Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-3006/2025 27.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 Saylı Dövlət Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mülkiyyət hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras əmlakın qəbul edilməsi, miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 Saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1998-ci il tarixli, 2V-41,42 reyestr nömrəli, 27 iyun 2002-ci il tarixli 2V-28 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, onların əsasında verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras əmlakın qəbul edilməsi, **-BE-*** dövlət qeydiyyat nişanlı, QAZ-21-R minik markalı avtomaşının, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 450 saylı fərdi yaşayış evinin -miras əmlakların vərəsələr-Cavabdeh1, Cavabdeh3, İddiaçı arasında 1/3 hissədə bərabər paylarla bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin baxış iclası xx.xx.2025-ci il tarixə, saat 09:30-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2011-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 Saylı Dövlət Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mülkiyyət hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras əmlakın qəbul edilməsi, miras əmlak üzərində payların müəyyən edilməsitələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.7, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 Saylı Dövlət Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, mülkiyyət hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, miras əmlakın qəbul edilməsi, miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №e-2(060)-3006/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-3006/2025
27.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver