Məhkəmə qərarları › İş №e-2(060)-3317/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3317/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3317/2024 24.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 679.73 AZN məbləğində vəsaitin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X2 arasında xx.xx.2022-ci il tarixində, 050HKEF21000960 nömrəli “Bank hesabı (Fiziki şəxsin cari hesabı), fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti, debet kartın verilməsi və istifadəsi haqqında qarışıq müqaviləsi (bundan sonra “Müqavilə”) imzalanmışdır. “Müqavilə”yə əsasən, Bank cavabdehə ******* nömrəli kod təyin edərək və həmin koda bağlı AZN valyutalı Bank hesabı açmışdır. Bundan sonra cavabdeh Bank tərəfindən ona verilmiş “Kart” vasitəsi ilə hesab üzrə əməliyyat aparmışdır. Bildirilir ki, cavabdeh ona açılmış AZ38TCZB******************** nömrəli bank hesabına bağlı 9892 (son 4 rəqəmi) nömrəli kartından limitdən artıq istifadə etmiş, bu səbəbdən də kart üzrə 679.73 AZN həcmində Banka borcu yaranmışdır. Bu borcun yaranma səbəbləri barədə cavabdehə rəsmi qaydada xx.xx.2023-cü il tarixində bildiriş göndərilmiş və həmin vəsaiti Banka ödənilməsi tələb olunmuşdur. Lakin, cavabdeh borcu ödəməkdən yayınmışdır (cavabdehin kart vasitəsilə limitdən artıq istifadə etməsi iş materiallarında olan hesabdan çıxarışda öz əksini tapmışdır). Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, Bank Cavabdeh qarşı "pul tələbinə" dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. Qeyd edilir ki, iddia ərizəsinin birinci abzasında müqavilənin tarixi texniki olaraq səhv qeyd olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddia ərizəsinin birinci abzasının aşağıda qeyd olunan məzmunda nəzərə alınmasını məhkəmədən xahiş edirlər: İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində, 050HKEF21000960 nömrəli “Bank hesabı (Fiziki şəxsin cari hesabı), fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti, debet kartın verilməsi və istifadəsi haqqında qarışıq müqaviləsi (bundan sonra “Müqavilə”) imzalanmışdır. “Müqavilə”yə əsasən, Bank cavabdehə ******* nömrəli kod təyin edərək və həmin koda bağlı AZN valyutalı Bank hesabı açmışdır. Bundan sonra cavabdeh Bank tərəfindən ona verilmiş “Kart” vasitəsi ilə hesab üzrə əməliyyat aparmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixində, 050HKEF21000960 nömrəli “Bank hesabı (Fiziki şəxsin cari hesabı), fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti, debet kartın verilməsi və istifadəsi haqqında qarışıq müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ******* nömrəli kod təyin edərək və həmin koda bağlı AZN valyutalı Bank hesabı açılmışdır. Müqavilənin 4.8.1-ci bəndinə əsasən, limitdən artıq istifadə edilən məbləğ Müştəri tərəfindən ödənilməlidir. Həmin məbləğ ödənilmədiyində, X1 hər hansı hesabındakı pul vəsaitini akseptsiz qaydada silmək hüququ əldə edir. Əgər pul vəsaiti Müştərinin hesabından digər valyutalarda silinirsə, valyuta mübadiləsi Bankın müvafiq tariflərinə əsasən həyata keçirilərək xidmət haqqı Müştərinin hesabındakı pul vəsaitindən akseptsiz qaydada silinir. İşdə olan xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh ona açılmış AZ38TCZB******************** nömrəli bank hesabına bağlı 9892 (son 4 rəqəmi) nömrəli kartından limitdən artıq istifadə etmiş, bu səbəbdən də kart üzrə 679.73 AZN həcmində Banka borcu yaranmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixində, 050HKEF21000960 nömrəli “Bank hesabı (Fiziki şəxsin cari hesabı), fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti, debet kartın verilməsi və istifadəsi haqqında qarışıq müqaviləsi bağlanmışdır. Bank tərəfindən cavabdehə ******* nömrəli kod təyin edərək və həmin koda bağlı AZN valyutalı Bank hesabı açılmış və cavabdeh Bank tərəfindən ona verilmiş “Kart” vasitəsi ilə hesab üzrə əməliyyat aparmışdır. Cavabdeh AZ38TCZB******************** nömrəli bank hesabına bağlı 9892 (son 4 rəqəmi) nömrəli kartından xx.xx.2021-ci il tarixdə limitdən artıq istifadə etmiş, bu səbəbdən də kart üzrə 679.73 AZN həcmində Banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin əsassız varlanmadan irəli gələn münasibətləri tənzimləyən normalarına görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1) Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (1092.2). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə üzrə yaranmış 679.73 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 679,73 (altı yüz yetmiş doqquz manat yetmiş üç qəpik) məbləğində vəsait və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar