Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2955/2022 18.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı “əmək müqaviləsinin ləğv edilməsi (xitam verilməsi) və bununla bağlı bildirişin X1 sisteminə daxil edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi hüququ X5 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı Cavabdeh (VÖEN **********) MMC-də xx.xx.2018-ci il tarixdə 1 illik müddətli əmək müqaviləsi ilə xx.xx.2019-cu il tarixədək böyük anbardar vəzifəsində çalışmağa başlamışdır. İşəgötürərkən direktor qismində Məmmədov Musa adlı şəxsi tanımışdır. Həmin şəxs onu işçi qismində qəbul etmişdir. 3 ay işlədikdən sonra əmək haqqı ona ödənilməmiş, əmək haqqını tələb etdikdə isə işdən çıxarıldığı bildirilmişdir. Həmin vaxtdan bugünədək həmin şirkətə getməmiş, onlarla hər hansı bir əlaqəsi olmamışdır. Daha sonra 2019-cu ilin fevral ayından etibarən "xxxx" MMC-də çalışmağa başlamışdır. İddiaçı ilə əmək müqaviləsi bağlayarkən əsas iş yeri kimi Cavabdeh MMC qeyd edildiyi üçün əlavə iş yeri qismində işə başlamışdır. Həmin vaxtdan bugünədək həmin şirkətə getməmiş, onlarla hər hansı bir əlaqəsi olmamışdır. Sonradan aydın olmuşdur ki, İddiaçı Cavabdeh MMC-nin portalından işçi qismində çıxarılmamışdır. Şirkət ilə neçə dəfə əlaqə saxlanılmağa çalışılsa da mümkün olmamışdır. Qeyd edilən hallar onun əmək funksiyalarını icra etməyinə, yeni iş yeri tapmağına ciddi maneələr yaratmaqdadır. Göstərilən halda MMC üzrə məsul şəxs tapılmadığı üçün işəgötürən tərəfindən tələbi icra edilməməkdədir. Məsələnin həll edilməsi üçün mediasiyaya da müraciət edilmiş, hər hansı nəticə əldə edilə bilməmişdir. Məsələnin həll edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə müraciət edilmiş, Müfəttişlik əmək müqaviləsinə xitam verilməsi bildirişinin elektron sistemə daxil edilməsi üçün şəhər (rayon) məhkəməsinə müraciət edilməsini məsləhət görmüşdür. Göstərilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi hüququ X5 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərini müdafiə etdiklərini və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılmalıdır. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Sumqayıt regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi v ə ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron i mza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya siste mində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat gön dərilməsindən sonra hüquqi qüvvəyə minir. Eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişim elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin X1 Sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon(şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirimiş elektron İnformasiya sisteminə daxil edilməsi hüququnun X5 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. iş materiallarında olan Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Sumqayıt Regional ərazi şöbəsinin X4 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, “Sumqayıt Tikinti Quraşdırma Tresti-1" MMC-nin rəhbərliyinin təqdim etdiyi 01 nömrəli xx.xx.2021 -ci il tarixli məktubuna və təsdiq edici sənədlərə əsasən məlum olmuşdur ki, o, 01 04.2015-ci il tarixindən iş cəbhəsi açılana qəbər ödənişsiz məzuniyyətə buraxılmış və xx.xx.2020-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə Əmək Məcəlləsinin 68-cı maddəsinin 2-ci hissəsinin "a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xitam verilmiş və ona ödəniləcək son haqq hesab 2077.68 manat hesablanmışdır. Cəmiyyət xx.xx.2015-ci il tarixindən iş fəaliyyətini dayandırdığından onun son haqq hesabının ödənilməsi mümkün olmamışdır və işəgötürən tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta halına yol verilmişdir. Həmçinin müəssisə rəhbərliyi fəaliyyətə başladığı halda ona çatacaq son haqq hesabın ödəniləcəyini bildirmişdir. Bildirilir ki, Cəmiyyətin 01 07.2015-ci il tarixindən iş fəaliyyətini dayandırdığı "Kapital Bank" Sumqayıt filialının xx.xx.2021 -ci il tarixli və xx.xx.2021 -ci il tarixli arayışlarına əsasən müəssisənin hesabında vəsait olmadığı və hal hazırda da müəssisənin fəaliyyət göstərmədiyi səbəbindən işəgötürənin tərəflərindən inzibati məsuliyyətə cəlb edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı 5 saylı Mediasiya Təşkilatının mediatoru X3 xx.xx.2022-ci il tarixində, saat 17:00-17:30-da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X6 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə “böyük anbardar” vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə 1 (bir) il müddətinə bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh MMC öz fəaliyyətini dayandırmışdır. Lakin hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia ilə bağlı aşağıdakıları qeyd edir. AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görəəmək pensiyasınaçıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqdavə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X1 sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminəgücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyytəi orqanı olan X5 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması maraqlı tərəfin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 238-240cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə məhkəmə qərarı ilə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsi ilə «Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi»nə daxil edilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə həvalə edilsin. Cavabdeh Rafiq 1969” Məhdud Məsuliyyətli Cəmiyyətinə və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti qətnamənin surətini aldıqdan sonra, 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-2955/2022
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(060)-2955/2022
18.08.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver