Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-3443/2022 05.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən bağ evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə və SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı nümayəndəsi Vəkil1 hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və mülki işin məhkəmə baxışına təyin edilməsini, cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, aşağıda şərh olunan işin obyektiv xüsusatlarına əsasən hazırki mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, bundan əvvəl də Sumqayıt Şəhər Məhkəməsinin icraatında iddiaçılar Ali Azimi, Zahra Azimi, Reza Azimi, Leila Azimi və Roghieh Hassanzadehin cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı “bağışlama müqaviləsinin hissəvi etibarsız hesab edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun etibarsız hesab edilməsi və mənzildən çıxarma barədə” iddiaları ilə bağlı 2(060)- 9286/2019 saylı mülki iş olmuşdur. İddiaçılar sözügedən iddia ilə məhkəməyə müraciət edərək, Azimi Einollah tərəfındən ünvan 2 ünvanında yerləşən bağ evinin cavabdeh Əzimi Əbbasa hədiyyə edilməsinə dair 16 aprel 2018-ci il tarixii 4Ə-692 reyestr nömrəli bağışlama müqaviləsinin bağ evinin 5/10-nə aid hissədə ləğv edilməsinə, iddiaçıların hər birinin həmin evin 1/10 hissəsinə və torpaqdan istifadə hüququnun 1/10 hissəsinə vərəsəlik hüquqlarının tanınmasına, evə köçürülmələrinə, evdən və torpaq sahəsindən istifadələrinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsinə, Cavabdeh yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə və onun bağ evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar Ali Aziminin, Zahra Aziminin, Reza Aziminin, Leila Aziminin, Roghieh Hassanzadehin cavabdehlər X9, Cavabdeh, üçüncü şəxslər Sumqayıt 4 saylı Notariat kontoruna və DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin hissəvi ləğv edilməsi, çıxarışın ləğv edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarma tələbinə dair” iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi tərəfındən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılarkən mülki iş üzrə icraat bir neçə əsasla dayandırılmışdır. Bundan əlavə iddiaçılar X19, X2, X15, X17 və X18 tərəfındən cavabdehlər X5, X10 və üçüncü şəxs Sumqayıt şəhəri, 4 saylı Notariat Kontoruna qarşı “etibarnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət edilmişdir. Qubadlı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçıların iddialarının qismən təmin edilməsi, iddiaçılar X13, X1, X11, X12 və X6, Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda Azimi Einollah tərəfindən X7 verilmiş xx.xx.2017-ci il tarixli, 560267 saylı etibarnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi, Azimi Einollaha məxsus Sumqayıt şəhəri, Novxam Bağ massivi, ev 137 V-nin X10 bağışlaması haqqında Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən X8 adına Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V-yə dair verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən X14 tərəfındən apellyasiya şikayəti verilərək, Qubadlı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsinin qismən - iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməsinə, iddıa tələblərinin bütünlüklə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 18 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Qubadlı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(028)-346/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər X14 və X16 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nm xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)- 755/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın icraatında olan 2(105)-43/2022 saylı mülki iş zrə icraat təzələnmişdir. Hazırkı mülki iş üzrə iddiaçı Hassanzadeh Roqhayen tərəfındən iddia ərizəsində istinad etdiyi xx.xx.2022-ci il tarixli ********** saylı Hüquqların dövlət qeydiyyatı haqqında Dövlət Reyestrindən Çıxarış da Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 27 aprel 2022ci il tarixli qətnaməsi ilə iddiaçı Roghieh Hassanzadehin Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Cavabdeh iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən bağ evindən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırki iş üzrə tərəflər arasında mahiyyətcə hazırki tələblərlə eyni olan tələblər üzrə məhkəmə mübahisəsi vardır. Eyni zamanda İddiaçı nümayəndəsi Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırki iş üzrə cavabdeh tərəf məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Buna əsas kimi isə əvvəllər Sumqayıt şəhər məhkəməsinin icraatında eyni predmetə dair mülki iş olduğu göstərilmişdir. Sumqayıt şəhər məhkəməsinin icraatında olmuş 2(060)-9286/2019 saylı mülki işin predmetini “Azimi Einollah tərəfindən ünvan 4 ünvanında yerləşən bağ evinin cavabdeh Əzimi Abbasa hədiyyə edilməsinə dair 16 aprel 2018-ci il tarixli 4Ə-692 reyestr nömrəli bağışlama müqaviləsinin bağ evinin 5/10-nə aid hissədə ləğv edilməsi, iddiaçıların hər birinin həmin evin 1/10 hissəsinə və torpaqdan istifadə hüququnun 1/10 hissəsinə vərəsəlik hüquqlarının tanınması, evə köçürülmələri, evdən və torpaq sahəsindən istifadələrinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, Cavabdeh yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və onun bağ evindən çıxarılması” olmuşdur. Həmin iddianı qaldırarkən hazırkı iş üzrə İddiaçı bağ evinə mülkiyyət hüququ olmamış, həmin iddianı vərəsə kimi qaldırmışdır. Yəni əvvəlki mülki iş üzrə mübahisənin hüquqi əsası hazırkı iddianın hüquqi əsasından fərqli olmuşdur. İddiaçı hazırkı iddianı özünün bağ evinə olan mülkiyyət hüququnun müdafiə edilməsi məqsədi ilə qaldırmışdır. Bundan başqa, əvvəlki iddiada həm də Cavabdeh bağ evindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələb olunmuşdursa hazırkı iddiada yalnız cavabdehin bağ evindən çıxarılması tələb olunmuşdur. Odur ki, hazıkı mülki iş üzrə iddia tələbinin hüquqi əsası fərqli olduğundan məhkəmə hazırlıq iclası keçirilməklə mülki iş məhkəmə baxışına təyin olunmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 nömrəli qərarının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, ərizə baxılmamış saxlanılır. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(060)-9286/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçılar Ali Aziminin, Zahra Aziminin, Reza Aziminin, Leila Aziminin, Roghieh Hassanzadehin cavabdehlər X9, Cavabdeh, üçüncü şəxslər Sumqayıt 4 saylı Notariat konturuna və DƏDRXnin Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı «bağışlama müqaviləsinin hissəvi ləğv edilməsi, çıxarışın ləğv edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması, evə köçürmə, evdən və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarma tələbləri rədd edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2022-ci il tarixli 2(105)-43/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçılar Ali Azimi, Zahra Azimi, Leila Azimi, Reza Azimi, Roghieh Hassanzadehin apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, iddiaçı Roghieh Hassanzadeh ünvan 2 ünvanında yerləşən bağ evinə köçürülməsi, iddia tələblərinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin şifahi sorğusu əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2022-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini almadığı məlum olmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı (birgə iddiaçılardan biri qismində) Cavabdeh qarşı bağ evindən çıxarılma tələbinə dair iddia ərizəsinə Sumqayıt şəhər məhkəməsində və müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsində mahiyyəti üzrə baxılmış, sözügedən qətnamələr hal-hazırda qanuni qüvvəsini almamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaldırılmış hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə iddiaçının həmin mübahisənin hüquqi əsasının hazırkı iddianın hüquqi əsasından fərqli olması, hazırda iddiaçının mülkiyyət hüququna dair çıxarış alması brədə dəlilləri ilə razılaşmır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2022-ci il tarixli 2(105)-43/2022 saylı qətnaməsindən görünür ki, həmin icraatda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli evin 11/12 hissəsi üzərində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Xidməti tərəfindən verilmiş çıxarışla Roghieh Hassanzadehin mülkiyyət hüququ qeydə alınmışdır. Eyni zamanda həmin qətnamə ilə iddia tələbi İddiaçı münasibətdə evə köçürülmə hissəsində təmin edilərkən məhz İddiaçı həmin evə 11/12 hissədə mülkiyyət hüququnun olduğuna istinad edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-3443/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-3443/2022
05.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver