Məhkəmə qərarları › İş №e-2(060)-315/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-315/2025

21.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-315/2025 21.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, X11 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, X11, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt Şəhər 3 saylı Notariat Kontoru və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi olmaqla) vərəsəlik şəhadətnamələrinin qismən etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras-əmlakda payın müəyyən edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 may 2021-ci ildə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 115,1 kv/m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,0845 ha olan torpaq sahəsinə verilmiş reyestrdə 2V-150, 2V-151, 2V-152 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, 3M-557 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi qismən etibarsız hesab edilsin, mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək həmin mənzil üzərində onun 1⁄3 hissədə qanun üzrə vərəsəlik hüququnun tanınması, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 115,1 kv/m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,0845 ha olan torpaq sahəsinə Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilməsi haqqında 3 saylı notariat ofisinə yalan məlumat vermiş Cavabdeh1 əməllərində AR CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət əməlinin əlamətləri olduğundan bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, məhkəmədən 07 may 2021-ci ildə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 115,1 kv/m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,0845 ha olan torpaq sahəsinə X7 verilmiş reyestrdə 2V- 150, Cavabdeh1 verilmiş reyestrdə 2V-151, Cavabdeh3, X11, Cavabdeh5, Cavabdeh6 verilmiş reyestrdə 2V-152 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, X12, Cavabdeh5, Cavabdeh6 tərəfindən verilmiş 3M-557 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi hissəsində qismən etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək həmin əmlaklar üzərində onun ¼ hissədə qanun üzrə vərəsəlik hüquqlarının tanınması, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 115,1 kv/m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,0845 ha olan torpaq sahəsinə Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilməsi haqqında 3 saylı notariat ofisinə yalan məlumat vermiş Cavabdeh1 əməllərində AR CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət əməlinin əlamətləri olduğundan bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun babası X9 xx.xx.1979-cü ildə vəfat etmişdir. Babasından Sumqayıt şəh., Corat qəs., 75 ünvanda yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş ev miras əmlak kimi qalmışdır. 1988-ci ildə İddiaçı atası X16, 2013-cü ildə isə onun əmisi X17 da vəfat etmişdir. Hazırda babasindan miras qalmış əmlak əmisi Cavabdeh1 və digər vəfat etmiş əmisi X13 varisləri tərəfindən tutumuş və vəfat etmiş atasının qanun üzrə vərəsəsi kimi ona çatası pay da əmiləri tərəfindən zəbt edilmişdir. Qeyd olunan məsələ barədə 2024-cü ilin yay aylarında bilən kimi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 2 saylı Sumqayıt Ərazi İdarəsinə sorğu ilə müraciət edilmişdir. Həmin sorğuya verilən cavabdan müəyyən olnur ki, ərazi idarəsində mövcud olan arxiv məlumatlarına əsasən ünvan 4 ünvanda yerləşən fardi iaşayış evi üzərində 29 aprel 2021 il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə X4 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusunun 7 may 2021 il tarixli, 2V-150, 2V-151, 2V-152 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə və 3M-557 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirmişdir. Bundan sonra Sumqayıt şəhər 3 saylı Notariat ofisinə sorğu göndərilmiş və notariusun 02 avqust 2024 il tarixli cavabından müəyyən olunmuşdur ki, - Şəhadətnamə verilən miras əmlak : 26.04.21 ildə X5 verilmiş **********99-10301 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt ş., Corat q., ev 75 ünvanda yerləşən ümumi sahəsi 115,1 kv/m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0,0845 ha olan torpaq sahəsindən ibarətdir. - 07 may 2021 il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrdən göründüyü kimi 20.04.79 ildə vəfat etmiş X4 oğlu X17 xx.xx.2013 ildə ölməsi ilə əlaqədar miras onun vərəsələri: gəlini Cavabdeh3, nəvəsi X8, nəvəsi Cavabdeh5, nəvəsi Cavabdeh6 kecir və onların hər biri miras əmlakdan 1/12 hissədə pay almalışlar, - 07 may 2021 il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrdən göründüyü kimi 20.04.79 ildə vəfat etmiş X4 vərəsəsi oğlu Cavabdeh1dur və o miras əmlakdan 1/3 hissədə pay almışdır, - 07 may 2021 il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrdən göründüyü kimi 20.04.79 ildə vəfat etmiş X4 vərəsəsi qızı Cavabdeh2dır və o miras əmlakdan 1/3 hissədə pay almışdır, - Sumqayıt şəhər 3 saylı Notariat ofisində bağlanmış 07 may 2021 il tarixli Miras payının bağışlanması müqaviləsinə əsasən Cavabdeh3, X11, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 onlara düşən miras paylarını Cavabdeh1 bağışlamışlar. Qohumları tərəfindən aldadıldığını bildikdən sonra Sumqayıt şəhər 1saylı Notariat ofisinə müraciət etmiş və notariusun 19 avqust 2024 il tarixli cavabında qeyd olunur ki, onun tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddət ərzində müraciət etmədiyi üçün o, vərəsələr sırasına daxil edilməmişdir. Halbuki, o, mütəmadi olaraq həmin evə gedib-gəlmiş və qohumları tərəfindən aldadılaraq miras əmlakın zəbt olunmasını 2024-cü ili yay aylarlnda bilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində, onu aldatması və onun vərəsə kimi mövcud olmamağı haqqında notariusa yalan məlumat verməsi nəticəsində o qanunsuz olaraq babasından qalan hər iki daşınmaz əmlaklar – Sumqayıt ş., Corat q., ev 75 ünvanda yerləşən ümumi sahəsi 115,1 kv/m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,0845 ha olan torpaq sahəsinə vərəsəlik şəhadətnaməsi almağa nail olmuşdur. Cavabdehin və maraqlı şəxslərin qanunsuz hərəkətləri olmasa idi, göstərilən əmlaklarda o, birinci növbəli varislərdən biri kimi miras payı almalı idi. Bu miras payı hər bir əmlakın 1⁄4 hissəsini əhatə etməli idi. Hesab edir ki, o, vəfat etmiş babası X4 miras qalmış əmlaklarından qanun üzrə ona düşən vərəsəlik payını almalı, onun qanun üzrə vərəsəlik hüququm tanınmalıdır. Məhkəmə iclasında Cavabdeh6, Cavabdeh5, X11, Cavabdeh2 və Cavabdeh3 cavabdehlər qismində işə cəlb edilmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Həmin ünvanda qeydiyyatda olmamışdır. Miras-əmlakdan xəbərdar olmuşdur. Bölgü olan zaman onu çağıracaqlarını bildirmişlər. Lakin onu çağırmamışlar. Notariusdan xəbəri olmadığı üçün oraya getməmişdir. Bölgüdən xəbəri olmamış, onu notariusa çağırmamışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. 45 ildir ki, oradan çıxmışdır. Qardaşı evi atasının adından öz adına keçirtmək istəmişdir. Notariusa gedilmiş və ada keçməyinə imza çəkmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı onun yanına gələrək, qardaşının Ukranyadan gəldiyini demişdir. Bildirmişdir ki, ona düşən paya aid hissədə ev tiksin. Onlarda bildirmişdir ki, 5 qardaş və bir bacıdırlar. Bölünəndən sonra nə qədər pay düşsə götürər. Notariusa gedilmiş, bildirilmişdir ki, qeydiyyatda olan adamlar vardır. Onlar da qol çəkməlidirlər. İddiaçının xəbəri olmuşdur. Ona deyilmişdir ki, həyət ölçülər və hərəyə uyğun pay verilər. Özü gəlməmiş və notariusda da ehtiyac olmamışdır. İddiaçı həmin mənzildə heç vaxt yaşamamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, 45 ildir ki, oraya gəlin gəlmişdir. Qaynanasına o baxmışdır. Heç kəs orada nə isə etməmişdir. Yazılı surətdə bildirməsə də, demişdir ki, hamının nəyi isə vardır. Həyət isə Eldar və Ağakərimindir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh5 və X11 məhkəmə iclasında hər hansı əlavələr səsləndirməmişdirlər. Sumqayıt Şəhər 1 saylı Notariat Ofisi 26 fevral 2025-ci il tarixdə məhkəmə ərizə ilə müraciət edərək göstərmişdir ki, bildiriş notariat ofisinə xx.xx.2025-ci il tarixdə daxil olduğundan məhkəmə baxış iclasınadək məhkəmə iclasında iştirak etməyi ilə bağlı bildirişin cavablandırılması mümkün olmamışdır. Həmçinin, Sumqayıt şəhər 1 saylı notariat ofisinin iş rejimini və əhalinin sıxlığını nəzərə alaraq növbəti tarixə təyin olunacaq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və qeyd olunanların nəzərə alınaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 1925 nömrəli, 19 avqust 2024-cü il tarixli məlumatdan görünür ki, xx.xx.1988-ci ildə vəfat etmiş atası – X14 xx.xx.1979-cu il tarixdə vəfat etmiş atası – X2 qəbul etdiyi, lakin vərəsəlik hüquqlarını rəsmiləşdirmədiyi Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 75 nömrəli fərdi yaşayış evinə və 0.0845 ha torpaq sahəsinə dair bacısı – Cavabdeh2, qardaşı – Cavabdeh1, qardaşının arvadı – Cavabdeh3, qardaşının qızı – Cavabdeh5, qardaşının qızı – X8, qardaşının qızı – Cavabdeh6 xx.xx.2021-ci il tarixdə 2V-150, 151, 152 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Onlar tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində müraciət etmədikləri üçün onlar vərəsələr sırasına daxil olmamışdırlar. Bu səbəbdən də 2V-150, 151, 152 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri məhkəməyə müraciət etməklə mübahisələndirə bilməyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 2V-152 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1979-cu il tarixdə vəfat etmiş X4 oğlu – X13 xx.xx.2013-cü ildə ölməsi ilə əlaqədar miras onun gəlini – Cavabdeh3, nəvəsi – X11, nəvəsi – Cavabdeh5, nəvəsi – Cavabdeh6 keçir və onların hər biri miras əmlakdan ½ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X5 verilmiş **********99-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 115.1 kv/m olan fərdi yaşayış evindən və DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X5 verilmiş **********99-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0845 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 2V-151 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1979-cu il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdeh1dur və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X5 verilmiş **********99-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 115.1 kv/m olan fərdi yaşayış evindən və DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2021ci il tarixdə X5 verilmiş **********99-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0845 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 2V-150 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1979-cu il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdeh2dır və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X5 verilmiş **********99-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 115.1 kv/m olan fərdi yaşayış evindən və DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2021ci il tarixdə X5 verilmiş **********99-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0845 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X4 adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 fevral 2013-cü il tarixli, AZ-İ seriyalı, 610178 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 17 fevral 2013-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin 02-ci ayının 27-ci günündə 336 nömrə ilə qeyd edilmişdir. Sumqayıt Şəhər Nikah evi tərəfindən verilmiş 02 yanvar 2003-cü il tarixli, İİ-AZ seriyalı, 028798 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X15 02 yanvar 2003-cü il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2003-cü ilin yanvar ayının 02-ci günündə 04 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh6, Cavabdeh5, X11, Cavabdeh2, Cavabdeh3 tərəfindən notariat ofisinə ünvanlanmış ərizələrdən görünür ki, mirasın tərkibi irs qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsini qəbul edirlər. İş materiallarında olan reyestrdə 3M-557 nömrə ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmiş 07 may 2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh6, Cavabdeh5, X11, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 miras paylarını Cavabdeh1 bağışlamışlar. İş materiallarında olan 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli, 3-16-5/8-T/1-10xx-xx/2023 nömrəli arayışın surətindən görünür ki, X16 12 mart 1955-ci il tarixdə Xızı rayonu, Yaşma qəsəbəsində anadan olmuşdur. Bu barədə xx.xx.1955-ci il tarixdə Xızı rayonu, Şuraabad qəsəbə icra nümayəndəliyi tərəfindən 19 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası isə X6r. Şəxs vəfat etmiş və ölümü Sumqayıt Şəhər Corat icra nümayəndəliyi tərəfindən xx.xx.1988-ci il tarixində 13 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, AZ 5021, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi (yeni qaydalarla: AZ 5021, ünvan 6) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, AZ 5021, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi (yeni qaydalarla: AZ 5021, ünvan 7) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən – Cavabdeh1 tam mülkiyyət üzrə ona məxsus ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.0845 ha olan torpaq sahəsinin 0.0401 ha hissəsini və onun üzərində yerləşən ümumi sahəsi 299.1 kv/m olan fərdi yaşayış evinin 82.9 kv.m-ni qardaşının arvadı olan hədiyyə alan – Cavabdeh3 mülkiyyətinə verir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ (...) Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1274. Mirasın bölüşdürülməsi anlayışı Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Maddə 1291.Əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarı Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2021-ci il tarixli Qərarı ...Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçının babası X9 20 aprel 1979-cu il tarixdə vəfat etmişdir. Miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, 75 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən ibarət olmuşdur. 07 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən xx.xx.1979-cu il tarixində vəfat edən X4 miras əmlakı (torpaq sahəsi və fərdi yaşayış evi) vərəsələri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh1 verilmişdir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.1979-cu il tarixdə vəfat etmiş X4 oğlu – X13 xx.xx.2013-cü ildə ölməsi ilə əlaqədar miras onun gəlini – Cavabdeh3, nəvəsi – X11, nəvəsi – Cavabdeh5, nəvəsi – Cavabdeh6 keçir və onların hər biri miras əmlakdan ½ hissədə pay almışdırlar. Hal-hazırda İddiaçı 07 may 2021-ci ildə ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 115,1 kv/m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,0845 ha olan torpaq sahəsinə X7 verilmiş reyestrdə 2V-150, Cavabdeh1 verilmiş reyestrdə 2V-151, Cavabdeh3, X11, Cavabdeh5, Cavabdeh6 verilmiş reyestrdə 2V-152 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, X12, Cavabdeh5, Cavabdeh6 tərəfindən verilmiş 3M-557 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi hissəsində qismən etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək həmin əmlaklar üzərində onun ¼ hissədə qanun üzrə vərəsəlik hüquqlarının tanınması, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 115,1 kv/m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,0845 ha olan torpaq sahəsinə Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilməsi haqqında 3 saylı notariat ofisinə yalan məlumat vermiş Cavabdeh1 əməllərində AR CMnin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət əməlinin əlamətləri olduğundan bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair məhkəmədə iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Qərarda həmçinin qeyd olunmuşdur ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Belə olan halda məhkəmə qeyd edir ki, X9 20 aprel 1979-cu il tarixdə vəfat etdiyindən, 1988-ci ildə İddiaçı atası X16, 2013-cü ildə isə onun əmisi X17 da vəfat etmişdir.Hazırkı mübahisəyə Mülki Məcəllənin qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında iddiaçı miras əmlakdan xəbərdar olduğunu bildirməklə, yalnız vərəsəliyə çağırılmamasını bildirmişdir. Qeyd olunan hal özözlüyündə iddia tələbinin əsassız olmasını şərtləndirir və məhkəmənin bu qənaətinə gəlməsinə imkan verir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Lakin işin hallarından görünür ki, iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsinin tələblərinə uyğun olaraq, mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduğunu bəyan etməmiş, notariat kontoruna müraciət etməmişdir. Bundan başqa, adı çəkilən vərəsənin mirası faktiki qəbul etməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, X11, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt Şəhər 3 saylı Notariat Kontoru və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi olmaqla) vərəsəlik şəhadətnamələrinin qismən etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mirasəmlakda payın müəyyən edilməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin edilmədiyi üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, X11, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt Şəhər 3 saylı Notariat Kontoru və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi olmaqla) vərəsəlik şəhadətnamələrinin qismən etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras-əmlakda payın müəyyən edilməsi tələbi barədə iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar