Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2972/2024 29.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X19 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X6” Etilen-Polietilen zavodunun nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X6” Etilen- Polietilen zavoduna qarşı «işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” Zavodunun xx.xx.2024-cü il tarixli, 14-2-3- 1/3-1K-16/2024 nömrəli əmrinin etibarsız hesab olunaraq ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin və məhkəmədə hüququmun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi 300 (üç yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxxxx 1991-ci ildə Qubadlı rayonunda anadan olmuş, Qubadlı Rayonundan məcburi köçkündür. Hazırda yataxana tipli sanatoryada qalır. Körpə yaşlarında X10 övladlığa verilmişdir. X2 2005- ci ildə vəfat edib. Valdeyin himayəsindən məhrum böyümüşdür. İki müxtəlif ixtisas üzrə Ali təhsil almış, Azərbaycan Dövlət Aqrar Universitetində bakalavr, İqtisad Unversitetində MBA üzrə Biznesin idarə edilməsi ixtisası mühəndislik və risklərin idarə edilməsi ixtisaslaşması üzrə magistr təhsili almışdır. Müdafiə Nazirliyi “N” saylı hərbi hissədə, Murov dağlarında hərbi xidmət keçmişdir. İki övladı var Cəlili Səid və Cəlili Cəlil adlı övladı anadan gəlmə eşitmə qüsurludur. Beynelxalq bankdan 2023-cü ildə ailə ehtiyaclarını ödəmək üçün 14000 kredit götürmüş hal-hazırda 8316 manat kredit borcu qalıb, aylıq 396 manat 40 qəpik pul ödəməlidir. (kredit müqaviləsi 213ACBL2********). 10 ilə yaxın müxtəlif sahələrdə əmək müqaviləsi ilə çalışmışdır. 2014-cu ildə SOCAR-ın təlim tədris mərkəzinə qəbul olduğu il üzrə ən yüksək bal toplayaraq “Avtomatik İdarəetmə sistemləri üzrə operator” ixtisası üzrə 1 illik kurs keçmiş və ən yüksək nəticə ilə 100 balla bitirmişdir. xx.xx.2015-ci ildən Yaşıllaşdırmada opertor kimi işə başlamışdır. xx.xx.2016-cı ildən işdən çıxıb Karbamid zavodunda 4-cü dərəcə “məsafədən idarəetmə pultunun operatoru” kimi işə başlamışdır. xx.xx.2022-ci ilə qədər Karbamid zavodunda qüsursuz işləmiş və iki dəfə yuxarı dərəcəyə layiq görülmüşdür. Yəni 5-ci və 6-cı dərəcə almışdır. Hazırda ADNSU-nin Kimya Texnologiya fakultəsində Kimya mühəndisliyi ixtisası üzrə 3-cü kursda ikinci ali təhsil alır. xx.xx.2022-ci ildə SOCAR-ın Azərkimya istehsalat birliyində 11-ci dərəcəli usta vəzifəsi üzrə vakansiyasına imtahan verib keçmiş və Etilen polietilen zavodunda işə başlamışdır. İşlədiyi müddət ərzində qüsursuz işləmiş. İddiaçı ilə prinsipyallıq aparan və onun dsiplinalı işindən çəkinən iş yoldaşı Elnur Bədəlov onu gizlin video lentə alıb elektron siqaret çəkən zaman zavod rəhbərliyinə göndərib və Socar-ın baş ofisinə ərizə ilə müraciət edib işdən çıxarılmağını təkidlə tələb etməyə başlayıb. Bu hadisədən sonra ondan izahat tələb olunduqda iddiaçıya izahatın mətni diqtə edildiyi şəkildə yazmış, etdiyi əməlin səhf olduğunu və birdə təkrarlanmayacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıya zavodda siqaret çəkməyin qadağan edildiyi barədə təlimat keçirildi və elə həmin vaxtda da bu barədə Azərkimya İB keçmiş direktoru İmran Arzumanzadənin 12 may 2020-ci il tarixli əmri ilə tanış edilmişdir. Qeyd olunan təlimatlandırılma ilə bağlı müvafiq jurnala imza çəkdiriləndə təlimatlandırma tarixinin 2023-cü ilin sentyabr ayı qeyd olunduğunu görəndə həmin jurnala imza atmaqdan imtina etmiş və xx.xx.2024-cü il tarixdə təlimatlandırma keçirildiyi üçün həmin tarixi yazıb imza çəkmişdir. Bir neçə gün sonra zavodun direktoru Oqtay Niftəliyevin 14-2-3-1/3İ-95/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçıya və yanında siqaret çəkən X4 “töhmət” verildi və bu barədə əmrlə tanış edilmişdir. Həmin vaxt sahə rəisi Mikayıl İbrahimov narahat olma işinə davam et demişdir. Bundan sonra sadəcə işlədiyi növbə dəyişdirildi və iddiaçı başqa növbədə işinə davam etmişdir. xx.xx.2024-cü il tarixdə tabe olduğu sahə rəisi Mikayıl İbrahimov tərəfindən iddiaçı ilə və digər yoldaşla fərdi söhbət aparılarkən o bildirdi ki, vidonu çəkən iş yoldaşı SOCAR-ın baş ofisinə şikayət göndəribki nə üçün onlar işdən çıxarılmayıblar? və bu şikayətlə əlaqədar baş ofis və Azərkimyanın rəhbəri Elnur Məmmədli onların işdən çıxarılmağını tapşırıb. O, həmçinin ərizəsini yazıb özü işdən çıxmasa Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndi ilə işdən çıxarılacağını və belə olan halda isə heç bir yerdə işə qəbul ola bilməyəcəyi ilə iddiaçını hədələmişdir. Eyni zamanda qeyd etdi ki, vaxtları çox azdır, əgər təcili öz xahişi ilə işdən azad olunmaqları barədə ərizə yazmasalar günün sonunadək əmək müqavilələrinə ƏMnin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verəcəklər. Bu kimi təziqlər iş günü olmadığı halda zavodun digər vəzifəli şəxsləri tərəfindən də davam etdirildi. Qeyd olunan hədə-qorxular altında iddiaçı və yanındakı iş yoldaşı X5 guya başqa yerdə işə düzəldiyi üçün onların əmək müqavilələrinə xitam verin məzmununda ərizənin mətnini sahə rəisi Mikayıl müəllim cümlə cümlə diktə edərək yazdırdı. Bir neçə dəqiqə ərzində ərizələrinə baxıldı və işdən çıxmaq haqqında əmrləri və əmək kitabçaları onlara verilərək işdən azad olunmuşlar. İşdən çıxarılanda Məcburi köçkün olduğunu, Ailə vəziyətini ikiazyaşlı övladının olduğunu və birinin sağlamlıq imkanları məhdud 1-ci qrup əlil olduğunu bildirsə də “dəxli yoxdu əks halda əmək kitabçana ləkə düşəcək, səni heç bir yerdə işə götürməyəcəklər, bu bizim sənə yaxşılığımızdı, Socarın baş ofisi və zavod rəhbərliyinin göstərişidir” dedilər. Başına gələn qeyd edilən hadisə ilə bağlı bir neçə hüquqşünasla məsləhətləşdikdən sonra cavabdehin hərəkətlərinin qanunsuz olduğu ona bildirildiyi üçün xx.xx.2024-cü ildə zavodun direktoru Oqtay müəlimin qəbulunda olub işə bərpa olunmağını tələb etmişdir. O, bunun artıq mümkün olmadığını iddiaçıya bildirmişdir. Buna baxmayaraq işdən azad olunmağı barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv olunaraq işə bərpa olunmağına dair xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmək istəsə də müəssisənin dəftərxanasının əməkdaşları ərizəsini qəbul etməkdən imtina etdilər. Bundan sonra xx.xx.2024-cü il tarixdə işə bərpa tələbi ilə bağlı ilkin mediasiya təklifini cavabdehə müraciət etmişdir. 1 saylı Sumqaıt mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixdə ikin mediasiya sesiyası təyin edilmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən həmin tarixdə iddiaçıya “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayış” təqdim edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən hədə-qorxu üsulu ilə iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur edildiyindən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmr məhkəmə qaydasında etibarsız hesab edilərək ləğv olunmalı və xx.xx.2024-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir. Məhkəmədə İddiaçı və nümayəndəsi Nümayəndə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi M.M.Behbudov iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, İddiaçı xx.xx.2022-ci il tarixində “Etilen-polietilen” zavoduna işə qəbul edilərkən etilen və propilen anbarlarının növbə ustasının vəzifə təlimatına imza atmaqla şəxsən tanış edilmişdir. Növbə ustasının vəzifə təlimatının tələbinə görə İddiaçı həm özünün, həm də tabeçiliyində olan növbə işçilərinin əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydalarına əməl etmələrinə görə məsuliyyət daşıyır. İddiaçı isə tabeçiliyində olan işçi ilə birlikdə xx.xx.2024-cü il tarixində “A” növbəsi üzrə işdə olarkən, “A” kateqoriyalı (yanğın-partlayış təhlükəli) risk qrupuna aid olan ərazidə siqaret çəkmişdir. Həmin gün anbarlarda 1265 ton sıxılmış maye etilen qazı və 965 ton sıxılmış maye propilen qazı olmuşdur. Zavod rəhbərliyi gənc, məcburi köçkün olmağını nəzərə almış və zavod üzrə 14- 2-3-1/3-1İ-95/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmrlə ona töhmət verilmişdir. Barəsində intizam tənbehi tədbiri görüldükdən üç gün sonra xx.xx.2024 cü il tarixində ərizə ilə zavod rəhbərliyinə müraciət edərək başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün qeyd olunan tarixdən işdən azad edilməyini xahiş etmişdir. Buna görə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3- 1K-16/2024 nömrəli əmrlə ləğv edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə tam əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən zaman cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmıçdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə “Etilenpolietilen" zavodunda işə qəbul edilərkən, etilen və propilen anbarlarının növbə ustasının vəzifə təlimatına imza atmaqla şəxsən tanış edilmişdir. Növbə ustasının vəzifə təlimatının tələbinə görə iddiaçı həm özünün, həm də tabeçiliyində olan növbə işçilərinin əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydalarına əməl etmələrinə görə məsuliyyət daşıyır. İddiaçı E.Cəlilov isə tabeçiliyində olan işçi ilə birlikdə xx.xx.2024-cü il tarixdə "A" növbəsi üzrə işdə olarkən, "A" kateqoriyalı (yanğın-partlayış təhlükəli) risk qrupuna aid olan ərazidə siqaret çəkmişdir. Həmin gün anbarlarda 1265 ton sıxılmış maye etilen qazı və 965 ton sıxılmış propilen qazı olmuşdur. Zavod rəhbərliyi iddiaçının gənc, məcburi köçkün olmasını nəzərə almış və zavod üzrə 14- 2-3-1 /1İ-95/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmrlə ona töhmət vermişdir. Barəsində intizam tədbiri görüldükdən üç gün sonra, xx.xx.2024-cü il tarixdə ərizə ilə zavod rəhbərliyinə müraciət edərək, başqa işə keçməsi (əmək müqaviləsi bağlaması) ilə əlaqədar işdən azad edilməsini xahiş etmişdir. Buna görə də onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə 14-2-3- 1/3-1K-16/2024 nömrəli əmrlə ləğv edilmişdir. İddiaçı İbrahim oğlu ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən, heç bir qanun pozuntusuna yol verilməmişdir. iddiaçı öz arzusu ilə işdən azad olunmasını xahiş etmişdir. İddiaçının guya ona təsir göstərilməsi, hədəqorxu gəlinməsi kimi dəlilləri də həqiqətə uyğun deyil və özünümüdafiə xarakteri daşıyır. Belə ki, iddiaçı özünün də qeyd etdiyi kimi, magistr təhsillidir, ikinci ali təhsil alır, bir neçə ixtisas üzrə biliklərə yiyələnmişdir. Təhsilsiz, savadsız deyildir ki, onu təhdid etmək, aldatmaq, məcbur etməklə işdən çıxma əmrinə imza etdirmək mümkün olsun. Digər tərəfdən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyinin "Etilen-Polietilen" zavodu bu cür hərəkətlərə yol verməyəcək qədər nüfuzlu dövlət müəssisəsidir. Həmişə öz işçilərinin qayğısına, əmək şəraitinin yaxşılaşdırılmasına, təhlükəsizliyinə qayğı ilə yanaşmış bunu öz vədəsi hesab etməklə yanaşı, həm də insan həyatına, hüquq və vəzifələrinə hörmət hissi, vicdanlılıq prinsiplərindən çıxış edərək etmişdir və etməkdə davam edir. Göründüyü kimi, iddiaçının iddiasının təmin edilməsi üçün heç bir hüquqi əsası yoxur və buna görə də iddia rədd edilməlidir. İş üzrə müstəqil tələb irəli sürməyən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə müstəqil tələb irəli sürməyən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X7 bildirdi ki, o, iddiaçı ilə bir yerdə cavabdeh müəssisədə işləyiblər. Sahə rəisi Mikayıl 8 fevral tarixində iddiaçı ilə onu çağırıb fərdi söhbət etmişdir. Söhbət zamanı bildirmişdir ki, videonu çəkən iş yoldaşı SOCAR-ın baş ofisinə şikayət göndəribki nə üçün onlar işdən çıxarılmayıblar? və bu şikayətlə əlaqədar baş ofis və Azərkimyanın rəhbəri Elnur Məmmədli onların işdən çıxarılmağını tapşırıb. Həmçinin onlar ərizəni yazıb özü işdən çıxmasa Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndi ilə işdən çıxarılacağını və belə olan halda isə heç bir yerdə işə qəbul ola bilməyəcəkləri ilə hədələmişlər. Eyni zamanda qeyd etdi ki, vaxtları çox azdır, əgər təcili öz xahişləri ilə işdən azad olunmaqları barədə ərizə yazmasalar günün sonunadək əmək müqavilələrinə ƏMnin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verəcəklər. Bu kimi təziqlər iş günü olmadığı halda zavodun digər vəzifəli şəxsləri tərəfindən də davam etdirildi. Qeyd olunan hədə-qorxular altında iddiaçı və o, guya başqa yerdə işə düzəldiyi üçün onların əmək müqavilələrinə xitam verin məzmununda ərizənin mətnini sahə rəisi Mikayıl müəllim cümlə cümlə diktə edərək yazdırmışdır. Bir neçə dəqiqə ərzində ərizələrinə baxılıb və işdən çıxmaq haqqında əmrləri və əmək kitabçaları onlara verilərək işdən azad olunmuşlar. Məhkəmə tərəfləri və şahid ifadəsini dinləyib, iş materiallarını, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. İş materiallarında olan ******* saylı “Əmək kitabçası”nın surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə “Socar”ın Karbomid zavoduna 4-cü dərəcə “məsafədən idarəetmə pultunun operatoru” kimi işə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. İşdə olan Azərbaycan Neft və X20 Həmkarlar ittifaqı Respublika Komitəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, onun işdən çıxmağı barədə ərizə Azərbaycan Neft və X20 Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən araşdırılmışdır. Çalışdığı müəssisə “Azərikimya” İB-nin Etilen-polietilen zavodu “A” kateqoriyası zavod olduğundan tütün məlumatlarının istifadəsi üçün nəzərdə tutulmuş yerlərdən başqa istifadəsi qadağadır. Socar-ın xx.xx.2011-ci il tarixli, 93 nömrəli əmrə edilmiş xx.xx.2019-cu il tarixli, Socar **********00040020A00047 nömrəli dəyişikliklə təsdiqlənmişdir. Əmrə əsasən qeyd edilən tələblər pozulduğu təqdirdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işçinin əmək müqaviləsinə xitam verilməsi göstərilmişdir. Bundan əlavə nəzərə çatdırır ki, video görüntü tərəflərindən izlənilmiş və elektron siqaret deyil tütün tərkibli siqarət istifadə etdiyi, özünün digər işçilərin və müəssisəni təhlükə altında qoyduğu görsənilir. Belə olan halda onun işə qayıtmağı üçün Komitə tərəfindən köməklik etməkləri qeyri mümkündür. İş materiallarında olan Cavabdeh “Etilen-polietilen”zavodunun İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixində “Etilenpolietilen” zavoduna işə qəbul edilərkən etilen və propileni anbarlarının növbə ustasının vəzifə təlimatına imza atmaqla şəxsən tanış edilmisiniz. Növbə ustasının vəzifə təlimatının tələbinə görə o, həm özününün, həm də tabeçiliyində olan növbə işçilərihin əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydalarına əməl etmələrinə görə məsuliyyət daşıyır. Tabeçiliyinizdə olan aparatçı X7 ilə birlikdə xx.xx.2024-cü il tarixində “A" növbəsi Üzrə işda olarkən, “A” kateqoriyalı (yanğın-partlayış təhlükəli) risk qrupuna aid olan ərazidə siqaret çəkmişlər. Həmin gün anbarlarda 1265 ton sıxılmış maye etilen qazı və 965 ton sıxılmış maye propilen qazı olmuşdur. Zavod rəhbərliyi gənc, məcburi köçkün olmağınızı nəzərə almış və zavod, üzre 14-2-3-1/3-1İ-95/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmrlə Sizə töhmət verilmişdir. Barənizdə intizam tənbehi tədbiri görüldükdən (üç gün sonra - 08.02 2024 cü il tarixində ərizə ilə zavod rəhbərliyinə müraciət edərək başqa işəgötürənlə əmək müqaviləsi bağladığını üçün qeyd olunan tarixdən işdən azad edilməyinizi xahiş etdiyinizə ğörə Sizinlə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3-1K-16/2024 nömrəli əmrlə ləğv edilmişdir. Sizinlə bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə tam əməl edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İşə əlavə olan İnzibati tənbeh vermə haqqında MN № ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, işçi İddiaçı əmək və məzuniyyət haqlarının ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablaşmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verilməsinə görə X1 Xətalar Məcəlləsinin 192.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında xx.xx.2024-ci il tarixli, №14-2-3-1/3-1İ-95/2024 saylı intizam tənbehi haqqında əmrdən görünür ki, ƏM və TT qaydalrını pozduqlarına görə 22 saylı Hidrogenin zənginləşdirilməsi, Quru qazın və PPF-in təmizlənməsi sahəsinin növbə ustası İddiaçı həmin sahənin xammalın hazırlanması və yarımfabrikat hazır məhsulun buraxılması aparatçısı X5 Azərbaycan Respublikası ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmiş və bir daha belə hallara yol verərlərsə barələrində daha ciddi intizam tənbehi tədbiri görüləcəkdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq əmək münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X11 xx.xx.2024-cü il tarixdə saat 11:00-da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. İşin mübahisəsiz hallarından məlum olur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X6” Etilen-Polietilen zavoduna çalışmış İddiaçı 08 fevral 2024-cü il tarixdə işdən azad olunma barədə ərizə ilə cavabdehə müraciət edərək, cavabdehdən onu məhz xx.xx.2024-cü il tarixdən müəsissədə tutduğu vəzifədən azad edilməsini xahiş etmiş, işdən azad edilmə barədə imzalanan ərizədə İddiaçı öz xətti ilə adı, soyadı və işdən azad olunmaq istədiyi günü aşkar formada qeyd etmişdir. Bununla yanaşı İddiaçı işdən azad edilmə barədə sənədin tərtib olunması mərhələsində ona münasibətdə zor işlədilməsi, hədə-qorxu gəlməsi, yaxud hər hansı başqa üsulla iradəsinə zidd hərəkətlərin olduğunu təsdiq etməmiş, habelə bu halların olmadığını qəbul edərək, iddia ərizəsində bununla bağlı göstərilən dəlillərin əlavə araşdırılmasını məqsədəuyğun saymamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsüəmək müqaviləsinə xitam verilməsi əsaslarına aid edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Normadan göründüyü kimi, bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etmək işçinin hüququdur və işdən azad olunmaq istədiyi günün ərizədə göstərilməsinə və ya bunun əksi olaraq həmin tarixinin göstərilməməsinə dair qadağa yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Göründüyü kimi, qanunverici işçinin ərizə verməklə bir təqvim ayı bitdikdən sonra işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququnu müəyyən etmiş, eyni zamanda müddətlərə riayət olunmaqla işçinin tələbinin icra edilməsi işəgötürənin vəzifəsi kimi təsdiq etmişdir. Əmək Məcəlləsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Bununla yanaşı, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, zor işlədilməsi, hədə-qorxu gəlməsi və başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsinin ləğv olunması yolverilməzdir. Əmək qanunvericiliyin mənasından aydın olur ki, hədə-qorxu gəlmək, başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etmək qeyri-mümkündür və işçinin ərizəsində göstərdiyi gün işçinin istəyinə uyğun əmək müqaviləsi ləğv edilə bilər, işgötürən əmək müqaviləsini eyni tarixlə ləğv etməkdə, işçinin iradə ifadəsini təmin etmiş olur. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı heç bir kənar təsirlərə məruz qalmadan, yəni ona münasibətdə zor işlədilmədən, hədə-qorxu olmadan, yaxud hər hansı başqa üsulla iradəsinə zidd hərəkətlərə yol verilmədən könüllü qaydada ərizə tərtib edərək xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X6” Etilen- Polietilen zavodunda tutduğu vəzifəsindən azad edilməsinə dair iradə ifadəsini nümayiş edərək ərizə yazmış, bu qaydada hərəkət etməklə əmək qanunvericiliyində təsbit edilmiş hüququndan istifadə etmişdir. Bundan başqa, Əmək Məcəlləsinin 83-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq, əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı öz ərizəsi ilə işdən çıxmaq barədə ərizənin verilməsində məcbur edildiyini iddiada göstərsə də, məhkəmə iclasında bu dəllərinin yoxlanılmasına zərurət olmadığını bildirməklə əmək münasibətlərinə könüllü olaraq xitam verilməsi ilə əlaqədar müraciət etdiyini faktiki etiraf etmiş, habelə işdən azad olunma tarixini ərizədə qeyd etməməklə Əmək Məcəlləsinin 69-cu maddəsi baxımından nəzərdə tutulan “xəbərdar etmək” hüququndan imtina etmişdir. Məhkəmə bildirir ki, qanunvericiliyə əsasən iddiaçının iddia tələbi sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisidir. Məhkəmədə sübut olunmayan halları məhkəmə mövcud olmayan kimi rədd edir. Bu mənada, proses iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal yaranır. Məhkəmə qeyd edir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Sübutlar obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırıldıqdan sonra bu sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verilir. İddia tələbinin təsdiqlənməsi üçün iddia edən şəxsin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd etmək səlahiyyətindədir. Eyni zamanda məhkəmə vurğulayır ki, əmək münasibətləri iştirakçının əmək münasibətləri daxilində yaranan emosional vəziyyəti və bundan irəli gələn psixoloji durumu qanuni əsaslarla xitam verilmiş əmək münasibətlərinə təsir göstərmir, qəbul edilmiş əmrin ləğv edilməsinə səbəb olmur və yalnız qarşılıqlı razılıq əsasında tərəflər arasında yeni əmək münasibətləri yarana bilər. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini nəzərə alıb hesab edir ki, İddiaçı “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” Zavodunun xx.xx.2024-cü il tarixli, 14-2-3-1/3-1K-16/2024 nömrəli əmrini mübahisələndirməklə, qanuni əsaslarla xitam verilmiş əmək münasibətləri üzrə işə bərpa edilməsi, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbini irəli sürməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X6” Etilen-Polietilen zavoduna qarşı «işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə» dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə.
Məhkəmə qərarları › İş №e-2(060)-2972/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2972/2024
29.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver