Məhkəmə qərarları › İş №e-2(060)-225/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-225/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-225/2024 10.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı «X1 Bakı Filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X1 Bakı Filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh1 və Cavabdeh2 7.411,14 manat (bundan 6.571,42 manat əsas borc və 839,72 manat faiz borcu təşkil edir) məbləğində xx-xx-2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 94,11 manat dövlət rüsumunun tutulması və «X1» Bakı filialına verilməsi və həmin tələbin kreditin qaytarılmasının təminatı kimi Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilərək hərrac vasitəsilə satılması, mənzilin qiymətləndirilməsi, hərrac vasitəsilə satıldıqdan sonra «X1» Bakı filialına olan kredit borcunun ödənilməsi və satıldıqdan sonra bir ay müddətinə boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X1 Bakı Filialının müdiri A.K.Najafımarganmaskan məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdehlər banka olan borc öhdəliklərindən 08 dekabr 2023-cü il tarixində 2.000 manat və 09 yanvar 2024-cü il tarixində isə 1.000 manat ödəniş etmişdirlər. Cavabdehlər ödəniş etdikdən sonra məhkəmə işinin geri qaytarılması ilə əlaqədar olaraq banka ərizə ilə müraciət etmiş və bank ərizəyə baxaraq müsbət qərar vermişdir. Qeyd olunanların nəzərə alınaraq icraatda olan mülki iş üzrə baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, iddiaçı «X1 Bakı Filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 12 №-li qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı “X1 Bakı Filialı tərəfindən 94.11 manat rüsum ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə müstəqil qiymətləndiricinin xərci ilə bağlı hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından, müstəqil qiymətləndirici xərci 200 manat təşkil etdiyindən, iddiaçı “X1 Bakı Filialından müstəqil qiymətləndiricinin xərci olaraq 100 manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə müştərək qaydada 100 manat alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. İddia ərizəsi baxılmamış saxlanıldığından iş üzrə iddiaçı “X1 Bakı Filialı tərəfindən ödənilmiş 94.11 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X1 Bakı Filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı “X1 Bakı Filialı-nə qaytarılsın. İddiaçı “X1 Bakı Filialından müstəqil qiymətləndirici tədqiqatının dəyəri qismində 100 (bir yüz) manat və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə müştərək qaydada 100 (bir yüz) manat tutularaq "xxxx" MMC-nin (H/h:AZ66AİİB********************, Kapital Bank ASCnin Nərimanov filialı, KOD 200093, icraçının VÖENi **********, S.W.İ.F.T AİİBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ********************) hesabına keçirilsin. xx.xx.2023-cü il tarixli, ********** nömrəli dövlət rüsumu qəbzinə əsasən ödənilmiş 94.11 (doxsan dörd manat on bir qəpik) manat iddiaçı “X1 Bakı Filialına qaytarılsın. Qərardadın “rüsumun qaytarılması hissədə” icrası Sumqayıt Şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar