Məhkəmə qərarları › İş №e-2(060)-3321/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-3321/2022

22.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-3321/2022 22.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdehlər Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhər İcra Hakimiyyətini və Sumqayıt Bələdiyyəsini üçüncü şəxs qismində işə cəlb etməklə «torpaq sahəsinə icarə hüququnun alqı-satqı əqdinin bağlanmış hesab edilməsi, torpaq sahəsinə istifadə və sahiblik faktının müəyyən olunması və tanınması, həmin torpaq sahəsinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair» iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhər İcra Hakimiyyətini və Sumqayıt Bələdiyyəsini üçüncü şəxs qismində işə cəlb etməklə «torpaq sahəsinə icarə hüququnun alqı-satqı əqdinin bağlanmış hesab edilməsi, torpaq sahəsinə istifadə və sahiblik faktının müəyyən olunması və tanınması, həmin torpaq sahəsinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Corat bağları, ev 2338 ünvanında yerləşən 0.18 ha bağ torpaq sahəsinə dair İddiaçı İsrat oğlu və Cavabdeh arasında bağ torpaq sahəsinin icarə hüququnun alqı-satqı əqdinin bağlanmış hesab edilməsi, torpaq sahəsinə istifadə və sahiblik faktının müəyyən olunaraq tanınması, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestyri Xidmətinin 2 saylı ünvan 1 ünvanında yerləşən 0.18 ha bağ torpaq sahəsinə dair Cavabdeh adına 13 may 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 21 № li reyestr kitabının 68 № vərəqində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən bu çıxarışın qanunsuz hesab edilməsi və ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa əməl edilməmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı iddia icraatı qaydasında məhkəməyə «torpaq sahəsinə icarə hüququnun alqı-satqı əqdinin bağlanmış hesab edilməsi, torpaq sahəsinə istifadə və sahiblik faktının müəyyən olunması və tanınması, torpaq sahəsinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi və çıxarışın ləğvi» tələbi ilə müraciət etmişdir. Hesab edirəm ki, irəli sürülən tələblərə bir icraatda baxıla bilməz. Göründüyü kimi iddiaçı torpaq sahəsinə istifadə və sahiblik faktının müəyyən olunması və tanınmasını xahiş etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi növündə icraat mülki prosessual qanunvericiliyin tələbinə görə xüsusi icraatı qaydasında baxılan işlər təsnifatına aiddir. Göstərilən məsələlərin həlli qaydası qanunvericiliyin göstərişlərinə əsasən ayrı icraat növlərinə- iddia və xüsusi icraat- aid olmaqla baxılma qaydaları prossesual baxımdan fərqləndirilmişdir. Odur ki, mümkünlüyü yoxlanılan iddia üzrə tələblərə bir icraatda baxılması yol verilməz olduğundan ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-nin 152.1, 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhər İcra Hakimiyyətini və Sumqayıt Bələdiyyəsini üçüncü şəxs qismində işə cəlb etməklə «torpaq sahəsinə icarə hüququnun alqı-satqı əqdinin bağlanmış hesab edilməsi, torpaq sahəsinə istifadə və sahiblik faktının müəyyən olunması və tanınması, həmin torpaq sahəsinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair» ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar