Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3321/2025 06.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1661E və 1661C ünvanda yerləşən İddiaçı mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin zəbt olunmuş 348.0 kv.m hissəsinin Cavabdeh2 və 200 kv.m torpaq sahəsinin zəbt olunmuş 44.0 kv.m hissəsinin isə Cavabdeh1 qanunsuz istifadələrindən iddiaçıya geri qaytarılması, mübahisəli sahədə inşa edilmiş (quraşdırılmış) qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, hasarların bərpası, həmin torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1661E və 1661C ünvanda yerləşən İddiaçı mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin zəbt olunmuş 356 kv.m hissəsinin Cavabdeh2 və 200 kv.m torpaq sahəsinin zəbt olunmuş 44.0 kv.m hissəsinin isə Cavabdeh1 qanunsuz istifadələrindən iddiaçıya geri qaytarılması, mübahisəli sahədə inşa edilmiş (quraşdırılmış) qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, hasarların bərpası, həmin torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1661E ünvandakı 1200 kv.m həyətyanı torpaq sahəsi və üzərində yerləşən bağ evi ilə birlikdə vahid əmlak kimi və həmin həyətyanı torpaq sahəsinə bitişik 1661C saylı bağın yerləşdiyi 0.02 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq bu barədə ona **********76-11301 və **********19 reyestr nömrəli çıxarışlar və torpaq sahələrinin planı və ölçüsü sənədləri verilmişdir. Hal-hazırda iddiaçının mülkiyyətində olan 1661E saylı bağın yerləşdiyi 1200 kv.m həyətyanı torpaq sahəsinin 348.0 kv.metrlik hissəsi Cavabdeh2 tərəfindən, digər 1661C saylı bağın yerləşdiyi 0.02 ha torpaq sahəsinin 44 kv.metrlik hissəsi isə onun qızı Cavabdeh1 gızı tərəfindən zəbt edildiyinə görə o, onlardan istifadə edə bilmir. Belə ki, Cavabdeh2 iddiaçıya məxsus torpağın baş hissəsində onun hasarını sökərək, giriş-çıxış üçün darvaza quraşdırmaqla, digər tərəfdən tor-taxta və digər materiallardan istifadə edərək, hasar çəkməklə iddiaçının 1200 kv.metrlik ümumi torpaq sahəsindən 348 kv.metrini zəbt edərək həmin sahədə təsərrüfat təyinatlı (əl damı) inşa etdirmiş və hal-hazırda da ondan istifadə edir. Digər cavabdeh qonşu torpağın sahibi Cavabdeh1 isə 200.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış iddiaçının torpaq sahəsinin 44.0 kv.m hissəsini hasar çəkməklə öz ərazisinə qataraq ondan hal-hazırda istifadə edir. İddiaçı tərəfindən dəfələrlə mülkiyyətinə qəsd edənlərdən bu hərəkətlərə son qoymaqlarını tələb etsə də və dəfələrlə Sumqayıt Polis idarəsinə müraciətlər etdiyinə baxmayaraq, cavabdehlər bu cür hərəkətləri davam etdirirlər. Hətta iddiaçı Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsindən mütəxəssis dəvət edərək, cavabdehlərin iştirakı ilə torpaq sahələrinin koordinatlarının naturada müəyyən edilməsinə cəhd etsə də, cavabdehlər mütəxəssisi zəbt etdikləri sahələr buraxmamışlar və bundan boyun qaçırmışlar. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı, məcburiyyət qarşısında qalaraq, 1200 kv.m torpaq sahəsinin 348.0 kv.m hissəsinin və 200 kv.m torpaq sahəsinin 44.0 kv.m hissəsinin iddiaçının qanuni istifadəsinə qaytarılması, həmin sahələrdə Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş (quraşdırılmış) qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarlmasını məhkəmədən xahiş edir. Qanunvericilikdən də göründüyü kimi İddiaçı mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin 348.0 kv.m hissəsi və 200 kv.m torpaq sahəsinin 44.0 kv.m hissəsi iddiaçının qanuni istifadəsinə qaytarılmalı, həmin sahələrdə Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş (quraşdırılmış) qanunsuz tikililər cavabdehlərin hesabına sökülməli və torpaq sahələri əvvəlki vəziyyətinə qaytarılmalıdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla, yəni Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq bu barədə iddiaçıya verilmiş **********76-11301 və **********19 reyestr nömrəli çıxarışlardan və torpaq sahəsinin planı, ölçülərindən, həmçinin mütəxəssis rəylərindən görünür ki, İddiaçı mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin 348.0 kv.m hissəsi Cavabdeh2 və 200 kv.m torpaq sahəsinin 44.0 kv.m hissəsi isə onun qızı Cavabdeh1 tərəfindən zəbt edildiyinə görə, iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsi əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdır.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, hər iki torpaq sahəsinə dair sənədlər mövcuddur. Cavabdeh1 0,06 ha əraziyə dair sənədi mövcuddur. Bu sahədən əlavə olaraq o, 44 kvadrat metr iddiaçıya məxsus sahəni də zəbt etmişdir. Cavabdeh2 heç bir mülkiyyəti təsdiq edən sənəd olmadan torpaq sahəsini zəbt etmişdir.
5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi İlias Mamedov iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 5-6 ildir ki, Cavabdeh2 348 kvadrat metr torpaq sahəsini zəbt etmişdir. 2 ildir ki, hasara almışdır. 5 il əvvəl bələdiyyə sənədi ilə həmin 1200 kvadrat metr torpaq sahəsi onun əmisinə məxsus olmuşdur.
7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, iddia ərizəsində göstərilir ki, guya o, iddiaçının mülkiyyətində olan 1661E saylı bağın yerləşdiyi 1200 kv.m həyətyanı torpaq sahəsinin 348.0 kv.metrlik hissəsini digər 1661C saylı bağın yerləşdiyi 0.02 ha torpaq sahəsinin 44 kv.metrlik hissəsi isə qızı Cavabdeh1 zəbt edib. Lakin o və qızı torpaq sahəsini zəbt etməmişdir. Həmin torpaq sahəsində tikilmiş evində yaşayaraq torpaq sahəsindən istifadə etdiyi halda, iddiaçı hasarının içərisində olan həmin torpaq sahəsini qanunsuz yollarla öz adına sənədləşdirib. İddiaçı Azərbaycan Respublikasında yaşamayıb, sonradan Azərbaycana gələrək hansısa qanunsuz sövdələşmə yolu ilə hasarının içərisindəki torpaq sahəsini tələb edir. Qızı Cavabdeh1 da iddiaçının torpaq sahəsini zəbt etməyib. O, mübahisəli torpaq sahəsinə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində hələ 2015-ci ildə qeydiyyata aldırıb. İddiaçı isə öz hüquqlarını 2023-cü ildə qeydiyyata aldırıb. Əvvəllər həm iddiaçıya, həm də qızına məxsus olan bitişik torpaq sahələri ümumilikdə 12 sot olmaqla ona məxsus olub. 12 sot torpaq sahəsinin 6 sot hissəsini qızı Aygünə, 6 sot hissəsini isə iddiaçıya bağışlamış, bu notarial qaydada təsdiq olunmuşdur. Torpaq sahəsini qızına və iddiaçıya bağışlayarkən bağışladığı hər iki torpaq sahəsi hasarlı vəziyyətdə olub. Sonradan iddiaçı ona bağışladığı 6 sot torpaq sahəsinin 4 sot hissəsini satıb və qalan 2 sot hissəyə yeni çıxarış almışdır. Məsələ burasındadır ki, iddiaçı hasarlı vəziyyətdə ona bağışlanmış torpaq sahəsinin bir hissəsinin guya zəbt edildiyini iddia edir. Lakin iddiaçı nəzərə almır ki, onun başqa şəxsə satdığı 4 sot torpaq sahəsinin bir hissəsinin hasarı da bəzi yerlərdə 1 metr, bəzi yerlərdə 80 sm. olmaqla qızının torpaq sahəsinin içərisindən keçir, iddiaçının satdığı həmin torpaq sahəsində artıq ev və başqa tikililər inşa olunub. Həmin hasar isə torpaq sahələrini bağışlamamışdan qabaq mövcud olub. Qızı yenidən hasar çəkməli olsa iddiaçının satdığı 4 sot torpağın sahibinin evi və digər tikililəri sökülməlidir. Torpaq sahələri bağışlanmazdan qabaq tikilimiş hasarın çəp, yəni iddiaçının satdığı torpaq sahəsi hissəsində qızı Aygünün torpaq sahəsinin içərisindən keçmiş vəziyyətdə olması Reyestr Xidmətinin sorğuya cavabında öz əksini tapmamışdır. İddiaçının ona bağışladığı torpaq sahəsinin 4 sot hissəsini satdığı şəxs işdə iştiraka cəlb edilməmiş, həmin 4 sot torpaq sahəsinin bir hissəsinin qızı Aygünün torpaq sahəsinin içərisində olduğu dəqiqləşdirilməmişdir.
8. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, Cavabdeh2 daşınmaz əmlaka verilmiş çıxarışın ləğv olunması və qeydiyyatdan çıxarılma ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd olunan torpaq Cavabdeh2 faktiki istifadəsində olmuş, iddiaçı onu qanunsuz olaraq xüsusi mülkiyyətinə keçirməklə özəlləşdirmiş və çıxarış əldə etmişdir. Torpaq sahəsi özəlləşdirilərkən mülkiyyət hüquqlarının qeydə alınması üçün Cavabdeh2 təqdim olunmalı idi.
9. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X1 izahatında bildirdi ki, mübahisəli torpaq sahəsində uzun müddət İlias Məmmədovun və Cavabdeh2 anası tək yaşamışdır. Orada Cavabdeh2 yaşamış, 3,48 kvadrat metr ərazidə kiçik bir evi olmuşdur. X4 vətəndaşıdır, Rusiyada yaşamışdır. Sonradan digər tərəf X2 yaşasa da, özünə bağ evi tikdirmişdir. 3 il əvvəl onların anaları vəfat etdikdən sonra onlar əmlak mübahisəsi ilə bağlı məhkəməyə müraciət etmişdirlər. İlias Məmmədov çıxarışı əldə edəndən sonra Cavabdeh2 oranı tərk etməyini tələb etmişdir. Cavabdeh1 adına olan torpaq sahəsinə 12 il əvvəl əldə edilmiş çıxarışı vardır. Cavabdeh1 torpağının iki paralel sərhədlərindən biri 19 metr və 23 metr olmuş, hasarın əyri çəkilməməsi üçün həmin vaxt Cavabdeh2 da razılığı ilə 17 metr olan sərhədd 19 metr, 23 metr olan sərhədd isə 21 metr ərazi götürülmüşdür. 2016-cı ildə atası Cavabdeh2 torpaq sahəsinin 0,06 ha hissəsini qızı Cavabdeh1 bağışlamışdır. Qalan 0,06 ha torpaq sahəsini isə qardaşının həyat yoldaşı İddiaçı bağışlamışdır. Torpaq sahəsi Cavabdeh1 hasarlanmış formada bağışlanmışdır. Ondan sonra həmin torpaq sahəsinə getməmiş, orada tikinti işləri aparmamışdırlar. 0,06 ha torpaq sahəsi iddiaçıya bağışlandıqdan sonra iddiaçı onun bir hissəsini 2023-cü ildə satmış, qalan hissədə özünə ev inşa etmişdir. İddia tələbinə əsasən qalan sahəyə 44 kv.m daxil olmuşdurlar. Torpaq bölünərkən onun paralel olan iki qarşı tərəflərindən biri 23 metr, digəri 17 metr olmuşdur. Məhz buna görə də sahənin düzgün formada bölünməsi üçün razılaşma əsasında digər tərəf 2 metr artıq götürmüşdür. Hazırda iddiaçı tərəfindən 2023cü ildə satılmış sahənin tərkibində isə Cavabdeh1 aid hissə olmuşdur.
Tədqiq olunan sübutlar:
10. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 27 yanvar 2025-ci il tarixli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1661E saylı bağ evi və 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır.
11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 20 may 2023-cü il tarixli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1661C saylı bağ evi və 0,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır.
12. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 05 may 2016-cı il tarixli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, sahəsi 0,06 ha olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1661 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınmışdır.
13. “X3 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 34 nömrəli mütəxəssis rəyindən görünür ki, Novxanı bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 1661 E saylı bağ sahəsinin 348 kv.metrlik hissəsi Cavabdeh2 tərəfindən zəbt edilmişdir və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, **********76-11301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir.
14. “X3 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 04 nömrəli mütəxəssis rəyindən görünür ki, Novxanı bağ massivində yerləşən, sahəsi 0,02 ha olan 1661 C saylı bağ sahəsinin 44 kv.metrlik hissəsi Cavabdeh1 tərəfindən zəbt edilmişdir və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********19 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir.
15. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən texniki baxış zamanı tərtib olunmuş sxemdən və müayinə aktından görünür ki, 0,0044 ha torpaq sahəsi **********19 (İddiaçı) reyestr nömrəli torpaq sahəsinə məxsus olsa da, **********13 (Cavabdeh1) reyestr nömrəli torpaq sahəsinin istifadəsindədir. 0,0016 ha torpaq sahəsi **********76 (İddiaçı) reyestr nömrəli torpaq sahəsinə məxsus artıq torpaq sahəsidir. 0,0356 ha torpaq sahəsi **********76 (İddiaçı) reyestr nömrəli torpaq sahəsinə məxsusdur.
16. 13 avqust 2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Cavabdeh2 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1661 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini İddiaçı bağışlamışdır.
17. 03 may 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Cavabdeh2 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1661 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini Cavabdeh1 bağışlamışdır.
Məhkəmə baxışının hədləri:
18. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir; Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
22. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarı
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
23. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
24. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1661C və 1661E saylı torpaq sahələrinin mülkiyyətçisi İddiaçıdır. Hazırda iddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1661E və 1661C ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinin zəbt olunmuş 356 kv.m hissəsinin Cavabdeh2 və 200 kv.m torpaq sahəsinin zəbt olunmuş 44.0 kv.m hissəsinin isə Cavabdeh1 qanunsuz istifadələrindən ona geri qaytarılması, mübahisəli sahədə inşa edilmiş (quraşdırılmış) qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, hasarların bərpası, həmin torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasını məhkəmədən xahiş edir.
25. İddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahiblikdən məhrum olmuş iddiaçının cavabdehlərə qarşı yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir.
26. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır.
28. Məhkəmə ilk növbədə istinad edilən komponentlərdən birincisi, yəni iddiaçının geri qaytarılmasını tələb etdiyi əmlakın iddiaçının mülkiyyətində olub-olmaması, geri qaytarılmasını tələb etməyə subyektiv hüququnun olub-olmaması məsələsinə qiymət verilməsini zəruri hesab edir.
29. Qeyd edilməlidir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı)
30. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Həmin mövqeni hazırkı işə tətbiq edərək məhkəmə hesab edir ki, mübahisəli torpaq sahələrinin zəbt olunmuş 356 kv.m və 44.0 kv.m hissələrinin cavabdehlərin qanunsuz sahibliyindən alınıb ona verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün ilk növbədə iddia qaldıran tərəfin buna subyektiv hüququ olmalıdır. Hazırkı işdə isə qeyd edilən torpaq sahələri iddiaçının xüsusi mülkiyyətində olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə haqlı olmuşdur.
31. Məhkəmə dövlət reyestrindəki qeydlə bağlı qanuni prezumpsiyanı nəzərə alaraq qeyd edir ki, Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərar).
32. Hazırki iş üzrə Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1661E ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1661C ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin hər hansı bir başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi, həmçinin hər hansı bir şəxs tərəfindən istifadə edilibedilməməsi mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi” 2 saylı Sumqayıt Ərazi İdarəsinə sorğu verilmişdir.
33. 13.10.2025-ci il tarixdə məhkəməyə daxil olmuş torpaq sahlərinin sxemi və müayinə aktına əsasən 0,0044 ha torpaq sahəsinin **********19 (İddiaçı) reyestr nömrəli torpaq sahəsinə məxsus olsa da, **********13 (Cavabdeh1) reyestr nömrəli torpaq sahəsinin istifadəsində olduğu, 0,0016 ha torpaq sahəsi **********76 (İddiaçı) reyestr nömrəli torpaq sahəsinə məxsus artıq torpaq sahəsi olduğu, 0,0356 ha torpaq sahəsi **********76 (İddiaçı) reyestr nömrəli torpaq sahəsinə məxsus olduğu müəyyən edilmişdir.
34. Göründüyü kimi, cavabdehlərin istifadəsində olan mübahisəli torpaq sahələrinin tam mülkiyyət hüququ ilə İddiaçı məxsus torpaqsahəsi ilə üst-üstə düşməsi yuxarıda adı qeyd edilən sənədlərlə təsdiq edilmişdir.
35. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli daşınmaz əmlakın (torpaq sahələrinin müəyyən hissəsinin) cavabdehlərin qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilmişdir. Cavabdehlər isə məhkəməyə mübahisəli torpaq sahələri üzərində onun mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir.
36. Belə olan halda məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1661E və 1661C ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin zəbt olunmuş 356 kv.m hissəsi Cavabdeh2 və 200 kv.m torpaq sahəsinin zəbt olunmuş 44.0 kv.m hissəsi isə Cavabdeh1 qanunsuz istifadəsindən İddiaçı geri qaytarılmalıdır.
37. Məhkəmə iddia tələbinin “torpaq sahəsinin içərisində tikilmiş qanunsuz tikililərin cavabdehlərin öz hesabına sökülməsi” hissəsinə münasibət olaraq bildirir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsində onun icazəsi olmadan öz hesabına hər hansı tikilinin inşa edilməsi iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla, onun əmlakdan istifadə edilməsinə maneə yaradır. Eyni zamanda məhkəmə qeyd edir ki, təqdi edilmiş fotoşəkillər əsasında həmin torpaq sahəsinin iddiaçı tərəfindən əvvəllər hasara alındığı müəyyən olunur ki, həmin hissədə də iddia təmin edilməli, torpaq sahəsinin əvvəlki vəziyyəti bərpa edilməlidir.
Nəticə:
38. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1661E ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin zəbt olunmuş 356 kv.m hissəsi Cavabdeh2 və Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1661C ünvanda yerləşən İddiaçı mülkiyyətində olan 200 kv.m torpaq sahəsinin zəbt olunmuş 44.0 kv.m hissəsi isə Cavabdeh1 qanunsuz istifadəsindən İddiaçı geri qaytarılsın. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1661E və 1661C ünvanda yerləşən İddiaçı mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin zəbt olunmuş 356 kv.m hissəsindən Cavabdeh2 tərəfindən və 200 kv.m torpaq sahəsinin zəbt olunmuş 44.0 kv.m hissəsində isə Cavabdeh1 tərəfindən inşa olunmuş qanunsuz tikililər cavabdehlərin hesabına sökülsün, Cavabdeh1 və Cavabdeh2 tərəfindən hasarlar bərpa edilərək, torpaq sahəsi əvvəlki vəziyyətə qaytarılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva