Məhkəmə qərarları › İş №e-2(060)-2197/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2197/2024

15.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2197/2024 15.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yetkinlik yaşına çatmayan vətəndaşın (uşaqların) digər valideynin razılığı olmadan ölkədən getməsinə icazənin verilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh razılığı olmadan iddiaçı ilə birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək İddiaçı ilə birlikdə Azərbaycan Respublikasından kənara çıxıb-qayıtmasına icazə verilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 adlı bir övladları olmuşdur. Cavabdehlə ailə qurduqları ilk günlərdən aralarında normal ailə münasibəti olmuş, lakin sonradan münasibətləri pozulmuşdur. Bunun nəticəsində iddiaçının iddiası ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6871/2017 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan olan xx.xx.2015ci il təvəllüdlü X1 iddiaçının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136 manat məbləğində alimentin cavabdehdən tutulması qət olunmuşdur. Məhkəmə qətnaməsi ilə də uşağın iddiaçının himayəsində qalması müəyyən edildiyi tarixdən etibarən də uşaq onun yanında qalır. Ayrıldıqları vaxtdan da uşağı ilə maraqlanmamış, bir gün də olsa belə onunla görüşməmişdir. Uşağın bütün maddi və mənəvi ehtiyaclarını iddiaçı qarşılayır. Qeyd edir ki, övladını vaxtaşırı xüsusən də tətillərdə o cümlədən bu və ya digər səbəblərdən (təhsil, istirahət, müalicə və s.) ölkə xaricinə çıxarmaq zərurəti yaranır. İddiaçı uşağını yaxşı böyütmək, cəmiyyət və dövlət üçün layiqli vətəndaş kimi formalaşdırmaq üçün əlindən gələni edir. Qeyd etdiyi ki, cavabdehlə artıq uzun müddətdir ki, ayrı yaşayırlar. Məlumdur ki, 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Bununla bağlı cavabdehə müraciət etsə də, o, öz valideynlik hüquqlarından uşağın mənafeyi ziddinə istifadə edərək, hər hansı bir tutarlı əsas gətirmədən övladının ölkədən getməsinə razılıq verməkdən imtina etmişdir. Həmçinin uşağın xarici ölkəyə aparılması, səyahət edilməsi uşağın gələcəkdə dünya görüşünün inkişaf etdirilməsi baxımından mühümdür. Ona görə də bununla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bir daha qeyd edir ki, aralarındakı nikahın pozulması ilə əlaqədar olan iddia tələbinə də Sumqayıt Şəhər Məhkəməsində baxılmışdır. Eyni zamanda Sumqayıt şəhərində yaşayır. Bununla bağlı arayışları da elektron sistemə yerləşdirmişdir. xx.xx.2019-cu il tarixli “Mediasiya haqqında” AR Qanununa əsasən, vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında məcburi şəkildə iştirak etməlidirlər. Həmin qanun tam olaraq xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. İddiaçının nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul edərək bildirdi ki, o, uşağın anası ilə ölkədən çıxmağına etiraz etmir. Onlar ayrıldıqdan sonra qızı anasının yanında yaşayır. Həmin vaxtdan övladını ona göstərmirlər. Lakin ölkədən çıxarılmasına etirazı yoxdur. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlını dinləyib, iş materiallarına hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 03 iyul 2017-ci il tarixli, 2(060)-6871\2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Cavabdeh ilə X6 arasında Sumqayıt Asan Xidmət Mərkəzində xx.xx.2015-ci il tarixdə bağlanmış, 1628 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər anası X3 yanında qalması və 10 aprel 2017-ci il tarixdən etibarən xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 136 (yüz otuz altı) manat miqdarında aliment Cavabdeh tutularaq X5 verilməsi qət edilmişdir. İşdə olan AZ-İ №269882 saylı, xx.xx.2017-ci il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah xx.xx.2017ci il tarixdə pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan MŞS/MT030/2023-02800 saylı, xx.xx.2024-cü il tarixli “Barışıq sazişi”nin surətindən görünür ki, Cavabdeh övladı xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasından ölkələrə gedib-gəlməsinə razıdır və mediasiya prosesində bu barədə notarial ərizə verəcəkləri barədə öhdəlik götürdü. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasətinin bir hissəsi də, hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas borcudur. "Uşaq hüquqları haqqında" Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşagın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları va maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Həmin qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən, valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikası ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, tərəflərin birgə nikahlarından olan uşaqların Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına razılıq verilməməsi istər iddiaçının, istərsə də uşaqların Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş sərbəst hərəkət etmək hüquqlarını pozur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və tərəflərin birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X1 atası-Cavabdeh razılığı olmadan anası- İddiaçı ilə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına icazə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X4 atası- Cavabdeh razılığı olmadan anası-İddiaçı ilə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına icazə verilsin. İş üzrə ödənilmiş rüsumlar iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar