Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3428/2024 26.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinə əsasən borcun qaytarılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən Cavabdeh 3588 manat pulun alınaraq ona verilməsi, həmçinin onun tərəfindən ödənilmiş 56.40 manat məbləğində dövlət rüsumunu və vəkilə ödədiyi 300 manat məbləğində pulun da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında **-EM-*** dövlət qeydiyyat nişanlı AZSAMAND minik markalı avtomobilə dair icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə cavabdeh 12 ay müddətinə hər ay 299 manat olmaqla cəmi 3588 manat məbləğində pulu ona ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyini müqavilə bağlanandan bu günə kimi icra etməmişdir. Hazırda onun 3588 manat borcu vardır. Lakin o, borcunu ödəmir. Ona görə də o, pretenziya qaydasında ona müraciət edərək, 10 (on) gün müddətində aralarında olan müqavilənin şərtlərinin icra edilməsini, əks halda pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin o, buna məhəl qoymamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, adam maşın tapır və gətirir. Misal üçün 10 min manat qiyməti olan maşının 5 min manat olan hissəsini özü ödəyir. Digər qalan 5 min manatı isə ödəyə bilmədikdə maşın iddiaçının adına rəsmiləşdirilir. Əslində icarə müqaviləsi olsa da sonda pulu ödədikdən sonra avtomobil cavabdehin mülkiyyətinə keçir. Cavabdeh də götürdüyü öhdəlikləri icra etmir və avtomobili də özü üçün idarə edir. Bu gün də pulu ödəsə etibarnaməni cavabdehə verəcəkdirlər. Çünki müqavilənin şərti vardır. Qeyd edilənlərə əsasən nümayəndə və vəkil iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli, 810 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən “AZSAMAND” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil 2022-ci il tarixli ödəniş qrafikinə əsasən 12 ay müddətinə aylıq 299 manat hesablanmaqla 2588 manat məbləğində iddiaçı tərəfindən cavabdehə icarəyə verilmişdir. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, alıcı və satıcı yazılarının qarşısında hər iki tərəfdən imza çəkilmiş, lakin cavabdeh tərəfindən ödənişlər olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, 10 (on) gün müddətində aralarında olan müqavilənin şərtlərinin icra edilməsi, əks halda müqavilənin ləğv olunması və pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edəcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Sumqayıt Regional Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 56 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (700.1.). İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (700.2.). Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (700.3.). Mülki Məcəllədə həmçinin göstərilir ki, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir (684.1.). Göründüyü kimi tərəflər arasında icarə müqaviləsi bağlanmış və iddiaçı müqavilədə nəzərdə tutulmuş nəqliyyat vasitəsini cavabdehin istifadəsinə vermişdir. Cavabdeh isə müqaviləyə əsasən öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və icarə haqqını lazımi qaydada ödəməmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və iddiaçıya xx.xx.2023-cü il tarixli, 810 saylı icarə müqaviləsi üzrə 3588 manat məbləğində borcu qalmışdır. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı eyni zamanda iddia ərizəsinin xahiş hissəsində dövlət rüsumuna hesablanmış 56,40 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı ümumilikdə 56,40 manat dövlət rüsumu ödəmişdir. Bu səbəbdən iddia təmin edilməli, 3588 manat məbləğində borc və 56,40 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, vəkilə hüquqi yardıma görə ödənilən xərcə görə cavabdehdən 300 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2023-cü il tarixli, 810 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 3588 (üç min beş yüz səksən səkkiz) manat məbləğində borc, hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz) manat pul və ödənilmiş 56.40 (əlli altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-3428/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3428/2024
26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver