Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2077/2021 05.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzilin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Yaqubova (Mütəllimli) Günay Həsrət qızı, Cavabdeh3, Cavabdeh6, sonuncunun yetkinlik yaşına çatmayan övladları X3 və Mütəllimli Zəhra Elnur qızının Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 197 saylı evdən məcburi qaydada çıxarılmaları, onların istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsinin boşaldılması, 10 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Yaqubova (Mütəllimli) Günay Həsrət qızı və Cavabdeh3 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(060)-11034/2017 saylı qətnaməsi ilə iddiaçı “İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, X2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 xx.xx.2017-ci il tarixə Banka borclu olduğu 40.554,33 manat məbləğində əsas borcu, 8.768,75 manat məbləğində faiz borcu, 53,04 manat məbləğində cərimə borcu, ümumilikdə isə 49.376,12 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulması; borcun ipoteka predmetinə yönəldilməsi; ipoteka predmeti ünvan 1 ünvanda 0,03 ha torpaq sahəsi və üzərində yerləşən, 166,2 kv.m. ümumi sahədən, 104,3 kv.m. yaşayış sahəsindən, 61,9 kv.m. yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat məbləğində müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi məbləği 49.376,12 manat və ödənilmiş dövlət rüsumu 60 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(105)-3345/2017 nömrəli qətnaməsi ilə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(060)-11034/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(102)-1926/2018 nömrəli qərarı ilə İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2(105)-3345/2017 |ömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bank qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsinə dair məhkəmə qərarı qanuni qüvvəsini almış, icraya yönəldilmiş, həmin əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. Hərrac təşkilatçısı “X1 Mərkəzi” MMC-nin xx xxxxxx 2018-ci il tarixli Y-398 nömrəli “Hərracın nəticələri haqqında yekun Protokolu”na əsasən ipoteka predmeti olan ünvan 2 ünvanında 0,03 ha torpaq sahəsi və üzərində yerləşən, 166,2 kv.m. ümumi sahədən, 104,3 kv.m. yaşayış sahəsindən, 61,9 kv.m. yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi "İddiaçı” ASC tərəfindən alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 197 saylı ev üzərində İddiaçı ASCnin mülkiyyət hüquqları qeydə alınmışdır. Cavabdehlər qanunun tələblərini yerinə yetirmir, yaşayış sahəsindən çıxmırlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 göstərmişdir ki, iddianı qəbul etmir. Belə ki, o, bankdan ehtiyacı olduğu üçün kredit götürmüşdür. Lakin maddi çətinlikləri olduğundan borc öhdəliyini vaxtında və tam yerinə yetirə bilməmiş, bankla aralarında bağlanmış müqaviləyə əsasən ipoteka predmeti olan mənzil bankın mülkiyyətinə keçmişdir. Mübahisə predmeti olan mənzildə çoxsaylı ailə üzvləri ilə birlikdə yaşayır. Əgər bank tərəfindən müvafiq şərait yaradılarsa müəyyən edilmiş qrafik üzrə borcumu ödəməyə hazırdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: “X1 Mərkəzi” MMC ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli Y- 398 saylı «Hərracın nəticələri haqqında yekun» Protokoldan və eyni tarixli «Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» Müqavilədən görünür ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin sifarişi əsasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(060)-11034/2017 saylı icra vərəqəsinə əsasən Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə yerləşən 197 saylı ev və 0,03 ha torpaq sahəsi hərraca çıxarılmış, əmlakın ilkin satış qiyməti 90.000 manat müəyyən edilmiş, keçirilən iki hərrac baş tutmadığına görə ipoteka saxlayan İddiaçı ASC əmlakı 57.375 manata almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə yerləşən 197 saylı ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Kommersiya Bankı ASC-nin adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 2671 saylı arayışdan, eləcə də Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Yaqubova (Mütəllimli) Günay Həsrət qızı, Cavabdeh3, Cavabdeh6, sonuncunun yetkinlik yaşına çatmayan övladları X3 və Mütəllimli Zəhra Elnur qızı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllədə yerləşən 197 saylı evdə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsindəşikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, icra sənədinə əsasən ipoteka predmeti olan mənzilə tutma yönəldilmiş və o, satılaraq keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Lakin cavabdehlər mənzildən qeydiyyatdan çıxmamış, mənzili boşaldaraq iddiaçıya təhvil verməmişlər. Cavabdehlər qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla və mənzili boşaldıb tərk etməməklə iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırırlar. Cavabdehlərlərin mənzildən qeydiyyatdan çıxarılması üçün onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərlərin mənzildən istifadə hüququ alqısatqı müqaviləsinin bağlandığı vaxtdan itirilmiş sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Yaqubova (Mütəllimli) Günay Həsrət qızı, Cavabdeh3, Cavabdeh6, sonuncunun yetkinlik yaşına çatmayan övladları X3 və Mütəllimli Zəhra Elnur qızının Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 197 saylı evə istifadə hüquqlarına xitam verilməli, yaşayış sahəsindən çıxarılmalı və həmin ev cavabdehlər tərəfindən boşaldılmalıdır. İş üzrə ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 10,40 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Yaqubova (Mütəllimli) Günay Həsrət qızı, Cavabdeh3, Cavabdeh6, sonuncunun yetkinlik yaşına çatmayan övladları X3 və Mütəllimli Zəhra Elnur qızının Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 197 saylı evə istifadə hüquqlarına xitam verilsin, onlar yaşayış sahəsindən çıxarılsınlar və həmin ev cavabdehlər tərəfindən boşaldılsın. İş üzrə ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 10,40 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Yaqubova (Mütəllimli) Günay Həsrət qızı, Cavabdeh3 və Cavabdeh6 alınaraq İddiaçı ASC xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-2077/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2077/2021
05.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver