Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-2850/2025 21.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, işin məhkəmədə baxılmağa hazırlanması üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X1 elektron kabinet vasitəsi ilə elektron ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, nümayəndənin iştirakının təmin edə bilmədiklərinin üzrlü hal kimi qəbul edilməsini xahiş etmişdir. Nümayəndənin və onların iclas cədvəllərinin nəzərə alınaraq, növbəti hazırlıq iclasının xx.xx.2025-ci il tarixinə təyin edilməsini xahiş etmişdir. Lakin məhkəmə qeyd edir ki, bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişlər.Bundan əlavə məhkəmənin icraatına 13.03.25-ci il tarixdə daxil olmuş mülki işin hazırlıq iclasları 22.04.25 və 21.05.25-ci il tarixlərə təyin edilmişdir.İş materiallarına iddiaçı tərəfindən cavabdehin fakitiki yaşayış ünvanı və digər zəruri sənədlər (dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd) əlavə edilməmiş, cavabdehə göndərilmiş məhkəmə bildirişi “ünvan tam deyil” qeydi ilə geri qaytarılmış, iddiaçının nümayəndəsi Kamil Məmmədov tərəfindən yuxarıda qeyd olunan məzmunda “nümayəndənin iştirakının təmin edə bilmədiklərinin üzrlü hal kimi qəbul edilməsini xahiş etmiş, nümayəndənin və onların iclas cədvəllərinin nəzərə alınaraq, növbəti hazırlıq iclasının xx.xx.2025-ci il tarixdə ünvanlanmış” ərizə üzürlü hal olaraq nəzərə alınsada, növbəti iclasda ərizədə qeyd olunan halları təsdiq edən sübutlar əlavə edilmədən,eyni məzmunlu ərizə ünvanlamış, ən əsası cavabdehin faktiki ünvanı barədə məlumat vermədən məhkəmə iclasında iştirak etməmişlər. Bundan əlavə qiymətləndirilən iddia üzrə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilməmişdir. Mülki iş icraata götürülmüş, məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il və xx.xx.2025-ci tarixlərə təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi baxılmamış saxlanılmalıdır. Belə ki, AR MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. AR MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia tələbi baxılmamış saxlanılmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 5.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. AR MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki iş materiallarından görünür ki, ərizəyə 11 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. AR MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə AR MPM-nin 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətlərinə analogiya üzrə həmin Məcəllənin 259.0.6-cı maddəsini tətbiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalı və həmin ərizəyə görə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıdakıları və AR MPM-nin 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi baxılmamış saxlansın. xx.xx.2025-ci il tarixdə ********** №-li qəbzlə ödənilmiş 11 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Xızı Regional Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-2850/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-2850/2025
21.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver