Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-3107/2025 23.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı “kirayə müqaviləsinə xitam verilməsi, mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Cavabdeh qarşı iddia qaldıraraq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2023-cü il tarixli, KM3245 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, Cavabdeh Fonda məxsus Sumqayıt şəhəri, Bulvar küçəsi 27C, M2, m4 yaşayış sahəsindən çıxarılması və mənzilin boşaldılaraq Fonda təhvil verilməsi, satmaq öhdəliyi ilə kirayə müqaviləsinə əsasən ödənilməli aylıq ödənişlər üzrə yaranmış üzrə 2485,27 manat məbləğində borc, o cümlədən 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi Nümayəndə barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh barışıq sazişinin şərtləri ilə razı olduğunu və təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən iddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu sazişi imzalamışlar: 2.1. Tərəflər razılığa gəlirlər ki, bu saziş imzalandıqdan və Sumqayıt Şəhər Məhkəməsi (bundan sonra - məhkəmə) tərəfindən təsdiq edildiyi tarixdən etibarən tərəflər arasında bağlanmış 25 yanvar 2023-cü il tarixli, KM3245 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsi (bundan sonra – kirayə müqaviləsi) üzrə mübahisələr təkrar davam etdirilir və tərəflər kirayə müqaviləsi üzrə hüquq və vəzifələrini icra edəcəkdir. 2.2. Birinci tərəf təsdiq edir ki, bu saziş imzalandığı tarixdən etibarən kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəli üzrə aylıq ödənişlərini cədvəl üzrə vaxtlıvaxtında həyata keçirəcəkdir. 2.3. Tərəflər təsdiq edir ki, birinci tərəf 22 sentyabr 2025-ci il tarixindək ümumilikdə ödənilməmiş borcu olan 9943.81 (doqquz min doqquz yüz qırx üç manat 81 qəpik) manat vəsaiti ikinci tərəfə nağdsız qaydada ödəmişdir. 2.4. Birinci tərəf təsdiq edir ki, həmçinin kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq aylıq qaydada kirayə haqqını ödəyəcəkdir. 2.5. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.4-cü bəndində qeyd olunan öhdəliklər nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə ikinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verir, o cümlədən ödənilməmiş qalıq borc məbləğindən əlavə qanunvericiliyə uyğun olaraq gecikmə faizi, zərər və əldən çıxmış faydanı ondan tələb edə bilər. 2.6. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.4-cü bəndində qeyd olunan öhdəlik onun tərəfindən nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə, o cümlədən qeyd olunan səbəblərdən ikinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verdikdə, birinci tərəf kirayə müqaviləsi üzrə istifadəsinə verilmiş mənzili boşaldaraq ikinci tərəfə 5 (beş) iş günü ərzində təhvil verir və 10 (on) iş günü müddətində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını təmin edir. Mənzil təhvil verilmədiyi təqdirdə ikinci tərəf mənzilin boşaldılması və təhvil verilməsi, o cümlədən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üzrə bu sazişin məcburi icrası üçün məhkəməyə müraciət edir. 2.7. Bu Sazişin imzalanması və məhkəmə tərəfindən təsdiq edilməsi əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız bu sazişin və tərəflər arasında bağlanılmış kirayə müqaviləsinin şərtləri etibarlıdır. 2.8. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq nümayəndələrini, hazırkı və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin məhkəmə tərəfindən təsdiq edildiyi ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.9. Tərəflər razılığa gəlirlər ki, bu saziş təsdiq edilənədək yaranmış məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkillə ödənilən xərcləri tərəflərin özləri qarşılayırlar. 2.10. Bu Saziş icra edilmədiyi təqdirdə məcburi icra üçün Tərəflərdən biri icra sənədinin verilməsi üçün məhkəməyə müraciət edir. Əgər hər hansı tərəf digər tərəfə qarşı bu Sazişin icrası ilə əlaqədar məcburi icra üzrə icra orqanına müraciət edərsə, həmin tərəfin icra ilə əlaqədar tədbirlər görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəyir. 2.11. Bu saziş məhkəmə qərarı ilə təsdiq edildiyindən, sazişin məcburi icrası məhkəmənin verdiyi icra sənədinə əsasən həyata keçirilir. 2.12. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan bu sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Bu sazişin hər hansı müddəsi səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddələr hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bu sazişi imzalayaraq təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar bu sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya bu sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar bu sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdə birinci tərəf, qanunvericiliklə tələb edildiyi hallar və ya İkinci tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla, bu sazişin bağlanılması zamanı əldə edilmiş hər hansı bir məlumatı, sənədləri və ya bu sazişin məzmununu məxfi saxlamaq və bunu heç kimə açıqlamamaq vəzifələrini təsdiq edir. Bu sazişin məzmununun üçüncü şəxslərə açıqlanmasına görə birinci tərəf məsuliyyət daşıyır. 3.4. Bu saziş bütün tərəflər tərəfindən imzalanana və məhkəmə tərəfindən təsdiq edilənədək heç bir tərəf üçün məcburi olmayacaqdır; saziş imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. 3.5. Bu saziş 3 nüsxədə imzalanır, tərəflərin hər birində bir nüsxə qalmaqla, digər nüsxə təsdiq üçün məhkəməyə təqdim ediləcəkdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin barışıq sazişi imzalaması qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 114.1, 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı “kirayə müqaviləsinə xitam verilməsi, mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış 23 sentyabr 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlər əsasında təsdiq edilsin: 2.1. Tərəflər razılığa gəlirlər ki, bu saziş imzalandıqdan və Sumqayıt Şəhər Məhkəməsi (bundan sonra - məhkəmə) tərəfindən təsdiq edildiyi tarixdən etibarən tərəflər arasında bağlanmış 25 yanvar 2023-cü il tarixli, KM3245 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsi (bundan sonra – kirayə müqaviləsi) üzrə mübahisələr təkrar davam etdirilir və tərəflər kirayə müqaviləsi üzrə hüquq və vəzifələrini icra edəcəkdir. 2.2. Birinci tərəf təsdiq edir ki, bu saziş imzalandığı tarixdən etibarən kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəli üzrə aylıq ödənişlərini cədvəl üzrə vaxtlıvaxtında həyata keçirəcəkdir. 2.3. Tərəflər təsdiq edir ki, birinci tərəf 22 sentyabr 2025-ci il tarixindək ümumilikdə ödənilməmiş borcu olan 9943.81 (doqquz min doqquz yüz qırx üç manat 81 qəpik) manat vəsaiti ikinci tərəfə nağdsız qaydada ödəmişdir. 2.4. Birinci tərəf təsdiq edir ki, həmçinin kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq aylıq qaydada kirayə haqqını ödəyəcəkdir. 2.5. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.4-cü bəndində qeyd olunan öhdəliklər nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə ikinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verir, o cümlədən ödənilməmiş qalıq borc məbləğindən əlavə qanunvericiliyə uyğun olaraq gecikmə faizi, zərər və əldən çıxmış faydanı ondan tələb edə bilər. 2.6. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.4-cü bəndində qeyd olunan öhdəlik onun tərəfindən nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə, o cümlədən qeyd olunan səbəblərdən ikinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verdikdə, birinci tərəf kirayə müqaviləsi üzrə istifadəsinə verilmiş mənzili boşaldaraq ikinci tərəfə 5 (beş) iş günü ərzində təhvil verir və 10 (on) iş günü müddətində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını təmin edir. Mənzil təhvil verilmədiyi təqdirdə ikinci tərəf mənzilin boşaldılması və təhvil verilməsi, o cümlədən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üzrə bu sazişin məcburi icrası üçün məhkəməyə müraciət edir. 2.7. Bu Sazişin imzalanması və məhkəmə tərəfindən təsdiq edilməsi əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız bu sazişin və tərəflər arasında bağlanılmış kirayə müqaviləsinin şərtləri etibarlıdır. 2.8. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq nümayəndələrini, hazırkı və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin məhkəmə tərəfindən təsdiq edildiyi ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.9. Tərəflər razılığa gəlirlər ki, bu saziş təsdiq edilənədək yaranmış məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkillə ödənilən xərcləri tərəflərin özləri qarşılayırlar. 2.10. Bu Saziş icra edilmədiyi təqdirdə məcburi icra üçün Tərəflərdən biri icra sənədinin verilməsi üçün məhkəməyə müraciət edir. Əgər hər hansı tərəf digər tərəfə qarşı bu Sazişin icrası ilə əlaqədar məcburi icra üzrə icra orqanına müraciət edərsə, həmin tərəfin icra ilə əlaqədar tədbirlər görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəyir. 2.11. Bu saziş məhkəmə qərarı ilə təsdiq edildiyindən, sazişin məcburi icrası məhkəmənin verdiyi icra sənədinə əsasən həyata keçirilir. 2.12. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan bu sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Bu sazişin hər hansı müddəsi səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddələr hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bu sazişi imzalayaraq təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar bu sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya bu sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar bu sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdə birinci tərəf, qanunvericiliklə tələb edildiyi hallar və ya İkinci tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla, bu sazişin bağlanılması zamanı əldə edilmiş hər hansı bir məlumatı, sənədləri və ya bu sazişin məzmununu məxfi saxlamaq və bunu heç kimə açıqlamamaq vəzifələrini təsdiq edir. Bu sazişin məzmununun üçüncü şəxslərə açıqlanmasına görə birinci tərəf məsuliyyət daşıyır. 3.4. Bu saziş bütün tərəflər tərəfindən imzalanana və məhkəmə tərəfindən təsdiq edilənədək heç bir tərəf üçün məcburi olmayacaqdır; saziş imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. 3.5. Bu saziş 3 nüsxədə imzalanır, tərəflərin hər birində bir nüsxə qalmaqla, digər nüsxə təsdiq üçün məhkəməyə təqdim ediləcəkdir. İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı “kirayə müqaviləsinə xitam verilməsi, mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə icraata tərəflər arasında barışıq sazişinin bağlanması ilə əlaqədar xitam verilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna geri qaytarılsın (qəbz №: **********). Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №e-2(060)-3107/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-3107/2025
23.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver