Məhkəmə qərarları › İş №e-2(060)-2422/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2422/2022

08.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2422/2022 08.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı “zərərin ödənilməsi, özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sumqayıt Bələdiyyəsi Cavabdeh qarşı “zərərin ödənilməsi, özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-cı maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı “zərərin ödənilməsi, özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı “zərərin ödənilməsi, özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar