Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2353/2024 07.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3450 manatın və ödənilmiş 55 manat dövlət rüsumunun əvəzinin və hüquqi yardım üçün vəkilə ödənilmiş 100 manat rüsumunun əvəzinin tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhəri, 45-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən “SAMSUNG” mağazasında fiziki şəxs kimi məişət avadanlıqlarının satışı ilə məşğuldur və vergi ödəyicisidir. Cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçı ilə 1467 nömrəli (nisyə) satış müqaviləsi bağlamaqla “SAMSUNG” mağazasından ümumi qiyməti 5203 manat olan məişət avadanlığının dəyərini 12 ay müddətinə ödəmək şərti ilə nisyə olaraq götürmüşdür. Cavabdeh ilkin olaraq mağazaya 318 manat pul ödəmişdir. Qalan 4885 manat pulu isə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh bu günə kimi cəmi 1753 manat mağazaya pul ödəmişdir. Hazırda cavabdehin iddiaçıya 3450 manat borcu qalmışdır. xx.xx.2023-cü ildə cavabdehin qeydiyyatda olduğu ünvan 1 ünvanına xəbərdarlıq məktubu göndərərək müqavilə ilə müəyyən edilmiş öhdəliklərini 10 gün müddətində yerinə yetirməsini xahiş etmiş, lakin cavabdeh borcunu ödəməmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, maddi vəziyyəti ilə əlaqədar borcu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Sumqayıt şəhərində yerləşən “SAMSUNG” mağazasında fiziki şəxs kimi məişət avadanlıqlarının satışı ilə məşğul olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1467 nömrəli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh ümumi qiyməti 5203 manat olan məişət avadanlığı almışdır. - ********** N-li VÖEN əsasında fəaliyyət göstərən, Sumqayıt şəhərində yerləşən “SAMSUNG” mağazasında fiziki şəxs kimi məişət avadanlıqlarının satışı ilə məşğul olan İddiaçı tərəfindən cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Sumqayıt şəhəri, 45-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən “SAMSUNG” mağazasında fiziki şəxs kimi məişət avadanlıqlarının satışı ilə məşğuldur və vergi ödəyicisidir. Cavabdeh xx.xx.2020-ci il tarixdə iddiaçı ilə 1467 nömrəli (nisyə) satış müqaviləsi bağlamaqla “SAMSUNG” mağazasından ümumi qiyməti 5203 manat olan məişət avadanlığının dəyərini 12 ay müddətinə ödəmək şərti ilə nisyə olaraq götürmüşdür. Cavabdeh ilkin olaraq mağazaya 318 manat pul ödəmişdir. Qalan 4885 manat pulu isə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh bu günə kimi cəmi 1753 manat mağazaya pul ödəmişdir. Hazırda cavabdehin iddiaçıya 3450 manat borcu qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh qızı iddiaçıdan nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı məhsul üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən öhdəliklərini icra etməyərək həmin müqavilənin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əsas borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardımın əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı hissəsində hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, hüquqi yardım üçün vəkilə ödənilmiş 100 (yüz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 118066 saylı qəbzin surətindən görünür ki, eManat ödəniş sistemi vasitəsilə xx.xx.2024-cü ildə İddiaçı tərəfindən 100 manat Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1%-i həcmində olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 3450 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 55 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1467 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3450 manat borc, 55 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 100 manat hüquqi yardımın əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1467 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3450 manat borc, 55 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 100 manat hüquqi yardımın əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-2353/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2353/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver