2024-cü il tarixli 1339 saylı məktubla göndərdiyi vəsiyyətnamədən görünür ki, guya xx.xx.2016-cı iul tarixdə Sumqayıt şəhəri 1 saylı notariat ofisində Piriyev Səməd Həsən oğlu “mən ölən günə kimi mənə məxsus olan bütün əmlakımı Sumqayıt şəhəri 2-ci mikrorayon,ev 38A,mənzil 2-də qeydiyyatda olan Cavabdeh1 vəsiyyət edirəm” məzmununda sərəncam vermişdir. Guya Azərbaycan Respublikası MM-nin 1166,1178,1193-cü maddələrinin məzmunu ona izah edilmişdir. Vəsiyyətnamə guya 2 nüsxədən ibarət komputerdə tərtib olunmuş və onun bir nüsxəsi Piriyev Səməd Həsən oğluna verilmişdir. İki nəfər şahid də bu vəsiyyətnamənin tərtib edilməsində iştirak etmişdir.X28 oğlu və X83 qeyd edilmişlər. Vəsiyyətnamədə həmçinin qeyd edilmişdir ki,notarius Ə.İ.Bünyadov tərəfindən güya Piriyev Səməd Həsən oğlunun “fəaliyyət qabiliyyəti yoxlanmışdır”. Onun bunu necə və hansı üsulla yoxlaması isə bəlli deyil və tam şübhə doğurmaqla həqiqəti əks etdirmir. Vəsiyyətnamədə guya şahidlərin iştirakı ilə vəsiyyətnamənin S.Piriyevin sözlərindən notariusun tərtib etdiyi və S.Piriyevin də imzaladığı qeyd olunmuşdur. Halbuki bunların hamısı yalandır. Həmin şahidlərlə aparılmış söhbət zamanı onlar nə məqsədlə notaruat ofisinə dəvət edildiklərini bilmədiklərini və onlara təqdim edilmiş sənədə məzmunu ilə tanış olmadan imza etdiklərini bildirmişlər. Onlar həmçinin S.Piriyevin Cavabdeh1 şikayətləndiyini, Vüsalın onun başına oyun açdığını, onu övladlığa götürməkdə çox səhv etdiyini, Vüsalın onu incitdiyini söyləmişlər.(Səs yazıları məhkəmədə təqdim ediləcəkdir.) Sumqayıt şəhər icra hakimiyyətinin sorğularına 06 iyul 2024-cü il tarixli 5-6\2-1385\2024 saylı cavab məktubundan görünür ki, Piriyev Səməd Həsən oğlunun qəyyumluq və ya himayəçiliyə götürülməsi barədə Sumqayıt şəhər icra hakimiyyətinə hər hansı şəxs tərəfindən müraciət daxil olmamışdır. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin sorğuya 30 may 2024-cü il tarixli 3-16-5\8-2193\15\71 saylı cavab məktubundan görünür ki, Piriyev Səməd Həsən oğlunun ölümünün qeyd edilməsinə dair sənədləri Cavabdeh1 şöbəyə xx.xx.2020-ci il tarixdə təqdim etmişdir. Təqdim edilmiş sənədlər:vəfat edən şəxsdən Sumqayıt 1 saylı notariat kontoru tərəfindən xx.xx.2016-cı il tarixli 2V-147 nömrəli reyestr ilə qeyd edilmiş vəsiyyətnamə,şəxsin şəxsiyyət vəsiqəsinin əsli,ölüm haqqında tibbi şəhadətnamə və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi əsasında Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında aktın qeydi qeydiyyata alınaraq AZ-İİ 204193 saylı ölüm haqqında şəhadətnamə ilə təmin edilmişdir. Sumqayıt şəhər XDS-nin 07 aprel 1987-ci il tarixli 9 saylı iclas protokolundan çıxarışdan görünür ki,”Xəzər” bağçılıq yoldaşlığına bağ sahələri verilməsi üçün torpaq sahəsi ayrılmış və protokola əlavə edilmiş siyahıya əsasən Piriyev Səməd Həsən oğluna 68-ci sırada 400 kv.m torpaq sahəsi ayrılmışdır. ünvan 8 ünvanında torpaq sahəsində 2001-ci ildə 25 kv.m sahəsi olan fərdi yaşayış evi inşa edilmişdir. “Xəzər” bağçılıq cəmiyyətinə məxsus “Bağçının 500 nömrəli üzvlük kitabçası”na əsasən Piriyev Səməd Həsən oğlu 1986-cı ildən bağçılığa üzv qəbul edilmişdir. “Xəzər” bağçılıq cəmiyyətinə Piriyev Səməd Həsən oğlunun adından yazılmış tarixsiz ərizədən görünür ki, o,özünə məxsus olan torpaq sahəsini Cavabdeh1 adına keçirilməsini və onun bağçılığa üzv qəbul edilməsini xahiş etmişdir. “Xəzər” bağçılıq yoldaşlığı İdarə Heyətinin 28 aprel 2019-cu il tarixli 19 saylı qərarından çıxarışdan görünür ki, Cavabdeh1 bağçılıq üzvlüyünə qəbul edilmişdir. Cavabdeh1 adından “Xəzər” bağçılıq cəmiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli müraciətdə yazılmışdır ki, ”verilmiş vəsiyyətnamə ilə ona məxsus olan bütün əmlakını,o cümlədən bağ sahəsini mənə vəsiyyət etmişdir.Sizdən xahiş edirəm babamın adına olan bağ sahəsini mənim adıma rəsmiləşdirəsiniz və məni bağçılıq cəmiyyətinə üzv qəbul edəsiniz. “ Müraciətdən də görünür ki, Cavabdeh1 saxta və yalan məlumatlarla bağçılıq cəmiyyətini aldatmış xalasının əri olmuş S.Piriyevi “babası” kimi qələmə vermişdir. X117 Həsən oğlu 14 noyabr 2015-ci il tarixdə qızı Nümayəndə1 adına Sumqayıt şəhəri 6 saylı notariat kontorunda etibarnamə vermiş və harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə uyğun olaraq məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri,o cümlədən almaq,satmaq, bağışlamaq,hədiyyə qəbul etmək,dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və s. hüquqları ona etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilmiş və xx.xx.2020-ci ilə qədər qüvvədə olması qeyd edilmişdir. Həmin vaxt qızı qardaşının əmlakı ilə bağlı istənilən əməliyyatı həyata keçirməyə səlahiyyətli olmasına baxmayaraq, o, bunu etməmişdir. Əksinə,X94 adına "xxxx" ASC-də depozit əmanəti olduğuna və onun hesabında külli miqdarda pul olduğunu bildiklərinə görə xəstə və özünü idarə edə bilməyən qardaşına baxması üçün vaxtaşırı bankdan pul çıxararaq qızı Nümayəndə1 siyahı əsasında Cavabdeh1 ödəmişdir. Hətta qardaşı S.Piriyevin adına "xxxx" ASC-də xx.xx.2014-cü il tarixə 10244 AZN depozit pul olmuşdur. (Siyahı və bank sənədləri,kartlarının surəti əlavə olunur). Lakin qardaşının ölümündən sonra onların ailə üzvlərinin başı qarışıq olmasından istifadə edən Cavabdeh1 sonra depozitdə olan külli miqdarda pulu da ələ keçirmişdir.İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Piriyev Səməd Həsən oğlunun fəaliyyət qabiliyyətli olmayan şəxs sayılması, Piriyev Səməd Həsən oğlunun adından Cavabdeh1 verilmiş 09 iyul 2016-cı il tarixli 2V-147 nömrəli vəsiyyətnamənin əhəmiyyətsiz sayılması, Piriyev Səməd Həsən oğluna məxsus olmuş ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin) bağışlanmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin əhəmiyyətsiz sayılması, həmin ünvanda yerləşən daşınmaz əmlakın (mənzilin) DƏDRX-nin ünvan 2 aparılmış reyestr qeydiyyatının etibarsız hesab edilməsi, həmin əmlakın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, 4Ə-2308 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi, bağ sahəsinin Piriyev Səməd Həsən oğlunun adından Cavabdeh1 adına keçirilməsinin və bağçılıq cəmiyyətinə üzvlüyünə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin 28 aprel 2019-cu il tarixli 19 saylı qərarının əhəmiyyətsiz olduğundan etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş xx.xx.2024cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın - ünvan 1 ünvanında yerləşən evlə bağlı Cavabdeh2 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, əhəmiyyətsiz əqdlər əsasında qarşı tərəfin, yəni Cavabdeh1 əldə etdiklərinin hamısının geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı daha bir ərizə ilə məhkəməyə müraciət edərək, digər tələbləri ilə yanaşı xx.xx.2018-ci il tarixli əhəmiyyətsiz əqd əsasında Cavabdeh1 əldə etdiyi "Mercedes Benz 280" markalı nəqliyyat vasitəsinin cavabdehden alınması baradə qətnamə qəbul edilməsini və iddia ərizəsində ünvanı səhvən qeyd edilmiş S.Piriyevə məxsus Sumqayıt şəhərində yerləşən evin ünvanını 7-8-12-ci məhəllə, bina 9A, mənzil 30 kimi oxunmasını xahiş etmişdir. 5.Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə, "xxxx" ASC-yə, Sumqayıt şəhəri 1 saylı notariat ofisinə, Sumqayıt şəhəri 4 saylı notariat ofisinə və 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinə qarşı vəsiyyətnamənin, daşınmaz əmlakın bağışlanması müqaviləsinin əhəmiyyətsiz sayılması və s. tələbinə dair iş üzrə icraata Piriyev Səməd Həsən oğlunun fəaliyyət qabiliyyətli olmayan şəxs sayılması hissəsində xitam verilmişdir.

6. İddiaçı vəkili Vəkil1 məhkəməyə yazılı çıxış təqdim edərək bildirmişdir ki, iddia ərizəsində aşağıdakı tələbləri qeyd ediblər. 1. Piriyev Səməd Həsən oğlunun fəaliyyət qabiliyyətli olmayan şəxs sayılması; 2. Piriyev Səməd Həsən oğlunun adından Cavabdeh1 verilmiş 09 iyul 2016-cı il tarixli 2V-147 nömrəli vəsiyyətnamənin əhəmiyyətsiz sayılması, 3. Piriyev Səməd Həsən oğluna məxsus olmuş ünvan 11 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin) bağışlanmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin əhəmiyyətsiz sayılması, 4. Həmin ünvanda yerləşən daşınmaz əmlakın (mənzilin) DƏDRX-nin ünvan 2 aparılmış reyestr qeydiyyatının etibarsız hesab edilməsi, 5. Həmin əmlakın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, 4Ə-2308 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi,

6. Daşınmaz əmlakın ünvan 11 ünvanında yerləşən evlə bağlı X47 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi. Onun vəsatəti əsasında e-2(060)-5358/2024 saylı mülki iş üzrə tibbi sənədlər əsasında məhkəmə tərəfindən məhkəmə-psixiatriya ekspertizasının təyin edilməsi barədə qərardad çıxarılaraq 1 saylı Respublika Psixiatriya Xəstəxanasının Məhkəmə Psixiatrik Ekspertiza X119 Şəxsinə göndərilmiş və orada tədqiqat aparılaraq xx.xx.2024-cü il tarixdli 3110 saylı rəy verilmişdir. Bu rəydən sonra onlar 20 yanvar 2025-ci il tarixdə iddia tələblərini dəqiqləşdirərək aşağıdakı tələbləri irəli sürüblər: 1.Piriyev Səməd Həsən oğlunun fəaliyyət qabiliyyətli olmayan şəxs sayılması, 2.Piriyev Səməd Həsən oğlunun adından Cavabdeh1 verilmiş 09 iyul 2016-cı il tarixli 2V-147 nömrəli vəsiyyətnamənin əhəmiyyətsiz sayılması, 3.Piriyev Səməd Həsən oğluna məxsus olmuş ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin) bağışlanmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin əhəmiyyətsiz sayılması, 4.həmin ünvanda yerləşən daşınmaz əmlakın (mənzilin) DƏDRX-nin ünvan 2 aparılmış reyestr qeydiyyatının etibarsız hesab edilməsi, 5. həmin əmlakın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, 4Ə-2308 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi, 6. Bağ sahəsinin Piriyev Səməd Həsən oğlunun adından Cavabdeh1 adına keçirilməsinin və bağçılıq cəmiyyətinə üzvlüyünə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin 28 aprel 2019-cu il tarixli 19 saylı qərarının əhəmiyyətsiz olduğundan etibarsız hesab edilməsi;

7. Cavabdeh1 adına verilmiş xx.xx.2024-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi; 8. Daşınmaz əmlakın- ünvan 12 ünvanında yerləşən evlə bağlı Cavabdeh2 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi; 9. Əhəmiyyətsiz əqdlər əsasında qarşı tərəfin, yəni Cavabdeh1 əldə etdiklərinin hamısının geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin cavabdeh tərəfindən ödənilməsi. Lakin məhkəmənin hazırlıq iclasının keçirildiyi müddətdə X135 Həsən oğlunun əldə etmiş olduğu avtomaşının Cavabdeh1 satılması barədə 03 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi barədə sorğularına vaxtında cavab ala bilmədiklərinədn məhkəmə çıxışlarına keçilməsindən sonra əldə edilmiş bu sənədlər əsasında Sumqayıt şəhər məhkəməsində 28 fevral 20215-ci il tarixdə yeni iddia qaldıraraq aşağıdakı tələbləri irəli sürüblər: 1.Cavabdeh1 əldə etdiyi buraxılış ili 1995-ci il olan, tünd göy metallik rəngli ,mühərrik nömrəsi **********315, ban nömrəsi WDB2020281F254234 olan ”MERCEDES BENZ 280” ** DM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin; 2. Həmin avtomaşma aid səlahiyyətlərin ötürülməsinə dair X71 verilmiş xx.xx.2025-ci tarixli, X30 verilmiş xx.xx.2025ci il tarixli, X11 verilmiş xx.xx.2025-ci il tarixli, X31 verilmiş xx.xx.2025-ci il tarixli etibarnamələrin etibarsız hesab edilməsi. Qeyd olunan mülki iddia işi hakim Günül Tanrıverdiyevanın icraatında olan e-2(060)-5358/2024 saylı mülki iddia işinə birləşdirilmişdir. Əlavə olaraq bildirir ki,mülki iddia işi üzrə əvvəl Cavabdeh1 cavabdeh şəxs kimi göstərilməsinə baxmayaraq,sonrakı dəqiqləşdirilmələrlə həmçinin Cavabdeh2 və Sumqayıt 1 saylı “Asan xidmət” Mərkəzini də cavabdeh qismində cəlb ediblər. Onlar hər iki mülki iddia işi üzrə irəli sürmüş olduqları tələblərin hamısını müdafiə edərək tələblərini aşağıdakı dəllillərlə əsaslandırır: Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Tikinti İnventarlaşdırma, Mülkiyyət hüquqlarının qeydiyyatı və Şəhərsalma kadastrı İdarəsinin “Qeydiyyat vəsiqəsi”nə əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 42,13 kv.m,yaşayış sahəsi 29,36 kv.m yardımçı sahəsi 12,77 kv.m olan 2 otaqlı mənzil Piriyev Səməd Həsən oğlunun adına qeydə alınmışdır. Daşınmaz əmlakın təsvirinə,dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən S.Piriyevə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 14657 saylı Arayışdan da görünür ki, qeyd olunan mənzil mülkiyyət hüququ ilə S.Həsənova məxsus olmuşdur. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 329364 nömrli arayışdan görünür ki, Piriyev Səməd Həsən oğlu (Hacıqabul şəhərində anadan olmaqla,ş.v. AZE-********) qeyd olunan mənzildə qeydiyyatda olmaqla onun həyat yoldaşı X70 da orada qeydiyyatda olmuşdur. X46 AЗ-1691669 tarixli doğum haqqında şəhadətnamədən görünür ki,o,xx.xx.1939-cu ildə Qazıməmməd (indiki Hacıqabul) şəhərində anadan olmuşdur. Piriyev Səməd Həsən oğlu ilə X70 arasında nikahın bağlanması haqqında A3-139042 nömrəli şəhadətnamədən görünür ki, onların kəbini xx.xx.1960-cı ildə qeydə alınmışdır. 2 saylı Sumqayıt şəhər poliklinikasında S.Piriyevin arvadı X29 adına açılmış ambulator xəstənin tibbi kitabçasından görünür ki, o, beyin ödemi, baş beyinə qansızma, sağ beyin yarımkürəsində işemik insult, arterial hipertoniya xəstəliyindən əziyyət çəkmiş və xx.xx.2016-cı ildə vəfat etmişdir. xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ 823073 nömrəli “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X70 31 iyul 2016-cı ildə vəfat etmişdir və Ölümün səbəbi kimi “beyin ödemi” diaqnozu qoyulmışdur. Bu barədə ölüm faktının qeydi kitabında 09 avqust 2016-cı ildə 953 nömrə ilə qeyd aparılmışdır. Cavabdeh1 Xİ-ЖГ 436837 tarixli doğum haqqında şəhadətnaməsindən görünür ki, o, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Ağayev Afət Allahqulu oğlu ilə X57 arasında nikahın bağlanması haqqında İİ- ЖГ-406140 nömrəli şəhadətnamədən görünür ki, onların kəbini xx.xx.1980-ci ildə qeydə alınmışdır. Bu sənəd həm də onu bildirir ki, Cavabdeh1 Ağayev Səməd Həsən oğlunun baldızı oğludur,yəni arvadı Aliyə Ağayevanın bacısı Sədaqət Ağayevanın oğludur. xx.xx.2016-cı il tarixdə notariat kontoruna Piriyev Səməd Həsən oğlunun adından kompüterlə yazılaraq ona imzalatdırılmış ƏRİZƏ-dən görünür ki, guya S.Piriyev “gələcəkdə hər hansı mübahisə yaranarsa,bütün məsuliyyəti və onun həllini öz üzərimə götürürəm” kimi qeydlə razılaşmış və ərizənin altında ona “hal mənə məlumdur” kimi mücərrəd və bağışlanma müqaviləsinin imzalanması proseduruna uyğun gəlməyən qeyd əlavə olunmuşdur.Burada hansı halın S.Piriyevə məlum olması gizlədilmişdir. Həmçinin ərizədə S.Piriyevin “subay” olması kimi absurd bir qeyd də aparılmışdır.Bu qeyd bağışlanma müqaviləsinə hansı maneəni aradan qaldırdığını aydın etmir. Belə olduğu təqdirdə hər halda notarius S.Piriyevin bacı-qardaşlarının övladlarının, digər ön sıra qohumluq dərəcəsində olan yaxınlarının da olub olmamasını, onların bundan məlumatlı olubolmadıqlarının da müəyyən etməli idi.Notarius isə bunu və daha önəmli olan halları (məsələn: S.Piriyevin bu müqaviləni öz iradə ifadəsi ilə bağlayıb-bağlamadığını,daha yaxın qohumlarını qoyub aşağı sıralarda olan şəxsə əmlakını bağışlamasının səbəblərini,onun səhhətində,psixikasında problemlərin olub-olmadığı və s.) araşdırmalı olduğu halda etməmişdir. 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzinin 27 may 2024-ctı il tarixli 1312 saylı cavab məktubuna əsasən xx.xx.2016-cı il tarixli 4Ə-2748 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin rəsmiləşdirilməsi üçün zəruri olan sənədlər onlara göndərilmişdir. Həmin sənədlərdən görünür ki, qeyd olunan bağışlanma müqaviləsi Piriyev Səməd Həsən oğlu ilə Cavabdeh1 arasında bağlanmışdır. S.Piriyevə məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 42,13 kv.m,yaşayış sahəsi 29,36 kv.m yardımçı sahəsi 12,77 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət hüququ ilə ona məxsus hissəsinin Cavabdeh1 bağışlanması 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində notariat kontorunun xidmət notariusu X58 tərəfındən rəsmiləşdirilmişdir. Sumqayıt “Asan xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu Cəsarət Qasımovun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlaınm Dövlət reyestri Xidmətinin 2 saylı ərazi İdarəsinə ünvanlamış olduğu xx.xx.2016-cı il tarixli 5287 nömrəli məktubla qeyd olunan mənzilin bağışlanması müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestr xidmətində qeyd aparılması tapşırılmışdır.Yəni S.Piriyevə məxsus mənzilin Cavabdeh1 adına qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestr xidmətinə tələb göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt ərazi İdarəsinin sorğuya verdiyi xx.xx.2024-cü il tarixli 3-21-3-31\2- 2088\2024 saylı cavab məktubundan görünür ki, Sumqayıt şəhərində 7-8-12-ci məhəllədə, 9A saylı binada 30 saylı mənzil üzərində Piriyev Səməd Həsən oğlunun tam mülkiyyət hüququ xx.xx.2007-ci il tarixli, 31912 saylı qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmış, Sumqayıt “Asan xidmət mərkəzində” notariat kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə-2748 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ qeydə alınmışdır. Sumqayıt şəhər 4 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-2308 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə X32 tam mülkiyyət hüququ qeydə alınmışdır. Göründüyü kimi, gələcəkdə əmlak və vərəsəlik üzrə yarana biləcək mübahisələrdən yayınmaq üçün Cavabdeh1 qanunsuz olaraq ələ keçirdiyi daşınmaz əmlakı, yəni S.Piriyevə məxsus olmuş evi özgəninkiləşdirmiş və pulunu mənimsəmişdir. Piriyev Səməd Həsən oğlunun adına Sumqayıt şəhər poliklinikasında açılmış 4Y7812 saylı “ambulator xəstənin tibbi kitabçası”na əsasən o, xx.xx.2021-cı ildə saat 03.30-da vəfat etmişdir. Sumqayıt Təcili Tibbi Yardım Xidmətində S.Piriyevin adına açılmış “stasionar,ambulator xəstənin tibbi kitabçası”ndan görünür ki,o, xx.xx.2015-ci ildən xx.xx.2015-ci il tarixə kimi poliklinikada stasionar müalicədə olmuş,ona qoyulmuş diaqnoz “baş beyin qan dövranının kəskin pozulması,sağ beyin yanmkürəsində işemik insult” olmuşdur.Stasionardan evə yazılsa da onun ambulator müalicəsi davam etdirilmişdir.xx.xx.2015-ci ildə kitabçada aparılmış qeyddən də görünür ki,S.Piriyevin “düşüncəsi pozulub,bələdliyi itib,yaddaşı pozulub,çox danışır, həyat yoldaşına qarşı şübhəli fikirləri vardır,ünsiyyətə qeyri-adekvatdır, sualları düzgün cavablandırmır”. xx.xx.2016-cı ildə ona qoyulmuş diaqnoza əsasən S.Piriyevdə “keçirilmiş baş beyin insultunun qalıq əlamətləri “ müşahidə olunur. Sumqayıt TTYX-dən Cavabdeh1 müraciətinə əsasən ona verilmiş xx.xx.2021-ci il tarixli 1963 nömrəli arayışda qeyd edilmişdir ki, 1936-cı il təvəllüdlü, ünvan 13 ünvanında yaşayan Piriyev Səməd Həsən oğlunun adına xx.xx.2021ci il tarixdə saat 03.30-da 185 saylı çağırış daxil olmuşdur. Qeyd olunan ünvanda isə onun meyiti aşkar olunmuşdur. Sumqayıt TTYX-nə bilərəkdən yanlış məlumat məhz Cavabdeh1 tərəfindən verilmişdir. Belə ki, S.Piriyev Cavabdeh1 evində yaşamamış, onun özünün Sumqayıt şəhərində 7-8-12-ci məhəllədə, 9A saylı binada 30 saylı mənzili olmuşdur. Xəstəlik kitabçasında xx.xx.2021-ci ildə aparılmış epikriz qeydinə əsasən S.Priyevdə “ xx.xx.2015-ci il tarixdə baş beyin qan dövranının kəskin pozulması” baş vermişdir.Xəstə işemik insult diaqnozu ilə TTYX-də stasionar müalicədə olmuşdur.Həmin müddətdən xəstə daimi olaraq stasionar və ambulator müalicələr almışdır.X133 tərəfindən müalicə almışdır.Son illər xəstəliyi ilə əlaqədar aparılan müalicələrə baxmayaraq ümumi vəziyyəti ağırlaşmışdır. xx.xx.2021-ci ildə saat 03.30-da vəfat etmişdir. Sumqayıt şəhəri 1 saylı notariat ofisinin sorğuya cavab olaraq onlara xx.xx.2024-cü il tarixli 1339 saylı məktubla göndərdiyi vəsiyyətnamədən görünür ki,guya xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat ofısində Piriyev Səməd Həsən oğlu “mən ölən günə kimi mənə məxsus olan bütün əmlakımı Sumqayıt şəhəri 2-ci mikrorayon,ev 38A,mənzil 2-də qeydiyyatda olan Cavabdeh1 vəsiyyət edirəm” məzmununda sərəncam vermişdir. Guya Azərbaycan Respublikası MM-nin 1166,1178,1193-cü maddələrinin məzmunu ona izah edilmişdir. Vəsiyyətnamə guya 2 nüsxədən ibarət kompütürdə tərtib olunmuş və onun bir nüsxəsi Piriyev Səməd Həsən oğluna verilmişdir. İki nəfər şahid də bu vəsiyyətnamənin tərtib edilməsində iştirak etmişdir. X28 oğlu və X83 qeyd edilmişlər. Vəsiyyətnamədə həmçinin qeyd edilmişdir ki, notarius Ə.İ.Bünyadov tərəfindən guya Piriyev Səməd Həsən oğlunun “fəaliyyət qabiliyyəti yoxlanmışdır”. Onun bunu necə və hansı üsulla yoxlaması isə bəlli deyil və tam şübhə doğurmaqla həqiqəti əks etdirmir. Vəsiyyətnamədə guya şahidlərin iştirakı ilə vəsiyyətnamənin S.Piriyevin sözlərindən notariusun tərtib etdiyi və S.Piriyevin də imzaladığı qeyd olunmuşdur. Halbuki bunların hamısı yalandır. Həmin şahidlər cavabdeh tərəfdən vəsatətlə mülki prosesdə şahid qismində dindirilərkən bir-birlərinə zidd olan ifadələr vermişlər. X6 özünün tək olaraq notariat ofısinə getdiyini bildirdiyi halda digəri- X83 isə Cavabdeh1, X135 Həsən oğlu və İ.İdrisovla güya birlikdə maşınla ora getidiklərini söylədilər. Sumqayıt şəhər icra hakimiyyətinin sorğularına 06 iyul 2024-cü il tarixli 5-6\2-1385\2024 saylı cavab məktubundan görünür ki,Piriyev Səməd Həsən oğlunun qəyyumluq və ya himayəçiliyə götürülməsi barədə Sumqayıt şəhər icra hakimiyyətinə hər hansı şəxs tərəfindən müraciət daxil olmamışdır. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin sorğuya 30 may 2024-cli il tarixli 3-16-5\8-2193\15\71 saylı cavab məktubundan görünür ki, Piriyev Səməd Həsən oğlunun ölümünün qeyd edilməsinə dair sənədləri Cavabdeh1 şöbəyə xx.xx.2020-ci il tarixdə təqdim etmişdir. Təqdim edilmiş sənədlər vəfat edən şəxsdən Sumqayıt 1 saylı notariat kontoru tərəfındən xx.xx.2016-cı il tarixli 2V147 nömrəli reyestr ilə qeyd edilmiş vəsiyyətnamə,şəxsin şəxsiyyət vəsiqəsinin əsli, ölüm haqqında tibbi şəhadətnamə və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi əsasında Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında aktın qeydi qeydiyyata alınaraq AZ-İİ 204193 saylı ölüm haqqında şəhadətnamə ilə təmin edilmişdir. Sumqayıt şəhər XDS-nin 07 aprel 1987-ci il tarixli 9 saylı iclas protokolundan çıxarışdan görünür ki, ”Xəzər” bağçılıq yoldaşlığına bağ sahələri verilməsi üçün torpaq sahəsi ayrılmış və protokola əlavə edilmiş siyahıya əsasən Piriyev Səməd Həsən oğluna 68-ci sırada 400 kv.m torpaq sahəsi ayrılmışdır. ünvan 8 ünvanmda torpaq sahəsində 2001-ci ildə 25 kv.m sahəsi olan fərdi yaşayış evi inşa edilmişdir. “Xəzər” bağçılıq cəmiyyətinə məxsus “Bağçının 500 nömrəli üzvlük kitabçası”na əsasən Piriyev Səməd Həsən oğlu 1986-cı ildən bağçılığa üzv qəbul edilmişdir. “Xəzər” bağçılıq cəmiyyətinə Piriyev Səməd Həsən oğlunun adından yazılmış tarixsiz ərizədən görünür ki, o, guya özünə məxsus olan torpaq sahəsini Cavabdeh1 adına keçirilməsini və onun bağçılığa üzv qəbul edilməsini xahiş etmişdir. “Xəzər” bağçılıq yoldaşlığı İdarə Heyətinin 28 aprel 2019-cu il tarixli 19 saylı qərarından çıxarışdan görünür ki, Cavabdeh1 bağçılıq üzvlüyünə qəbul edilmişdir. Cavabdeh1 adından “Xəzər” bağçılıq cəmiyyətinə ünvanlanmış xx.xx.2019-cıı il tarixli müraciətdə yazılmışdır ki, ”verilmiş vəsiyyətnamə ilə ona məxsus olan büten əmlakın,o cümlədən bağ sahəsini mənə vəsiyyət etmişdir. Sizdən xahiş edirəm babamın adına olan bağ sahəsini mənim adıma rəsmiləşdirəsiniz və məni bağçılıq cəmiyyətinə üzv qəbul edəsiniz.“ Müraciətdən də görünür ki, Cavabdeh1 saxta və yalan məlumatlarla bağçılıq cəmiyyətini aldatmış xalasının əri olmuş S.Piriyevi “babası” kimi qələmə vermişdir. X135 Həsən oğlu 14 noyabr 2015-ci il tarixdə iddiaçı X7 Aynurə Ağacəfər qızının adına Sumqayıt şəhəri 6 saylı notariat kontorunda etibamamə vermiş və harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə uyğun olaraq məbləği və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri,o cümlədən almaq,satmaq, bağışlamaq,hədiyyə qəbul etmək,dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və s. hüquqları ona etibaretmişdir.Etibarnamə 5 il müddətinə verilmiş və xx.xx.2020-ci ilə qədər qüvvədə olması qeyd edilmişdir. Həmin vaxt Nümayəndə1 S.Piriyevin əmlakı ilə bağlı istənilən əməliyyatı həyata keçirməyə səlahiyyətli olmasına baxmayaraq, o, bunu etməmişdir. Əksinə, Səməd Piriyevin adına "xxxx" ASC-də depozit əmanəti olduğuna görə xəstə və özünü idarə edə bilməyən S.Piriyevə baxması üçün vaxtaşırı bankdan pul çıxararaq Nümayəndə1 siyahı əsasında Cavabdeh1 ödəmişdir. Hətta S.Piriyevin adına "xxxx" ASC-də xx.xx.2014-cü il tarixə 10244 AZN depozit pul olmuşdur. (Siyahı və bank sənədləri,kartlarının surəti əlavə olunmuşdur). Lakin S.Piriyevin ölümündən sonra yaranmış vəziyyətdən sui-istifadə edən Cavabdeh1 sonra depozitdə olan külli miqdarda pulu da bankdan çıxartdırıb ələ keçirmişdir. İddiaçı Səməd Piriyevin yaxın qohumu kimi yeganə vərəsəsi olmuşdur. Belə ki, onların atası Piriyev Həsən Məmmədəli oğlu xx.xx.1979-cu ildə, bacısı X48 xx.xx.2012-ci ildə, qardaşı X84 xx.xx.2002-ci ildə, qardaşı X85 xx.xx.2004-cü ildə, qardaşı X86 xx.xx.2013-cü ildə vəfat etmişlər. S.Piriyevin arvadı X70 da yuxarıda qeyd etdiyi kimi xx.xx.2016-cı ildə vəfat etmişdir. X19 iddiası üzrə e-2(060)-5358/2024 saylı mülki iş üzrə vəsatətləri əsasında məhkəmə tərəfindən “ Bank of Baku" ASC-dən bank sini təşkil edən məlumatların - X135 Həsən oğlunun adına olmış depozit əmənətlərinin taleyi barədə,yəni həmin əmanətlərin nə vaxt yerləşdirilməsi,məbləği,nə vaxt kim tərəfindən çıxarılması və ya hazırda bankda qalıbqalmaması kimi məlumatların alınması üçün müvafıq sorğu göndərilmiş və müvafıq cavab alınmışdır. Cavabdan görünür ki, Piriyev Səməd Həsən oğlunun adına olan depozit əmanət 2016-cı ilin aprel və iyul aylarında bankdan çıxarılmış,həmin ilin sentyabr ayında isə “Mercedes Benz” markalı avtomaşın alınaraq, xx.xx.2018-ci ildə alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 adına keçirilmişdir. Məhkəmə psixiatriya ekspertizasında ora təqdim olunmuş, iş materiallarında olan sənədlərin tədqiqi və təhlili əsasında aşağıdakı nəticəyə gəlinmişdir: X76 Həsən oğlunun 2015-ci ildə keçirmiş olduğu “Beyin insultu” davranış pozuntuları və koqnitiv (dərk etmənin zəifləməsi) pozuntularla təzahür etmiş, onda müəyyən edilən beynin üzvü xəstəliyi proqressivləşmə (artan psixi patalogiya) gedişatlı olmuş və onda miiəyyən edilən koqnitiv pozuntular dərinləşərək Piriyev Səməd Həsən oğlunda demensiyanın (qazanılma ağıl zəifliyi) yaranmasına səbəb olmuşdur.Yuxarıda göstərilən, S.H.Piriyevin psixi fəaliyyətində yaranan demensiya geridönməz (sağalmayan) gedişata malikdir.Buna görə də Piriyev Səməd Həsən oğlunun düçar olduğu həmin xəstəliyin 2016-cı ilin iyul və avqust aylarında onun sağalması mümkünsüzdür. Göstərilən tarixlərdə Piriyev Səməd Həsən oğlu fəaliyyət qabiliyyətsiz olmuş, yəni o, öz hərəkətlərini şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Qərarına əsasən: Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarınını iki növii göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfınə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı ımibahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən suiistifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız lıesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olubolmadığı müəyyən edilə bilər. Mülki Məeəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırdması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edır. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəflndən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə mlixtəlif mahiyyət və xüsusiyyətə malik olur. Mülki qanunvericilikdə etibarsızlığa səbəb olan hallarm tabe olduğıı hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, miibahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir. Bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafıq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar. Qanunvericilikdə hərracın keçirilməsinin, qiymətli kağızların buraxılışının və vəsiyyətnamələrin yalnız məhkəmə qərarı ilə etibarsız hesab oluna biləcəyi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 416, 1078-27.1.3 və 1225.3-cü maddələri). Bir sıra əqdlərin etibarsızlığının yalnız məhkəmə qərarı ilə müəyyən edilməsi həmin əqdlərin mahiyyəti ilə bağlıdır. Belə əqdlər əsasən səlahiyyətli dövlət qurumlarının iştirakı ilə və ictimai şəkildə baş verdiyindən mülki hüquq subyektlərinin həmin əqdlərin etibarlılığı ilə bağlı etimad və inamını qorumaq zərurəti yaranır. Bu səbəbdən qanunvericilikdə bəzi əqdlərin yalnız məhkəmə qərarı əsasında etibarsız hesab edilməsi ilə bağlı normalar müəyyən edilmişdir. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrəiddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etıbarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması liçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun ştiurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir. Mülki Məcəllənin 28-ci maddəsinə görə, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Mülki Məcəllənin 342-ci maddəsinə əsasən, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısının digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq miimkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fıziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin hansı tələblərə tətbiq edilməli olması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafıq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəİİənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə baglı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulımış qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçti və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar - avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar - telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdimüəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir: - Miüki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər; - Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir; - bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Mülki Məcəllənin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığmm ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir; - Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir; - Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisııa olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. - bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Mülki Məcəllənin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir; Konstitusiya Məhkəməsinin Plenumu Qərara almışdır: 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.3. Azərbaycan Respııblikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fıziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasmda anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andaıı etibarsızdır. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. 5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. 6. Azərbaycan Respublikası Mlilki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. 7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respubiikasının Mülki Prosessual Məcəlləsinə əsasən: MPM-nin 76.1-ci maddəsi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-nin 76.2-ci maddəsi. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-nin 81-ci maddəsi. (Sübutların mümkünlüyü). Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Sübutların mümkünlüyü iki mənada işlədilir.Geniş mənada bu ifadə konkret sübutun həqiqiliyinə,yaranma mənbəyinə və əldə edilmə üsullarına görə qanunvericiliyin bütün tələblərinə cavab verməsi kimi başa düşülür.Lakin MPM -nin 81-ci maddəsində bu ifadə özünün dar mənasında işlədilmişdir ki,bu da konkret sübut edilməli olan halların yalnız qanunvericilikdə nəzərdə tutulmuş sübutetmə vasitələri ilə təsdiq edilməsinin mümkün olması deməkdir.MPM-nin 81-ci maddəsinin nəzərdə tutduğu mənada sübutun mümkünlüyünü müəyyənləşdirmək konkret halları təsdiq etməli olan sübutların qanunda nəzərdə tutulan vasitələrlə əldə olunduğunu aydınlaşdırmaq deməkdir. MPM-nin 81-c.i maddəsinin nəzərdə tutduğıı mənada (yəni sözün məhdud mənasında) sübutların mümkünlüyü mülki iş üzrə müəyyən sübut edilməli halların aydınlaşdırılması qanunvericiliyin qabaqcadan müəyyən etdiyi məhdudiyyətdir. Belə məhdudiyyət məzmunundan asılı olmayaraq sübutetmə vasitələrinin növü ilə bağlıdır. Həmin məhdudiyyət müxtəlif qanunvericilik aktlarında nəzərdə tutulmuşdur. Sübutların mümkünlüyünü müəyyən edən məhdudiyyətin sübutetmə vasitələrinə münasibətindən asılı olaraq neqativ və pozitiv mənada məhdudiyyəti fərqləndirir. Onların misalında isə pozitiv mənada məhdudiyyət tətbiq olunmalıdır. Belə ki, pozitiv mənada məhdudiyyət konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsi ilə təsdiq edilməli olduğunu nəzərdə tutur. Məsələn MPM-nin 319-cu maddəsinə görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi üzrə işlərdə hakim şəxsin psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edir. Göstərilən halda məhkəmə-psixiatrik ekspertizasının rəyi olmadan şəxsdə psixi xəstəliyin olması faktı ilə bağlı məsələni həll etmək mümkün deyildir. Həmin tələblərdən kənara çıxdıqda müvafıq sübut qanunvericiliyə zidd, deməli,mümkün olmayan və qeyri mötəbər hesab ediləcəkdir. Onlardan iş üzrə hər hansı halın aydmlaşdırılmasında istifadə oluna bilməz. Mümkün olmayan sübutlara əsaslanmaqla çıxarılmış məhkəmə aktları yuxari məhkəmə instansiyalarında ləğv ediləcəkdir. Bu misalda şahid ifadələri heç bir halda şəxsin psixi xəstəliyinin olubolmamasını müəyyən etmək üçün stibut hesab edilə bilməz. MPM-nin 89-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Ona görə də məhkəmə tərəflərin təqdim etdikləri sübutlara əsasən onların mötəbərliyindən asılı olaraq qiymət verməklə nəticəyə gəlməlidir. Onların misalında isə məhkəmə-psixiatriya ekspertizasının rəyi mötəbər sübut növüdür və cavabdeh tərəfın məhkəməyə təqdim etdiyi şahid ifadələri ilə təkzib edilə bilməz. Cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu şahidlərin ifadələrində Cavabdeh1 X135 Həsən oğluna qulluq etməsi, onun müalicəsi üçün tibb bacısı dəvət etməsi, onu öz evində saxlaması barədə söylədiklərinin isə hazırkı mülki işin predmeti ilə bilavasitə əlaqəsi yoxdur. X10 öz mülki iddiasında bununla bağlı heç bir tələb irəli sürməmiş və bunu da mübahisələndirmir. Eyni ilə də cavabdeh tərəf Rəfıqə Piriyevanın mülki iddia tələbinə qarşılıqlı iddia verməmiş, şahidlərin ifadələrində və öz ifadəsində istinad etdikləri halları hüquqi mübahisə müstəvisinə çıxarmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 da məhkəmədə vermiş olduğu ifadəsində mərhum Səməd Piriyevin ona vermiş olduğu baş etibarnamə əsasında mərhumun "xxxx" ASC-da adına olan depozit əmanətindən vaxtaşırı pul çıxararaq onu Cavabdeh1 verdiyini, bununla da mərhumun müalicəsi, qidalanması və sair tələbatları ilə bağlı xərcləri ödədiyini, bu pulların qeydini apardığını bildirmiş, siyahını da onlar məhkəməyə təqdim ediblər. Hətta Cavabdeh1 mərhuma qulluq etməsi ilə bağlı hal mövcud olmuş olsa belə, bu ona mərhumun sağlığında onun əmlakını adına keçirmək, öləndən sonra miras kütləsinə daxil olan əmlaklarını qanunsuz olaraq ələ keçirməsinə,yəni adına keçirməsinə, satmasına, onlara dair vəsiyyət şəhadətnaməsi almasına əsas verə bilməz. Həm də nəzərə alınsa ki, mərhum tibbi sənədlərə əsasən faktiki olaraq 2016-cı ildən anlaqsız vəziyyətdə olmuşdur, Vüsaİ Ağayev əməllərinin qanunsuz olması şəksizdir. Bütün sənədlərdən görünür ki, X60 mərhumla heç bir yaxın qohumluq əlaqəsi olmamışdır.İddiaçının mərhumla olan qohumluq əlaqəsinə uyğun belə gəlməyən münasibətdə olmuşdur.Yəni mərhumun arvadının bacısı oğludur. Halbuki cavabdeh mərhumun əmlaklarını ələ keçirərkən yazdığı ərizələrdə S.Piriyevi özünün “babası” kimi, ölüm şəhadətnaməsi və vəsiyyət şəhadətnaməsi alarkən özünü onun yeganə qohumu kimi təqdim etmişdir. Mərhumun əmlakını ələ keçirməsində sözsüz ki,notariat orqanunun vəzifəli şəxslərinin də qeyri prosessual əlaqəsinin olmasını da ehtimal etməyə kifayət qədər əsasları vardır. Mərhumun adına olan əmlakları ələ keçirərkən mərhumun arvadının adının “Aliyə” əvəzinə “Balabəyim” kimi qeyd edilməsini göstərən sənədlərə də tənqidi yanaşılmaması bunu sübut edir. Bu sənəddə olan uyğunsuzluq yalnız məhkəmə qaydasında düzəldilə biləcək və düzəldilənə qədər müvafiq notariat əməliyyatlarının aparılmasını qadağan edən bir haldır. Onların əsas tələbləri məhz mərhum X33 fəaliyyət qabiliyyətli olmadığı müddətdə onun bu vəziyyətindən istifadə etməklə mərhumun həm sağlığında, həm də ölümündən sonra ona məxsus olan və miras kütləsinə daxil edilməli olan daşınar və daşınmaz əmlaklarını ələ keçirməsi, mənimsəməsi ilə bağlıdır. Məhkəmədə dindirilmiş iddiaçı X59, onun nümayəndəsi Nümayəndə1, habelə şahid qismində dindirilmiş Hacıqabul rayonunun Meyniman kənd sakini, 1920-ci ildə anadan olmuş X18, Sumqayıt şəhər sakinləri X72,X12, X2 ifadələri ilə X135 Həsən oğlunun həyat şəraiti,ailə vəziyyəti,xəstəliyinin əlamətləri,onun müalicəsi ilə bağlı proseslər tam,hərtərəfli və obyektiv surətdə şərh və izah olunmuşdur. Ona görə də məhkəmədən müşavirə otağında qeyd olunan hallara hüquqi qiymət verərək müvafiq notariat əməliyyatlarının aparılmasını həyata keçirmiş vəzifəli şəxslərin barəsində xüsusi qərardad çıxarılaraq araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa göndərilməsini xahiş edir. Digər bir hal bundan ibarətdir ki,məhkəmənin son hazırlıq iclaslarında onun cavabdeh X87 X135 Həsən oğlunun ona avtomaşın alıb-almaması ilə bağlı sualıına cavab verərkən bu faktı təsdiq etməmişdir. 2025-ci ilin yanvar ayında artıq onların əlində bu faktı təsdiq edən sənədləri məhkəməyə təqdim edəndən sonra Cavabdeh1 avtomaşını xx.xx.2025-ci ildə etibarnamə ilə X61, xx.xx.2025-ci ildə X30, xx.xx.2025-ci ildə X11, xx.xx.2025-ci ildə X31 etibamamə ilə səlahiyyətləri ötürməklə əmlakı gizləmək, izini itirmək və miras əmlak sırasından çıxarmaq istəmişdir. Bu hal onu təsdiq edir ki, Cavabdeh1 mərhum Səməd Piriyevin əmlaklarını qanunsuz olaraq ələ keçirməsini dərk edərək bu əməliyyatları həyata keçirmişdir və məhkəmə tərəfindən sübutların qiymətləndirilməsində onun daxili inamını formalaşdıran hallardan biridir. Mərhumun səhhəti ilə bağlı şahid ifadələrinə istinad edən tərəf bilməlidir ki, hətta ekspertiza təyin edilməzdən və rəy alınmazdan əvvəl istər Sumqayıt şəhərinin tibb müəssisələrində,istər sə də Salyan rayonlararaslı psixiatriya xəstəxanasmda onun ümumi sağlamlıq vəziyyəti ilə bağlı qeyd edilmiş məlumatlar, tibb ekspertizası tərəfindən verilmiş rəydə göstərilən “Azheymer” xəstəliyinin əlamətlərini tam əks etdirmişdir. Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” qərarının 6.4-cü bəndində qeyd olunur ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulması ilə əldə edilmiş sübutlar məhkəmə qətnaməsinin əsasım təşkil edə bilməz”. Sübutların mümkünlüyü qaydası məhkəmənin üzərinə sübutetmə fəaliyyəti sahəsindən məzmunundan və baxılan iş üçün əhəmiyyətindən asılı olmayaraq qanunla nəzərdə tutulmuş sübutetmə vasitələri ilə əldə olunmamış ayrı-ayrı sübutları istisna etmək öhdəliyi qoyur. Bu onunla şərtlənir ki, bəzi maddi-hüquqi xarakterli hüquqi faktlar qanunda nəzərdə tutulmuş sübutetmə vasitələri ilə sübuta yetirilə bilər. Sübutların mümkünlüyü qaydası təkcə qanunda nəzərdə tutulmayan müəyyən sübutetmə vasitələrinin tətbiqinin qadağan edilməsini deyil, həm də müəyyən sübutetmə formasından istifadə olunmasını nəzərdə tuta bilər. Belə halda həmin sübutetmə forması mövcud olmadan maddi-hüquq xarakterli hüquqi faktın müəyyən edilməsi mümkün olmur. Məsələn, fəaliyyət qabiliyyəti olmayan şəxsin bağladığı müqavilənin etibarsız hesab edilməsindən söhbət gedirsə, belə halda şəxsin fəaliyyət qabiliyyətli olmaması yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müəyyən edilə bilər. Şəxsin psixi xəstəliklə bağlı qeydiyyatda olması, onun xəstəliyi ilə bağlı verilmiş izahatlar iş üçün əhəmiyyətli hallann müəyyən ediməsinə xidmət etsə də, şəxsin fəaliyyət qabiliyyətinin olmaması həmin sübutlar əsasında müəyyən edilə bilməz. Belə ki, Mülki Məeəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nətieəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfmdən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi MPM-nin 33- cü fəsilində müəyyən edilmiş qaydada həyata keçirilməlidir.(bax:Ali Məhkəmənin bülleteni. 2016-cı il N2) İnzibati mübahisələrə dair işlərə baxılarkən Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən “İPM ilə başqa qayda miiəyyən edilmədiyi və İPM ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının MPM-nin müddəaları tətbiq oluna bilər. Maddə 29-1. Məhkəmə ekspertizası İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasımn Mlilki Prosessual Məcəlləsinin müvafıq müddəaları tətbiq olunur. MPM-nin 81-ci maddəsi də öz təsir gücünü inzibati məhkəmə icraatında göstərir.Məsələn: pensiya təyinatı ilə bağlı məhkəmə mübahisələrində ekspertiza rəyləri həlledici əhəmiyyət daşıyır. Ekspertiza rəyi olmadan yalnız ilkin tibbi sənədlərə,o cümlədən Forma 88-ə əsasən pensiyanın təyin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin təsir gücü barədə Konstitusiya Məlıkəməsinin mövqeyi də diqqətçəkəndir. “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasma və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...işin materiallarında danılması və təkzib olunması mümkün olmayan sübut vasitəsi varsa, onun...işə baxılarkən qəbul edilməsi zəruridir. Məhkəmə aşağıdakı meyarları rəhbər tutaraq sübutları, özünün müstəqil, əsaslı və hərtərəfli, tam, obyektiv və birbaşa işdə olan hüquqi faktların araşdırılmasına əsaslanaraq məntiqi mülahizələrinə görə qiymətləndirir: 1) sübutlarn aidliyi, 2) sübutların mümkünlüyü, 3) sübutların həqiqiliyi, 4) sübutların qədərincə kifayətliyi. Sübutların aidliyi dedikdə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (Mülki Prosessual Məcəllənin 80-cı maddəsi). Sübutların mümkünlüyü dedikdə yalnız qanuna və digər normativ aktlara əsasən işin hallarını təsdiq edən sübutetmə vasitələri başa düşülür (Mülki Prosessual Məcəllənin 81-ci maddəsi). Sübutların həqiqiliyi bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan onun mötəbərliyidir. Sübutların kifayətliyi məhkəməyə iş üzrə qanuni və əsaslı qərar qəbul etməyə imkan verən xüsusiyyətdir. Məhkəmələrin daşıdığı ən məsuliyyətli vəzifə yükü, işin araşdırılan halları və faktları əsasında tərəflərin təqdim etdiyi dəlil və sübutlara qiymət verməsidir. Məhkəmənin qəbul etdiyi aktın qanuni və əsaslı olması bundan asılıdır. 26 dekabr 2024-cü il tarixdə məhkəmə iclasında onun Cavabdeh1 “yaxın vaxtlarda X135 Həsən oğluna məxsus olmuş hər hansı bir əmlaka vəsiyyət şəhadətnaməsi almışsınızmı?”sualına o, qəti olaraq “yox” deyə cavab vermiş və Sizin (hakim G.Tannverdiyevanın) diqqəti də bu məsələyə cəlb edilmişdir. Məhkəmə iclasından sonra müvafiq sorğular verilməklə maraq doğuran məsələ üzrə zəruri sənədlər əldə edilmişdir. Sumqayıt şəhəri 1 saylı Notariat Ofisindən sorğuya cavab olaraq verilmiş Miras qoyan Piriyev Səməd Həsən oğlunun 2V-145 saylı Vərəsəlik işindən görünür ki, iş xx.xx.2024-cü il tarixdə başlanmış və xx.xx.2024-cü il tarixdə başa çatmışdır. lşdə olan sənədlərdən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü ildə 1 saylı notariat ofisinə ərizə ilə müraciət edərək ondan başqa vərəsəsinin olmadığını bildirib Sumqayıt şəhəri, Xəzər bağları ünvanında yerləşən qaraja vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportdan” görünür ki, mərhum Səməd Piriyevin 6,0x3,5 m ölçüdə qaraj tikilisi miras qalmışdır. Elə həmin günü də 1 saylı notariat ofısi (notarius Rəşad Haqverdiyev) Azərbaycan Respublikası ƏMDX yanında DƏD Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Ərazi idarəsinə 05 iyun 2024-cü ildə 1237 saylı sorğu göndərmişdir. Sorğuda notarius göstərmişdir ki, Cavabdeh1 müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd(???),mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2021-ci ildə ölmüş Piriyev Səməd Həsən oğlunun adına vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin rəsmiləşdirilməsi üçün Sumqayıt TİB-nin verdiyi Texniki Pasport əsasında S.Piriyevin tam mülkiyyətində olan sənəd üzrə Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən qaraja dair “daşınmaz əmlakın təsvirin, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdınlmasına (yüklülüyünə) dair daşınmaz əmlakın dövlət reyestrindən arayış verilməsi xahiş olunmuşdur. 2 saylı Ərazi İdarəsi xx.xx.2023-cü ildə operativ olaraq “daşınmaz əmlakın təsvirin,dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair daşınmaz əmlakın dövlət reyestrindən Arayış”ı Cavabdeh1 vermişdir. Sumqayıt bələdiyyəsi isə xx.xx.2024-cü il tarixdə Cavabdeh1 arayış verir ki, Piriyev Səməd Həsən oğlu vəfat edən gündən,yəni xx.xx.2021-ci ildən Xəzər bağları ərazisində yerəşən 23.1 kv.m sahəsi olan qarajın vergisini Cavabdeh1 ödəmişdir. 1 saylı notariat ofısi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə xx.xx.2024-cü ildə 1236 saylı sorğu göndərərək X135 Həsən oğlunun övladları barədə məlumat istəmişdir. ”ASAN Xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-12-400/2 cavab məktubuna əlavə olunmuş Arayışdan görünür ki,X135 Həsən oğlunun arvadı xx.xx.1943-cü il təvəllüdlü X70 olmuş və vəfat etmişdir. X29 ölüm haqqında şəhadətnaməsindən görünür ki, o, 31 iyul 2016-cı ildə vəfat etmişdir. Bu sənədlərə əsasən Cavabdeh1 xx.xx.2024-cü ildə Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Halbuki, məhz xx.xx.2024-cü il tarixdə 2 saylı ərazi idarəsinə tərəfindən məhkəmə mübahisəsi ilə əlaqədar X135 Həsən oğlunun adına hər hansı daşınmaz və ya qeydiyyata alınmalı daşınar əmlakları barədə sorğu edilməsinə baxmayaraq orada “qaraj” barədə heç bir məlumat göstərilməmişdir. Həmçinin Hacıqabul rayon Qeydiyyat şöbəsindən alınmış Arayışa əsasən Piriyev Səməd Həsən oğlu ilə X13 nikah haqqında 27 yanvar 1960-cı il tarixdə 01 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra tərəflər “Piriyev və Piriyeva” soyadı almışlar. 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mırkəzinin qeydiyyat şöbəsi sorğularına cavab olaraq vermiş olduğu Arayışdan da görünür ki, ”Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci il tarixə olan məlumata əsasən Piriyev Səməd Həsən oğlunun arvadı xx.xx.1939-cu il təvəllüdlü X14r və onun ölümü barədə heç bir qeyd yoxdur.Yəni İnformasiya sistemində həmin şəxsin sağ olması görünür. X78 arvadının adı informasiya sistemində və qeydiyyat şöbəsində “Balabəyim” olduğu halda 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mırkəzinin qeydiyyat şöbəsi Cavabdeh1 vermiş olduğu arayışda S.Piriyevin arvadının adı “Aliyə” kimi qeyd etmişdir.Hətta Balabəyim və Aliyənin təvəllüdləri də müxtəlifdir. Yəni müvafıq olaraq xx.xx.1939-cu il və xx.xx.1943-cü ildir. Belə olduğu təqdirdə heç bir notariat əməliyyatı aparıla bilməzdi və bu fakt məhkəmə yolu ilə dəqiqləşdirildikdən sonra icraya qəbul edilə bilərdi. Bütün bunlar ondan xəbər verir ki,Cavabdeh1 X135 Həsən oğlunun miras əmlakına yiyələnmək üçiin Regional “ASAN Xidmət” Mırkəzinin qeydiyyat şöbəsi və 1 saylı Sumqayıt notariat oflsinin məsul şəxsləri ilə qeyri prosessual münasibətlər yaratmaqla istəyinə nail olmuşdur. Odur ki, Cavabdeh1 verilmiş xx.xx.2024-cli il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə də etibarsız hesab edilməlidir. Məhkəmənin baxış iclası təyin ediləndən sonra müəyyən edilmişdir ki,buraxılış ili 1995-ci il olan, tünd göy metallik rəngli ,mühərrik nömrəsi **********315, ban nömrəsi WDB2020281F254234 olan ”MERCEDES BENZ 280” ** BZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixdə xx.xx.1990-cı il təvəllüdlü, Masallı şəhəri M.F.Axundov küç. Boradigah qəsəbəsi ev 106,mobil telefon nömrəsi ***-***-**-** olan X20 adına qeydiyyata alınmış və sərəncam hüquqlu etibarnamə ilə müxtəlif şəxslərə satılmışdır. Maşını bu qayda ilə əldə edən sonuncu şəxs X73 onu xx.xx.2018-ci ildə əldə etmiş və xx.xx.2018-ci ildə nəqliyyat vasitəsini Piriyev Səməd Həsən oğluna etibarnamə əsasında sərəncam hüququ ilə satmışdır. Ertəsi günü isə,yəni xx.xx.2018-ci ildə maşın BDYP idarəsində alqı-satqı müqaviləsi ilə (AC 722290) Cavabdeh1 adına qeydiyyata alınmış və əvvəlki dövlət qeydiyyat nişanı qeydiyyatdan çıxarılmış, yeni dövlət qeydiyyat nişanı -** DM *** əldə edilmişdir. Yəni Cavabdeh1 S.Piriyevin anlaqsız olmasından istifadə edərək bu əməli törətmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh1 bu maşınla bağlı bütün məlumatları məhkəmədən gizlətmişdir. Müəyyən etmişdirlər ki, X73 həmin maşını 2018-ci ildə Piriyev Səməd Həsən oğluna onunla gələn və “oğlu” kimi özünü təqdim edən şəxsə, yəni Cavabdeh1 almışdır. Hətta avtomobil alınandan bir müddət sonra A.Ağayev maşınla onun yanına gəlib maşının qüsurları olmasından gileylənmişdir. 26 dekabr 2024-cü il tarixdə məhkəmə iclasından dərhal sonra Cavabdeh1 avtomaşını xx.xx.2025-ci ildə etibarnamə ilə X71, xx.xx.2025-ci ildə X30, xx.xx.2025-ci ildə X11, xx.xx.2025-ci ildə X34 etibarnamə ilə səlahiyyətləri ötüməklə əmlakı gizləmək, izini itirmək və miras əmlak sırasından çıxarmaq istəmişdir. Odur ki, Cavabdeh1 əldə etdiyi buraxılış ili 1995-ci il olan, tünd göy metallik rəngli ,mühərrik nömrəsi **********315, ban nömrəsi W DB2020281F254234 olan ”MERCEDES BENZ 28.0” ** DM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi və avtomaşına aid səlahiyyətlərin ötürülməsinə dair X71 verilmiş xx.xx.2025-ci tarixli, X30 verilmiş xx.xx.2025ci il tarixli, X11 verilmiş xx.xx.2025-ci il tarixli, X31 verilmiş xx.xx.2025-ci il tarixli etibarnamələr etibarsız hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 210-cü maddəsini rəhbər tutub, Piriyev Səməd Həsən oğlunun fəaliyyət qabiliyyətli olmayan şəxs sayılması, Piriyev Səməd Həsən oğlunun adından Cavabdeh1 verilmiş 09 iyul 2016-cı il tarixli 2V-147 nömrəli vəsiyyətnamənin əhəmiyyətsiz sayılması, Piriyev Səməd Həsən oğluna məxsus olmuş ünvan 12 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin) bağışlanmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin əhəmiyyətsiz sayılması, həmin ünvanda yerləşən daşınmaz əmlakın (mənzilin) DƏDRX-nin ünvan 2 aparılmış reyestr qeydiyyatının etibarsız hesab edilməsi, həmin əmlakm alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, 4Ə-2308 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi, bağ sahəsinin Piriyev Səməd Həsən oğlunun adından Cavabdeh1 adına keçirilməsinin və bağçılıq cəmiyyətinə üzvlüyünə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin 28 aprel 2019-cu il tarixli 19 saylı qərarının əhəmiyyətsiz olduğundan etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş xx.xx.2024-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, Daşınmaz əmlakın- ünvan 12 ünvanında yerləşən evlə bağlı Cavabdeh2 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Əhəmiyyətsiz əqdlər əsasında qarşı tərəfin,yəni Cavabdeh1 əldə etdiklərinin hamısının geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin cavabdeh tərəfindən ödənilməsi, Cavabdeh1 əldə etdiyi buraxılış ili 1995-ci il olan, tünd göy metallik rəngli, mühərrik nömrəsi **********315, ban nömrəsi WDB2020281F254234 olan "MERCEDES BENZ 280” ** DM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin avtomaşına aid səlahiyyətlərin ötürülməsinə dair X71 verilmiş xx.xx.2025-ci tarixli, X30 verilmiş xx.xx.2025-ci il tarixli, X11 verilmiş xx.xx.2025-ci il tarixli, X34 verilmiş xx.xx.2025-ci tarixli etibarnamələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

7. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, mütəmadi olaraq Səmədin yanında olub. Lakin, qeyd edilən proseslərdən məlumatı olmayıb. Bundan başqa onun anasının başqa vərəsəlik mübahisəsi ilə bağlı məhkəmə prosesləri 2021-ci ilin iyul ayından başlamışdır. O, Səmədin ölüm puluna belə toxunmayıb. Həmçinin, ona verilən etibarnamədən sui-istifadə etməyib. Səmədin yasında iştirak edib. O, düşünürdü ki, Səmədin heç kimi olmadığı üçün hər hansı bir problem olmaz. Bu səbəblə də əvvəlki məhkəmə prosesləri bitməsini gözləmişdir ki, sonra bu iş üzrə vərəsəlik üçün müraciət etsin. Səmədin xəstəliyi 3-4 ayın işi deyildi. Səməd 2015ci ildən ölən günə qədər insult xəstəliyindən əziyyət çəkmişdi. Xəstəlik tarixçələrində də Səmədin sağlamlıq vəziyyəti görünür. Anası və o, Səmədi dəfələrlə vəziyyəti ağırlaşdığı vaxtlarda xəstəxanaya aparıblar. 80 yaşında bir şəxsin sağlamlıq vəziyyəti notarius tərəfindən yoxlanılmalı idi və şəxsdən sağlamlıq kağızı alınmalı idi. Hətta bildiyinə görə 70 yaxşı şəxslərə adam təyin edilir ki, bu adam həmin qoca şəxsə baxsın. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırır ki, ki, Səmədin qardaşı Nadir də 51 yaşında insult keçirib. Mərhumun nəslində bu xəstəlik irsidir. Məhkəmənin nəzərinə çatdırır ki, bağın çıxarışı yoxdur. Vərəsəlik şəhadətnaməsində nə yazıldığını bilmək istəyir. Onun qeyri-rəsmi olaraq məlumatı vardır ki, cavabdeh vərəsəlik şəhadətnaməsi almışdır. O, sənədi olmayan bağ evinə vərəsəlik şəhadətnaməsinin necə verildiyini bilmək istəyir. Onlar Cavabdeh1 dayısı S.Piriyevə baxdığını mübahisələndirmirlər. Onların mübahisəsi başqa məsələ ilə bağlıdır. Bu səbəbdən şahidlərin Vüsalın Səmədə yaxşı baxması barədə ifadələrinin bu məsələyə hər hansı aidiyyəti yoxdur. Məsələ odur ki, Vüsal Səmədin psixoloji vəziyyətindən istifadə edərək qanunsuz formada onun əmlaklarını öz adına keçirib və tez-tələsik satıb. Maşına dair sənədlərdən də görünür ki, cavabdeh maşına dair izi itirmək üçün onu dəfələrlə müxtəlif adamların adına keçirib. O artıq dayısının ölüm səbəbindən də narahat olmağa başlayıb və bununla bağlı müvafiq orqanlara müraciət edəcəkdir. İddiaçının nümayəndəsi qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclaslarında iştirak edən İddiaçı vəkili Vəkil1 iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, X135 Həsən oğlu iddiaçının doğma qardaşı olmuşdur. Səməd Piriyev və onun arvadı Aliyə Piriyeva həyatlarının son illəri ağır xəstə olmuşlar. Hər ikisi baş beyin qansızması, yəni işemik insult keçirmişlər. 2016-cı ildə Səmədin arvadı Aliyə vəfat etmiş və bundan sonra Səmədin həyat şəraiti və sağlamlığı daha da pisləşmişdir. İddiaçının qızı Aynurə və iddiaçı razılığa gəliblər ki, Səmədin baldızı oğlu Cavabdeh1 Səmədə baxsın, ona lazım olan ərzaq, dərman və sair tələbat mallarını alıb versin. Səməd Piriyevin "xxxx" ASC-də adına depozit vardı. Səməd Nümayəndə1 baş etibarnamə vermiş və Aynurə də vaxtaşırı Vüsala Səmədin pulundan çıxarıb verir və bununla yanaşı hesabatını aparırdı. Səməd xx.xx.2021-ci ildə vəfat etmiş və Hacıqabulda dəfn edilmişdir. Mərhumun yasını iddiaçı və iddiaçının ailə üzvləri qarşılamışdır. Bununla yanaşı iddiaçı mərhumun məzarını düzəltdirmiş və sair xərclərini qarşılamışdır. Həmin vaxt iddiaçının Hacıqabul şəhərində ev məsələsi ilə bağlı Hacıqabul rayon məhkəməsində mülki iddiası var idi. Mübahisəli olan bu iş bir neçə il davam etdi və indi də davam etməklə Şirvan apellyasiya məhkəməsinin icraatındadır. İddiaçının başı bu məhkəməyə qarışdığından qardaşının ölümündən sonra vərəsəlik açdırmayıb. Fikirləşib ki,onsuz da yeganə vərəsə odur və bu işi asanlıqla istənilən vaxt həll edə bilər.Bu yaxınlarda Nümayəndə1 Sumqayıt şəhərinə gedib və mərhum Səməd Piriyevin evinə baş çəkəndə ona məlum olmuşdur ki, evi X112 iddiaçının xəbəri olmadan Səmədin vəfatından dərhal sonra saxta sənədlər tərtib etdirməklə öz adına keçirtmiş, sonra da başqa bir yad adama satmışdır. Qeyd edir ki, Səməd Piriyev xəstə olduğu üçün Salyanda xəstəxanada yatmışdır. Notarius vəsiyyətnamə də tərtib edilərkən guya Səmədin əqli vəziyyətini yoxladığını bildirib. Tibbi sənədlər isə tam əksini deyir. Səməd psixi cəhətdən qüsurlu şəxs olmuşdur. Vüsal “Xəzər” bağçılıq cəmiyyətinə ünvanladığı xx.xx.2019-cu il tarixli müraciətdə Səmədi özünün babası kimi qələmə vermişdir. Halbuki, Səməd Vüsalın xalasının əridir. Bununla yanaşı, notariusda kompyuterdə elektron sənəd tərtib edilmiş və Səməd həmin sənəddə yazılanları dərk etmədən, mahiyyətini və nəticələrini anlamadan imza atmışdır. Sumqayıt Təcili Tibbi Yardım Xidmətində S.Piriyevin adına açılmış “stasionar,ambulator xəstənin tibbi kitabçası”ndan görünür ki, Səməd xx.xx.2015-ci ildən xx.xx.2015-ci il tarixə kimi poliklinikada stasionar müalicədə olmuşdur. Sözügedən sənədlər ciddi qanunsuzluqlar törədilməklə tərtib edilmişdir. Sənədlərdən Səmədin həm Sumqayıtda, həm də Salyanda xəstəxanalarda müalicə aldığı görünür. Xəstəlik sənədlərində Səmədin qəbul etdiyi dərmanlar və əziyyət çəkdiyi xəstəliklər öz əksini tapır. Xəstəlik sənədlərində göstərilir ki, Səməd öz davranışlarına nəzarət etmək iqtidarında olmayıb. Səməd beyin insultu keçirib. Səməd bağışlama və etibarnamə kimi əqdlərin mənasını dərk etmək iqtidarında olmayıb. Bütün bu mülki proseslər tez-tələsik həyata keçirilib. Qeyd edilən xəstəliyi olan şəxslər heç də həmişə anlaqsız olduqlarını hiss etdirmirlər. Ekspertin gəldiyi qənaətə əsasən Səməd fəaliyyət qabiliyyətsiz şəxs hesab edilmişdir. Onlar ilk iclaslarda da mərhum Səmədin əqli cəhətdən qüsurlu olduğunu qeyd ediblər. Konstitusiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən əqdlər o halda əhəmiyyətsiz əqdlər hesab edilir ki, əqdin tərəfi olan şəxs şüurlu surətdə öz hərəkətlərini idarə edə bilməsin. Fəaliyyət qabiliyyəti olmayan şəxslə bağlanmış əqd elə bağlanan andan etibarsızdır. Hazırki mülki işdə də əhəmiyyətsizliklə bağlı məsələ daşınar əşya ilə bağlı olmadığı üçün iddia müddəti yoxdur. Əgər ekspert rəyi mübahisələndirilirsə qarşı tərəf bu halı əvvəlcədən məhkəməyə bildirə bilərdi. Rəy vermiş ekspertlər tibb sahəsinin mütəxəssisidirlər. Rəy mötəbərdir və rəyə heç bir etirazları yoxdur. Hətta rəyi verən ekspert də məhkəmə iclasında dindirilmiş və rəydə qeyd etdiklərini təsdiqləmişdir. Eyni zamanda vəkil məhkəməyə təqdim etdiyi yazılı çıxış mətninin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. O, axırıncı dəfə Aynurəni Səmədin yoldaşının 7 mərasimində görüb. Səməd bu vaxt vəsiyyətini Aynurəgilə də bildirmişdi. Bu vaxt qarşı tərəf səs küy salaraq Səmədin ona hər şeyi vəsiyyət etməsinə görə dava-dalaş saldılar. Səməd həmin vaxt dedi ki, arvadı sağ olanda arvadı ilə məsləhətləşib və belə bir qərar verib. Qarşı tərəfi Səmədin evinə gedib-gələndə heç qonşular da görməyib. Aynurənin atası onun evinə zəng edərək onu təhdid etmişdi. Qeyd edir ki, Səməd özü notariusa gedib vəsiyyətnamə vermişdir. Səməd ondan 50 yaş böyük olduğu üçün o, məktubda Səmədin adını babası kimi qeyd edib. Səməd öləndə onun evində idi. Çünki, anasına Səməd üçün yemək bişirmək, Səmədin paltarlarını yumaq və s. öz evlərində daha rahat idi. Qeyd edir ki, Əhmədin Mercedes markalı maşını olmayıb. Səmədin son 3 nömrəsi 014 olan maşını olub. Özünün isə başqa maşını olub. Səməd onun evində vəfat edib. Səmədin ölümü ilə bağlı polis və prokurorluq araşdırmasının olub-olmadığı yadında deyil. Onun 39 yaşı var və subaydır. Evlənməmə səbəbi də Səmədə baxması ilə əlaqədar olmuşdur. O, 2016-cı ildən sonra qarşı tərəfi ümumiyyətlə görməmişdir. Onlar Səmədin yas mərasiminə də gəlməmişdilər. Onun ölüm kağızını belə o alıb. Cavabdeh qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəməsən xahiş etmişdir.

10. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirdi ki, Səmədin fəaliyyət qabiliyyətsiz olması ilə əlaqədar heç bir qanuni qüvvəyə minmiş məhkəmə qərarı yoxdur. Əgər notarius Səməddə hər hansı bir psixi pozuntu aşkar etsəydi, heç vaxt əqdi təsdiq etməzdi. Əhmədə notairusda əqdin mahiyyəti və hüquqi nəticəsi izah edilmişdir. Şəxs hazırda həyatda deyil və həkim tərəfindən psixoloji müayinəsi qeyri-mümkündür. Şəxs anlaqsız olmayıb, sərbəst şəkildə vəsiyyətnamədə öz fikirini yazıb və imza atıb. 3-4 ay şəxsin xəstəxanada yatması şəxsin fəaliyyət qabiliyyətsiz olduğuna dəlalət etmir. Səməd sərbəst və səlis şəkildə əlyazmada özünü ifadə edib. Şəxsin fəaliyyət qabiliyyətsiz olmasıyla əlaqədar heç bir sübut yoxdur. Beyin insultu ağır xəstəlikdir, lakin bu xəstəlik şəxsin anlaqsız olmasına dəlalət etmir. Hazırki rəy iş üzrə mütləq əhəmiyyət kəsb etmir. Qeyd edilən rəyin verilməsi üçün kifayət qədər tutarlı hallara istinad edilməli idi. Ekspert rəy verərkən təcili tibbi yardım xəstəxanası tərəfindən verilmiş rəyə istinad edir. İstinad edilmiş sənədlərdən şəxsin fəaliyyət qabiliyyətsiz olması halı öz təsdiqini tapmır. Salyan psixiatriya xəstəxanası tərəfindən verilmiş arayışa istinad edilsə də, qeyd edilən arayış da şübhə doğurur. Rəydə istinad edilmiş tibbi ədəbiyyat isə sadəcə olaraq şəxsin necə öz hərəkətlərini başa düşməməsini göstərir. Bundan başqa hesab edir ki, iddiaçı müqaviləni və vəsiyyətnaməni mübahisələndirmək üçün qanunvericilikdə nəzərdə tutulan 1 illik müddəti də ötürmüşdür. Bu müddət kəsici müddət olduğundan məhkəmə öz təşəbbüsü ilə müddəti tətbiq edə bilər. Hesab edir ki, bu əsasla da iddia rədd edilməlidir. Müddətdən qaçmaq üçün tələb müqavilənin və vəsiyyətnamənin əhəmiyyətsizliyinə dəyişdirilmişdir. Şahidlərdən notariat kontorunda iştirak edən şəxslər də verdiyi ifadələrdə heç bir problem olmadığını təsdiq etdilər. Şəxslərin notariat orqanına gediş-gəliş vaxtları fərqli vaxtlara düşə bilər. Lakin onların hər ikisinin vəsiyyətnamədə imzası vardır. Şahidlərdən qonşular, sahə rəisi isə mərhumun əqli cəhətdən sağlam olduğunu bildirdilər. Bu səbəbdən hesab edir ki, yalnız ekspert rəyi əsasında şəxsin fəaliyyət qabiliyyətsiz olması nəticəsinə gəlmək olmaz. Bundan başqa iddiaçı tərəf cavabdehin mülkiyyətində “Mercedes” markalı maşın olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəməyə təqdim edilən şəkillərin isə hansı tarixlərdə çəkildiyi məlum deyil. Bundan başqa qarşı tərəf Səmədin dəfnində iştirak belə etməyib. Eyni zamanda bildirir ki, Aliyə Piriyeva adını rəsmi qaydada Balabəyim adından Aliyə adına dəyişdirib. Nümayəndə qərar qəbul edilərkən qeyd edilərinlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəməsən xahiş etmişdir.

11. Məhkəmə iclaslarında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 bildirdi ki, onların hazırki məhkəmə iclaslarına çağırılmasının səbəbini başa düşmür. Onlar tam qanuni şəkildə dəyərini ödəməklə mənzil alıblar. Mənzili aldıqları vaxt Vüsalın adına çıxarış olub. Onlar da qanuni şəkildə ev alıblar. Bu məsələlərin heç birinin onlara aidiyyəti yoxdur. Əgər belə bir problem olduğunu bilsəydilər heç bu evi almazdılar. Çətinliklə pul yığıb ev alıblar, sonra isə başlarına belə bir hadisə gəlib.

12. Məhkəmə iclasında iştirak etmiş ekspert X49 izahat verərək bildirmişdir ki, o, iş materiallarında olan tibbi sənədləri tədqiq edərək obyektiv rəy verib. O, 1981-ci ildən həkim kimi fəaliyyət göstərir, 2006-cı ildən isə hazırki iş yeridə ekspert kimi fəaliyyətə başlayıb, ixtisasca psixiatrdır. Tibbi sənədlərdəki əlamətlərə əsasən mərhumun alhzaymır xəstəsi olduğunu güman etmək olar. Demensiya insultdan sonra yaranan ağıl geriliyidir. Bundan başqa demensiyaya səbəb şəkər xəstəliyi, qan dövranı pozğunluğu, hipertaniya və s. də ola bilər. Demensiya ağıl geriliyinin geridönülməz və sağalmaz bir mərhələsidir. Demensiyanın ən son həddində şəxs yatağa məhkum olur, heç kəsi tanımır və heç kəsi istəmir. Keçirdiyi insultdan sonra Səməddə demensiya yaranmışdır. Alhzaymır diaqnozunu Salyandakı xəstəxana qoyub. Səməddə 25 dekabr tarixindən başlayaraq əqli gerilik əlamətləri aşkar edilir. Şəxs insult keçirdikdən sonra təxminən 6 ay ərzində demensiya ola bilər. İnsultun beyinin hansı hissə və ya toxumasında olmasından asılı olaraq şəxs insultdan sonra demensiya ola və ya olmaya bilər. Demensiya olan şəxs əvvəlki halında olmur, bir növ uşaqlaşır. Demensiya olan şəxs yalnız yemək falan yeyə bilir. Bəzən isə yaxın şəxslərini də tanımır. Demensiyaya yaxın da şəxs bəzi şeyləri anlamaqda çətinlik çəkir və ətrafındakıların köməkliyinə ehtiyac duyur. Demensiyadan sonra şəxs əmlakı olub-olmadığını dərk edə bilmir və hətta biraz əvvəl nə yediyini belə unudur. Verdiyi bu cür qiyabi rəy əyani yoxlama olmadan və yalnız tibbi sənədlərlə verilə bilər. Hazırda verdiyi rəyi təsdiq edir. Səməd başqa şəxslərə möhtac olub, o, idarə edilə bilərdi. Səməd hərəkətlərinin mahiyyətini dərk edə bilmirdi. Səməd kimi xəstəliyi olan şəxslər halusinasiya görə bilər, sayıqlama və aqressivlik göstərə bilər. Tibbi sənədlərdə də vardır ki, Səmədin öz arvadına qarşı da şübhəsi olub. Bu xəstəliyi keçirən şəxslərin orientasiyası da pozulur və evinin yolunu tapmaqda da çətinlik çəkirlər. Demensiya keçirən şəxslərin tələf olmuş beyin hüceyrələri bərpa olmur.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X113 ifadəsində bildirmişdir ki, o, Səmədi bir dəfə görmüşdür ki, öz özünə danışa-danışa gəzir. Nə olduğunu soruşduqda Səməd başına oyun açıldığını demişdir. Səməd ruhi xəstə idi və ağlı getmişdi. O, Səmədi görəndə 2015-2016-cı illər olardı. Səməddən əvvəlki əsər əlamət qalmamışdı. O, Səmədin oğlunu, qızını tanımırdı. O, hansı uşağının Səmədin başına oyun açdığını bilmir. O, Səmədi görəndə tək gəzirdi. O, Səmədi işdən çıxdıqdan sonra 1994-1995-ci illərdə də görmüşdü. Sonra isə o, Səmədi 2015-2016-cı illərdə görmüşdür. Səməd onu görəndə tanımışdır. 14.Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, Səməd və Rəfiqənin hər ikisini tanıyır. Səmədlə onlar qonşu olublar. Səməd qapalı insan idi. Vüsalı isə Səmədə qulluq edəndə görməyib. Səməd əvvəl normal insan idi, lakin sonradan başı pozuldu. Səmədin bir müddət sonra həyat yoldaşı da vəfat etmişdi. Səməd xəstə görünüşlü insan idi, hərəkət edərkən də əziyyət çəkirdi və həmişə Aynurəni Səmədə qulluq edəndə görüb. Aliyə Səmədin arvadı idi. Yadındadır ki, bir dəfə Səmədin başı itəndə Səmədi başqa şəxslər gətirmişdi. O, Səmədin dəfnini görməiyb. Səməd əvvəl normal insan idi, lakin Səmədin arvadı xəstə yatdıqdan sonra Səmədin xəstəliyi başladı. O, hətta bir dəfə Səmədi Balkonda olarkən görüb. Səməd balkonda idi və arvadının ölümündən sonra ağlayırdı. O, rayonda olduğuna görə Səmədin dəfnində iştirak etməyib. O, gələndən sonra Səmədin öldüyünü eşidib. Qeyd edir ki, o yay aylarında Ağstafada olur. Onu da bildirir ki, qarşı tərəfə yaxın bir şəxs onu şahid gəlməməsi, həbsdə olan oğlu ilə onu təhdid etmişdir. 15.Məhkəmə iclasında şahid qismində dindirilmiş X35 ifadəsində bildirmişdir ki, o, Səmədi tanıyır, bacısı oğlu olub. Vüsalı isə tanımır. Səməd yaxşı və ali təhsilli insan olub. Səmədin evinə həmişə gediş-gəlişləri olub. O, xəstəxanada 2 dəfə Səmədin yanında olub. Səməddə xəstəxanadan çıxdıqdan sonra əqli qüsurlar meydana gəlmişdi və həmişə Səməd onu öldürəcəklərini deyirdi. Səməd bəzən də deyib gülürdü və sonradan isə vəziyyəti dəyişirdi. Səmədə guya baldızı oğlunun baxdığı deyilirdi, lakin o, onu heç vaxt görməyib. Səmədi arada o, da gəzdirirdi. Mütəmadi olaraq isə Səmədə Rəfiqə və qızı baxıb. 16.Məhkəmə iclasında şahid qismində dindirilmiş X83 ifadəsində bildirmişdir ki, o, Səmədlə 8-9 il birlikdə işləyib və Rəfiqənin də adını həmişə eşidib. Səməd normal bir insan idi. Səməd və o 10-15 gündən bir danışırdılar. Sonradan isə Səməd xəstələndi.O, Vüsalı Səməd xəstələndikdən sonra tanımışdır. Səmədə Vüsal qulluq edirdi. O, Səmədlə notariusda görüşmüşdü və həmin vaxt Səməddə əqli cəhətdən problem hiss etməmişdi. Səməd ona zəng edib notariusa gəlməyini istəmişdir. Səməd zavodda uzun illər rəis müavini işləyib. Notariusda qonşu Səməd və Vüsal var idi. Səməd onu tanımış və onunla salamlaşmışdır. Sonradan Vüsal ona Səmədin vəfat etdiyini demişdir. Səməd əmlaklarını qohumu Vüsala bağışladığını deyirdi. Səməd kartından pulu da qohumu adlandırdığı kiməsə çəkdirirdi. Onun Səmədin alhzaymr xəstəliyi barədə məlumatı yoxdur. O, Səmədin evinə tez-tez yox, 1-2 dəfə gedib gəlib. O, Səmədin evinin içinə keçməyib, Səmədə yalnız qapıda pul verib. 17.Məhkəmə iclasında şahid qismində dindirilmiş X82 ifadəsində bildirmişdir ki, o, Səmədlə qonşu olub. Vüsal Səmədin qohumudur. Səməd sağlam adam idi, lakin sonradan xəstələndi. Səmədin evini qohumunun adına keçirmək fikri var idi. O, notariusa şahid kimi Səmədlə gedib qol çəkmişdir və o vaxt Səmədin vəziyyəti yaxşı idi. O şahid qismində notariusda iştirak etmiş digər şəxsi tanımır. Həmin şəxs onlar tərəfdə yaşamırdı. Vüsal həmişə Səmədin evinə gedib gəlirdi. Səmədin arvadının hüzrü məhəllədə olub və hüzrü Səməd verib. Səməd rayonda dəfn edilib. Səməd sağlam idi. Səmədin maşınının rəngi dəqiq yadında deyil, həmişə qarajda “moskiviç”i var idi. 18.Məhkəmə iclasında şahid qismində dindirilmiş X102 ifadəsində bildirmişdir ki, Səməd onun dayısı oğludur, Rəfiqə isə dayısı qızıdır. Vüsal da onun bacısı oğludur. Səmədin həyat yoldaşı 2016-cı ildə vəfat edib. Səməd Sumqayıtda xəstəxanada yatıb. Səmədin hərəkətləri normal olub. Səməd həyat yoldaşının yasında yası təşkil edən şəxslərə nə istədiklərini təklif etdi. Səməd yasda hər şeyi Vüsala bağışladığını elan etdi. Səməd sağlığında bacısıgili evdən qovmuşdu. Bu səbəblə də həmin vaxt ev və s. iddiası Səmədin sağlığında qaldırılmadı. Səmədin baş daşı və yas xərclərini Səmədin bacısıgil çəkməyib. Yas vaxtı vəsiyyətnamə üstündə Səməd və bacısı və bacı qızı ilə dava oldu, lakin dava elə də böyük dava deyildi. O, Asan xidmətdə notariusda vəsiyyətnamənin tərtibində iştirak edib. Yalnız Səməd və Vüsal orada idilər. Səməd Salyan xəstəxanasında yatmayıb. Səmədin 2021-ci ilə qədər həmişə ağlı üstündə olub. Səmədi həmişə Vüsal gəzdirirdi. Səmədin əvvəllər maşını var idi. Maşını sonradan Vüsal sürməyə başladı. Həmin maşının rəngi və s. yadında qalmayıb və həmin maşının harada olduğunu bilmir. 19.Məhkəmə iclasında şahid qismində dindirilmiş X36 ifadəsində bildirmişdir ki, onunla Səmədin bir birilərinin evlərinə ailəvi gediş gəlişləri var idi. Səmədin özü və arvadı xəstələnmişdi. Vüsal Səmədə elə baxırdı ki, Səmədə heç oğlu elə baxmırdı. O, Səmədin bacısı və bacısı qızını görməyib. Səmədin yoldaşı vəfat etdikdən sonra Səmədlə tez-tez danışmağa başladılar. Səmədin əqli yerində idi, sadəcə yeriməyində problemi var idi. O, 45ci kvartalda yerləşən poliklinikada tibb bacısı işləyib. Səmədin heç bir psixi xəstəliyi yox idi. Səmədin maşını qaratəhər idi. 20.Məhkəmə iclasında şahid qismində dindirilmiş X50 ifadəsində bildirmişdir ki, Səməd və Aliyəni ailəvi olaraq tanımışdır və onlar ailə olaraq normal ailə idilər. Aliyə rəhmətə getməmişdən Səməd iflic olmuşdu. O, tez tez Səmədin evində olub. İşi ilə əlaqədar hər gün həmin ərazidə olur. Səmədə evində tibb bacısı baxırdı. Səmədin danışığı və davranışı mədəni idi. Səmədin heç bir psixi pozuntusu yox idi.Səməd yayda bağa gedirdi və orada olurdu. Vüsal Səməd öləndə Səmədin yanında olub. Vüsal həmişə Səmədi ödənişlər etməsi üçün jekə gətirirdi. O, Vüsalın bacısını da Səmədin evində görüb. O, Aliyənin kim olduğunu məclisdə Səməddən soruşub öyrənmişdi. O, Səmədin dəfnində iştirak etməyib. Onun qənaətinə görə Səmədin əqli problemi yox idi. Yalnız qolunda problemi olub. O, heç kimə şahid qismində ifadə verməsinə görə təzyiq etməyib. Səmədin maşını dəqiq yadında deyil. Vüsal səhv etmirsə “jiquli” ya da “nol 6” markalı maşın sürürdü. Binanın həyətində maşın çox olur, Səmədin maşınının hansı olduğunu unudub. Həmin maşının rəngi qəhvəyi və ya badımcan rəngi idi. Səmədlə qohumluqları yoxdur. Səmədin “7” mərasimi olanda Vüsal zəng edib ona demişdi. 21.Məhkəmə iclasında şahid qismində dindirilmiş X62 ifadəsində bildirmişdir ki, Səməd qapı qonşusu olmuşdur. Onu həmişə Vüsal aparıb gətirirdi. Səmədin övladı olmadığı üçün Səmədə həmişə Vüsal baxırdı. Səməd yaxşı insan idi və çəlik istifadə edirdi. Səməd xaraktercə möhmək insan idi. O, həmişə Səmədə Vüsalın baxdığını görüb. O, Səmədin evinə digər qohumlarının gəlib getdiyini görməyib. Səmədin hər hansı psixi pozuntusu yox idi. Səməd sağlam insan idi. O, 2017-ci ildə Səmədlə qonşuluğa köçüb. O, Səmədin evinə Vüsaldan başqa gələn şəxsi görməyib. Səmədin maşını tünd göy rəng idi. 22.Məhkəmə iclasında şahid qismində dindirilmiş X37 ifadəsində bildirmişdir ki, Səməd zavodda onun rəisi olmuşdur. Ona 2015-ci ildə Aliyəyə iynə vurmağı deyildi. Aliyənin halı xarablaşdı, bir vaxt sonra da Səməd xəstələndi. Səməd nevroloji müalicə alırdı. Səməd ona 3000 manat pulunun batdığını demişdi. O, Səmədə 1 gündə 6-7 ədəd iynə vururdu. Aliyə vəfat etdi və sonradan Səməd Vüsalla qalmağa başladı. Səməd Vüsalın evində masaj edilirdi. Səmədi Vüsal çimizdirirdi. Səməd gümrah insan idi. Səməd əsəb və qan dövranı ilə əlaqədar müalicə olunurdu. Səmədin həmişə ağlı üstündə olub. Səmədin davranışında heç bir problemi olmayıb. Səməd həmişə bacısıgilin evini talan etdiyini bildirirdi. O, X127 adlı həkimin yazdığı iynələri vururdu. İynələrlə əlaqədar ambulator kitabçada heç bir qeydiyyat aparılmayıb. O, Səmədə iynələri Vüsalın evində vururdu. O, “Covid” virusu vaxtında da vətəndaşlara evlərində iynə vurub. Onun iynə vurmaqla əlaqədar rəsmi icazəsi yox idi. 23.Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, Səməd baldızının yoldaşıdır. Aliyə Vüsalın qohumudur. Aliyə rəhmətə gedəndə onun “7” məclisi onun evində olub. O, həmin məclisdə qabları yumalı idi. Bu vaxt Səməd onu çağırdı və məclisi təşkil etdiyi üçün ondan nə istədiyini soruşdu. O, heç nə istəmədiyini demişdir. Səməd sonra oğluna vəsiyyətnamə etdiyini və bütün əmlakı oğlu Vüsala verdiyini dedi. Səmədin bu iş üstündə bacısı Rəfiqə ilə davası düşdü. Səməd də bacısıgili oradan qovdu. Yasda dava təxminən 2016-cı ilin iyul ayının 30-da olmuşdur. Söyüşlü dava iyul ayının 30 ya da 31-də olmuşdu.Səməd yoldaşının cüməsi günü notariusa getmişdi.Ölənəcən Səmədin hər şeyi qaydasında idi. Səməd bir dəfə belə olsun çaşmazdı. Səməd həyat yoldaşının yanında dəfn edilmişdir. Səməd bacısı Rəfiqəyə və bacısı qızına deyirdi ki, “mənimlə ev alıb pul qazanmısınız ki, sizə də verim”. Ona Vüsal zəng edib Səmədin vəfat etdiyini demişdi. Səmədin heç bir qohumu dəfndə yox idi.Vüsal onun baldızının oğludur.O, izahatında oğul deyəndə Vüsalı nəzərdə tutur. Ona bu iclasda şahid kimi dediklərinə görə iddia qaldırılsa, o, bunları təsdiq edəcək. O, ayın 15-də pensiyasını alıb həmin vaxt tələbə olan oğlunun yanına gəlirdi, bu vaxt Səmədə də baş çəkirdi, o vaxt Səməd ona deyirdi ki, Vüsal ona çox əla baxır.

24. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi, "xxxx" ASC, Sumqayıt şəhəri, 1 saylı notariat ofisi və Sumqayıt şəhəri 4 saylı notariat ofisinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, Sumqayıt şəhəri, 1 saylı notariat ofisi və Sumqayıt şəhəri 4 saylı notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə digər şəxslər isə məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

25. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

26. İşdə olan Sumqayıt şəhər “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsinin məktubundan görünür ki, Piriyev Səməd Həsən oğlunun “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi, Həmrəylik küçəsi, bağ sahəsi 600 m2 olan 500 saylı bağ və içində yüngül konstruksiyalı 12 m2 bağ evi olub. 1986-cı ildən istifadəsində olub. Həmin bağ sahəsini özünün şəxsi ərizəsi və xx.xx.2016-cı ildə Cavabdeh1 verdiyi vəsiyyətnaməni əsas tutaraq Cavabdeh1 “Xəzər” Bağçılıq Cəmiyyətinin üzvü qəbul edilmişdir. 27.İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 11 iyun 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 15 ünvanında yerləşən 30 nömrəli mənzil üzərində Piriyev Səməd Həsən oğlunun tam mülkiyyət hüququ xx.xx.2004-cü ii tarixli, 31912 nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmış, Sumqayıt “ASAN Xidmət" mərkəzində notariat kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə-2748 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, xx.xx.2016- cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sumqayıt şəhər 4 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-2308 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh2 tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. X135 Həsən oğlunun respublika ərazisində adına qeydiyyata alınmış digər əmlaklar barədə məlumat aşkar edilməmişdir. 28.İşdə olan xx.xx.2016-cı il tarixli vəsiyyətnamədən görünür ki, Piriyev Səməd Həsən oğlu o, ölən günə kimi ona məxsus bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. 29.İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Piriyev Səməd Həsən oğlunun qəyyumluq və himayəçiliyə götürülməsi ilə bağlı hər hansı şəxs tərəfindən müraciətin daxil olması ilə bağlı məlumat aşkar edilməmişdir. 30.İşdə olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-844/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, cavabdeh X5 xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********04-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 170 nömrəli (yeni qaydalara görə AZ2400 Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 266) fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilmiş, cavabdeh X5 əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 170 nömrəli (yeni qaydalara görə AZ2400 Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 266) fərdi yaşayış evindən çıxarılması və evin boşaldılaraq İddiaçı təhvil verilməsi, bu qətnamənin X5 Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli (yeni qaydalara görə AZ2400 Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 266) fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. 31.İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)- 166/2024 sayı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan X21 cavabdeh Hacıqabul rayon icra Hakimiyyətinə qarşı “Hacıqabul rayon XDM Rəyasət Heyətinin 07 aprel 1995-ci il tarixli qərarının X63 aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktları qanuni qüvvəyə minənə qədər Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan iddiaçı X38 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi idarəsinə qarşı Hacıqabul şəhəri, X79 küçəsi, ev 170 (yeni qaydalarla Hacıqabul şəhəri, X79 küçəsi, ev 266) ünvanında 0,06 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 43,9 kv.m ibarət fərdi yaşayış evinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində aparılmış qeydlərin və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********504-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi və bununla bağlı reyestr bazasında qeydlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə icraat dayandırılmışdır. 32.İş materiallarında olan 15 iyul 2024-cü il tarixli nikah haqqında arayışdan görünür ki, Piriyev Səməd Həsən oğlu və X39 xx.xx.1960-cı il tarixdə Hacıqabul rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 01 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Piriyeva soyadı verilmişdir. X1 xx.xx.2016-cı ildə, Piriyev Səməd Həsən oğlunun xx.xx.2021-ci ildə ölməsi ilə bağlı xitam verilmişdir. 33.İşdə olan V-JQ 411212 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1978-ci ildə doğulmuşdur. Anası İddiaçı, atası X23r. 34.İşdə olan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 27 avqust 2024-cü il tarixli 224 nömrəli məktubundan görünür ki, 1936-cı il təvəllüdlü ünvan 17 ünvanda yaşayan Piriyev Səməd Həsən oğlu onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 xəstənin evdə dərmanlarının qəbul etməməsi səbəbdən xəstəxanaya yerləşdirilməsi barədə ərizəsinə əsasən xx.xx.2016- xx.xx.2016-cı il müddət arasında "Alsheymer xəstəliyi zamanı demensiya, intellektin ağır dərəcəli geriləməsilə" diaqnozu ilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. Xəstəliyi dərmana tabe olmadığı üçün yaxınlarının təkidi ilə evə yazılıb. Anlaqsız olduğu üçün kənar şəxsin yardımına ehtiyacı vardır. 35.İşdə olan Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 1963 nömrəli xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının müdiriyyəti bildirir ki,xx.xx.2021-ci il tarixdə saat 03.30-da ünvan 18 ünvanında yaşayan 1936-cı il təvəllüdlü Piriyev Səməd Həsən oğlu adına 185 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1936-cı il təvəllüdlü Piriyev Səməd Həsən oğlunun meyitini aşkar etmişdir. Ailə üzvlərinin deməsinə görə mərhum uzun müddət “ Baş-beyin qan dövranının pozulması ” diaqnozu ilə əziyyət çəkmiş “İnsult“ keçirmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. 36.İşdə olan Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinin 30 may 2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş Piriyev Səməd Həsən oğlunun ölümünün qeyd edilməsinə dair sənədləri vətəndaş Cavabdeh1 şöbəyə xx.xx.2020-ci il tarixdə təqdim etmişdir. Təqdim edilən sənədlər vəfat edən şəxsdən Sumqayıt 1 saylı notariat kontoru tərəfindən xx.xx.2016-cı il tarixli 2V-147 nömrəli reyestr ilə qeyd edılmiş vəsiyyətnamə əsasında şəxsin şəxsiyyət vəsiqəsinin əsli, ölüm haqqında tibbi şəhadətnamə və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi əsasında Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında akt qeydi qeydiyyata alınaraq AZ-İİ 204193 saylı ölüm haqqında şəhadətnamə ilə təmin edilmişdir. 37.İşdə olan xx.xx.2015-ci il tarixli etibarnamədən görünür ki, Piriyev Səməd Həsən oğlu harada və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakının idarə olunmasını Nümayəndə1 etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilib və xx.xx.2020-ci il tarixdək qüvvədədir. 38.İşdə olan “Xəzər” Bağçılıq Cəmiyyətinin 28 aprel 2019-cu il tarixli qərarından çıxarışdan görünür ki, Cavabdeh1 “Xəzər” Bağçılıq Cəmiyyətinin üzvlüyünə qəbul edilmişdir. 39.İşdə olan xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Piriyev Səməd Həsən oğlu Sumqayıt şəhəri məhəllə 7-8-12, ev 9A, 30 saylı mənzili Cavabdeh1 bağışlamışdır. 40.İşdə olan qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri məhəllə 7-8-12, ev 9A, 30 saylı mənzil Piriyev Səməd Həsən oğlunun adına qeydə alınmışdır. 41.İşdə olan XQ-Jq 436837 saylı doğum haqıqnda şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası Ağayev Afət Allahqulu oğlu və X40r. 42.İşdə olan Piriyev Səməd Həsən oğlunun Notariat Kontoruna ünvanladığı xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, hal-hazırda rəsmi nikahda deyil, subaydır, gələcəkdə bu barədə hər hansı bir problem yaranarasa bütün məsuliyyəti və onun həllini öz üzərinə götürmüşdür. 43.İşdə olan AZ-İİ 178129 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X51 xx.xx.1979-cu ildə Hacıqabul rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1980-ci il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. 44.İşdə olan AZ-İİ 178128 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X52 xx.xx.1992-ci ildə Hacıqabul rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 37 nömrə ilə qeyd edilmişdir. 45.İşdə olan AZ-İ 521063 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X64 xx.xx.2012-ci ildə Hacıqabul rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 02 nömrə ilə qeyd edilmişdir. 46.İşdə olan AZ-073937 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X88 xx.xx.2002-ci ildə Hacıqabul rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 171 nömrə ilə qeyd edilmişdir. 47.İşdə olan AZ-İ 232828 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X89 xx.xx.2007-ci ildə Əli Bayramlı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə qeyd edilmişdir. 48.İşdə olan AZ-İİ 178130 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X85 xx.xx.2004-cü ildə Hacıqabul rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 52 nömrə ilə qeyd edilmişdir. 49.İşdə olan AZ-İ 638548 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X86 xx.xx.2013-cü ildə Hacıqabul rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 146 nömrə ilə qeyd edilmişdir.

50. İşdə olan AZ-İİ 393212 saylı ölüm Piriyev Səməd Həsən oğlu xx.xx.2021-ci ildə Sumqayıt ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1889 nömrə ilə qeyd edilmişdir. 51.İşdə olan Kürdəmir Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X53 doğum aktı Hacıqabul rayon Dövlət Arxivində, hacıqabul rayon Qeydiyyat Şöbəsinin 1939-1940-cı ilə aid bərpa doğum aktlarının qeydi kitabında aşağıdakı kimi aşkar edilmişdir: X89 xx.xx.1937-ci ildə doğulmuşdur. X3, anası X74 olmuşdur. 52.İşdə olan Kürdəmir Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X16 doğum aktı Hacıqabul rayon Dövlət Arxivində,Hacıqabul rayon Qeydiyyat Şöbəsinin 1943-cü ilə aid bərpa doğum aktlarının qeydi kitabında aşağıda olduğu kimi aşkar edildi. Piriyev Səməd kişi. Doğum Tarixi XX.XX.1936-cı il. X4. Azərbaycanlı. Anası:X65. Azərbaycanlı. 53.İşdə olan AZЕ 166351 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1945-ci ildə Kürdəmir rayomnunda doğulmuşdur. Atası Piriyev Həsən Məmmədəli oğlu, anası X43r. 54.İşdə olan AZ-İİ 393385 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X90 xx.xx.1959-cu ildə Hacıqabul rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1959-cui il tarixdə 34 nömrə ilə qeyd edilmişdir. 55.İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X90 xx.xx.1958-ci ildə Hacıqabul rayonunda doğulmuşdur. Atası Piriyev Həsən Məhəmmədəli oğlu, anası X24r. 56.İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X64 xx.xx.1955-ci ildə Hacıqabul rayonunda doğulmuşdur. Atası Piriyev Həsən Məhəmmədəli oğlu, anası X24r. 57.İşdə olan AZ-İİ 393386 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1954-cü ildə Hacıqabul rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1954-cü il tarixdə 65 nömrə ilə qeyd edilmişdir. 58.İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X25 xx.xx.1954-cü ildə Hacıqabul rayonunda doğulmuşdur. Atası Piriyev Həsən Məhəmmədəli oğlu, anası X24r. 59.İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X91 xx.xx.1951-ci ildə Hacıqabul rayonunda doğulmuşdur. Atası Piriyev Həsən Məhəmmədəli oğlu, anası X24r. 60.İşdə olan AZS-003 nömrəli stasionar xəstənin tibbi kartasından görünür ki, Piriyev Səməd Həsən oğluna alsheymer xəstəliyi diaqnozu qoyulmuşdur. 61.İşdə olan AZS-003 nömrəli stasionar xəstənin tibbi kartasından 4296 nömrəli çıxarışdan görünür ki, Piriyev Səməd Həsən oğluna baş beyin qan dövranının kəskin pozulması, sağ beyin yarımkürəsində işemik insult diaqnozu qoyulmuşdur. 62.İşdə olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Nümayəndə1 Piriyev Səməd Həsən oğlunun nümayəndəsi olaraq onun xəstəxanada müalicəyə qəbul olunması üçün Salyan Rayonlararası Psixiatriya Xəstəxanasına müraciət etmişdir. 63.İş materiallarında olan AZ-139042 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Piriyev Səməd Həsən oğlu və X92 xx.xx.1960-cı il tarixdə Hacıqabul rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 01 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Piriyeva soyadı verilmişdir. 64.İşdə olan AZ-1691669 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X92 xx.xx.1939-cu ildə doğulmuşdur. X55, anası X26r. 65.İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X69 Şəxsinin xx.xx.2024-cü il tarixli 3110 saylı ekspert rəyindən görünür ki, iş materialında olan tibbi sənədlərin tədqiqi və təhlili əsasında aşağıdakı nəticəyə gəlir: X76 Həsən oğlunun 2015-ci ildə keçimiş olduğu “Beyin insultu” davranış pozuntuları və koqnitiv (dərk etmənin zəifləməsi) pozuntularla təzahür etmiş, onda müəyyən edilən beynin üzvi xəstəliyi proqressivləşmə (artan psixi patologiya) gedişatlı olmuş və onda müəyyən edilən koqnitiv pozuntular dərinləşərək Piriyev Səməd Həsən oğlunda demensiyanın (qazanılma ağıl zəifliyi) yaranmasına səbəb olmuşdur. Qeyd edilməlidir ki, yuxarıda göstərilən, S.H.Pİriyevin psixi fəaliyyətində yaranan demensiya geridönməz (sağalmayan) gedişata malikdir. Buna görə də X114xınun düçar olduğu həmin xəstəliyin 2016-cı ilin iyul və avqust aylarınd.a onun sağalması mümkünsüzdür. Göstərilən tarixlərdə Piriyev Səməd Həsən oglu fəaliyyət qabiliyyətsiz olmuş, yəni o, öz hərəkətlərini şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. (sağlığında S.H.Pİriyev 2015-ci ildə keçirmiş olduğu beyin insultu ilə əlaqədar həkim qeydlərinə görə onda psixi pozuntular aşkar biruz vermiş, həmçinin sonradan psixi vəziyyətində artan pozuntular ilə əlaqədar Salyan rayonlararası psixiatriya xəstəxanasına müalicəyə gətirilərək orada xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi olduğu zaman onda Alsheymer xəstəliyi zamanı demensiya, intellektin ağır dərəcəli geriləməsi” diaqnozu müəyyən edilmişdir. Qeyd edilməlidir ki, beyin insultu baş beynin damar mənşəli üzvi patologiası olmaqla xəstəliyin gediştatında psixi pozuntularla-davranış pozuntuları və koqnitiv pozuntularla (dərk etmə qabiliyyətinin zəifləməsi) təzahür etməsi ilə xarakterizə olunur. Alsheymer xəstəliyi isə beyində baş verən atrofik proseslə xarakterizə olunur. Buna görə də, davranış pozuntuları ilə yanaşı intellektual psixi fəaliyyətin daha ağırtəzahürü olan demensiyanın, qazanılma ağıl zəifliyinin mövcud olmasını göstərir. Tibbi ədəbiyyata görə damar mənşəli üzvi patologiya (beyin insultu) gedişatında Alsheymer xəstəliyinə xas psixi patologiyalarla təzahür etməsi, yəni Alsheymer xəstəliyini xatırladan əlamətlərlə gedişatiı praktikada rast gəlir). 66.İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Piriyev Səməd Həsən oğlunun "xxxx" ASC-dəki əmanət hesabları barədə məlumatlar aşağıdakı kimidir: 1) Müştəri xx.xx.2007-ci il tarixində əmanət hesabına 1860 AZN, daha sonra isə müxtəlif vaxtlarda 140 AZN və 400 AZN mədaxil etmiş və xx.xx.2010-cu il tarixində əmanət məbləğini hesabdan məxaric etmişdir; 2) Müştəri xx.xx.2010-cu il tarixində 2600 AZN məbləğində yeni əmanət hesabı açmış, müxtəlif vaxtlarda əmanət məbləğini artıraraq, xx.xx.2014-cü il tarixində 12300 AZN məbləğində vəsaiti hesabdan məxaric etmişdir; 3) Müştəri xx.xx.2011-ci il tarixində 5550 AZN məbləğində yeni əmanət hesabı açmış, müxtəlif vaxtlarda əmanət məbləğini artıraraq, xx.xx.2015-ci il tarixində vaxtı bitmiş 9324 AZN əmanətin üzərinə 919.87 AZN əlavə etmiş və nəticədə, ümumi əmanət məbləği 10244 AZN təşkil etmişdir; 4) Müştəri xx.xx.2015-ci il tarixində 10244 AZN məbləğiııdə vəsaiti yeni əmanət hesabına mədaxil etmiş, xx.xx.2015-ci il tarixində isə Nümayəndə1 tərəfındən həmin hesabdan 3000 AZN məbləğində vəsait məxaric edilmişdir; 5) Müştəri xx.xx.2014-cü il tarixində 12300 AZN məbləğində yeni əmanət hesabı açmış, müxtəlif vaxtlarda əmanət məbləğini artırmış və nəticədə, xx.xx.2016-cı il tarixində ümumi əmanət məbləği 17000 AZN təşkil etmişdir; 6) Müştəri xx.xx.2016-cı il tarixində yeni əmanət hesabı açaraq, həmin hesaba 17000 AZN mədaxil etmiş və xx.xx.2016-cı il tarixində həmin vəsaiti məxaric etmişdir; 7) Müştəri xx.xx.2016-cı il tarixində 8000 AZN məbləğində açılmış əmanət hesabındaki məbləği fərqli vaxtlarda tam məxaric etmişdir. 67.İşdə olan Sumqayıt şəhər 6 saylı Dövlət notariat kontorunun xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri 6 saylı dövlət notariat kontoru tərəfindən Piriyev Səməd Həsən oğlu tərəfindən Nümayəndə1 və X54 xx.xx.2015-ci il tarixdə 7E-3099 nömrə ilə və xx.xx.2015-ci il tarixdə 7E-3129 nömrə ilə reyestrdə rəsmiləşdirilmiş etibarnamələr verilmişdir. Bu etibarnamələr vətəndaş Piriyev Səməd Həsən oğlunun xx.xx.2016-cı il tarixli 7E-554 reyestrli ərizəsinə əsasən ləğv edilmişdir. 68.İşdə olan Cavabdeh1 Notariat ofisinə təqdim etdiyi **********477 nömrəli ərizədən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci ildə vəfat etmiş Piriyev Səməd oğlundan irs qalmış miras əmlakı qəbul etmişdir. Miras əmlak Sumqayıt şəhəri, Xəzər bağları ünvanında yerləşən qarajdan ibarətdir. Ondan başqa vərəsə yoxdur. Cavabdeh1 qeyd edilən əmlakdan ona çatası paya vəsəiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadcətnamə veirlməsini xahiş etmişdir. 69.İşdə olan daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatın alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyesindən çıxarılmış arayışa əsasən Sumqayıt şəhəri, Xəzər bağları ünvanında yerləşən sahəsi 23.1 kv.m olan qaraj Piriyev Səməd Həsən oğlunun mülkiyyətindədir. xx.xx.2024-cü il tarixinə olan məlumata əsasən məlak üzrə məhndudiyyət və yüklülük qeydə alınmayıb.

70. İşdə olan Sumqayıt Bələdiyyəsinin 2113 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Piriyev Səməd Həsən oğlu vəfat etdiyi gündən(xx.xx.2021-ci il) bu günədək ona məxsus Sumqayıt şəhəri, Xəzər bağları ünvanında yerləşən sahəsi 23.1 kv.m olan qaraj vergisini Cavabdeh1 ödəyir. 71.İşdə olan AZ-İ 823073 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X70 xx.xx.2016-cı ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 953 nömrə ilə qeyd edilmişdir. 72.İşdə olan xx.xx.2024-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş Piriyev Səməd Həsən oğlunun vərəsəsi Cavabdeh1dur və o miras əmlakdan tam hissədə pay almalıdır. şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, Xəzər bağları ünvanında yerləşən sahəsi 18.6 kv.m olan qeyri yaşayış binasından (qarajdan) ibarətdir. 73.İşdə olan X17 notarial qaydada təsdiqlənmiş xx.xx.2025-ci il tarixli, **********851 nömrəli ərizəsindən görünür ki, Piriyev Səməd Həsən oğlu onun qızı Piriyeva Asiyanın övladı olmaqla böyük nəvəsi idi. Qızı Asiyanın 9 övladı var idi. Səməd 2015-ci ildə xəstəlik keçirtdi. Bacısı Rəfiqə, xalaları Gülnaz, rəhmətlik Çimnaz və bacısı qızı Aynurə öz pulu ilə həkimlərə və xəstəxanalara apardıİar.Həmin dövrdə xəstə idi, yaddaşı yox idi və huşu yerində deyildi. Ancaq ağlayırdı və deyirdi evini istəyir. Həmin xəstəlikdən ölənə kimi sağalmadı və dünyasını dəyişdi. 74.İşdə olan xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, məhəllə 7-8-12, ev 9A, 30 saylı mənzili 55000 manata Cavabdeh2 satmışdır. 75.İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X163 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, DİN Baş X163 İdarəsi Qeydiyyat-imtihan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən 2015-2021-ci illər ərzində Piriyev Səməd Həsən oğlunun adında qeydiyyatda və ya onun tərəfindən özgəninkiləşdirilmiş nəqliyyat vasitəsi yoxdur. Həmçinin bildirilir ki, “Mercedes Benz 280” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixdə X44 adına qeydiyyata alınmış və etibarnamə ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Piriyev Səməd Həsən oğlunun istifadəsinə verilmişdir. Qeyd olunan nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə alqısatqı müqaviləsi əsasında Anar Rəhmanov adından qeydiyyatdan çıxarılmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

76. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Piriyev Səməd Həsən oğlu sağlığında 09 iyul 2016-cı il tarixli vəsiyyətnamə verməklə bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. Eyni zamanda xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsi əsasında özünə məxsus ünvan 15, 30 saylı mənzilini Cavabdeh1 bağışlamışdır. S.Piriyev xx.xx.2021-ci ildə ölmüşdür. Hazırda onun bacısı İddiaçı Piriyev Səməd Həsən oğlunun həm vəsiyyətnamə verilərkən, həm da bağışlanma müqaviləsi bağlanarkən anlaqsız vəziyyətdə olmasına istinad etməklə həmin sənədlərin etibarlılığını mübahisələndirir və həmin sənədlər əsasında əldə edilənlərin qaytarılmasını xahiş edir. Cavabdeh1 isə iddia tələbini qəbul etmir. ünvan 15, 30 saylı mənzili Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh2 satılmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

77. Tərəflər arasında yaranmış əsas mübahisə vəsiyyətnamənin və bağışlanma müqaviləsinin etibarsızlığı barədədir.

78. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını təşkil edən norma kimi Mülki Məcəllənin 346-cı maddəsi çıxış edir.

79. Belə ki, Mülki Məcəllənin 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər

80. Məhkəmə qeyd edir ki, qanunvericilikdə ümumən əqdin etibarlı olması üçün nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.

81. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

82. Nəzərə alınmalıdır ki, etibarsız hesab edilməsi tələb olunan vəsiyyətnamə ikitərəfli əqd deyildir.

83. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur.

84. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz.

85. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir.

86. Mülki Məcəllənin 346.1-ci maddəsi isə fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarı).

87. Məhkəmə qeyd edir ki, əqdi öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz iradə ifadəsinin nəticəsi olmasıdır. İradə ifadəsinin və hüquqi niyyətinin vahidliyi və həqiqiliyi əqdin etibarlılığı üçün zəruri şərtlərdir.

88. Mülki Məcəllənin 346.1-ci maddəsinin məzmununa görə anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər.

89. Buna görə də həm vəsiyyətnamə verilərkən, həm də bağışlanma müqaviləsi bağlanarkən S.Piriyevin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə olub-olmamasının müəyyən edilməsi üçün iddiaçı tərəfin vəsatəti əsasında ekspertiza təyin olunmuşdur. Verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, S.Piriyev 2015-ci ildə keçirmiş olduğu “Beyin insultu” davranış pozuntuları və koqnitiv (dərk etmənin zəifləməsi) pozuntularla təzahür etmiş, onda müəyyən edilən beynin üzvi xəstəliyi proqressivləşmə (artan psixi patologiya) gedişatlı olmuş və onda müəyyən edilən koqnitiv pozuntular dərinləşərək Piriyev Səməd Həsən oğlunda demensiyanın (qazanılma ağıl zəifliyi) yaranmasına səbəb olmuşdur. Yuxarıda göstərilən, S.H.Piriyevin psixi fəaliyyətində yaranan demensiya geridönməz (sağalmayan) gedişata malikdir. Buna görə də Piriyev Səməd Həsən oğlunun düçar olduğu həmin xəstəliyin 2016-cı ilin iyul və avqust aylarında sağalması mümkünsüzdür. Göstərilən tarixlərdə Piriyev Səməd Həsən oğlu fəaliyyət qabiliyyətsiz olmuş, yəni o, öz hərəkətlərini şüurlu surətdə dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır.

90. Mülki Məcəllənin 1225.1-1225.3-cü maddələrinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

91. “Notariat haqqında” Qanunun 47-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər.

92. Məhkəmə hesab edir ki, mərhum S.Piriyevin mübahisələndirilən vəsiyyətnaməni verərkən və əmlakını bağışlayarkən anlaqsız vəziyyətdə olması ekspert rəyi ilə öz təsdiqini tapdığından həmin vəsiyyətnamə və bağışlanma müqaviləsi bağlandığı andan etibarsız olmuşdur.

93. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

94. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.

95. Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1).

96. Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir.

97. Məhkəmə mərhumun tibbi sənədlərində əksini tapmış halları, o cümlədən həmin sənədlər əsasında verilmiş ekspert rəyini daha mötəbər sübut kimi qiymətləndirərək, cavabdeh tərəfindən məhkəməyə təqdim olunan Səməd Piriyevin hərəkətlərinin mənasını başa düşən, normal, anlaqlı şəxs olması barədə şahid ifadələrini isə inandırıcı hesab etmir.

98. Eyni zamanda məhkəmə hesab edir ki, şəxsin fəaliyyət qabiliyyəti olubolmamasının müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan həmin halın bu sahədə hər hansı biliyi olmayan şəxslərin ifadələri əsasında müəyyən edilməsi mümkün deyil.

99. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf sübutetmə yükü üzərinə düşən tərəf kimi bu vəzifənin öhdəsindən gəlmiş, S.Piriyevin vəsiyyətnamə verərkən və bağışlanma müqaviləsi bağlayarkən anlaqlı olmamasını sübuta yetirə bilmişdir.

100. Bu səbəbdən iddia tələbi Piriyev Səməd Həsən oğlunun adından Cavabdeh1 verilmiş 09 iyul 2016-cı il tarixli 2V-147 nömrəli vəsiyyətnamənin əhəmiyyətsiz sayılması, və Piriyev Səməd Həsən oğluna məxsus olmuş ünvan 11 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin) bağışlanmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin əhəmiyyətsiz sayılması hissələrində təmin edilməlidir.

101. Məhkəmə hesab edir ki, həmin hissələrdə iddia tələbinin təmin edilməsi bu tələblərdən törəmə tələblər olan ünvan 12 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin) DƏDRX-nin ünvan 2 Cavabdeh1 adına aparılmış reyestr qeydiyyatının etibarsız hesab edilməsi, bağ sahəsinin Piriyev Səməd Həsən oğlunun adından Cavabdeh1 adına keçirilməsinin və bağçılıq cəmiyyətinə üzvlüyünə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin 28 aprel 2019-cu il tarixli 19 saylı qərarının etibarsız hesab edilməsi və Cavabdeh1 adına verilmiş xx.xx.2024-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi hissələrində də iddia tələbinin təmin edilməsinə əsas olur.

102. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəliklə bağlı normalarına əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (Maddə 1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Maddə 1133.2). Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar (Maddə 1159.2).

103. Beləliklə məhkəmə hesab edir ki, əhəmiyyətsiz əqdlər əsasında mərhum S.Piriyevin bacısı İddiaçı miras əmlakdan ikinci növbə qanun üzrə vərəsə kimi pay almaq hüququndan məhrum edilmişdir. Bu məhrum edilmə isə qanuni və əsaslı hesab edilə bilməz.

104. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında həmçinin qeyd edilmişdir ki, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir.

105. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

106. Beləliklə mübahisələndirilən vəsiyyətnamə və bağışlanma müqaviləsi etibarsız hesab edildiyindən onların əsasında Cavabdeh1 tərəfindən əldə edilənlər (ünvan 19 ünvanında yerləşən 30 nömrəli mənzil, “ünvan 20əsi 600 kv.m olan 500 saylı bağ sahəsi və Sumqayıt şəhəri və Xəzər bağları ünvanında yerləşən sahəsi 23.1 kv.m olan qaraj) iddiaçıya geri qaytarılmalıdır.

107. Lakin məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

108. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.

109. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı).

110. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır.

111. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

112. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı).

113. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı).

114. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ayrı-ayrı işlər üzrə qəbul etdiyi qərarlarda formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh2 vicdanlı əldə edən olduğundan, onunla Cavabdeh1 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilə bilməz və ya etibarsız sayıla bilməz. Belə ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və ya bilməli olmalı, buna baxmayaraq əqdi bağlamalıdırlar. Hazırkı halda isə Nümayəndə2 əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış, o, dövlət reyestrindəki qeydə əsaslanmaqla mənzili əvəzli şəkildə Cavabdeh1 əldə etmişdir.

115. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən isə görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, məhəllə 7-8-12, ev 9A, 30 saylı mənzili Cavabdeh2 55000 manata satmışdır.

116. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh2 vicdanlı əldə edən olduğundan iddia tələbi Sumqayıt şəhəri 2-8-12-ci məhəllə, bina 9A, 30 saylı mənzilin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, 4Ə-2308 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzillə bağlı Cavabdeh2 adına verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və mənzilin qaytarılması hissəsində təmin edilməməli, mənzil özgəninkiləşdirilərkən Cavabdeh1 əldə etdiyi pul məbləği iddiaçıya geri qaytarılmalıdır.

117. Məhkəmə cavabdeh tərəfin əqdlərin etibarsızlığı üzrə qanunvericilikdə nəzərdə 1 illik kəsici müddətin keçməsi və bu müddətin məhkəmə tərəfindən öz təşəbbüsü ilə tətbiq edilməli olması barədə etirazının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, etibarsız əqd arzu olunan hüquqi nəticəni yaratmadığına, habelə həmin əqd üzrə alınan maddi nümətlərdən bəziləri (məsələn, özlərinə xas fərdi-müəyyən əlamətlərinə görə fərqlənən əvəzedilməz aşyalar: avtomobil, torpaq sahəsi, mənzil və s.) əldə edənin əmlakına qarışmadığına görə onun mülkiyyətinə keçmiş sayılmır. Bu səbəbdən əmlakı verən tərəfin mülkiyyət hüququ aradan qalxmır və əldə edən tərəf varlanmış olmur. Belə olan halda, həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs mülkiyyət hüququna dayanaraq əqd əsasında verilən daşınar əşyanın sahibliyinə qaytarılması, yaxud daşınmaz əşyaya dair dövlət reystrində düzəlişin aparılması barədə iddia qaldırdıqda, belə tələblərə Mülki Məcəllənin 354.1-ci maddəsindəki müddətin tətbiq edilməsi yolverilməzdir. Çünki, mülkiyyətçinin hüquqlarına münasibətdə (əşya hüquqlarının) pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti tətbiq edilmir (Mülki Məcəllə, 384.0.4)

118. Bəzi maddi nemətlər isə (dövriyyədə adətən say, ölçü və ya çəki ilə rnüəyyənləşdiriiən daşınar əvəzedilən əşyalar: pul, taxıl, düyü və s.) əldə edənin əmlak aktivinə qarışdığı andan onu verən tərəfin mülkiyyət hüququ aradan qalxır. Bu səbəbdən əşyanı əldə edən şəxs mülkiyyəti qazanmaqla varlanmış olur. Lakin bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığına, yəni əşyanın əldə edilməsinə əsas olan əqd etibarsız sayıldığına görə əsassız varlanma əmələ gəlir (Müiki Məcəllə, maddə 1091). Əsassız varlanmaya söykənən iddia isə qanundan irəli gələn tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir.

119. Odur ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət məhz ikinci halda, yəni etibarsız əqd üzrə icra edilmişlərin əsassız varlanma əmələ gətirdiyi təqdirdə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir. 120.Bununla yanaşı Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varlanma obyektini qaytarmaq üçün iki illik iddia müddəti nəzərdə tutulsa da, əqdin əhəmiyyətsiz olmasından irəli gələn əsassız varlanma tələblərinə xüsusi norma kimi həmin Məcəllənin 354.1-ci maddəsindəki bir illik iddia müddəti tətbiq edilir. Müddətin əvvəli isə müqavilənin bağlandığı tarixdən deyil, əqdin icrasına başlanıldığı gündən hesablanır. 121.O da nəzərə alınmalıdır ki, əhəmiyyətsiz əqdin nəticəsi kimi verdiyi əvəzedilməz əşyanı (məsələn, avtomobili) özünün mülkiyyət hüququna dayanaraq geri tələb edən tərəf, eyni əqd əsasında ona verilmiş əvəzedilən əşyanı qaytarmaqdan (məsələn, aldığı pul vəsaitini geri ödəməkdən) iddia müddətini tətbiq etməklə imtina etdikdə qarşı tərəf üçün aşkar ədalətsiz vəziyyət yarana bilər. Bu halda mənafelərin ədalətli tarazlaşdırılması məqsədi ilə əvəzedilməz əşyasını (pulu) iddia müddətinin tətbiq olunmasına görə geri ala bilməyən tərəf, alacağını əldə edənədək müdafiə vasitəsi kimi özündə olan predmeti (avtomobili) qaytarmaqdan boyun qaçıra bilər. Belə ki, qanunverici oxşar münasibətlərdə ədalətin bərpa edilməsi məqsədilə bir qayda olaraq, müdafiə vasitələrinin tətbiqinə yol verir (məsələn, qanunsuz vicdanlı sahibin etdiyi yaxşılaşdırmaların əvəzi ödənilənədək əşyanı geri verməkdən boyun qaçırıraq hüququ - Mülki Məcəllə, maddə 157; saxlama hüququ- Mülki Məcəllə, maddə 468), ləngitmə hüququ - Mülki Məcəllə, maddə 562 və s.). Diqqətdə saxlanılmalıdır ki, tərəf bu cür müdafiə vasitəsindən yararlanmaq iradəsini bəyan etmədikdə məhkəmə öz təşəbbüsü ilə həmin qaydanı tətbiq edə bilməz. 122.Mülki Məcəllənin 354.2-ci maddəsi isə etibrasızlığın yuxarıda sadalanan növlərindən yalnız birində - mübahisə edilən əqdlərdə iradəsi zədələnmiş tərəfindən həmin əqdi hansı müddətdə mübahisələndirə biləcəyini nəzərdə tutur. 123.Məlum olduğu kimi, bu növ etibarsızlıqda iradəsi zədələnmiş tərəf əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə yanılma halında şəxsin yanıldığını bildiyi andan bir ay, digər hallarda isə müvafiq olaraq, aldadılmanın məlum olduğu, zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi nnübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir (Mülki Məcəllə, maddə 354.2). Tərəf bu hüququndan qeyd olunan zaman kəsiyində istifadə etmədikdə əqdi mübahisələndirmək imkanını birdəfəlik itirdiyi üçün həmin müddətlər kəsici müddətlər hesab edilir. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının yuxarıda qeyd olunan qərarında vurğulanmışdır ki, əqdlərin etibarsızlığı iiə bağlı qaydalar çərçivəsində (maddi hüquqi mənada) “əqdi mübahisələndirmək” məhkəmədə iddia qaldırmaq deyil, iradəsinin zədələnməsi ilə əqd bağlamış şəxsin həmin əqdlə bağlı olmadığına dair iradə ifadəsini məhkəmədənkənar qaydada müqavilənin qarşı tərəfinə bildirmək hüququdur (Mülki Məcəllə 337.2) 124.Göstərilənlərə əsasən, əhəmiyyətsiz, müvafiq razılığın olmamasına görə etibarsız olan və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər üzrə qaldırılmış iddialara məhkəmələr tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddətlərin tətbiqi yolverilməzdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikasının rayon (şəhər) və apellyasiya məhkəmələrinə ünvanladığı “Kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə dair icmal məktub”) 125.Beləliklə məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin nümayiş etdirdiyi hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, daşınmaz əşyalara dair bağlanmış əhəmiyyətsiz əqdlərin etibarsızlığı barədə iddialara Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan kəsici müddətlər tətbiq oluna bilməz.

126. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı avtomaşının qaytarılması hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni mərhum S.Piriyevin mülkiyyətində “Mercedes Benz 280” markalı nəqliyyat vasitəsi olduğunu sübut edə bilmədiyindən həmin hissədə iddia tələbi təmin edilməməlidir.

127. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəf Cavabdeh1 mübahisələndirilən sənədlər əsasında mərhum S.Piriyevin bank əmanət hesablarında olan hər hansı pul məbləğini əldə etməsi hissəsində də iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

128. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

129. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.

130. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

131. Məhkəmə onu da qeyd edir ki, iddiaçının nümayəndəsi çıxışında Cavabdeh1 əldə etdiyi buraxılış ili 1995-ci il olan, tünd göy metallik rəngli, mühərrik nömrəsi **********315, ban nömrəsi WDB2020281F254234 olan "MERCEDES BENZ 280” ** DM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin avtomaşına aid səlahiyyətlərin ötürülməsinə dair X71 verilmiş xx.xx.2025-ci tarixli, X30 verilmiş xx.xx.2025-ci il tarixli, X11 verilmiş xx.xx.2025-ci il tarixli, X34 verilmiş xx.xx.2025-ci tarixli etibarnamələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəməyə bu barədə iddia tələbi irəli sürməmişdir.

132. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Piriyev Səməd Həsən oğlunun adından Cavabdeh1 verilmiş 09 iyul 2016-cı il tarixli 2V-147 nömrəli vəsiyyətnamə əhəmiyyətsiz sayılmalı, Piriyev Səməd Həsən oğluna məxsus olmuş ünvan 11 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin) bağışlanmasına dair xx.xx.2016-cı il tarixli müqavilə əhəmiyyətsiz sayılmalı, həmin ünvanda yerləşən daşınmaz əmlakın (mənzilin) DƏDRX-nin ünvan 2 Cavabdeh1 adına aparılmış reyestr qeydiyyatı etibarsız hesab edilməli, bağ sahəsinin Piriyev Səməd Həsən oğlunun adından Cavabdeh1 adına keçirilməsinin və bağçılıq cəmiyyətinə üzvlüyünə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin 28 aprel 2019-cu il tarixli 19 saylı qərarı etibarsız hesab edilməli, Cavabdeh1 adına verilmiş xx.xx.2024-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə etibarsız hesab edilməli, “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi, Həmrəylik küçəsi, 600 kv.m olan 500 saylı bağ sahəsi, Sumqayıt şəhəri, Xəzər bağları ünvanında yerləşən sahəsi 23.1 kv.m olan qaraj Cavabdeh1 tərəfindən İddiaçı geri qaytarılmalı, eyni zamanda Cavabdeh1 55000 manat pul tutularaq İddiaçı ödənilməli, qalan hissələrdə iddia tələbi təmin edilməməlidir. 133.Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu (100 manat) Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. 134.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi: 135.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. Piriyev Səməd Həsən oğlunun adından Cavabdeh1 verilmiş 09 iyul 2016-cı il tarixli 2V-147 nömrəli vəsiyyətnamə əhəmiyyətsiz sayılsın. Piriyev Səməd Həsən oğluna məxsus olmuş ünvan 11 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin) bağışlanmasına dair 09 avqust 2016-cı il tarixli müqavilə əhəmiyyətsiz sayılsın. Həmin ünvanda yerləşən daşınmaz əmlakın (mənzilin) DƏDRX-nin ünvan 2 Cavabdeh1 adına aparılmış reyestr qeydiyyatı etibarsız hesab edilsin. Bağ sahəsinin Piriyev Səməd Həsən oğlunun adından Cavabdeh1 adına keçirilməsi və bağçılıq cəmiyyətinə üzvlüyünə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin 28 aprel 2019-cu il tarixli 19 saylı qərarı etibarsız hesab edilsin. Cavabdeh1 adına verilmiş xx.xx.2024-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə etibarsız hesab edilsin. “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi, Həmrəylik küçəsi, 600 kv.m sahəsi olan 500 saylı bağ sahəsi və Sumqayıt şəhəri, Xəzər bağları ünvanında yerləşən 23.1 kv.m sahəsi olan qaraj Cavabdeh1 tərəfindən İddiaçı geri qaytarılsın. Cavabdeh1 55000 (əlli beş min) manat pul və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar