Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-3564/2024 25.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində "xxxx" MMC-nə qarşı işə bərpa və əmək haqqı tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" MMC-nin müvafiq əmrinin etibarsız hesab edilməsi, “Yaşıllaşdırma işləri xidməti şöbəsində” bağ fəhləsi vəzifəsinə bərpa edilməyi, işdən çıxarıldığı tarixdən xx.xx.2024 tarixədək olan məcburi işburaxma dövrü üçün aylıq 352 (üç yüz əlli iki) manat olmaqla cəmi 11264 manat əmək haqqının cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində "xxxx" MMC-nə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində "xxxx" MMC-nə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-3564/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-3564/2024
25.06.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver