Məhkəmə qərarları › İş №e-2(060)-2352/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2352/2024

09.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2352/2024 09.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı nümayəndəsi X1, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, 27A/4 saylı evin, 27 saylı mənzilindən çıxarılmasına, mənzilin boşaldılaraq ona təhvil verilməsinə, ödənilməmiş 750 manat kirayə məbləğinin, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmət üçün ödənilmiş 400 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş mülki işin hazırlıq iclası xx.xx.2024-cü il tarixə, saat 09:45-ə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı vəkili Vəkil izahatında bildirdi ki, elektron kabinetdə iddia ərizəsini nümayəndə kimi yox, vəkil kimi yerləşdirmişdir. Bu zaman isə etibarnaməyə ehtiyac yoxdur. İmza təsdiq imzasıdır, elektron sistemə yerləşdirmək üçündür. İddia ərizəsini imzalayan şəxs iddiaçının anasıdır və onun etibarnaməsi vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə etdiyini və vəkil tərəfindən qeyd olunan hallarla razılaşdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsi məhkəməyə elektron məhkəmə iformasia sitstemində yaradılan iddiaçının vəkili Vəkil məxsus elektron kabinet vasitəsilə verilmiş və sonuncu tərəfindən elektron qaydada imzalanmışdır. Lakin iş materiallarına İddiaçı tərəfindən ona iddia ərizəsinin imzalanması ilə bağlı hər hansı səlahiyyət verildiyini təsdiq edən sənəd əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş iddiaçının nümayəndəsi (anası) X2 verilmiş 12 fevral 2024-cü il tarixli etibarnamədə isə ona iddia ərizəsini imzalamaq səlahiyyəti verilsə də, İddiaçı adından iddia ərizəsinin imzalanması ilə bağlı digər şəxslərə səlahiyyət vermək hüququ öz əksini tapmamışdır. İddia ərizəsi elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verildiyindən bu vasitədən istifadə edən şəxsin iddia ərizəsini imzalamaqla bağlı ona səlahiyyət verildiyini təsdiq edən sənəd də məhkəməyə təqdim olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasənərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə, nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar