Məhkəmə qərarları › İş №e-2(060)-2994/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-2994/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-2994/2024 15.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X5 müştərək qaydada 400000 (dörd yüz min) ABŞ dolları tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli Razılaşma imzalanmış, həmin Razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixində birgə iş görmək üçün tanışı İddiaçı 400000 ABŞ dollar xx.xx.2021-ci il tarixinədək istifadə etmək üçün aldığını təsdiq etmişdir. xx.xx.2020-ci il tarixli razılıq ərizəsinə əsasən X1 cavabdeh İddiaçı 700000 (yeddi yüz min) ABŞ dolları borc aldığı, onun 400000 (dörd yüz min) ABŞ dollarının Cavabdeh1 ticarət fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə verdiyi, tərəflərin pulun Cavabdeh1 tərəfindən birbaşa İddiaçı qaytarılmasına razı olduğu qeyd edilir. Cavabdeh aralarında bağlanmış olan razılaşmanın (əqdin) qeyd olunanlar barədə öz imzaları ilə razılığa gəlmiş və bu razılaşma ilə cavabdehlər həmin məbləği qaytarmağı öhdələrinə götürmüşlər. Sonradan Cavabdeh1 həmin razılaşma əqdinin etibarsızlığı ilə bağlı məhkəmə qaydasında iddia qaldırsa da əqdin qanuni və əsaslı olması Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-817/2023 saylı qətnaməsi ilə öz təsdiqini tapmış və həmin qətnamə ilə hazırki iş üzrə cavabdehin iddiası rədd edilmişdir. Hazırda cavabdeh və ona zamin duraraq pul görmüş digər cavabdeh X8 imzaladıqları əqd üzrə öhtəliklərini yerinə yetirmir, yəni 400000 (dörd yüz min) USD pulu geri qaytarmır. Bu səbəbdən də həmin məbləğin cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbi üzrə iddia müddəti ötürülüb və ona görədə iddia tələbi rədd edilməlidir. Bununla bağlı cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixli ərziə təqdim etmişdir. Digər Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2020-ci il tarixli razılaşmadan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixində birgə iş görmək üçün tanışı İddiaçı 400000 (dörd yüz min ) ABŞ dolları pulu Bakı şəhəri, Nərimanov rayon ərazisində 31.08 2021-ci il tarixinədək istifadə etmək üçün almışdır. Aldığı 400000 (dord yüz min) ABŞ dolları pulu göstərilən tarixdə İddiaçı qaytaracaqdır. Tərəflər arasında mübahisələrin həll edilməsi, meydana gələn fikir ayrılığı və ya mübahisələr, bir qayda olaraq, danışıqlar vasitəsi ilə həll edilir. Tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməzsə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq baxılır. Pulu alan şəxs pulu tam şəkildə geri qaytaran günə qədər hər bir halda tam cavabdehlik daşıyır. Bundan başqa Cavabdeh1 İddiaçı xx.xx.2020 - ci il tarixdə birgə iş görmək üçün aldığı 400000 (dörd yüz min) ABŞ dolları pulu müəyyən səbəblərdən ( dünyasını dəyişdikdə qaytarma imkanı olmadıqda və s.) geri qaytara bilmədikdə həmin pulu onun yaxını Cavabdeh2 İddiaçı geri qaytarmağı öz öhdəsinə götürür. Həmçinin iki tərəf arasında verilən vədlərə əməl edilmədikdə pulu verən İddiaçı 1 ay öncədən pulu alan Cavabdeh1 aldığı məbləği geri qaytarması ilə bağlı xəbərdarlıq etməklə geri tələb edə bilər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1871/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilməsi, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-817/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1871/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı ilə bağlanmış 01 dekabr 2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3-6/2-A-17631-1/2024 saylı, 17 may 2024-cü il tarixli məlumat məktubundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2268/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-817/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi MPM-nin 419.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-83/2023 saylı, xx.xx.2023-cü nil tarixli hökmündən görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilməməsi, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanması. mülki iddianın qismən təmin edilməsi, mülki İddiaçı mülki iddiası qismən təmin edilməsi, X2 442000 (dörd yüz qırx iki min) manat və dövlət rüsumu olaraq ödənilmiş 832 (səkkiz yüz otuz iki) manat, ümumilikdə 442832 (dörd yüz qırx iki min səkkiz yüz otuz iki) manat pul tutularaq İddiaçı ödənilməsi hökm edilmişdir. Həmin hökmdə zərərçəkmiş şəxs İddiaçı məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən görünür ki, Bəhruz ondan aldığı 400000 ABŞ dolları puldan 102000 ABŞ dollarını Abbasquluya vermişdir ki, sonuncu həmin pulu ona versin, Abbasqulu həmin 102000 ABŞ dollarını ona vermis, lakin öz borcundan qaytarılmalı pul kimi vermişidr. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli Razılaşma imzalanmış, həmin Razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixində birgə iş görmək üçün tanışı İddiaçı 400000 ABŞ dollar xx.xx.2021-ci il tarixinədək istifadə etmək üçün aldığını təsdiq etmişdir. Həmin pulu Cavabdeh1 geri qaytara bilmədikdə həmin pulu babayev X9 Məhərrəmova geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Sonradan Cavabdeh1 həmin razılaşma əqdinin etibarsızlığı ilə bağlı məhkəmə qaydasında iddia qaldırsa da əqdin qanuni və əsaslı olması Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-817/2023 saylı qətnaməsi ilə öz təsdiqini tapmış və həmin qətnamə ilə hazırki iş üzrə cavabdehin iddiası rədd edilmişdir. Hazırda cavabdeh və ona zamin duran digər cavabdeh X8 imzaladıqları əqd üzrə öhdəliklərini yerinə yetirmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi mülki qanunvericiliyin prinsiplərinin mahiyyəti açıqlamasım verməklə, göstərir ki, “mülkiyyətin toxunulmazlığı”, “mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması”, “pozulmuş hüquqların bərpasının təmin edilməsi” və “mülki hüquqların məhkəmə müdafiəsi” (6.1.5, 6.1.7 və 6.1.9-cu maddələr) mülki qanunvericiliyin başlıca prinsipləri olmaqla, bu tələblərə ciddi əməl edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə zamin Cavabdeh2 münasibətdə hesab edir ki, zaminlik müqaviləsində nəzərdə tutulmuş müddət ərzində iddiaçının ona qarşı tələbi olmadığı üçün zaminliyə xitam verilməlidir. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar ərizəsinə münasibətdə, Məhkəmə qeyd edir ki, iş materillarında olan xx.xx.2020ci il tarixli razılaşmaya əsasən cavabdeh pulu xx.xx.2021-ci il tarixdə qaytarmaq öhdəliyi götürmüşdür. Hazırki iddia ilə iddiaçı Məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir, göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələblərinə riayət etmişdir. Belə ki, həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1(101)-83/2023 saylı cinayət işinin istintaqı zamanı İddiaçı verdiyi ifadədədə qeyd etdikləri, yəni Cavabdeh1 ondan aldığı pulun 102000 ABŞ dolları hissəsinin qaytardığı nəzərə alınmalı və Cavabdeh1 298000 ABŞ dolları alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 298000 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə borc alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar