Məhkəmə qərarları › İş №e-2(060)-338/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-338/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-338/2025 13.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Rüstəmzadə Leyla Cəfər qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə İlkin iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ilkin iddia üzrə Cavabdeh qarşı "pul tələbi"nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı «əqdin etibarsızlığı tələbi»nə dair qarşılıqlı ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ”Azər-Türk Bank” ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair 11 noyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2021-ci il tarixlərində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Qarşı bank bu əməliyyat üçün chargeback sorğusu yaratmış və udmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh Bankın hesabına 3496,17 manat məbləğində əsassız varlanmışdır. 21 sentyabr 2023-cü il tarixində tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə razılaşma əldə edilsə də, borc məbləği tam olaraq ödənilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan 3496,17 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 55,37 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Öz növbəsində, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı «əqdin etibarsızlığı tələbi»nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə arasında «Fiziki şəxslərə ödəniş kartının verilməsi üzrə xidmətlərin göstərilməsi»nə dair xx.xx.2021-ci il tarixli ******************** saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, komissiya haqlarını, xidmət haqlarını habelə digər Ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən cavabdehə kart təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2021-ci il tarixlərində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Qarşı bank bu əməliyyat üçün məbləğin geri ödənişinə dair (cashback) sorğu yaratmış və udmuşdur. Qeyd olunanlara əsasən Cavabdeh bankın hesabına 3496,17 manat məbləğində əsassız varlanmışdır. xx.xx.2023-cü il tarixində tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə razılaşma əldə olunsa da, borc məbləği tam olaraq ödənilməmişdir. İddiaçı AR Mülki Məcəliəsinin 14.2.7, 386.1, 439,4, 1091,1, 1092 və 1095-ci maddələrinə istinad edərək yuxarıda qeyd olunan məbləğin məndən alınaraq bankın xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi ilə bağlı vurğulanmalıdır ki, 2021-ci ilin oktyabr ayında onun və qohumlarının debet kartına xaricdən vəsait daxil olmuşdur, həmən vəsait onkoloji bir xəstənin müalicəsinə kömək məqsədi ilə göndərilmişdir. xx.xx.2022-ci il tarixində (beş ay sonra) onun debet kartı mənfi 6014,17 manat göstərdi. Təxminən iki il sonra, 2023-cü ilin sentyabr ayında banka dəvət olunduqda ona bildirildi ki, köçürülən vəsaitlərin bir qismi problemli olduğundan banka ziyan dəymişdir. O, bankdan dəfələrlə tələb etmişdir ki, ziyanın nə ilə bağlı dəydiyini və ümumiyyətlə ziyan dəymişdirsə onun əsasları və sübutlarını təqdim etsinlər. Hazırkı günədək problemli adlandırılan vəsaitin geri qaytarılması haqda sənədlər təqdim olunmamışdır. Gah polis orqanı, gah da məhkəmə ilə təhdid nəticəsində məcbur qalaraq "borcun hissə-hissə ödənilməsinə dair" razılaşmanı imzalamışdır (xx.xx.2023 tarixli overdraft borc müqaviləsi) və müəyyən edilmiş 6014,17 manatın borcun 2518 manatını ödəmişdir. Lakin həmin ödənişləri etdiyi 10 ay müddətdə belə banka etdiyi müraciətlərə cavab almamışdır. Ona borcun əsasları, vəsaitlərin geri qaytarılması haqda hesabdan çıxarış barədə heç bir məlumat verilməmişdir. Göstərilənlərə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmanın (müqavilənin) etibarsız hesab edilməsi qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 izahat verərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh izahat verərək bildirmişdir ki, müqavilə əsassız olaraq bağlanılmışdır. Belə ki, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, **********019601002 saylı “fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi”nə əsasən Cavabdeh 36 ay müddətinə kredit kartı verilmişdir.

11. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən müştərinin ödəniş kartı vasitəsilə apardığı əməliyyata görə Bank rəsmi internet səhifəsində yaxud bunun üçün xüsusi yaradılmış digər elektron vasitələrdə əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun həcmdə və ya məbləğdə geri ödəniş (cashbank) həyata keçirə bilər. Müştəri xidmət/satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda, ödənilmiş geri ödəniş məbləği (cashbank) Bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Bank tərəfindən geri ödənişin (cashbank) həyata keçirilməsi birtərəfli qaydada dayandırıla və ya şərtləri dəyişdirilə bilər.

12. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli borcun hissə-hissə ödənilməsi barədə razılaşmanın surətindən görünür ki, Cavabdeh 6019,17 manat pul məbləğini hər ay 250,8 manat olmaqla, 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

13. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan Cavabdeh məxsus debet kartına xx.xx.2021-ci il tarixində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Qarşı bank bu əməliyyatlar üçün chargeback sorğusu yaratmış və udmuşdur. Bununla əlaqədar olaraq Banka 3496,17 manat həcmində ziyan dəymişdir.

14. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, bank Cavabdeh məxsus olmayan 3496,17 manat vəsaiti 5 iş günü ərzində bütövlükdə geri ödəməsi, əks təqdirdə həmin vəsaitin tam olaraq ödənilməsinin tələb edilməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir.

15. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2588 saylı ekspert rəyinə əsasən, Bankdan təsdiq olunmuş formada təqdim olunan kart hesabından çıxarışa əsasən Cavabdeh məxsus 11 oktyabr 2021-ci il tarixli, ******************** nömrəli “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsi üzrə 18 xx.xx.2021-ci il tarixlərdə kart hesabına 15 halda 8787,56 ABŞ dolları (14900 manat ekvivalentində) məbləğində X2 yerləşən banklardakı müxtəlif kart hesablarından, xx.xx.2021-ci il tarixdə isə "xxxx" ASC-dən kartdan-karta təyinatı ilə 5 manat məbləğində vəsait daxil olmuşdur. Daxil olmuş vəsaitlərdən 18 - xx.xx.2021-ci il tarixlərdə 8 halda, ümumilikdə 8403 manat məbləği kartdan - karta təyinatı ilə müxtəlif rezident banklarda olan müştərilərin kart hesablarına köçürülmüş (bankların adı barədə məlumatlar hesabdan çıxarışda qeyd olunub), xx.xx.2021-ci il tarixdə 2 halda 5500 manat məbləği İddiaçı ASCnin Rəqəmsal filallarındakı, 1 halda 1000 manat məbləği isə "xxxx" ASC-nin Xırdalan qəsəbəsi ərazisində olan bankomatları vasitəsilə nağd çıxarılmışdır. xx.xx.2022-ci il tarixdə 2 halda ümumilikdə 3544 ABŞ dolları (6024,80 manat ekvivalentində) (uduzulmush chargeback 4815-83xx-xxxx-9391 3,000.00 AZN (1772.00 USD) 1772 10.4 Fraud Case ********** pay.atb.az/card 74000045/BANK OF AMERİCA, NATİONAL ASSOCİATİON USA və uduzulmush chargeback 4815-83xx- xxxx-1263 3,000.00 AZN (1,772.00 USD) 1772 10.4 Fraud Case ********** pay.atb.az/card 74000045/BANK OF AMERİCA, NATİONAL ASSOCİATİON USA) məbləğində vəsaitlərin “fırıldaqçılıq olma halı” təyinatı ilə xarici banklardan chargback acquiring banka qarşı açılan etiraz sorğuları əsasında mastercard tərəfindən geri silinmişdir. Bankdan təqdim olunan məlumata əsasən kartda olan əsas əməliyyatlar barədə (xx.xx.2022-ci il tarixdə geri silinmiş 2 halda 3544 ABŞ dolları məbləğində chargeback əməliyyatları və xx.xx.2022-ci il tarixdə 1 manat "xxxx" ASC-dən, xx.xx.2023-cü il tarixdə 5 manat İddiaçı ASC-dən, xx.xx.2023-cü il tarixlərdə 6 halda 1514 manat məbləğdə "xxxx" ASC-dən “kartdan karta” təyinatı ilə, xx.xx.2023-cü il tarixdə 251 manat İddiaçı ASC-nin 5 saylı Rəqəmsal filialındakı ödəniş terminalı və 07.06 xx.xx.2024-cü il tarixlərdə 3 halda 753 manat “MilliON” ödəniş terminalı vasitəsilə daxil olmuş vəsaitlər istisna olmaqla) müştəriyə SMS məlumatlandırma göndərilmişdir. Bankdan təsdiq olunmuş formada təqdim olunan kart hesabından çıxarışa əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2021 -ci il tarixli, ******************** nömrəli “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsi üzrə açılmış hesaba (kart hesabına) xx.xx.2021-ci il tarixdə 1 halda 235,36 ABŞ dolları (PAY.ATB.AZ odenish/001 PP**********5/ xx.xx.2021 05:29:24/ **********884V92/ 882666/PNC BANK, NATİONAL ASSOCİATİON USA - 443040*****0380/235.36 USD), xx.xx.2021-ci il tarixdə 2 halda 3544 ABŞ dolları (PAY.ATB.AZ odenish/001 PP**********6/ xx.xx.2021 12:01:56/ **********453V15/ 170328/BANK OF AMERİCA, NATİONAL ASSOCİATİON USA 481583******1263/1,772 USD və PAY.ATB.AZ odenish/001 PP**********2/ xx.xx.2021 12:54:26/ **********510V56/ 155648/BANK OF AMERİCA, NATİONAL ASSOCİATİON USA - 481583™*9391/1,772 USD) və 20 - xx.xx.2021-ci il tarixlərdə 12 halda 5008,20 ABŞ dolları (PAY.ATB.AZ odenish/001 PP**********7/ xx.xx.2021 18:59:16/ **********424V26/ 085902/ WELLS FARGO BANK, NATİONAL ASSOCİATİON USA); ümumilikdə 15 halda 8787,56 ABŞ dolları (14900 manat ekvivalentində) X2 yerləşən banklardakı müxtəlif kart hesablarından (kartların kimə məxsus olması məlum deyil) vəsaitlər daxil olmuşdur. Bundan əlavə həmin kart hesabına xx.xx.2022-ci il tarixdə 1 manat "xxxx" ASC-dən, xx.xx.2023-cü il tarixdə 5 manat İddiaçı ASC-dən xx.xx.2023 - xx.xx.2024-cü il tarixlərdə 6 halda 1514 manat məbləğdə "xxxx" ASC-dən “kartdan karta” təyinatı ilə, xx.xx.2023-cü il tarixdə 251 manat İddiaçı ASC- nin 5 saylı Rəqəmsal filialındakı ödəniş terminalı və 07.06 - xx.xx.2024-cü il tarixlərdə 3 halda 753 manat “MilliON” ödəniş terminalı vasitəsilə vəsaitlər mədaxil olmuşdur. Bankdan təsdiq olunmuş formada təqdim olunan kart hesabından çıxarışa əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2021-ci il tarixli, ******************** nömrəli “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsi üzrə açılmış hesabdan (kart hesabından) xx.xx.2021ci il tarixdə 2 halda 5500 manat “Azər-Türk Bank" ASC-nin Rəqəmsal filallarındakı, 1 halda 1000 manat "xxxx" ASC-nin Xırdalan qəsəbəsi ərazisində olan bankomatı vasitəsilə nağd çıxarılmışdır. Bankdan təsdiq olunmuş formada təqdim olunan kart hesabından çıxarışa əsasən iddiaçı “Azər-Türk Bank" ASC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2021ci il tarixli, ******************** nömrəli “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsi üzrə açılmış hesabdan (kart hesabından) pul vəsaitlərinin məxaric olunması bank sistemində mövcud olan qanunla tənzimlənən normalara, qaydalara və iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 oktyabr 2021-ci il tarixli “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsinin şərtlərinə uyğun aparılmışdır. Bankdan təsdiq olunmuş formada təqdim olunan kart hesabından çıxarışa əsasən “Azər-Türk Bank" ASC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2021-ci il tarixli, ******************** nömrəli “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair müqavilənin müvafiq şərtləri və bütün müddət ərzində həyata keçirilmiş ödənişlər nəzərə alınmaqla cavabdehin banka olan borcu 3496,17 manat təşkil edir. Bankdan təsdiq olunmuş formada təqdim olunan kart hesabından çıxarışa əsasən “Azər-Türk Bank" ASC ilə Cavabdeh arasında bağlanmış 11 oktyabr 2021-ci il tarixli, ******************** nömrəli “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında 3496,17 manat ödənilməmiş öhdəliyi mövcuddur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

a) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Hazırki ilkin və qarşılıqlı iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. -339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair xx.xx.2021-ci il tarixli, **********019601002 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüş, bank tərəfindən müvafiq kart Cavabdeh təhvil verilmiş, həmin kart Cavabdeh istifadəsində olmuş, sonradan xx.xx.2022-ci il tarixində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüş, daha sonra qarşı bank bu əməliyyat üçün “chargeback” sorğusu verərək mübahisəni öz xeyrinə həll etmişdir. Bundan sonra tərəflər arasında qarşılıqlı razılıq əsasında borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşma imzalanmış, Cavabdeh "xxxx" ASC-yə 6017,17 manat borcu olduğunu qəbul etmiş və həmin borcu 24 ay müddətinə, aylıq 250,80 manat məbləğindən az olmayaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin Cavabdeh borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023cü il tarixli razılaşmanın tələblərini pozmuş, qeyd edilənlərlə əlaqədar olaraq da İddiaçı ASC-yə 3496,17 manat həcmində ziyan dəymiş və Cavabdeh bankın hesabına 3496,17 manat məbləğində əsassız varlanmışdır. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait geri qaytarılmadığından iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir.

20. Məhkəmə ilk növbədə cavabdehin hazırkı tələb üzrə cavabdehlik daşımaması barədə dəlillərinə qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə müqavilə münasibəti məhz onun arasında yarandığından və o, bağlanılmış müqavilə üzrə tərəf olduğundan, bank kartına köçürülmüş pul vəsaitinin kim tərəfindən qəbul edilməsindən asılı olmayaraq, yaranmış öhdəliyə görə məsuliyyət məhz müqavilə tərəfinin üzərinə düşdüyündən, cavabdehin bu dəlilləri əsaslı hesab edilə bilməz və məhkəmə qeyd edir ki, cavabdeh hazırkı tələbə dair cavabdehlik daşıyan şəxsdir.

21. Məhkəmə işin faktiki hallarını və tərəflər arasında bağlanmış müqavilələri diqqətə almağı zəruri bilir. Azər-Türk Bank" ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, **********019601002 saylı fiziki şəxslərə ödəniş kartının verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsində xx.xx.2019-cu il tarixli Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərin müqavilənin tərkib hissəsi kimi tərəflərin şərtlərlə razı olmalarını təsdiq etmişlər. xx.xx.2019-cu il tarixli Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərin 3.1.8-ci bəndinə əsasən kart hesabına səhvən mədaxil olmuş vəsaitdən istifadə etməmək, geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etməmək, 3.1.9-cu bəndinə əsasən kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifələri kimi göstərilmişdir.

22. Cavabdeh müqaviləni imzalamaqla Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtləri oxuduğunu, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğunu, gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmədiyini təsdiq etmişdir. Yəni müştəri hazırki halda cavabdeh bütün kart əməliyyatları zamanı hesabı ilə bağlı kartın üzərindəki qeyd ilə əlaqədar gələcəkdə yaranacaq nəticələri bilir və məsuliyyəti müştəri öz üzərinə götürür.

23. Bundan əlavə, cavabdeh baş vermiş pul köçürməsi ilə əlaqədar bank tərəfindən xəbərdar edilmiş, xx.xx.2023-cü il tarixdə isə borclu tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, **********019601002 saylı müqaviləyə əsasən ona verilmiş kartın istifadəsi nəticəsində bank qarşısında yaranmış borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Sonradan isə razılaşmaya əsasən cavabdeh banka 2523 manat pul ödəmiş, qalan pulu ödəməkdən imtina etmişdir.

24. Hazırda cavabdeh kartdan müəyyən qədər məbləğləri çıxarmasını etiraf edir, lakin pulun xəstə bir şəxs üçün hesaba mədaxil olan pul bilib çıxardığını bildirir. Həmçinin bankla əvvəlcə həmin borcla bağlı razılığa gəldiyini və banka ödənişlər etdiyini də bildirir, lakin hesab edir ki, bu ödənişləri düzgün etməyib, bank onun yerinə əsassız varlanıb.

25. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında əks olunmuş mövqeyə görə, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.

26. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

27. Bu baxımdan məhkəmə qarşılıqlı iddia ərizəsinin əqdin etibarsız hesab edilməsi ilə bağlı olduğunu nəzərə alaraq ilk növbədə həmin əqdə münasibət bildirilməsini zəruri hesab edir.

28. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC ilə aralarında bağlanmış borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmanın (müqavilənin) etibarsızlığın əsası kimi onun aldatma yolu ilə bağlanmasını qeyd etmişdir.

29. Məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1- vacib əhəmiyyətli yanılma, 2- aldatma, 3- təhdid edilmə (hədələnmə).

30. Qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbini əsaslandırdığı faktiki hal ondan ibarətdir ki, o, cavabdeh tərəfindən aldadılmış və bunun nəticəsində iradəsinin ziddinə borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmanı imzalamışdır.

31. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

32. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.

33. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).

34. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir;

35. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır;

36. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).

37. Hazırki halda iddiaçı aldadıldığına istinad edərək həmin əqdi bağladığını bildirsə də, bunu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Aldadıldığı hal kimi bank tərəfindən ona həmin məbləğdə pul vəsaitinin xarici bank hesabına köçürülməsini təsdiq edən sübutun təqdim edilməli olduğunu, lakin belə sübutun təqdim edilmədiyini göstərmişdir ki, tərəflər arasındakı razılaşmada da belə bir şərt öz əksini tapmamışdır. Hətta iddiaçı tərəfindən həmin razılaşma üzrə qismən ödənişlərdə həyata keçirilmişdir.

38. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər.

39. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 aprel tarixli Qərarında qeyd edilən hüquqi mövqelərə əsasən, anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: - həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; - müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən suiistifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.

40. Beləliklə cavabdeh tərəfindən sözügedən müqavilənin etibarsızlığına səbəb ola biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. “Borcun hissə-hissə ödənilməsi barədə” 21 sentyabr 2023-cü il tarixli Razılaşmanın aldatma yolu ilə bağlanmasının təsdiqini tapmadığını, bununla da müqavilə bağlanarkən iddiaçının iradəsinin zədələnməsinin müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməməlidir.

41. İlkin iddiaya gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdeh kart hesabı müqaviləsi bağlamaqla artıq müqavilə və onun tərkib hissəsi olan standart şərtlərlə razı olmasını və müqavilədən irəli gələn bütün öhdəliklərə görə məsuliyyəti üzərinə götürmüş olmuşdur. Həmçinin hesabına “səhvən” daxil olmuş olan məbləğ barədə bankı xəbərdar etməklə yanaşı, həmin məbləğin geri qaytarılmasını da təmin etməli olduğu halda, məbləği şəxsi ehtiyaclarına sərf etmiş, sonradan isə etirafedici razılaşma ilə müəyyən hissəvi ödənişləri etsə də, həmin razılaşmaya zidd olaraq hazırda öhdəliyinin icrasından boyun qaçırır.

42. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 3496,17 (üç min dörd yüz doxsan altı manat, on yeddi qəpik) manat məbləğində pul və 55,37 (əlli beş manat, otuz yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir.

43. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

49. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutulub Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.

Nəticə hissəsi:

51. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 3496,17 (üç min dörd yüz doxsan altı manat, on yeddi qəpik) manat məbləğində pul və 55,37 (əlli beş manat, otuz yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutulub Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar