Məhkəmə qərarları › İş №e-2(060)-2207/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2207/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2207/2024 13.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı "pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı "pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci ildə "xxxx" Mənzil Tikinti Kooperativi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov (indiki Sahib Qarayev) küçəsi, ev 230-da yerləşən 34 saylı mənzilin və xx.xx.2023-cü ildə "xxxx" Mənzil Tikinti Kooperativi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev küçəsi, ev 230-da yerləşən 29 saylı mənzilin sahibi Cavabdeh arasında Kooperativ Binada Mənzil Kommunal Xidmətləri haqqında müqavilələr imzalanmışdır. Kooperativ Binada Mənzil Kommunal Xidmətləri haqqında müqavilələrin 1-ci fəslinə görə "xxxx" Mənzil Tikinti Kooperativinin yaşayış binasının sakinlərinin mənzil kommunal xidmətləri ilə təmin edilməsi üçün mənzilin 1 kv.metr üçün 0,25 (iyirmi beş qəpik) olması göstərilmişdir. Tərəflər arasında olan razılığa əsasən aylıq kommunal haqqı 29 saylı mənzil üçün 21 (iyirmi bir) manat, 34 saylı mənzil üçün 11,50 manat (on bir manat əlli qəpik) təşkil edir. "xxxx" MTK tərəfindən göstərilən kommunal xidmətlər qarşılığında Cavabdeh 29 saylı mənzilə görə 10 ay üçün 210 manat, 34 saylı mənzilə görə 29 ay üçün 333,50 manat (üç yüz otuz üç manat əlli qəpik), cəmi 543,50 manat (beş yüz qırx üç manat əlli qəpik) pul məbləğində ödənişlər edilməmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən hər ay vaxtında ödənilməyən kommunal ödənişə görə əlavə 5 % məbləğ ödənilməsi nəzərdə tutulmuşdur. Borc məbləğinin ödənilməsi ilə əlaqədar Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, həmin məktubda borcun 7 gün ərzində ödənilməsi tələb edilmişdir. Lakin Cavabdeh xəbərdarlıq məktubuna cavab olaraq müxtəlif və əsassız bəhanələr gətirərək borcunun ödənməyəcəyini bildirmişdir. Qeyd edir ki, 29 saylı mənzilə görə 10 ay üçün kommunal xidmətlər 210 manat, 34 saylı mənzilə görə isə 29 ay üçün 333 manat 50 qəpik pul təşkil edir. 29 saylı mənzilə görə 10 ay pul ödənmədiyindən, habelə 34 saylı mənzilə görə pul ödənmədiyindən verilməyən hər ay üçün 5 % məbləğ də hesablanmalıdır. 29 saylı mənzilə görə hər ay üçün faiz məbləği hesablandığından 10 ay üçün faiz məbləği 10,50 manat (on manat əlli qəpik), 34 saylı mənzilə görə hər ay üçün faiz məbləği hesablandığından 29 ay üçün faiz məbləği 16,67 manat (on altı manat altmış yeddi) qəpik təşkil edir. Beləliklə hesab edir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev küçəsi ev 230-da yerləşən 29 saylı və 34 saylı mənzillərinə görə kommunal borca görə əsas borc 543,50 manat (beş yüz qırx üç manat əlli qəpik) pulun və hər iki mənzillərə görə ödənməyən hər aylar üçün 5% məbləğində pul hesablanmaqla 27,17 (10.50+16.67=27.17) manat (iyirmi yeddi manat on yeddi qəpik) pulun Cavabdeh tutularaq "xxxx" MTK-na ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməlidir. Bakı şəhəri 11 saylı Vəkil Bürosundan alınmış 50 saylı, xx.xx.2024-cü il tarixli arayışa əsasən bağlanmış 100 saylı müqavilə ilə məhkəməyə təqdim edilmiş ******* saylı orderlə mülki iş üçün vəkil haqqı 80,20 (səksən manat iyirmi qəpik) təşkil edir. Belə olan halda hüquqi xidmətə görə ödənilmiş vəkil haqqı 80,20 (səksən manat iyirmi qəpik) Cavabdeh tutularaq "xxxx" MTK-nın xeyrinə tutulmalıdır. Cavabdeh ünvanına poçtla göndərilmiş 2 xəbərdarlıq məktubları üçün xidmət haqqı 1.80 manat (bir manat səksən qəpik) təşkil edir. Buna görə 1.80 manat (bir manat səksən qəpik) manat poçt xidmətinə görə ödənilmiş pul da Cavabdeh tutularaq "xxxx" MTK-nın xeyrinə tutulmalıdır. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış Kooperativ Binada Mənzil Kommunal Xidmətləri haqqında müqavilələrin 1-ci bəndində ayrı-ayrı xidmətlərin, məsələn binanın ətrafını, blokun girişinin və mərtəbələrin işıqlandırılması, blokda təmizlik işlərinin görülməsi, bina ətrafı ərazinin təmizlənməsi, bina təhlükəsizliyinin nəzarət edilməsi və sair kommunal xidmətlərin göstərilməsi barədə razılıq əldə olunmuşdur. Göründüyü kimi müqavilə iddiaçı tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov (indiki Sahib Qarayev) küçəsi, ev 230-da yerləşən 29 və 34 saylı mənzil olan ünvanında icra edilməlidir və icra edilir. Nəticə etibarı ilə müqavilələrin icra yeri ünvan 1 ünvanı olduğu üçün iddiaçı həmin müqavilənin icra yeri üzrə iddia ərizəsi verilməsi üçün Sumqayıt Şəhər Məhkəməsini seçmək hüququna malikdir. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev küçəsi, ev 230-da yerləşən 29 saylı və 34 saylı mənzillərinə görə kommunal borca görə əsas borc 543,50 manat (beş yüz qırx üç manat əlli qəpik) pulun və hər iki mənzillərə görə ödənməyən hər aylar üçün 5% məbləğində pul hesablanmaqla 27,17 manat (iyirmi yeddi manat on yeddi qəpik) pulun, vəkil haqqı üçün ödənilmiş 80,20 manat (səksən manat iyirmi qəpik) pulun, Cavabdeh ünvanına poçtla göndərilmiş xəbərdarlıq məktubu üçün ödənilmiş xidmət haqqı 1.80 manat (bir manat səksən qəpik) pulun, cəmi 652,67 manat (altı yüz əlli iki manat altmış yeddi qəpik) pulun Cavabdeh tutularaq "xxxx" MTK-na ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı-nin nümayəndəsi və vəkili Nümayəndə sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev küçəsi, ev 230-da yerləşən 29 saylı və 34 saylı mənzillərinə görə kommunal borca görə əsas borc 543,50 manat (beş yüz qırx üç manat əlli qəpik) pulun və hər iki mənzillərə görə ödənməyən hər aylar üçün 5% məbləğində pul hesablanmaqla 27,17 manat (iyirmi yeddi manat on yeddi qəpik) pulun, vəkil haqqı üçün ödənilmiş 80,20 manat (səksən manat iyirmi qəpik) pulun, Cavabdeh ünvanına poçtla göndərilmiş xəbərdarlıq məktubu üçün ödənilmiş xidmət haqqı 1.80 manat (bir manat səksən qəpik) pulun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 21 fevral 2024-cü il tarixli 3-21-3- 31/2-635/2024 saylı məktubunun alınması üçün ödənilmiş 11 (on bir) manat pulun, cəmi 663,67 manat (altı yüz altmış üç manat altmış yeddi qəpik) pulun Cavabdeh tutularaq "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı-nin nümayəndəsi və vəkili Nümayəndə sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt şəhəri, 9- cu mikrorayon, Sahib Qarayev küçəsi, ev 230-da yerləşən 29 saylı və 34 saylı mənzillərinə görə kommunal borca görə əsas borc 543,50 manat (beş yüz qırx üç manat əlli qəpik) pulun və hər iki mənzillərə görə ödənməyən hər aylar üçün 5% məbləğində pul hesablanmaqla 27,17 manat (iyirmi yeddi manat on yeddi qəpik) pulun, vəkil haqqı üçün ödənilmiş 80,20 manat (səksən manat iyirmi qəpik) pulun, dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat pulun, Cavabdeh ünvanına poçtla göndərilmiş xəbərdarlıq məktubu üçün ödənilmiş xidmət haqqı 1.80 manat (bir manat səksən qəpik) pulun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 21 fevral 2024-cü il tarixli 3-21-3-31/2-635/2024 saylı məktubunun alınması üçün ödənilmiş 11 (on bir) manat pulun, cəmi 694,67 manat (altı yüz doxsan dörd manat altmış yeddi qəpik) pulun Cavabdeh tutularaq "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı-nin nümayəndəsi və vəkili Nümayəndə sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev küçəsi ev 230-da yerləşən 29 saylı və 34 saylı mənzillərinə görə kommunal borca görə əsas borc 703,71 manat (yeddi yüz üç manat yetmiş bir qəpik) pulun və hər iki mənzillərə görə ödənməyən hər aylar üçün 5% məbləğində pul hesablanmaqla 35,18 manat (otuz beş manat on səkkiz qəpik) pulun, vəkil haqqı üçün ödənilmiş 80,20 manat (səksən manat iyirmi qəpik) pulun, Cavabdeh ünvanına poçtla göndərilmiş xəbərdarlıq məktubu üçün ödənilmiş xidmət haqqı 1.80 manat (bir manat səksən qəpik) pulun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 21 fevral 2024-cü il tarixli 3-21-3-31/2-635/2024 saylı məktubunun alınması üçün ödənilmiş 11 (on bir) manat pulun, dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat pulun, cəmi 862,89 manat (səkkiz yüz altmış iki manat səksən doqquz qəpik) pulun Cavabdeh tutularaq "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbinə etiraz etdiyini bildirmişdir. Qeyd etmişdir ki, Kooperativ Mənzil Tikintisi haqqında müqavilənin V bölməsinin 5.1-ci bəndində qeyd olunmuşdur ki, “Tərəflərdən biri öz öhdəliyini yerinə yetirməzsə, digər tərəfin müqaviləni dəyişdirmək hüququ var”. İddiaçı-nın müvəqqəti sahibi Abbasov Z. kommunal xidmət haqqlarını yığır, öz üzərinə düşən öhdəlikləri isə yerinə yetirmir. Yığılan pulun 20-30 faizini binanın kommunal xidmətlərinə sərf edir. Qalan pullar hara gedir, məlumdur. O və haqqlarında iddia qaldırdığı sakinlər 8-9 ildir ki, kommunal xidmət haqqlarını vaxtlı-vaxtında ödəmişlər. Lakin son 1-2 ildə görürlər ki, bina 10 il bundan əvvəl köçdükləri vaxtda olduğundan da bərbad vəziyyətə düşmüşdür. Çünki müqavilədə göstərilən mütəmadi olaraq görülməli işlər yerinə yetirilmir. Onlar cəmiyyət yaratmış, özləri maliyyələşdirmiş və problemləri həll etmişlər.

7. İddiaçı-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı "xxxx" MTK Cavabdeh qarşı Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev küçəsi ev 230-da yerləşən 29 saylı və 34 saylı mənzillərinə görə kommunal borca görə əsas borc 703,71 manat (yeddi yüz üç manat yetmiş bir qəpik) pulun və hər iki mənzillərə görə ödənməyən hər aylar üçün 5% məbləğində pul hesablanmaqla 35,18 manat (otuz beş manat on səkkiz qəpik) pulun, vəkil haqqı üçün ödənilmiş 80,20 manat (səksən manat iyirmi qəpik) pulun, Cavabdeh ünvanına poçtla göndərilmiş xəbərdarlıq məktubu üçün ödənilmiş xidmət haqqı 1.80 manat (bir manat səksən qəpik) pulun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 21 fevral 2024-cü il tarixli 3- 21-3-31/2-635/2024 saylı məktubunun alınması üçün ödənilmiş 11 (on bir) manat pulun, dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat pulun, cəmi 862,89 manat (səkkiz yüz altmış iki manat səksən doqquz qəpik) pulun Cavabdeh tutularaq "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmədə izahat verərək bildirmişdir ki, guya "xxxx" MTK tərəfindən heç bir kommunal xidmət göstərilmir, işıqlandırılma yoxdur, təmizlik xidməti aparılmır, lift xidməti yaxşı deyil, buna görə də kommunal xidmətlər haqqında müqavilədə qeyd edilən pulları ödəmir. Bildirir ki, Cavabdeh məhkəmədə yalan izahat verməklə görülən bütün xidmətlərə görə haqq ödəməkdən imtina edir. Məhkəməyə təqdim etdiyi sənəddən görünür ki, xx.xx.2019-cu il tarixli D/056 saylı Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsəsrrüfatı İstehsalat Birliyi "xxxx" MMC ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında məişət tullantılarının, karton məmulatlarının daşınmasını öz öhdəsinə götürür. Bunun üçün hər ay icraçıya 250 (iki yüz əlli) manat pulun ödənilməsi sifarişçi "xxxx" Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmuşdir. Təqdim edilmiş sənədlərdən də görünür ki, hər ay 250 manat məbləğində pul məişət tullantılarının, karton məmulatlarının daşınması üçün "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ödənilir. Bildirir ki, təmizlik xidməti göstərən xidmətçilər tərəfindən təmizlik işləri aparılaraq məişət tullantıları qutular vasitəsilə daşınır. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi, hər bir bina sakininin mənzillərinin üstündə və ya yanında işıqlandırma sistemi mövcuddur. Binanın həyətində quraşdırılmış işıqlandırmaya görə xərclər sakinlərin vaxtında kommunal pulu ödəyib ödəməməsindən asılı olmayaraq "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ödənilir. Fotoşəkillərdə bina sakinlərinin mənzillərinin üstündə, yanında işıqlandırma sisteminin olduğu görünür. Hər mərtəbədə mənzillərə yaxınlaşarkən mənzillərin işıqlandırma sistemi işə düşərək işıq yanır. Binanın həyətində də işıqlandırma sistemi qaranlıq düşən zamanlarda işləyir. Fotoşəkillərdən göründüyü kimi binalarda iki lift, sərnişin və yük qaldırma liftləri fəaliyyət göstərir. Sərnişinlər liftlərin biri məşğul olduqda belə digərindən istifadə edə bilir. Liftlərin saz vəziyyətdə olması üçün baxımı əməkdaşlar tərəfindən aparılır. Fotoşəkildən göründüyü kimi bina sakinlərinin velosipedlərinin təhlükəsiz saxlanması üçün ayrıca saxlanc yeri kimi anbar mövcuddur. Bina sakinlərinin əlavə su ehtiyatlarını təmin etmək üçün su çəni mövcuddur. Su axarının zəif olduğu hallarda su nasosları işləyir. Avtomobillərin təhlükəsiz saxlanması üçün böyük sahəni əhatə edən yeraltı qaraj mövcuddur. Binaların sakinləri bina qarşısında da avtomobillərini park edirlər. Göründüyü kimi kommunal xidmətlərin görünməsi üçün bütün zəruri tədbirlər görülür və görülməkdədir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tikilmiş evlərə canlı baxış keçirməklə bütün kommunal xidmətlərin necə həyata keçirildiyini görmək olar.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

8. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırımış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, cavabdeh isə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Ona görə də məhkəmə qanunvericiliyin tələbi baxımından mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı tərəf binada heç bir iş görmür. Kommunal ödənişləri ildə iki dəfə olmaqla altı aydan bir ödəmişdir. İlk mənzili 2013-cü il tarixdə almış və doqquz il ödənişlərini etmişdir. Təxminən bir il olar ki, ödənişləri etmir. Səbəb də qonşuların bir yerdə qərarı olmuşdur. Ona görə ki, onlara əlavə ödənilən puldan çıxılmasını istəmişlər. Suyu özləri təmizlətdirirlər, liftlər pis gündədir, mühafizə yoxdur. Velosiped, antena oğurlanır. İddiaçı isə bildirir ki, cavabdehliyi o daşımır. Evlər də fasad da yoxdur. İkinci mənzili aldıqda kommunal müqavilədə ödəniş ona deyilməmişdir. Evin kvadratı da məlum olmamışdır. Əvvəl mənzildə yaşamamışdır. Lakin hal-hazırda yaşayır. Onlar cəmiyyət yaratmış, özləri maliyyələşdirmiş və problemləri həll etmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə Cavabdeh izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

11. 03.06.2024-cü il tarixdə məhkəmənin baxış iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, həmin binaya ilk köçən sakinlərdən biri olmuşdur. 2014cü ilin yanvar ayının 1-ində mənzilə köçmüşdür. Kommunal xərclər ilə bağlı ödənişləri üç il əvvələ kimi ödəmişdir. Daha sonra sahibkar olan Ziyad heç bir iş görməmiş, öhdəliklərini yerinə yetirməmişdir. Hesabat verməmiş, yığılan pulların hara xərcləndiyi barədə məlumat bildirməmişdir. Dəfələrlə sakinlərlə yığışmış və demişlər ki, məlumat versin. Lakin gəlməmişdir. Lift xarab olmuş və qadın ilə kişi liftdə qalmışdır. Dəfələrlə oğlu liftdə qalmış, onun oğlunun velosipedi və digər qonşulardan da iki ədəd velosipedi oğurlanmışdır. Soruşduqda isə cavabdehliyi onların daşımadığı deyilmişdir. Halbuki, onun öhdəliklərində vardır. Uşaqlar üçün şəhərcik də olmamışdır. Qonşular onu öz hesablarına düzəltdirmişlər. Təşəbbüskarlardan biri də o, olmuşdur. Binanın təmizliyini isə hər mərtəbədə qonşuların özləri edir. Sonuncu dəfə lift işləmədiyi zaman qonşuların təşəbbüsü ilə qrup yaradılmış və məvacib yığılmışdır. Onun hesabına mühəndis gətirilmiş və liftin problemi bərpa olunmuşdur. İddiaçı sadəcə pul yığmaqla məşğuldur. Heç bir faydalı iş görmürlər. Suyun təmizlənməsini belə özlərinin təşəbbüsü ilə etmişlər. Cavabdeh kommunal xərclər ilə bağlı ödənişləri hal-hazırda etmir. Özü isə üç ilə yaxın olar ki, ödəniş etmir.

12. İş materiallarında olan "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2023-cü il tarixli “kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqaviləyə əsasən, tərəflər kommunal xidmətlərə görə hər kv.m üçün 0,25 man hesablanmaqla vəsaitin ödənilməsi barədə razılığa gəlmişlər.

13. İş materiallarında olan "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2020-ci il tarixli “kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqaviləyə əsasən, tərəflər kommunal xidmətlərə görə hər kv.m üçün 0,25 man hesablanmaqla vəsaitin ödənilməsi barədə razılığa gəlmişlər.

14. Yuxarıdakı müqavilələrdə "xxxx" MTK-nin öhdəliklərı sadalanmışdır. Yuxarıda göstərilən 14 mərtəbəli 2 bloklu yaşayış binasında təmir işlərinin aparılması, binada sərnişin və yük liftlərinin rahat istifadə edilməsi, binanın ətrafını, blokun girişinin və mərtəbələrin işıqlandırılması, binanın ətrafında, blokun girişində, mərtəbələrdə və pilləkən meydançalarında təmizlik işlərinin görülməsi, su nasosların, liftlərin, binanın və mərtəbələrin işıqlanmasında istifadə olunan elektrin enerjisinin haqqını banka və ya MTKya ödənilməsi, binaətrafı ərazinin təmiz saxlanmasını təmin etmək, bina təhlükəsizliyinin nəzarət edilməsi, Kommunal Departmentlə müqavilə əsasında məişət, tikinti tullantılarının xaric edilməsini təmin etmək, lift idarəsi ilə xidmət müqaviləsi bağlamaq, nasosların liftlərin və mərkəzi kommunal xətlərin işlək vəziyyətdə saxlanılması kimi öhdəlikləri öz üzərinə götürmüşdür.

15. İş materiallarında olan "xxxx" MTK-nın Cavabdeh ünvanladığı 37 və 38 nömrəli xəbərdarlıqlardan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

16. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosu tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 77 nömrəli sorğudan görünür ki, xx.xx.2020-ci ildə "xxxx" Mənzil Tikinti Kooperativi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi, ev 230-da yerləşən 29 saylı mənzilin və xx.xx.2023-cü ildə "xxxx" Mənzil Tikinti Kooperativi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi ev 230-da yerləşən 34 saylı mənzilin sahibi Cavabdeh arasında Kooperativ binada Mənzil Kommunal Xidmətləri haqqında müqavilələr imzalanmışdır. xx.xx.2024-cü il tarixli, 100 saylı müqavilə ilə bağlı əmlak tələbinə dair mülki iş üzrə məhkəmə işi ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər və Vəkillik Fəaliyyəti haqqında Qanunun 15-ci maddəsinə əsasən yuxarıda qeyd edilən ünvanlardakı Cavabdeh məxsus mənzillərin hər birinin hansı ölçülərdə olması (neçə kvadrat metr təşkil etməsi) barədə arayış verilməsini, həmin mənzillərə dair çıxarışların təsdiq edilmiş surətlərinin onlara verilməsinə sərəncam verilməsini xahiş etmişdir.

17. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 3 ünvanlanmış 21 fevral 2024-cü il tarixli, 3-21-3-31/2-635/2024 nömrəli sorğuya cavabdan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi ev 230-da yerləşən, ümumi sahəsi 85.4 kv.m, yaşayış sahəsi 46.3 kv.m, köməkçi sahəsi 39.1 kv.m olmaqla iki otaqdan ibarət olan 29 nömrəli mənzil üzərində Cavabdeh tam mülkiyyət hüququ xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 46.5 kv.m, yaşayış sahəsi 20.6 kv.m, köməkçi sahəsi 25.9 kv.m olmaqla bir otaqdan ibarət olan 34 nömrəli mənzil üzərində Cavabdeh tam mülkiyyət hüququ xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

18. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 6326 nömrəli qəbzdən görünür ki, Nümayəndə ünvan reyestri məlumat bazasından arayışların verilməsi xidmətindən istifadə etdiyi üçün 11 manat pul vəsaiti mədaxil etmiş, həmin məbləğin 1 manatı komissiya haqqı kimi tutulmuş, 10 manat isə ödənilmişdir.

19. İş materiallarında olan 34A nömrəli mənzilə aid olan kommunal ödənişlərə aid qəbzlərdən görünür ki, 58, 50, 36, 46, 12, 11, 12 manat məbləğlərində ödənişlər edilmişdir.

20. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı Şəhəri 11 saylı Vəkil Bürosu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 50 nömrəli arayışdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsində kommunal haqqların ödənilməsi, pul tələbinə dair mülki iş üzrə hüquqi yardıma görə Nümayəndələ "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi arasında 401 (dörd yüz bir) manat məbləğində 100 saylı müqavilə bağlanmışdır. Bağlanmış 100 saylı müqaviləyə əsasən "xxxx" MTK-nin vəkili qismində Sumqayıt şəhər məhkəməsində təmsil olunmaq üçün vəkil Nümayəndə 5 order – 0377496, 0377497, 0377498, 0377499, ******* saylı orderlər verilmişdir. Məhkəməyə verilən 5 iddia tələbi üzrə 5 mülki işin hər biri üçün görülən hüquqi xidmətə görə vəkil haqqı 80,20 manat (səksən manat iyirmi qəpik) (401:5=80,20) təşkil edir.

21. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 2 aprel 2024-cü il tarixli, 44 nömrəli hesab fakturadan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev küçəsi, ev 230-da yerləşən 34 saylı mənzilin sahibi Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, Kooperativ binada mənzil Kommunal Xidmətləri haqqında müqaviləyə əsasən 2021-ci ilin yanvar ayı – 2023-cü ilin noyabr ayı dövrləri üçün kommunal ödənişlərin hesabatına əsasən yekun olaraq 341.62 manat ödənilməsi nəzərdə tutulmuşdur.

22. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 2 aprel 2024-cü il tarixli, 45 nömrəli hesab fakturadan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sahib Qarayev küçəsi, ev 230-da yerləşən 29 saylı mənzilin sahibi Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Kooperativ binada mənzil Kommunal Xidmətləri haqqında müqaviləyə əsasən 2023-cü ilin fevral ayı – 2023-cü ilin noyabr ayı dövrləri üçün kommunal ödənişlərin hesabatına əsasən yekun olaraq 224.17 manat ödənilməsi nəzərdə tutulmuşdur.

23. İş materiallarında cavabdehin etiraz ərizəsi ilə birlikdə təqdim etdiyi fotoşəkillər mövcuddur.

24. İş materiallarında həmçinin video-disk mövcuddur. Həmin fotoşəkillərdən və video-diskdən də müəyyən olunur ki, binanın müəyyən hissəsi təmirsiz və baxımsız vəziyyətdədir.

25. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 1 nömrəli əmrindən görünür ki, X2 06 avqust 2007-ci il tarixindən Şərq Mənzil Tikinti Kooperativinə direktor vəzifəsinə təyin edilmiş, işçi ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.

26. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 8, mənzil 34, yeni qaydalarla: AZ 5001, ünvan 6 ünvanında yerləşən mənzil xüsusi müllkiyyət hüququ əsasında Cavabdeh adına tam payda ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmişdir.

27. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 8, mənzil 29, yeni qaydalarla: AZ 5001, ünvan 7 ünvanında yerləşən mənzil xüsusi müllkiyyət hüququ əsasında Cavabdeh adına tam payda ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmişdir.

28. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Sumqayıt şəhər Təmizlik Departamenti” MMC ilə "xxxx" MTK arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, D/056 saylı müqavilənin surətindən görünür ki, bu müqaviləyə əsasən “icraçı” “sifarişçi”nin müəyyən edilmiş ünvanında yığılmış bərk məişət tullantılarının xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə daşınmasını və Sumqayıt ümumşəhər tullantıları poliqonunda zərərsizləşdirməyə təhvil verilməsini, “sifarişçi” isə “icraçı”nın daşınma ilə əlaqədar işləməsi üçün müvafiq şəraitin yaradılmasını, müəssisənin tullantı qutuları ilə təmin edilməsini və görülən işlərin xidmət haqqının vaxtında ödənilməsini təmin edir.

29. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş məişət tullantılarının daşınması üçün mədaxil qəbzlərinin surətlərindən görünür ki, "xxxx" MTK tərəfindən 2023cü ilin dekabr – 2024-cü ilin aprel ayını nəzərdə tutan dövr üçün hər ay 250 manat məbləğində pul ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

30. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında “kooperativ binada mənzil kommunal xidmətləri barədə” müqavilə bağlanılmış, Cavabdeh məxsus ünvan 8, mənzil 34 iddiaçı "xxxx"MTK tərəfindən kommunal xidmətlər ilə təmin edilmiş, cavabdeh tərəfindən kommunal xidmətlərə görə xidmət haqqı tam həyata keçirilməmiş, nəticədə ödənilməmiş kommunal borcu yaranmışdır.

31. İddiaçı tərəfindən müqavilə öhdəliklərindən irəli gələn vəzifələrin həyata keçirilməməsi işin araşdırılan hallarına əsasən müəyyən edilmişdir (şahid ifadəsi, tərəflərin izahatları, foto şəkillər və sair). Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

32. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.10-cu maddəsinə əsasən mənzil qanunvericiliyi kommunal xidmətlərin göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir.

33. Həmin Məcəllənin 6.0.11-ci maddəsinə əsasən mənzil qanunvericiliyi yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir.

34. Eyni Məcəllənin 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır.

35. Qeyd olunan Məcəllənin 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir.

36. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir.

37. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləriöz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər.

38. Eyni Məcəllənin 110.4-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır.

39. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçininbelə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

40. Eyni Məcəllənin 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan.

41. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir.

42. Eyni Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər.

43. Həmin Məcəllənin 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər.

44. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 126.9-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının təşkili, keçirilməsi, səsvermə, qərar qəbul edilməsi və digər məsələlərlə bağlı bu Məcəllənin 44- 47-ci maddələrinin müvafiq müddəaları bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilir.

45. Həmin Məcəllənin 125.1 -ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır.

46. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır:

47. 125.2.3-cəmiyyətin idarə heyətini və təftiş komissiyasını (müfəttişi) seçmək;

48. 125.2.4-cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək.

49. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar.

50. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.

51. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilməsi. Binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi).

52. Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər...Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1 -ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur.

53. Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 138.4-cü maddəsində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinəvə bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

58. Göründüyü kimi Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçisi yaşayış binasının saxlanması üçün qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunan kommunal xidmət haqqında onun ümumi mülkiyyətdə olan payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda, kommunal xidmətdə iştirak etməmiş, bu səbəbdən onun "xxxx" MTK-ya ödənilməmiş borcu yaranmışdır.

59. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, Cavabdeh ünvan 8 ünvanında yerləşən 34 nömrəli mənzilə xüsusi mülkiyyət hüququnu xx.xx.2020-ci il tarixdə, ünvan 8 ünvanında yerləşən 29 nömrəli mənzilə isə xüsusi mülkiyyət hüququnu xx.xx.2023-cü il tarixdə əldə etmişdir.

60. X1 ifadəsinə nəzər yetirildikdə müəyyən olunur ki, "xxxx" MTK-nin öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün (hesabat verilməməsi, liftin xarab olması, insanların liftdə qalması, oğurluq hadisələrinin olması, binanın təmizliyini sakinlərin özü etməsi, suyun təmizlənməsini etməməsi səbəbləri və.s) bəzi sakinlərlə birlikdə cavabdeh də daxil olmaqla kommunal ödənişləri etmirlər.

61. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış “kooperativ binada mənzil kommunal xidmətləri barədə” iki ədəd müqaviləyə əsasən müəyyən edilir ki, "xxxx" MTKnin öhdəlikləri sadalanmışdır. 14 mərtəbəli 2 bloklu yaşayış binasında təmir işlərinin aparılması, binada sərnişin və yük liftlərinin rahat istifadə edilməsi, binanın ətrafını, blokun girişinin və mərtəbələrin işıqlandırılması, binanın ətrafında, blokun girişində, mərtəbələrdə və pilləkən meydançalarında təmizlik işlərinin görülməsi, su nasosların, liftlərin, binanın və mərtəbələrin işıqlanmasında istifadə olunan elektrin enerjisinin haqqını banka və ya MTKya ödənilməsi, binaətrafı ərazinin təmiz saxlanmasını təmin etmək, bina təhlükəsizliyinin nəzarət edilməsi, Kommunal Departmentlə müqavilə əsasında məişət, tikinti tullantılarının xaric edilməsini təmin etmək, lift idarəsi ilə xidmət müqaviləsi bağlamaq, nasosların liftlərin və mərkəzi kommunal xətlərin işlək vəziyyətdə saxlanılması kimi öhdəlikləri öz üzərinə götürmüşdür.

62. İş materiallarına əsasən həmçinin müəyyən edilir ki, 34A nömrəli mənzilə aid olan kommunal ödənişlərə aid qəbzlərə əsasən 58, 50, 36, 46, 12, 11, 12 manat məbləğlərində ödənişlər edilmişdir.

63. Fotoşəkillərdən və video-diskdən də müəyyən olunur ki, binanın müəyyən hissəsi təmirsiz vəziyyətdədir.

64. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh müəyyən zaman dilimində kommunal xərclərə dair ödənişləri etmişdir. Lakin "xxxx" MTK-nin öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh də etiraz əlaməti olaraq kommunal ödənişləri etməkdən imtina etmişdir.

65. Belə ki, müəyyən edilmişdir ki, cavabdehin özünün də məhkəmə iclalarında bildirdiyi kimi, səkkiz il müddətində kommunal ödənişlərə aid məbləğləri ödəmiş, lakin son iki ildə ödəməmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh həqiqətən kommunal ödənişləri etmir. Bu faktı cavabdehin özü də etiraf edir. Lakin bunun ödənilməməsini "xxxx" MTK-nin öz üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi ilə əlaqələndirir. Kooperativ binada mənzil kommunal xidmətləri barədə müqavilədə "xxxx" MTK-nin öhdəlikləri sadalanmışdır. Əgər ki, "xxxx" MTK öhdəlikləri yerinə yetirmirsə o zaman həmin müqavilənin hər hansı bir əhəmiyyəti qalmır.

66. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərdən və şahid ifadəsindən iddiaçının öz öhdəliklərini yerinə yetirmədiyi müəyyən edilmiş, yəni cavabdehin təqdim etdiyi foto şəkillər və digər mülahizələrlə bağlı iddiaçının nümayəndəsi cavabdehin etirazının əsasının təqzibi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan hallara əsasən iddiaçının iddia tələbinin əsası işin araşdırılan hallarına əsasən öz təsdiqini tapmamışdır.

67. Məhkəmə qeyd edir ki, "xxxx" MTK-nin ünvan 8 ünvanında yerləşən çoxmənzilli binanın idarəçiliyini öz üzərinə düşən öhdəliklərini yerinə yetirməməsi faktı təsdiq edildiyindən, MMC-nin cavabdehdən kommunal borclarının tutulmasına dair tələbinin də hər hansı bir hüquqi əsası olmadığından iddia tələbi təmin edilməməlidir.

68. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddia tələbinin digər hissələri gecikmə 5% məbləğində pul, vəkil haqqı üçün ödənilmiş xidmət haqqı, poçt məktubunun göndərilməsi və onunla bağlı xidmət haqqının ödənilməsi hissələrinin əsaslılığı o zaman əhəmiyyət kəsb edə bilərdi ki, iddia tələbinin əsas hissəsi təmin edilmiş olsun. Ancaq tələbin əsas hissəsi təmin olunmadığından ondan doğan törəmə tələblər də təmin edilə bilməz.

69. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

70. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

71. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

72. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı "pul tələbi”nə dair iddia tələbi təmin edilməməlidir.

73. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

74. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

75. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

76. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

77. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

78. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

79. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı "pul tələbi”nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar