Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3349/2024 20.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun övladları xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X5 onun mülkiyyətində olan ünvan 1-dən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1951-ci il tarixdə anadan olub. Hal-hazırda ünvan 1 ünvanında yerləşən mənzil 16659 nömrəli qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Bu qeydiyyat vəsiqəsində də qeyd olunmuşdur: “Qeydiyyat vəsiqəsi verilir Sumqayıt şəhər texniki inventarlaşdırma bürosu tərəfindən ondan ötrü ki, Azərbaycan Respublikası Sumqayıt şəhər 17-ci mikrorayonda yerləşən 2 otaqlı, yaşayış sahəsi 30.05 kvm, köməkçisahəsi 20.39 kvm-dən ibarət olan 66 nömrəli yaşayış evinin 5 nömrəli mənzili şəxsi mülkiyyət hüququ əsasında Sumqayıt İcra Hakimiyyətinin 3cü dövlət notariat Kontorunun xx.xx.1995-ci il tarixli, 3-m/352 nömrəli bağışlama müqaviləsi əsasında Vətəndaş İddiaçı adına qeydə alınmışdır.” Bu qeyd 14 nömrəli reyestr kitabının 16659 nömrəli inventar işi kimi qeydə alınmışdır. Bütün bunlar qeydiyyat vəsiqəsindən də görünür. Bu da sözügedən mənzilin onun mülkiyyətində olduğunu tam olaraq sübut edir. Həmçinin qeyd edir ki, o, bu mənzildə bu günədək övladı və onun ailəsi ilə birlikdə yaşayıb. Lakin artıq oğlu xx.xx.1991-ci il təvəllüdlü X12 ailəli deyildir. Belə ki, onun xx.xx.1991-ci il təvəllüdlü X12 xx.xx.2015-ci il tarixdə xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh ilə nikah münasibətinə daxil olmuşdur. Bu nikah münasibətlərindən 2 övladları - xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X13 dünyaya gəlmişdir. Bir müddət onların yaxşı ailə münasibətləri olsa da, bu münasibətlər sonradan pisləşmişdir. Onların münasibətləri pisləşdiyi üçün ayrılmaq qərarına gəlmişlər. Buna görə də iddiaçı Cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat məbləğində alimentin tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh X7 nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsi təqdim edərək qarşılıqlı iddia üzrə Cavabdeh ilə qarşılıqlı iddia üzrə iddiaçı X12 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikahın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəticədə, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6397/2023 saylı, xx.xx.2023-cü il qətnaməsi ilə iddiaçı Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızının cavabdeh X8 qarşı ilkin iddia tələbi qismən təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6397/2023 saylı, xx.xx.2023-cü il qətnaməsi ilə həmçinin, iddiaçı X7 cavabdeh Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızına qarşı qarşılıqlı iddia tələbi təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 6397/2023 saylı, xx.xx.2023-cü il qətnaməsi iləX12 ilə Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızıarasında Sumqayıt şəhər Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixdə bağlanmış, 273 nömrəsi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X5 isə yetkinlik yaşına çatana qədər anaları Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızının yanında qalması qət edilmişdir. Bütün bunlardan da görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6397/2023 saylı, xx.xx.2023-cü il qətnaməsi ilə oğlumla Cavabdeharasında bağlanmış nikah pozulmuşdur. Lakin nikahın ləğvindən sonra da Cavabdeh və övladları hələ də onunla birlikdə onun mülkiyyətində olan ünvan 1 ünvanında yaşamağa davam etmişdir. O isə övladı ilə cavabdehin nikahlarının pozulmasından sonra onların bu evdə yaşamasını istəmir. Dəfələrlə onların onun mülkiyyət hüquqlarını pozduqlarını deyərək onun evindən çıxmalarını istəsə də, onlar buna əməl etməyiblər. Nəticədə onun mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Qeyd edir ki, onun sözügedən mənzil üzərində olan mülkiyyət hüququ qeydiyyat vəsiqəsi ilə təsdiq edilir. Yuxarıda qeyd edilənlər və işin faktiki hallarından da görünür ki, Cavabdeh onunla və oğlu ilə ailə münasibətlərinin bitməsinə baxmayaraq, o hələ də övladları ilə birlikdə sözügedən mənzildə yaşamaqdadır. Yuxarıda qeyd etdiklərinə əsasən qeyd edə bilər ki, qeyd edilən ev onun xüsusi mülkiyyətində olduğu, Cavabdeh və övladlarının bu evə dair heç bir hüququ qalmadığı səbəbindən Cavabdeh və övladları bu mənzildən çıxarılmalıdır. Qeyd edilənlərdən və Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6397/2023 saylı, xx.xx.2023-cü il qətnaməsindən görünür ki, Cavabdeh ilə onlar ailə arasındakı bütün münasibətlər bitmişdir. Sözügedən Məhkəmə qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X13 da cavabdehin yanında saxlanılmışdır. Buna görə də cavabdeh və övladları onun mülkiyyətində olan ünvan 1-dən çıxarılmalıdır. Ona görə də o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, sovet dövründə yoldaşı ilə birlikdə işləyib ev alıblar. Belə ki, 1978-ci ildə 1 otaqlı ev alıblar, 1989-cu ildə isə həmin evi 2 otaqlı evlə dəyişmişdir. Cavabdeh keçmiş gəlinidir və hazırda həmin evdə yaşayır. Cavabdeh gəlin gələndə ev onların mülkiyyətində idi. Məhkəmədənkənar cavabdehə evdən çıxmasnı bildirsə də, heç bir nəticəsi olmamışdır, bundan sonra onların arasında bu məsələyə dair hər hansı razılaşmanın olması mümkün deyil. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, o, 2015-ci ildə ailə həyatı qurub. Belə ki, bu ev iddiaçınındır. Bunu danmır. Lakin keçmiş həyat yoldaşı ona xəyanət etmişdir və nəticədə onunla rəsmi qaydada boşanıblar. Uşaqlar üçün hər ay 400 (dörd yüz) manat aliment müəyyən edilsə də, keçmiş yoldaşı ona hər ay 200 (iki yüz) manat civarında aliment ödəyir. Onun səhhətində problemlər var, beyinində quruma gedir. Oğlunun beynində isə kista vardır. Adına nə ev, nə də ki digər mülkiyyəti vardır. Evdən çıxarıldığı təqdirdə yaşamağa yeri yoxdur. Kirayədə yaşamaq üçün də maddi imkanı yoxdur. Həmçinin keçmiş həyat yoldaşına uşaqları ilə görüşməsi üçün də problem yaratmır. Lakin o bir ata olaraq uşaqları ilə maraqlanmır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə xx.xx.1995-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh, X11, X1 Rafiq Novruz oğlunun mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan olan AZ-İİ 032393 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə X9 xx.xx.2015-cı il tarixdə Sumqayıt Qeydiyyat Şöbəsində nikaha girərək ailə qurmuşlar və bu nikah 273 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Hüseynli soyadı verilmişdir. İşdə olan AZ-İİİ 777026 saylı, AZ-İV 076504 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X13 adlı iki övladları anadan olmuşdur. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6397/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızının cavabdeh X8 qarşı ilkin iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, ümumilikdə hər ay üçün 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin X3 tutularaq Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızına ödənilməsi, iddiaçı Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızının cavabdeh X8 qarşı ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, X7 cavabdeh Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızına qarşı qarşılıqlı iddia tələbinin təmin edilməsi, X12 ilə Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızı arasında Sumqayıt şəhər Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixdə bağlanmış, 273 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatana qədər anaları Hüseynli (Nəbiyeva) Türkanə Vüqar qızının yanında qalmaları qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 66, 5 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu X12 ilə xx.xx.2015-cı il tarixdə nikaha girərək ailə qurmuş və sözügedən mənzilə gəlin köçmüşdür. Tərəflər arasında olan nikah Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6397/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh övladları ilə birlikdə həmin mənzildə yaşayır. Məhkəmə hesab edir ki, ilk öncə hazırki iş üzrə mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına münasibətdə cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması məsələsi müəyyən edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra əmələ gəldiyindən, mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, ünvan 1 İddiaçı mülkiyyətində olduğundan mübahisə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları əsasında həll edilməlidir Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabırın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. İş materiallarından tərəflər arasında həmin yaşayış sahəsindən istifadə ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada hər hansı razılaşmanın olmadığı müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, mövcud münasibətlərin həlli zamanı Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, mövcud qanunvericiliyin mənasına görə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün istifadə hüququnun yaranmasını iddia edən şəxsin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. (Mənzil Məcəlləsi, maddə 30) Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırda cavabdeh yaşayış sahəsinin mülkiyyətçisi olan İddiaçı ailə üzvü sırasına daxil deyildir. Eyni zamanda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Məhkəmə tərəfindən hazırki iddia tələbi üzrə cavabdehin evin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid olmadığı da müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus ünvan 1-dən çıxarılması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X5 yaşayış yeri anaları Cavabdeh yanında müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh azyaşlı övladları xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X13 ilə birlikdə İddiaçı məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon,ev 66, mənzil 5-dən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh övladları xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X13 ilə birlikdə İddiaçı məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 66, 5 saylı mənzildən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-3349/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3349/2024
20.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver