Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3165/2022 07.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İlkin iddia üzrə iddiaçılar qarşılıqlı idddia tələbi üzrə cavabdehlər İddiaçı1 Rafiq oğlunun nümayəndəsi və vəkili Vəkil və İddiaçı2, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi “İdrak Liseyi”nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçılar-cavabdehlər İddiaçı1 Rafiq oğlu və İddiaçı2 cavabdeh-iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi “İdrak Liseyi”nə qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə və cavabdeh-iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi “İdrak Liseyi”nin iddiaçılarcavabdehlər İddiaçı1 Rafiq oğlu və İddiaçı2 qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddiaçılar İddiaçı1 Rafiq oğlunun nümayəndəsi və vəkili Vəkil və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi “İdrak Liseyi”nə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi “İdrak Liseyindən” ödənilmiş təhsil haqqı 8000 (səkkiz min) manat, mənəvi zərər 2000 (iki min) manat olmaqla cəmi 10000 (on min) manat və dövlət rüsumu kimi ödənilmiş 120 manat pulun alınıb İddiaçı1 Rafiq oğlu və İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi “İdrak Liseyi”nin cavabdehlər İddiaçı1 Rafiq oğlu və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı1 Fəxri Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 4331 manat və dəbbə pulu olan 2030 manat, Mehrin Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 4331 manat və dəbbə pulu olan 2030 manat Cavabdeh xeyrinə tutulması, Cavabdeh X1 Cavid Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 1040 manat Cavabdeh xeyrinə tutulması və qarşılıqlı iddianın verilməsi üçün 131,29 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İdrak Liseyinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi “İdrak Liseyi” iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, cavabdeh İddiaçı1 Fəxri Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 4331,6 manat və dəbbə pulu olan 6425,3 manat, Mehrin Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 4331,6 manat və dəbbə pulu olan 6425,3 manat Cavabdeh xeyrinə tutulmalı, cavabdeh X1 Cavid Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 1040 manat və dəbbə pulu borcu olan 4160 manat Cavabdeh xeyrinə tutulmalı və qarşılıqlı iddianın verilməsi üçün 171 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İdrak Liseyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçı-cavabdeh İddiaçı1 Rafiq oğlunun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək qarşılıqlı iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı1 Rafiq oğlunun uşağı X12 2018-ci il tarixdən etibarən “İdrak Liseyində" (Bakı filialı) təhsil alır. 30 sentyabr 2021-ci il tarixdə, 2021-2022 tədris ili üçün X5 təhsil haqqı olaraq 5000 manat, 12 oktyabr 2021-ci il tarixdə 3000 manat olmaqla, cəmi 8000 manat ödəniş edilmişdir. Ödəniş etdikdən iki həftə sonra Mehrin Fərəclinin valideyinləri uşaqlarının təhsilini başqa təhsil müəsissəsində davam etdirmələri üçün lisey rəhbərliyinə bildirib və ödəniş etdikləri təhsil haqqının qaytarılmasını istəmişlər. Lakin bü günə kimi ödənilmiş səkkiz min manat məbləğin qaytarılması təmin olunmamışdır. İddiaçı1 və İddiaçı2 (uşağın nənəsi) hüquqlarının müdafiə olunması üçün onunla müqavilə bağladıqdan sonra o, rəsmi qaydada “İdrak liseyinə” (Bakı filialı) ödənilmiş məbləğin uşağın valideyinlərinə qaytarılmasını və təhsil xidmətlərinin göstərilməsinə dair müqaviləninin bir nüsxəsinin ona göndərilməsini xahiş etməyinə baxmayaraq rəsmi olaraq müraciətinəə heç bir cavab verilməmiş, telefon vasitəsilə əlaqə saxlanılaraq ödəniş etməkdən imtina etmişlər. Digər tərəfdən cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının səhhətində problemlər yarandığından o, ağır günlər keçirmiş və bununla əlaqədar ona mənəvi zərər də dəymişdir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi olaraq 2000 manat ziyan dəymişdir. Bundan əlavə o, iddia tələbi təmin olunduğu halda cavabdehdən tutulan məbləğin İddiaçı1 Rafiq oğlunun xeyrinə tutulmasını istəyir. Göstərilənləri nəzərə alaraq, qarşılıqlı iddia tələbinin rədd edilməsini və Azərbaycan Respublikası Təhsil Nazirliyi “İdrak Liseyindən” ödənilmiş təhsil haqqı 8000 (səkkiz min) manat, mənəvi zərər 2000 (iki min) manat olmaqla cəmi 10000 (on min) manat və dövlət rüsumu kimi ödənilmiş 120 manat pulun alınıb İddiaçı1 Rafiq oğluna ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 iddiaçı-cavabdeh İddiaçı1 Rafiq oğlunun nümayəndəsi və vəkili Vəkil izahatına uyğun izahat verərək ilkin iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini və qarşılıqlı iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini, eyni zamanda cavabdehdən tutulmalı olan məbləğin tək İddiaçı1 Rafiq oğlunun xeyrinə tutulmasına etiraz etmədiyini və qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmədə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi “İdrak Liseyi”nin nümayəndəsi Nümayəndə ilkin iddia tələbini qəbul etməyərək qarşılıqlı iddia tələbini müdafiə edərək göstərdi ki, ilkin iddia tələbi üzrə iddiaçılar (bundan sonra cavabdehlər) İddiaçı1 və Fəxriyyə Yusifzadənin Cavabdehnə aramızda bağlanmış təhsil xidmətlərinin göstərilməsinə dair müqavilələr üzrə ümumilikdə 13763 manat məbləğində təhsil haqqı borcları vardır. Belə ki, şagird Fəxri Fərəcliyə təhsil xidmətlərinin göstərilməsi üçün cavabdeh İddiaçı1 ilə Cavabdeh arasında 09 iyul 2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilərin 5.1-ci maddəsinə əsasən İddiaçı1 Cavabdehnə hər təhsil ili üçün 8000 manat təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 2020-2021-ci təhsil ili üçün üzərinə düşən öhədliyi icra etməmiş və qeyd olunan təhsil haqqını tam ödəməmişdir. Lisey pandemiya dövrünü nəzərə alaraq, müqavilə üzrə qeyd olunan 8000 manat təhsil haqqına 1778 manat güzəşt tətbiq etməsinə baxmayaraq cavabdeh, Fəxri Fərəcli üçün yalnız 3000 manat ödəniş etmişdir. Cavabdehə dəfələrə xəbərdarlıq olunmasına baxmayaraq o, təhsil haqqının yerdə qalan 3222 manat hissəsini ödəməkdən imtina etmişdir. Bundan başqa, cavabdehin Fəxri Fərəcliyə 2021- 2022-ci təhsil ili üzrə göstərilmiş təhsil xidmətlərinə görə Cavabdehnə 1109 manat məbləğində borcu vardır. Nəticədə, aramızda bağlanmış müqavilənin 7.2- ci maddəsi əsasında cavabdehə xx.xx.2021-ci il tarixdən- xx.xx.2021-ci il tarixinədək 2030 manat məbləğində dəbbə pulu hesablanmışdır. Cavabdehin şagird Fəxri Fərəcliyə göstərilən təhsil xidmətlərinə görə həmin müqavilə üzrə dəbbə pulu ilə birlikdə ümumilikdə Cavabdehnə 6361 manat borcu yaranmışdır. Cavabdeh İddiaçı1 ilə şagird Mehrin Fərəcliyə təhsil xidmətlərinin göstərilməsi üçün Cavabdeh arasında 09 iyul 2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilərin 5.1-ci maddəsinə əsasən İddiaçı1 Cavabdehnə hər təhsil ili üçün 8000 manat təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 2020-2021-ci təhsil ili üçün üzərinə düşən öhədliyi icra etməmiş və qeyd olunan təhsil haqqını tam ödəməmişdir. Lisey pandemiya dövrünü nəzərə alaraq, müqavilə üzrə qeyd olunan 8000 manat təhsil haqqına 1778 manat güzəşt tətbiq etməsinə baxmayaraq cavabdeh, Mehrin Fərəcli üçün yalnız 3000 manat ödəniş etmişdir. Cavabdehə dəfələrə xəbərdarlıq olunmasına baxmayaraq o, təhsil haqqının yerdə qalan 3222 manat hissəsini ödəməkdən imtina etmişdir. Bundan başqa, cavabdehin Mehrin Fərəcliyə 2021-2022-ci təhsil ili üzrə göstərilmiş təhsil xidmətlərinə görə Cavabdehnə 1109 manat məbləğində borcu vardır. Nəticədə, aramızda bağlanmış müqavilənin 7.2-ci maddəsi əsasında cavabdehə xx.xx.2021-ci il tarixdən- xx.xx.2021-ci il tarixinədək 2030 manat məbləğində dəbbə pulu hesablanmışdır. Cavabdehin şagird Mehrin Fərəcliyə göstərilən təhsil xidmətlərinə görə həmin müqavilə üzrə dəbbə pulu ilə birlikdə ümumilikdə Cavabdehnə 6361 manat borcu yaranmışdır Cavabdeh Fəxriyyə Yusifzadə ilə Cavabdeh arasında X19yə təhsil xidmətlərinin göstərilməsinə dair 14 sentyabr 2021-ci il tarixli müqavlə bağlanmışdır. Həmin müqavilənin 5.1 maddəsinə əsasən Cavabdehnə təhsil xidmətlərinin göstərilməsinə görə hər təhsil ili üçün 7500 manat məbləğində təhsil haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. X19 liseyimizdə 2021-2022-ci təhsil ili üzrə sentyabr-oktyabr aylarında təhsil almışdır. Qeyd olunan müddət üzrə Cavabdehin Cavabdehnə 1040 manat təhsil haqqı borcu yaranmışdır. Lakin, cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq qeyd olunan təhsil haqqını ödəməkdən imtina etmişdir. Nəticədə, cavabdehlər İddiaçı1 və Fəxriyyə Yusifzadənin Cavabdehnə şagirdlər Fəxri Fərcli, Mehrin Fərəcli və Cavid Fərəcli üçün ümumilikdə 13763 manat borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, qarşılıqlı iddia təmin edilməsi, cavabdeh İddiaçı1 Fəxri Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 4331 manat və dəbbə pulu olan 2030 manat, Mehrin Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 4331 manat və dəbbə pulu olan 2030 manat Cavabdeh xeyrinə tutulması, Cavabdeh X1 Cavid Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 1040 manat Cavabdeh xeyrinə tutulması və qarşılıqlı iddianın verilməsi üçün 131,29 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İdrak Liseyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə ilkin iddia üzrə iddiaçılar qarşılıqlı idddia tələbi üzrə cavabdehlər İddiaçı1 Rafiq oğlunun nümayəndəsi və vəkili Vəkil və İddiaçı2, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi “İdrak Liseyi”nin nümayəndəsi Nümayəndə dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbi qismən təmin olunmalı və qarşılıqlı iddia tələbi isə əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, AZ-T №087743 saylı, 27 fevral 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 və X8 birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X12 adlı övladları vardır. İş materiallarında olan İddiaçı1 və cavabdeh AR Təhsil Nazirliyi Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə “Təhsil Xidmətlərinin Göstərilməsinə” dair bağlanmış müqavilənin 1.1-ci bəndindən görünür ki, bu müqavilədə nəzərdə tutulmuş qaydada “Lisey” şagird X10 Azərbaycan, Rus və İngilis bölmələrində yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, “Valideyn” isə həmin xidmətlərə görə təhsil haqqının ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndindən görünür ki, “Lisey” tərəfindən bu müqavilə üzrə göstərilən xidmətlərə görə təhsil haqqı 1 (bir) tədris ili üçün 8.000 manat təşkil edir. “Valideyn” göstərilən təhsil haqqını nağd şəkildə və ya köçürmə yolu ilə ödəyə bilər. İlkin ödəniş 4.000 manat təşkil edir. Həmin müqavilənin 6.1-ci bəndindən görünür ki, bu müqavilə imzalandığı andan qüvvəyə minir və şagird təhsilini başa çatdırana qədər qüvvədədir. İş materiallarında olan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli kassa mədaxil orderi qəbzindən görünür ki, X5 2021-2022 tədris ili üçün müvafiq olaraq 5.000 manat və 3.000 manat olmaqla, cəmi 8.000 manat ödəniş edilmişdir. İş materiallarında olan Yusuf-zadə Fəxriyyə Akif qızı və cavabdeh AR Təhsil Nazirliyi Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə “Təhsil Xidmətlərinin Göstərilməsinə” dair bağlanmış müqavilənin 1.1-ci bəndindən görünür ki, bu müqavilədə nəzərdə tutulmuş qaydada “Lisey” şagird X11 Azərbaycan bölməsində yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, “Valideyn” isə həmin xidmətlərə görə təhsil haqqının ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndindən görünür ki, “Lisey” tərəfindən bu müqavilə üzrə göstərilən xidmətlərə görə təhsil haqqı 1 (bir) tədris ili üçün 8.000 manat təşkil edir. “Valideyn” göstərilən təhsil haqqını nağd şəkildə və ya köçürmə yolu ilə ödəyə bilər. İlkin ödəniş 4.000 manat təşkil edir. Həmin müqavilənin 6.1-ci bəndindən görünür ki, bu müqavilə imzalandığı andan qüvvəyə minir və şagird təhsilini başa çatdırana qədər qüvvədədir. Vəkil AR Təhsil Nazirliyi Cavabdeh direktoru Natəvan Alışovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, X12 və X9 Cavabdehndə təhsil almaları üçün ödənilmiş 8000 manatın şagirdlərin valideynlərinə qaytarılmasına dair AR Təhsil Nazirliyi Cavabdeh direktoru Natəvan Alışovaya müraciət etmişdir. İş materiallarında olan “İdrak Liseyi”nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, 2020-2021 Tədris ili üzrə. Fərəcli Fəxri – Müqavilə üzrə ödanilməli məbləğ 8000 AZN, pandemiya ila əlaqədar güzəşt olunub 1.778.4 AZN, Valideyn ödəyib 3000 Azn, borcu 3.222 AZN. Dəbbə pulu hesablanır xx.xx.2021 - xx.xx.2022 tarixləri arası 330 gün. Məbləğ 5.316.3 AZN ( hesablandı 0,5 %) X16 üzrə ödənilməli məbləğ 8000 AZN, pandemiya ilə əlaqədar güzəşt olunub 1.778.4 AZN. Valideyn ödəyib 3000 Azn. Borcu 3.222 AZN. Dəbbə pulu hesablanır xx.xx.2021-xx.xx.2022 tarixləri arası 330 gün. Məbləğ 5.316.3 AZN. ( hesablandı 0,5 %) 2021-2022 Tədris ili üzrə. Fərəcli Fəxri – Müqaviləyə xx.xx.2021 tarixində xitam verilib. Çıxış tarixinədək təhsil haqqı borcu 1109 AZN taşkil edir. 0,5% hesablanmış dəbbə pulu xx.xx.2021 xx.xx.2022 tarixləri arası (200 gün) 1.109 AZN təşkil edir. Fərəcli Mehrin – Müqaviləyə xx.xx.2021 tarixində xitam verilib. Çxış tarixinədək tahsil haqqı borcu 1.109 AZN təşkil edir. 0,5% hesablanmış dəbbə pulu xx.xx.2021-xx.xx.2022 tarixləri arası (200 gün) 1.109 AZN təşkil edir. Fərəcli Cavid –Müqaviləyə xx.xx.2021 tarixində xitam verilib. Çıxış tarixinədək təhsil haqqı borcu 1.040 AZN təşkil edir. 2% hesablanmış dəbbə pulu xx.xx.2021-xx.xx.2022 tarixləri arası (200 gün) 4.160 AZN təşkil edir. Təhsil haqqı borcu 1.109 Cəmi: 26.713.8 AZN. İş materiallarında olan “İdrak Liseyi”nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X13 üçün bir tədris ili üzrə (doqquz ay) nəzərdə tutulan təhsil haqqı məbləği 8000 (səkkiz min) manat təşkil edir. X12 üçün bir tədris ili üzrə (doqquz ay) nəzərdə tutulan təhsil haqqı məbləği 8000 (səkkiz min) manat təşkil edir. X14 üçün bir tədris ili üzrə (doqquz ay) nəzərdə tutulan təhsil haqqı məbləği 7500 (yeddi min beş yüz) manat təşkil edir. İş materiallarında olan AR Təhsil Nazirliyi Cavabdeh X4 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, sonuncunun ödənilmiş təhsil haqqının bir hissəsinin qaytarılmasına dair xx.xx.2021-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, X6 ilə lisey arasında bağlanmış müqavilələrə əsasən şagirdlər Fərəcli Mehrin, Fərəcli Fəxri və Fərəcli Cavidə təhsil xidmətləri göstərilmişdir. Göstərilən təhsil xidmətlərinə görə X2 2020-2021-ci təhsil ili üzrə 6.446 manat və tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci və 7.2-ci bəndinə əsasən 1102.27 manat dəbbə pulu, 2021-2022-ci təhsil ili üzrə isə 3.258 manat borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.5 və 3.2.6-cı bəndlərinə əsasən qeyd olunan borclar X2 ödəmiş olduğu təhsil haqqından tutulduqdan sonra qalan hissəsi ona geri ödəniləcəkdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1051/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 cavabdeh AR Təhsil Nazirliyi Cavabdehndən təhsil haqqına görə 8000 manat və mənəvi ziyana görə 2000 manat olmaqla, cəmi 10.000 manat və ödənilmiş 120 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi dair iddiası təmin edilməmişdir. Məhkəmə ilkin iddia tələbi üzrə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Bu Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, İddiaçı1 ilə cavabdeh AR Təhsil Nazirliyi Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə “Təhsil Xidmətlərinin Göstərilməsinə” dair bağlanmış müqavilənin 4.1.1-ci bəndinə əsasən İddiaçı1 xx.xx.2021ci il tarixdə X5 təhsil haqqı olaraq, 2021-2022 tədris ili üçün 5.000 manat, xx.xx.2021-ci il tarixdə 3.000 manat olmaqla, cəmi 8.000 manat ödəniş etmişdir. 2021-ci ildə tədris ili sentyabr ayının 30-da başlamış və 12 oktyabr 2021-ci il tarixdə sonuncu ödəniş olunduqdan sonra liseyin rəhbərliyi tərəfindən iddiaçının borcu olması barədə bildirilmişdir. 12 oktyabr 2021-ci il tarixdən sonra uşaqlar liseydə təhsillərini dayandırmışlar. Göründüyü kimi iddiaçının uşaqları 2021-2022-ci tədris ilində cəmi 20 gün liseydə oxumuşlar. Bu halı cavabdeh tərəf özü də etiraf edir. Bundan sonra X2 AR Təhsil Nazirliyi Cavabdeh direktoru Natəvan Alışovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, təhsil haqqı üçün ödənilmiş məbləğin qaytarılmasına dair AR Təhsil Nazirliyi Cavabdeh direktoru Natəvan Alışovaya müraciət etmişdir. İddiaçı tərəf müqavilənin 6.2-ci bəndinə əsasən liseyi qabaqcadan yazılı şəkildə xəbərdar etməklə müqaviləyə xitam verilməsini xahiş etmişdir. Müqavilənin 5.4-cü bəndinə əsasən Ximət haqqının qabaqcadan ödənildiyi hallarda müqaviləyə vaxtından qabaq xitam verilməsi zamanı cari ayın qalan günləri istisna olmaqla, növbəti aylar üçün ödənilmiş xidmət haqqı geri qaytarılır. Məhkəmə hesab edir ki, lisey tərəfindən üç uşağın təhsil almaları üçün lisey öz öhdəliklərini yerinə yetirdiyi üçün iddia qismən təmin olunmalı və 1109 manat məbləğ nəzərə alınaraq, 6891 (altı min səkkiz yüz doxsan bir) manat məbləğində pul cavabdeh “İdrak Liseyi”ndən İddiaçı1 xeyrinə ödənilməlidir. Məhkəmə iclasında digər İddiaçı2 cavabdehdən tutulacaq məbləğin tək İddiaçı1 ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə ilkin iddia tələbinin mənəvi zərər hissəsində təmin etmir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qərarda həmçinin qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41- ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Məhkəmə, hesab edir ki, iş materialları ilə və məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya mənəvi ziyan vurması təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, mənəvi ziyanla əlaqədar iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə hesab edir ki, qarşlıqlı iddia təmin olunmamalıdır. Belə ki, iddiaçının 2020-2021-ci il tədris ili üçün borcu olması barədə cavabdeh tərəfindən gətirilən dəlillərin heç bir əsası yoxdur. İddiaçının borcu olması barədə cavabdeh tərəfindən hər hansı bir rəsmi məlumat verilməsi barədə sənəd məhkəməyə təqdim olunmamışdır. Müqavilənin 3.2.6-cı bəndinə əsasən təhsil xidmətlərinin haqqı “Valideyn” tərəfindən ödənilməsi 1 ay müddətində gecikdirildikdə “Lisey” xidmət haqqı tam ödənilənədək öz öhdəliklərinin icrasını (şagirdin dərsə buraxılmasını) dayandıra və ya öz mülahizəsinə əsasən bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilər. Lakin lisey borc barədə bir il ərzində iddiaçı tərəfə məlumat verməmiş və bundan əlavə 2021-2022-ci il üçün təhsil haqqını qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi “İdrak Liseyi”ndən 6891 (altı min səkkiz yüz doxsan bir) manat təhsil haqqının və dövlət rüsumu kimi ödənilmiş 120 (bir yüz iyirmi) manat vəsaitin tutularaq İddiaçı1 Rafiq oğluna ödənilməli, cavabdeh-iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi “İdrak Liseyi”nin cavabdehlər İddiaçı1 Rafiq oğlu və İddiaçı2 qarşı “cavabdeh İddiaçı1 Fəxri Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 4331,6 manat və dəbbə pulu olan 6425,3 manat, Mehrin Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 4331,6 manat və dəbbə pulu olan 6425,3 manat Cavabdeh xeyrinə tutulmalı, cavabdeh X1 Cavid Fərəcliyə göstərilən təhsil xidmətləri üçün təhsil haqqı borcu olan 1040 manat və dəbbə pulu borcu olan 4160 manat Cavabdeh xeyrinə tutulmalı və qarşılıqlı iddianın verilməsi üçün 171 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İdrak Liseyinin xeyrinə ödənilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi “İdrak Liseyi”ndən ödənilmiş təhsil haqqı kimi 6891 (altı min səkkiz yüz doxsan bir) manat və dövlət rüsumu kimi ödənilmiş 120 (bir yüz iyirmi) manat vəsaitin tutularaq İddiaçı1 Rafiq oğluna ödənilsin. İddia tələbi mənəvi zərər hissəsində təmin edilməsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi “İdrak Liseyi” tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(060)-3165/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3165/2022
07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver