Məhkəmə qərarları › İş №e-2(060)-3587/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3587/2024

23.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3587/2024 23.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 13/10, 12 saylı mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 (ümumi sahəsi 59,6 kvadrat metr, yaşayış sahəsi 46,6 kvadrat metr olmaqla) Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2014-cü il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə tam xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh onun sabiq həyat yoldaşıdır. Onunla xasiyyətləri uyğun gəlmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6106/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh ilə aralarında Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində xx.xx.2013-cü il tarixdə bağlanmış 221 nömrəsi ilə qeydə alınmış nikahları pozulmuşdur. Cavabdehlə aralarındakı münasibətlər artıq kəskinləşmiş, o, tez-tez onunla dalaşır və mübahisə edir. O, artıq onun dava-dalaşına dözə bilmir, hər dəfə də onunla dalaşarkən onun səhhəti pisləşir. Bu səbəbdən cavabdehlə birlikdə artıq yaşaya bilmir. Dəfələrlə ona bu barədə bildirsə də, o, buna məhəl qoymur, onu saymır, ona hörmətlə yanaşmır. Bildirir ki, nə istəsə onu da edəcəkdir. Odur ki, bu mənzildən çıxmır. Cavabdeh ilə artıq ailə münasibətlərinə xitam verilmişdir. O, onunla birlikdə yaşaya bilmir. xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən atası Orucov Mahyəddin Səhrət oğlu ünvan 1-ni ona bağışlamışdır. Bu səbəbdən hazırda mülkiyyət hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehin gəlin gəldiyi mənzil atasına məxsus olmuşdur. Atası rəhmətə getmişdir. İnzibati məhkəmə bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarı çıxdıqdan sonra qərar qəbul olunacaqdır. Cavabdeh stəkanla onun qolunu kəsmişdir. Mübahisə ona görə başlamışdır ki, mənzil 3 otaqlıdır. Demişdir ki, bir otağını boşaltsın. Demişdir ki, evi satsın. Onlara pul da verəcəkdir. İddiaçı onu da demişdir ki, uşaqlarını çöldə qoymayacaqdır. Lakin cavabdeh demişdir ki, 60 min manat verdikdən sonra evdən çıxacaqdır. Əgər 60 min manat cavabdehə versə, qalan məbləğ ilə özünə ev ala bilməyəcəkdir. Mənzilin dəyərini satışa çıxardıqdan sonra biləcəkdir. Kirayə dəyəri isə 350 manatdır. Cavabdehə mənzilin satışından 40-50 min manat təklif etmişdir. Evi satdıqdan sonra 40 manat cavabdehə pul verəcəyini bildirir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, mübahisə predmeti hal-hazırda onun yaşadığı evdir. Uşaqları o mənzildə dünyaya gəlmiş, özü də həmin mənzilə gəlin köçmüşdür. Əvvəlki mənzil atasına məxsus olmuş, onu da satmışlar. Atası rəhmətə getdikdən sonra mənzil satılmış, iddiaçının anası digər oğluna və iddiaçıya pay almışdır. Bu ev isə digər ev satılmamışdan öncə alınmışdır. Ev alındıqdan sonra bir müddət kirayə verilmişdir. Öncələr iki otaqlı mənzil almış və onu da kirayəyə vermişlər. Həmin pulu da evi bank vasitəsi ilə aldıqları üçün bankın pulunu ödəmişlər. Onlara həmin evdə bir müddət yaşamaq üçün icazə verməmişlər. Demişdilər ki, həmin ev bir müddət kirayədə qalsın. Sonra da iki otaqlı mənzili sataraq üç otaqlı mənzil almışlar. Onları da həmin mənzilə köçürtmüşlər. İddia tələbini də qəbul etmir. Üç uşağı hara aparacaqdır. Aliment də ödəmir. 540 manat aliment məbləğindən hər ay 100 manat aliment ödəyir. Uşaqlarla da maraqlanmır. Evdə heç nə qalmamışdır. İddiaçı hər şeyi sındırır, uşaqlara və ona mütəmadi təzyiqlər edir. Dünən yemək bişirərkən böyük qızını döymüşdür. Həmin mənzil onların yaşayışı üçün verilmişdir. İddiaçının digər qardaşına valideynləri toy etmək və ev almaq üçün onları çıxartmış və bu mənzili almışlar. Üç uşağın üçü də həmin mənzildə dünyaya gəlmişdir. 2007-ci il tarixdə onlar nikah bağlamışlar. Bu nikahdan 2008, 2009 və 2013-cü il təvəllüdlü üç övladı vardır. Üçü də yetkinlik yaşına çatmamış uşaqlardır. Onlar ailə qurduqda iddiaçının birinci yoldaşı boşandığı üçün rəsmi nikaha girməmişlər. Qohum olduqları üçün bu gün, sabah deyə-deyə, anası qoymamışdır. Onu nikaha girməyə qoymamışlar. Belə ki, iddiaçı birinci nikahdan olan qadını da döyərək pis günə salmışdır. İddiaçı özü 60 min manat verəcəyini və uşaqlarını çöldə qoymayacağını demişdir. Daha sonra isə heç nə verməyəcəyini və mənzildən çıxaracağını demişdir. Hər dəfə fərqli söz dediyi üçün inanmaq olmur. Mənzili satsın və uşaqlarının payını versin. Ondan sonra isə heç nə istəmir. Hal-hazırki vəziyyətdə üç uşağı çöldə qoya bilmir. Evi əvvəl 90 min manata satışa qoymuş və cavabdehi 50-60 min manat verəcəyini demişdir. İndi isə 40 min manat deyir. 40 min manata o, heç bir otaqlı ev ala bilməyəcəkdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdə olan 4Ə-2155 reyestr nömrəli, 01 iyun 2014-cü il tarixli mənzilin bağışlama müqaviləsinin surətindən görünür ki, o, Orucov Mahyəddin Səhrət oğlu Azərbaycan Respublikasını Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2010-cu il tarixli, **********30-05101-093023 reyestr nömrəli, ********** qeydiyyat nömrəli MA ******* seriya nömrəli çıxarışa əsasən ümumi sahəsi – 59.6 kv.m, yaşayış sahəsi – 46.6 kv.m, yardımçı sahəsi – 13.0 kv.m olan Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 13/10 ünvanında yerləşən 3 otaqlı 2 saylı mənzilini oğlu – İddiaçı Mahyəddin oğluna bağışlayır. Mənzil heç kimə satılmamış, girov qoyulmamış və həbs altında deyildir. Onun barəsində məhkəmə mübahisəsi yoxdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 113 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6106/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2013-cü tarixdə bağlanmış, 221 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər anaları Cavabdeh yanında qalmaları, xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, ümumilikdə hər ay üçün 540 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, ödənilmiş 50 manat dövlət rüsumunun və 50 manat mediasiyaya dair xərcin əvəzinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2023-cü tarixdən hesablanması, qətnamənin aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İ seriyalı, 467758 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh nikahı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2023-cü ilin 12-ci ayının 14-cü günündə 608 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Orucov soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, ******* nömrəli arayışlarına əsasən Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. ******* nömrəli arayışa əsasən sözügedən mənzildə həmçinin xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 da qeydiyyatdadırlar. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanılmış nikah xx.xx.2023-cü il tarixdə pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 cavabdehin himayəsində saxlanılmışlar. İddiaçı ilə cavabdehin birgə nikah dövründə 01 iyun 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçının atası Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 13/10 ünvanında yerləşən 3 otaqlı 12 saylı mənzili oğluna bağışlamışdır. Bu əmlak iddiaçının adına rəsmiləşdirilmişdir. Hal-hazırda cavabdeh həmin mənzildə qeydiyyatdadır və övladları ilə yaşayır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə ç ı x a r ı l m a v ə s a i r t ə l ə b l ə r barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs çıxarılması tələb edildiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və sair) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin : 32.2.2-ci maddəsinin tələblərinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2021-ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, ərarvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Ailə Məcəlləsinin 33-cü, eləcə də Mülki Məcəllənin 225.6-cı maddələrinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar). “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 5.11-ci bəndinə əsasən birgə nikah dövründə ərin (arvadın) ümumi və ya ayrıca əmlakı arvadın (ərin) sahibliyinə verməsi və ya adına rəsmiləşdirməsi faktı özü-özlüyündə həmin əmlakın (və ya özünə məxsus olan payın) bağışlanması kimi qəbul edilməməlidir. Birgə ailə həyatı çərçivəsində bir çox hallarda bunun səbəbi qarşılıqlı etimad, sədaqət, vaxt çatışmazlığı, məsafə fərqi, fiziki imkansızlıq və sair ola bilər. Yalnız bağışlama niyyəti güdən davranış və iradə ifadəsi mötəbər sübutlarla təsdiq olunduğu hallarda (məsələn, bağışlama müqaviləsi, doğum günü hədiyyəsi barədə iradə bəyanını təsdiq edən foto və videolar, şahid ifadələri və sair) bu cür zənginləşdirmələr işə baxılarkən bağışlama müqaviləsinin əhəmiyyətsiz olduğunun təsbit olunduğu və ya mübahisələndirmə nəticəsində etibarsızlığının müəyyən edildiyi hallar istisna olmaqla, hədiyyə kimi qiymətləndirilə bilər. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 5.13-cü bəndinə əsasən qanunvericilik həmçinin rəsmi nikahda olsalar da, onların birgə təsərrüfat aparmadığı dövrdə hər birinin qazandığı əmlakı ümumi əmlaka aid etmir. Belə ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu baxımdan birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü zamanı faktiki nikah münasibətlərinə xitam verildiyi və birgə təsərrüfatın başa çatdığı tarixin müəyyən olunması işin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflərin izahatları əsasında həmin anı mübahisəsiz qaydada müəyyən etmək mümkün deyildirsə mülki işin məhkəmə baxışına hazırlanması mərhələsində məhkəmə Mülki Prosessual Məcəllənin 14.1-ci və 167.1-ci maddələrinə əsasən bu məsələni tərəflərlə müzakirə etməli, 77.3-cü maddəsinə əsasən sübutetmə yükünə uyğun olaraq tərəflərə müvafiq sübutları təqdim etməyi təklif etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən xx.xx.2009-cu il tarixədək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İş üzrə tərəflər arasında olan hüquq münasibətləri mübahisəli mənzilə münasibətdə onların nikahının pozulması nəzərə alınaraq xx.xx.2009-cu ildən sonrakı dövrdə yarandığından Məhkəmə hesab edir ki, bu mübahisəyə xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməlidir. Həmin Məcəllənin 30.1 və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Hazırda qüvvədə olan Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il qərarına əsasən» mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.» Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə iddia tələbinin Cavabdeh mənzildən məcburi qaydada çıxarılma hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 13/10 ünvanında yerləşən 3 otaqlı 12 saylı mənzilin əvvəlki mülkiyyətçisi olan Orucov Mahyəddin Səhrət oğlu həmin mənzili xx.xx.2014-cü il tarixdə oğluna yəni, İddiaçı bağışlamış, tərəflər 2007-ci ildə faktiki nikah münasibətlərində olmaqla, bu nikahdan Bu nikahdan 2008, 2009 və 2013-cü il təvəllüdlü üç övladı vardır.Övladlarının üçü də yetkinlik yaşına çatmamış uşaqlardır. 2013-cü ildə nikah münasibətlərini rəsmiləşdirmiş, 2023-cü il tarixdə nikah münasibətlərinə məhkəmə qətnaməsi ilə xitam verilmiş, övladları cavabdehin himayəsinə verilmiş, 2013-cü ildə cavabdeh mübahisəli mənzildə qeydiyyata alınaraq, hazırda cavabdeh övladları ilə birlikdə həmin mənzildə qeydiyyatda olmaqla yaşayır, onun başqa yaşayış yeri yoxdur, mənzil mülkiyyətçisi olan iddiaçıya münasibətdə keçmiş ailə üzvüdür. İddiaçının məhkəmə iclasında verdiyi izahata əsasən müəyyən edilir ki, o, cavabdeh və uşaqlarını mənzildən müəyyən pul məbləği vermək niyyətindədir, lakin mənzilin satılmasından sonra əldə olunan məbləğ barədə tərəflər razılığa gələ bilmirlər. İddiaçının məhkəmə müstəvisində kompensasiya təklif edilməklə cavabdehin mənzildən çıxarılması ilə bağlı tələbi olmamış, yalnız inzibati qaydada cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı tələb irəli sürmüşdür. İddiaçı məhkəmə iclasında bildirdiyinə əsasən cavabdeh və uşaqlarını mənzilsiz qoymaq niyyəti yoxdur.Cavabdeh isə öz növbəsində mənzildən çıxdığı təqdirdə başqa yaşayış yerinin olmadığını, uşaqları və özünün yaşayış yerinin təmin edilməsi üçün iddiaçı təklif etdiyi təqdirdə mənzildən çıxarılmasına etirazı olmadığını bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh həmin mənzildə yaşamaq və istifadə hüququ var. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar