Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2198/2024 15.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə 15 aprel 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 35/20-də yerləşən 14 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 35/20-də yerləşən 14 saylı mənzili o, 2005-ci ildə alqı-satqı müqaviləsi əsasında almış və bu mənzil üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 2015-ci ildə onun oğlu-Cavabdeh bu mənzilə qeydiyyata almış, lakin o 9 ildir ki, bu mənzildə yaşamır. O, cavabdehin ona məxsus odan mənzildən qeydiyyatdan çıxarılması barədə ərizə ilə Sumqayıt şəhər Pİ-nin ŞVQB-nə müraciət etmiş, lakin ona bildirilmişdir ki, bununla bağlı məhkəməyə müraciət etməliydir. O, bundan sonra onun qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt şəhər Pİ-nin üzərinə qoyulması barədə ərizə ilə Sumqayıt İnzibati məhkəməsinə müraciət etmiş, Sumqayıt İnzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia mümkünsüz sayılmışdır. Həmin qərardaddan Sumqayıt Apellyasiya Məhkəməsinin İK-na şikayət etmiş, lakin AR Sumqayıt Apellyasiya Məhkəməsi İK-nın xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh iddiaçının oğludur. Cavabdeh şəxsiyyət vəsiqəsi almaq üçün 2016-cı ildə bu ünvana qeydiyyata düşmüşdür. Lakin elə həmin il də xaricə getmişdir. Bu səbəbdən cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Cavabdeh mübahisəli ünvanda yaşamadığından hazırkı iddia tələbi ilə ilk növbədə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, lakin iddia mümkün sayılmamış və Sumqayıt Apellyasiya Məhkəməsi həmin qərardadı qüvvədə saxlamışdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh məlum olan axırıncı yaşayış yeri üzrə ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilsə də, bildirişlərin üzərinə “həmin ünvanda yaşamaması” barədə poçt qeydi qeyd yazılaraq, bildiriş məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 35/20b-də yerləşən 14 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. İşdə olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5656/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “Cavabdeh iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 35/20-də yerləşən 14 saylı mənzildən qeydiyyatn çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. İşdə olan AZ-İ 264883 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 ilə arasında olan nikah xx.xx.2017-ci il tarixdə pozulmuşdur və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 191 nömrə ilə qeyd edilmişdir. İşdə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 6 saylı Mənzil Kommunal Sahəsinin 459 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 35/20b-də yerləşən 14 saylı mənzildə qeydiyyatdadır. İşdə olan xx.xx.2023-cü il tarixli qonşuların iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh 2015-ci ildən Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 35/20-də yerləşən 14 saylı mənzildə qeydiyyatdadır, lakin heç vaxt həmin ünvanda yaşamamışdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sərhədkeçmə məlumatlarından görünür ki, Cavabdeh sonuncu dəfə ölkədən çıxışı xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 35/20-də yerləşən 14 saylı mənzil xx.xx.2005-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Cavabdeh iddiaçıya məxsus mübahisəli mənzildə qeydiyyatda olsa da, uzun müddətdir ki, həmin mənzildə yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasənqətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, mübahisənin həlli, yəni cavabdehin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onun bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə uzun müddət yaşamaması iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sərhədkeçmə məlumatları və işdə olan digər sübutlarla öz təsdiqini tapmışdır. Digər tərəfdən cavabdeh mübahisəli mənzili məcburi olaraq deyil, könüllü olaraq tərk etmişdir. Belə ki, cavabdeh bu müddət ərzində (təxminən 8 il) mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Bu isə, cavabdehin müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir. Cavabdehin iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatda qalmasını isə məhkəmə iddiaçının mülkiyyət hüquqlarının və qanuni maraqlarının pozulması kimi qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 35/20-də yerləşən 14 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 35/20b-də yerləşən 14 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-2198/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2198/2024
15.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver