Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-3044/2023 17.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçının hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 640,06 manat borcun və bu borca illik 5%-lə hesablanmış 34,67 manat əldən çıxmış faydanın, yəni ümumilikdə 674,73 manat pul vəsaitinin və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz (284-4.2.). Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır (284-4.3.). Verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir (279.2.2.). Göründüyü kimi iddiaçı cavabdehə ona məxsus olan plastik kartı təqdim etdiyini, cavabdehin həmin plastik kartda olan pul vəsaitindən istifadə etdiyini və həmin pul vəsaitini geri qaytarmadığını bildirərək, həmin pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir. Lakin, iddia ərizəsinə tərəflər arasında plastik kartın cavabdehə verilməsinə dair bağlanmış müqavilə, ödəniş cədvəli, maliyyə arayışı əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etmədiyi üçün kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. Qeyd edilməlidir ki, kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin icraata qəbulundan imtina olunması iddiaçının ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-4-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-3044/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-3044/2023
17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver