Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2622/2025 04.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh2, Cavabdeh1, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 Sumqayıt şəhəri, st.Sumqayıt qəsəbəsi, Şəfəq küçəsi, 127 ev, 31/B-dən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflər öz aralarında barışıq sazişi bağlandığından iddia tələbinə xitam verilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və təsdiqlənmiş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. İddiaçı faktiki olaraq onun sahibliyində olan Sumqayıt şəhəri, St.Sumqayıt, Şəfəq küçəsi ev 127-ni Cavabdeh1 sahibliyinə və istifadəsinə verir (xx.xx.2013cü il təvəllüdlü Aysunun alimentinin əvəzində):
2. İddiaçı faktiki olaraq onun sahibliyində olan Sumqayıt şəhəri, St.Sumqayıt, Şəfəq küçəsi ev 127-nin kamunallara (işıq, su, qaz və sair) dair sayğacları saziş təsdiq olunduğu gündən 03 gün ərzində Cavabdeh1 adına keçirilməsini təmin edəcək və bu barədə öhdəlik götürür:
3. İddiaçı faktiki olaraq onun sahibliyində olan Sumqayıt şəhəri, St.Sumqayıt, Şəfəq küçəsi ev 127-ni Cavabdeh1 sahibliyinə və istifadəsinə verdikdən sonra həmin mənzilə dair heç bir tələbləri və mübahisəsi olmaması barədə öhdəlik götürür:
4. İddiaçı faktiki olaraq onun sahibliyində olan Sumqayıt şəhəri, St.Sumqayıt, Şəfəq küçəsi ev 127-ni Cavabdeh1 sahibliyinə və istifadəsinə verdikdən sonra Cavabdeh2 həmin mənzilə dair heç bir tələbləri və mübahisəsi olmaması barədə öhdəlik götürür:
5. Cavabdeh2 saziş təsdiq olunduğu tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X1 üçün xx.xx.2028-ci ilə kimi hər ay 200 manat pul vəsaitini Cavabdeh1 ödəməyi öhdəsinə götürür və bu barədə gələcəkdə hər hansı bir etirazı və mübahisəsi olmayacaq:
6. Cavabdeh2 saziş təsdiq olunduğu tarixdən 03 gün ərzində Sumqayıt şəhəri üzrə İcra İdarəsində xx.xx.2010-cu il təvəllüdlü X1 üçün xx.xx.2028-ci ilə kimi hər ay 200 manat pul vəsaitinin onun əmək haqqından tutulmasına yönəldilməsi barədə ərizə verməyi öhdəsinə götürür və bu barədə gələcəkdə hər hansı bir etirazı və mübahisəsi olmayacaq:
7. Cavabdeh1 faktiki olaraq İddiaçı sahibliyində olan Sumqayıt şəhəri, St.Sumqayıt, Şəfəq küçəsi ev 127-ni təhvil aldıqdan sonra və saziş təsdiq olunduğu gündən 03 gün ərzində Sumqayıt şəhər üzrə icra İdarəsində ərizə yazaraq xx.xx.2013-cü il təvəllüdlü X5 Cavabdeh2 tərəfindən ödənilməli olan alimentdən (Sumqayıt şəhəri, St.Sumqayıt, Şəfəq küçəsi ev 127-nin əvəzində) imtina etməsi barədə öhdəlik götürür və yaranmış aliment borclarını tələb etməyəcək və bu barədə də icra idarəsində ərizə verəcək;
8. Tərəflər razılığa gəlirlər ki, bu sazişdən irəli gələn öhdəliklərini vaxtında və vicdanla yerinə yetirəcəklər. Sazişin şərtləri tərəflərdən biri tərəfindən pozulduğu halda, sazişin şərtlərinə əməl etməyən şəxs digərinə 20000 (iyirmi min) manat məbləğində təzminat ödəyəcəkdir və bu barədə mübahisə olduğu halda heç bir etirazları olmayacaq.
9. Bu saziş 04 (dörd) nüsxədə tərtib olunub, bir nüsxəsi İddiaçı, bir nüsxəsi Cavabdeh1, bir nüsxəsi Cavabdeh2 və bir nüsxəsi isə məhkəmədə saxlanılır. AR MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bu Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. AR MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Mülki iş materiallarından görünür ki, hazırki iddiaya görə 100.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və mülki işin icraatına xitam verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mübahisə üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
1. İddiaçı faktiki olaraq onun sahibliyində olan Sumqayıt şəhəri, St.Sumqayıt, Şəfəq küçəsi ev 127-ni Cavabdeh1 sahibliyinə və istifadəsinə verir (xx.xx.2013cü il təvəllüdlü Aysunun alimentinin əvəzində):
2. İddiaçı faktiki olaraq onun sahibliyində olan Sumqayıt şəhəri, St.Sumqayıt, Şəfəq küçəsi ev 127-nin kamunallara (işıq, su, qaz və sair) dair sayğacları saziş təsdiq olunduğu gündən 03 gün ərzində Cavabdeh1 adına keçirilməsini təmin edəcək və bu barədə öhdəlik götürür:
3. İddiaçı faktiki olaraq onun sahibliyində olan Sumqayıt şəhəri, St.Sumqayıt, Şəfəq küçəsi ev 127-ni Cavabdeh1 sahibliyinə və istifadəsinə verdikdən sonra həmin mənzilə dair heç bir tələbləri və mübahisəsi olmaması barədə öhdəlik götürür:
4. İddiaçı faktiki olaraq onun sahibliyində olan Sumqayıt şəhəri, St.Sumqayıt, Şəfəq küçəsi ev 127-ni Cavabdeh1 sahibliyinə və istifadəsinə verdikdən sonra Cavabdeh2 həmin mənzilə dair heç bir tələbləri və mübahisəsi olmaması barədə öhdəlik götürür:
5. Cavabdeh2 saziş təsdiq olunduğu tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X1 üçün xx.xx.2028-ci ilə kimi hər ay 200 manat pul vəsaitini Cavabdeh1 ödəməyi öhdəsinə götürür və bu barədə gələcəkdə hər hansı bir etirazı və mübahisəsi olmayacaq:
6. Cavabdeh2 saziş təsdiq olunduğu tarixdən 03 gün ərzində Sumqayıt şəhəri üzrə İcra İdarəsində xx.xx.2010-cu il təvəllüdlü X1 üçün xx.xx.2028-ci ilə kimi hər ay 200 manat pul vəsaitinin onun əmək haqqından tutulmasına yönəldilməsi barədə ərizə verməyi öhdəsinə götürür və bu barədə gələcəkdə hər hansı bir etirazı və mübahisəsi olmayacaq:
7. Cavabdeh1 faktiki olaraq İddiaçı sahibliyində olan Sumqayıt şəhəri, St.Sumqayıt, Şəfəq küçəsi ev 127-ni təhvil aldıqdan sonra və saziş təsdiq olunduğu gündən 03 gün ərzində Sumqayıt şəhər üzrə icra İdarəsində ərizə yazaraq xx.xx.2013-cü il təvəllüdlü X5 Cavabdeh2 tərəfindən ödənilməli olan alimentdən (Sumqayıt şəhəri, St.Sumqayıt, Şəfəq küçəsi ev 127-nin əvəzində) imtina etməsi barədə öhdəlik götürür və yaranmış aliment borclarını tələb etməyəcək və bu barədə də icra idarəsində ərizə verəcək;
8. Tərəflər razılığa gəlirlər ki, bu sazişdən irəli gələn öhdəliklərini vaxtında və vicdanla yerinə yetirəcəklər. Sazişin şərtləri tərəflərdən biri tərəfindən pozulduğu halda, sazişin şərtlərinə əməl etməyən şəxs digərinə 20000 (iyirmi min) manat məbləğində təzminat ödəyəcəkdir və bu barədə mübahisə olduğu halda heç bir etirazları olmayacaq.
9. Bu saziş 04 (dörd) nüsxədə tərtib olunub, bir nüsxəsi İddiaçı, bir nüsxəsi Cavabdeh1, bir nüsxəsi Cavabdeh2 və bir nüsxəsi isə məhkəmədə saxlanılır. xx.xx.2025-ci il tarixdə ********** №-li qəbzlə ödənilmiş 100.60 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar.
Hakim Aynur Behbudova