Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3441/2024 19.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı oğliu və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilin boşaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X2 ünvan 1 ünvanında yerləşən 74 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməklə cavabdehlər Cavabdeh2 və X4 həmin yaşayış sahəsini özlərinə məxsus əşyalarla birlikdə boşaldılması (ondan istifadəni dayandırılması), eləcə də iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı “paylı mülkiyyətdə olan əşyadan payın ayrılması və ya açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58 kv.metr o cümlədən yaşayış sahəsi 37,20 kv.metr, (1 otaq 16.2 kv.metr, 1 otaq 21 kv.metr) yardımçı sahəsi 20.8 kv.metr olan 2 otaqdan ibarət 74 nömrəli mənzilin 21 kv.metr yaşayış sahəsi olan 1 otağa İddiaçı payının naturada ayrılması, ümumi əmlakdan (evdən) payın ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58 kv.metr, o cümlədən yaşayış sahəsi 37,20 kv.metr, (1 otaq 16.2 kv.metr, 1 otaq 21 kv.metr) yardımçı sahəsi 20.8 kv.metr olan 2 otaqdan ibarət 74 nömrəli mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti mənzilin paylı mülkiyyətçiləri İddiaçı, X4 və Cavabdeh2 arasında onların həmin mənzilə olan paylarına mütənasib surətdə, yəni paylarına bərabər hissələrdə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı “paylı mülkiyyətdə olan əşyadan payın ayrılması və ya açıq hərracda satılması” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 50 (əlli) manat İddiaçı alınaraq X1 (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, T.Q.Məmmədov və Ş.R.Abasov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Əhməd Əhmədov (sədrlik edən və məruzəçi), Vüqar Həsənov, İspəndiyar Şəfiyev) 27 sentyabr 2022-ci il tarixli, 2(102)- 3736/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2(105)-3385/2021 nömrəli qətnaməsi ləğv edilərək, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-285/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(060)- 1704/2021-008 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58 kv.metr, o cümlədən yaşayış sahəsi 37.20 kv.metr, (1 otaq 16.2 kv.metr, 1 otaq 21 kv.metr) yardımçı sahəsi 20.8 kv.metr olan 2 otaqdan ibarət 74 nömrəli mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin mənzilin paylı mülkiyyətçiləri İddiaçı, X4 və Cavabdeh2 arasında onların həmin mənzilə olan paylarına mütənasib surətdə bölünməsi qət edilmişdir. Qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almış, icra edilməsi üçün aidiyyəti icra qurumuna göndərilmişdir. Qətnamənin icrası ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə açıq hərrac keçirilmiş və sözügedən mənzili 62400 manata hərracda satışa çıxarılmış və mənzil 62400 manata tələbkar İddiaçı tərəfindən alınmışdır. Hərracın yekunları üzrə hərrac təşkilatı ilə İddiaçı arasında əmlakın alqısatqısı barədə xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmış və müqaviləyə uyğun olaraq mənzilin dəyəri (62400 manat) İddiaçı tərəfindən ödənilmiş, həmin məbləğin borclular Dilşad və Rəfiqə Əsgərovaya çatası 27184 manat hissəsi Sumqayıt şəhər İcra İdarəsinin depozit hesabına keçirilmişdir. xx.xx.2023-cü il tarixdə borclu R.Əsgərova icra idarəsinə ərizə ilə müraciət edərək, 27184 manat pul vəsaitindən payına düşən 13592 manat məbləğin onun hesabına köçürüldüyünü, mübahisəli mənzilin satılmasını təsdiq edən hərrac protokolunu aldığını, narazılığının olmadığını və gələcəkdə məhkəmələrdə hər hansı mübahisənin qaldırmayacağını bildirmişdir. Daha sonra sözügedən ünvan 1 ünvanında yerləşən 74 nömrəli mənzil tam və yeganə mülkiyyətçi kimi xx.xx.2023-cü il tarixdə onun adına qeydiyyata alınmış və ƏMDK DƏDKR publik hüquqi şəxs tərəfindən çıxarış təqdim edilmişdir. Sonradan həmin mənzilə mülkiyyət hüququndan istifadə edərək, sözügedən mənzildə qeydiyyatda olan Cavabdeh2 və X2 qeydiyyatdan çıxarılmaları üçün Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin Sumqayıt şəhər Polis İdarəsi həmin şəxslərin qeyd edilən mənzildən qeydiyyatdan çıxarılmalarından imtina etmiş və müvafiq inzibati məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. O da Cavabdeh2 və X2 qeydiyyatdan çıxarılmaları üçün Polis İdarəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmış və həmin iş baxılmaqdadır. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehlər Cavabdeh2 və X2 ünvan 1 ünvanında yerləşən 74 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh2 və X4 həmin yaşayış sahəsini özlərinə məxsus əşyalarla birlikdə boşaltmalıdırlar (ondan istifadəni dayandırmalıdırlar). Hər iki halda da iddiaçının iddiası əsaslıdır. Əvvəla bu iki haldan asılı olmayaraq da hazırki iddia əsaslıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin mənzilə dair tərəflərin payları müəyyən edilmiş, daha sonra mənzil açıq hərracdan satışa çıxarılmış və mənzilin alıcısı olmadığı üçün və icra sənədi icra edilmədən məhkəməyə geri qaytarılmasın deyə həmin mənzili açıq hərracdan 62400 manata özü almış və həmin məbləğdən cavabdehlər Dilşad və Rəfiqə Əsgərovaya çatası 27184 manat hissəsi Sumqayıt şəhər İcra İdarəsinin depozit hesabına keçirilmişdir ki, Rəfiqə Əsgərova 27184 manat pul vəsaitindən payına düşən 13592 manat məbləğini götürmüşdür (hesabına köçürülmüşdür). Belə olan halda həmin mənzilin paylı mülkiyyətçiləri olmuş Dilşad və Rəfiqə Gülmirzəyevələrin sözügedən mənzilə dair öz paylarına düşən pul vəsaitini əldə etməklə mənzildən istifadə hüquqları xitam verilmiş hesab olunmalıdır. Həmçinin qanunvericilikdə mənzilin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olduğu qeyd edilir. Cavabdehlər isə onun bibiləri olmaqla onun ailə üzvləri sayılmır. Bununla belə hətta hesab edilsə ki, tərəflər arasında yaranan hüquq münasibətləri 2001-ci il sentyabrın 1-dək və ya həmin tarixdən sonra yaranmış və belə olan halda da həmin mənzilin paylı mülkiyyətçiləri olmuş Dilşad və Rəfiqə Gülmirzəyevələrin sözügedən mənzilə dair öz paylarına düşən pul vəsaitini əldə etməklə həm Mülki Məcəllənin 228.2-ci maddələrinin tələbləri baxımdan həmin vəsaitin cavabdehlər Dilşad və Rəfiqə Gülmirzəyevələrə bazar qiymətinə uyğun kompensasiyanın verilməsi hesab olunmaqla onların sözügedən mənzildən istifadə hüququna xitam verilməsi üçün, həm də Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123.0.6 və 123.0.7-ci maddələrinin tələbləri baxımdan mənzilin tam və yeganə mülkiyyətçisi olaraq həmin mənzil barəsində sərəncam vermək hüquqlarımın həyata keçirilməsini çətinləşdirməməli və maneçilik törədən üçüncü şəxslərin (o cümlədən Dilşad və Rəfiqə Gülmirzəyevələrin) hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün əsasdır. Cavabdeh Rəfiqə Əsgərovanın mülkiyyətində bağ evi vardır (təsdiqedici sənəd əlavə olunur) və hazırda həmin evdə də həyat yoldaşı ilə biriikdə yaşayır. X5 faktiki olaraq 1990-cı ildən bəri bugünədək ünvan 1 ünvanında yerləşən 74 nömrəli mənzildə yaşamamışdır. Cavabdeh2 isə mənzil mübahisəsinin məhkəmədə getdiyi dövrdə ona 30000 manat təklif etməklə iddiamı geri götürməyini bildirmişdir. Bu hal onu göstərir ki, Cavabdeh2 əlindəki 30000 manat pulun üzərinə 27184 manat pul vəsaitindən payına düşən 13592 manat məbləğini qoymaqla özünə hətta yeni mənzil almaq imkanı da var. Həmçinin mənzilin boşaldılması tələbinə münasibətdə qeyd edir ki, sözügedən mənzilə dair payların bölünməsi və açıq hərracdan satılması tələbi barədə məhkəməyə müraciət etməmişdən qabaq, hətta məhkəmə çəkişməsi zamanı məsələni öz aralarında danışıqlar yolu ilə həll edilməsinə yəni, qətnamədən sonra onlara çatası paydan (27184 manatdan) artıq pul təklif etsə də cavabdehlər buna razı olmamış hətta hazırda həmin mənzildə yaşayan Cavabdeh2 (o cümlədən Rəfiqə Əsgərovanın da mənzilin boşaldılması ilə bağlı problemlər yaradacağı istisna deyil) satılsa da belə həmin mənzildən çıxmayacağını dəfələrlə bildirmişdir. Belə olan təqdirdə tam mülkiyyətçi kimi mənzil üzərində hər hansı sərəncam vermə imkanı (başqa şəxslərə satmaq, bağışlamaq və s.) məhdudlaşacaqdır. Bu səbəbdən hesab edir ki, cavabdehlərin mənzilə istifadə hüququna xitam verilməsi ilə yanaşı cavabdehlər Cavabdeh2 və X4 həmin yaşayış sahəsini özlərinə məxsus əşyalarla birlikdə boşaltmalıdırlar (ondan istifadəni dayandırmalıdırlar). Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3441/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə istifadə hüququna xitam verilməklə boşaldılması tələbinə dair iddiasının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi hissəsində icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehlərdən Cavabdeh2 mənzildə yaşayır, lakin digəri yaşamır. Cavabdeh mənzildən çıxmadığını bildirir. Ona 30 min manat pul təklif edir. Ya da ev almağını deyir. O da deyir ki, 13.500 manat icranın balansında vardır. O da bildirir ki, onu götürərək özünə ev alsın. Digər cavabdehin əşyaları bağ evində qalmışdır. Lakin hər hansı bir əşyasının olacağı ehtimalı ilə əlaqədar ona qarşı da tələb irəli sürmüşdür. Digər cavabdeh babasından qalma torpaq sahəsi vardır ki, orada bağ evi vardır. Ev olan hissəsində onun bibisi yaşayır. Onların adına da torpaq sahəsi vardır. Ora isə boş torpaq sahəsidir, ev yoxdur. Əvvəl bitişik olmuş, sonra isə bölünmüşdür. Atasının adından onun adına keçmişdir. Bağda qalan bibisi Cavabdeh1 orada yaşamır. Əşyaları ola biləcəyi üçün cavabdeh qismində qeyd etmişdir. Hərrac olmuş və evi almışdır. Qarşı tərəfə də hərrac ilə bağlı məlumatlar göndərilmişdir. Hərrac zamanı başqa adam almadığı üçün banka girmiş və almışdır. Qarşı tərəfə 27 min 200 manat pul ödəmişdir. Bu da məhkəmənin bölgü payına əsasən baş vermişdir. Əsgərova Rəfiqə məbləği götürmüş, digər cavabdeh isə götürməmişdir. Pul da hal-hazırda icranın balansındadır. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, icraçı tələsdirdiyi üçün pulu götürmüş, lakin həmin məbləğə əl dəyməmişdir. İddiaçı onun qardaşı oğludur. Həmin evdə 5 nəfərin payı olmuşdur. Əvvəl mülkiyyətçi o, olmuşdur. Onların məhkəmə prosessləri olaola vəziyyəti bu həddə çatdırmışdır. Digər bacısının əşyaları qalmışdır. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, atası hökməlidən ev almışdır. O, neçə ildir ki, o evdə yaşayır. Başqa evi yoxdur. 13 min manata ev yoxdur. Evlərin qiyməti hal-hazırda bahadır. Tək balaca otaqda yaşayır. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəyə cavabdan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq, Cavabdeh2, Cavabdeh1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının məqsədəuyğunluğu bildirilmiş, ərizədə göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. - xx.xx.2023-cü il tarixli, **********64-05101-093027 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1, mənzil 74 İddiaçı mülkiyyətindədir. - Cavabdeh1 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, müvafiq qətnamə əsasında verilmiş icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsində başlanılmış icraat zamanı Sumqayıt şəhəri, 2-ci məhəllə ərazisində yerləşən, 11/12 saylı evin, 74 saylı mənzilin hərrac yolu ilə 62.400 manat dəyərində satışı nəticəsində alıcı-mülkiyyətçi İddiaçı tərəfindən İcra İdarəsinin depozit hesabına keçirilmiş, ona və bacısı Cavabdeh2 çatası 27.184 manat pul vəsaitindən payına düşən 13.592 manat məbləğ təqdim etdiyi bank hesabına köçürülmüşdür. Tərəf olduğu əmlak mübahisəsinə dair yuxarıda qeyd edilən müvafiq icra sənədinin icrası ilə əlaqədar görülmüş tədbirlərdən, o cümlədən mənzilin qiymətindən, eləcə də hərrac satış dəyərindən heç bir narazılığı və şikayəti yoxdur. Mübahisəlli mənzilin satılmasını təsdiq edən müvafiq hərrac protokulunu almış, narazılığı yoxdur. Gələcəkdə məhkəmələrdə hər hansı mübahisə qaldırmayacaqdır. - Hərrac təşkilatının açıq hərracın nəticələri haqqında 65/01 nömrəli protokoldan görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən 11/12 saylı evin 74 saylı mənzili 62400 manata İddiaçı satılmışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-285/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(060)-1704/2021-008 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58 kv.metr, o cümlədən yaşayış sahəsi 37.20 kv.metr, (1 otaq 16.2 kv.metr, 1 otaq 21 kv.metr) yardımçı sahəsi 20.8 kv.metr olan 2 otaqdan ibarət 74 nömrəli mənzil açıq hərracdan satılmış və satışdan əldə olunmuş pul vəsaiti mənzilin paylı mülkiyyətçiləri İddiaçı, X4 və Cavabdeh2 arasında onların həmin mənzilə olan paylarına mütənasib surətdə bölünmüş, iddia qalan hissədə təmin edilməmişdir. - Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-3157/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddia təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 74 nömrəli mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmuşdur. - 24.04.2024-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı iddia tələbi ilə əlaqədar 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 4 ünvanında yerləşən 74 saylı mənzil xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı məxsusdur. İddiaçı mülkiyyət huququ ilə ona məxsus olan əmlakdan cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində məhrum olmuşdur. Məhkəmə araşdırması dövründə tərəflər arasında danışıqların barışıqla nəticələnməsi mümkün olmamışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, icra sənədinə əsasən mənzilə tutma yönəldilmiş və o, satılaraq keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Lakin, mənzilin keçmiş sakini olan cavabdehlər mənzili üçüncüşəxslərin hüquqlarından azad şəkildə təhvil verməmişdir. Cavabdehlər qeyd olunan mənzildən çıxmamaqla və yaşamağa davam etməkdə iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. İş materiallarından görünür ki, cavabdehlərin mübahisəli mənzildə yaşamasının hər hansı hüquqi əsası mövcud deyildir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildən əşyaları ilə birlikdə çıxarılmalı və mənzil boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvanında yerləşən 74 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılsın və mənzil boşaldılsın. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-3441/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3441/2024
19.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver