Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-36/2025 25.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3, İlkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, İlkin iddia üzrə cavabdehin – qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22200 manat əsas borcun və 60 manat mediasiya haqqının və 96,60 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanaraq sonuncu sürücü vəzifəsinə işə qəbul edilmişdir. Müvafiq olaraq həmin tarixdə işçi Cavabdeh ilə bağlanılmış “tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən Cavabdeh maddi məsul şəxs kimi ona etibar edilmiş maddi dəyərlilərin qorunmasını, onlara heç bir halda ziyan gətirməməyi, onun təqsiri nəticəsində dəymiş ziyanı ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi” haqqında müqaviləyə əsasən İddiaçı MMC-yə daxil olmuş qaldırıcı kranın daşınması ilə bağlı sifariş xx.xx.2023-cü il tarixində icrası məqsədilə Cavabdeh yönləndirilmiş, sonuncu İddiaçı MMC-nin mülkiyyətində olan, yol vərəqəsi əsasında idarə etdiyi **-JK-*** dövlət qeydiyyat nişanlı “X2” markalı nəqliyyat vasitəsilə hərəkətdə olarkən manevr etmə qaydalarının pozulması nəticəsində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisənin Cavabdeh ehtiyatsızlığı nəticəsində baş verməsi Xocavənd rayon Polis İdarəsində verdiyi izahatında öz təsdiqini tapmış və sonuncu İXP ******* nömrəli, xx.xx.2023-ci il tarixli protokolla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Beləliklə, "xxxx" MMC tərəfindən verilmiş №1 saylı, xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən məlum olmuşdur ki, hadisə nəticəsində Cavabdeh daşınan yükə 22200 manat miqdarında ziyan vurmuşdur. Daha sonra "xxxx" MMC hadisə nəticəsində əmlakına vurulmuş ziyanın ödənilməsini İddiaçı MMC-dən tələb etmiş və müvafiq ziyan məbləği isə İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə nağd şəkildə ödənilmiş və ödənişin tam şəkildə icra edilməsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışla təsdiqini tapmışdır. Belə ki, 20 aprel 2023-cü il tarixində İddiaçı MMC ilə işçi Cavabdeh arasında vurulmuş ziyanın hissə-hissə ödənilməsi barədə müqavilə bağlanmış və Cavabdeh dəymiş ziyanı hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür, lakin sonradan ödəniş etməkdən, vurduğu ziyandan boyun qaçırmış və bu əsasla da xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə hesab edirik ki, qanunvericiliyin tələblərinə əsasən vurulmuş ziyan üzrə birbaşa təqsirli olan Cavabdeh vurduğu zərərin əvəzini ödəmiş İddiaçı MMC-nin Cavabdeh qarşı ödənilmiş əvəz miqdarında geriyə tələb hüququ yaranmışdır. Bununla əlaqədar İddiaçı MMC tərəfindən cavabdehə 01 Noyabr 2023-ci il tarixində 3 iş günü müddətində 22200 manat borc məbləğini tələb etməkləri barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən pretenziya məktubuna hər hansı bir reaksiya verilməməsi səbəbindən, 22 noyabr 2023-cü il tarixində şirkət tərəfindən cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair mediasiya təklifi göndərilmişdir. Lakin xx.xx.2023-cü il tarixində mediasiya təklifi üzrə baş tutmuş ilkin sessiyada yekun razılıq əldə olunmadığından İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 01 Dekabr 2023-cü il tarixli arayış tərtib edilmişdir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həlledilməlidir. İddiaçı MMC ilkin iddia ərizəsinə dəqiqləşmə verərək Cavabdeh 22200 manat əsas borcun və 60 manat mediasiya haqqının, 96,60 manat dövlət rüsumunun və 300 manat məbləğində vəkil xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli vurulmuş ziyanın hissə-hissə ödənilməsinə dair müqavilənin bağlandığı tarixdən etibarsız hesab edilməsi barədə qətnamə qət edilməsi, ilkin iddia tələbinin rədd edilməsi, ödənilmiş 100 manat rüsumunun İddiaçı MMC-dən alınaraq Cavabdeh verilməsi və bütün məhkəmə xərclərinin İddiaçı MMCnə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 22200 manat məbləğində maddi ziyanın tutulub ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz iddia tələbini Cavabdeh idarə etdiyi 99JK-626 dövlət qeydiyyat nişanlı yük avtomabili ilə Şuşa-Əhmədbəyli yolunun 30-cu kmdə hərəkətdə olarkən sərt döngə olduğunu nəzərə almadığı üçün qoşquda olan qaldırıcı kran yolun sağ tərəfinə aşmış, qaldırıcı icranın motoru və digər hissələri zədələnmiş, sifarişçi təşkilat "xxxx" MMC-yə 22200 manat ziyan dəymiş, işlədiyi İddiaçı MMC həmin ziyanı ödəmişdir. Ziyanı ödədikdən sonra Cavabdeh işlədiyi müəssisənin rəhbərliyi ödənilmiş pul vəsaitinin hissə-hissə ödənilməsinə dair onunla xx.xx.2023-cü ildə müqavilə bağlamışdır ki, hər ay 100 manat ödəməklə Cavabdeh pulu müəssəyə qaytarmalı, öz işində qalıb işinə davam etməli idi. Lakin xx.xx.2023-cü il tarixində cavabdeh iddiaçı ilə bağladığı müqaviləni nəzərə almadan əmək müqaviləsinə xitam verərək onu işdən azad etmişdir. Ofisdə ona müəssisənin direktoru Aqil Zeynalov bildirmişdi ki, tam maddi məsuliyyət haqqında müqaviləyə və zədələnmiş kranın motoruna görə pulun ödənilməsinə görə müqaviləyə imza edəndən sonra isə o, sürücü kimi işimə davam etməli idi. Çünki əvvəlcə Cavabdeh sözügedən müqavilələri imzalamaqdan imtina etmiş, onu dilə tutub müxtəlif bəhanələrlə həmin sənədlərə imzalatdırmışlar. Aqil Zeynalovun onda səs yazısı olduğunu və məhkəməyə təqdim edəcəyini bildirmişdir. 2023-cü ilin mart-aprel aylarında ona və həmin idarədə sürücü işləyən atası Bəxtiyar Süleymanova əmək haqqı ödənilməmişdir, səbəbini soruşanda isə bildirdilər ki, vurulmuş ziyana görə pullarından tutublar. Bu hadisədən sonra onu da guya ərizəsinə əsasən işdən azad ediblər. Cavabdeh qarşı olan iddia tələbi rədd edilməli və eləcə də qarşılıqlı iddia tələbi ilə cavabdehin onunla bağladığı pul vəsaitinin hissə-hissə ödənilməsi haqqında müqavilə etibarsız hesab edilməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə dəqiqləşmə verərək İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli vurulmuş ziyanın hissə-hissə ödənilməsinə dair, xx.xx.2021-ci ildə tam maddi məsuliyyət haqqında bağlanmış müqavilənin bağlandığı tarixdən etibarsız hesab edilməsi barədə və “İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 100 manat rüsumunun İddiaçı MMC-dən alınaraq Cavabdeh verilməsi və bütün məhkəmə xərclərinin İddiaçı MMCnə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə öz təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi "xxxx" MMC-ni işə cəlb etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin ona qarşı irəli sürdüyü iddiadakı faktların həqiqətə uyğun olmadığı üçün onları qəbul etmədiyini bildirmiş və qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında olan əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqavilə iddia ərizəsində qeyd edilən nəqliyyat hadisəsindən xeyli sonra rəsmiləşdirilmiş, onu aldadaraq imzalatdırmışlar. xx.xx.2023-cü il tarixindədə saat 14:40-da iddiaçının idarə etdiyi 99JK 626 dövlət qeydiyyat nişanlı avtomabillə Şuşa-Əhmədbəyli yolunun 30-cu km-də hərəkətdə olarkən idarə etdiyi avtomabilin təkəri partlamış və maşına yüklənmiş qaldırıcı kranın motor hissəsinə ziyan dəymişdir. İddia ərizəsində ziyanın 22000 manat olduğu göstərilir. Amma bu rəqəm hansı hesabata əsasən yazıldığı cavabdehə məlum deyildir. Həm də ondan və həmin müəssədə işləyən atası Bəxtiyar Süleymanovdan son bir ay yarım əmək haqqları (təxminəm 5000 manat) tutulmuşdur. Ancaq, ona hadisə ilə əlaqədar izahatları dəyişdirildikdən və tam maddi məsuliyyət haqqında müqaviləyə imza etdirdikdən sonra cavabdehi AR Əmək məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad ediblər. Sənədləri imzalamaq istəmədiyi üçün ona bunun formal olaraq lazım olduğunu, öz işində qalacağını və öz razılığı ilə motorun təmirinə çəkilmiş vəsait tutulacağı bildirilmişdir. Cavabdeh də onlara inanaraq sənədləri imzalamışdır. Cavabdehin hadisə baş verən gün yazdığı izahatı da ofisin işçisi Vüqar Əhmədovun vasitəsi ilə təsir edərək dəyişiblər. Cavabdeh birinci dəfə yazdığı izahatı saxlamış və idarənin ofisində olan söhbəti də telefona yazıb saxlamışdır. Beləliklə, İddiaçı MMC-nin cavabdeh şəxsləri onu təkəri yararsız halda olan texnika ilə yük dalınca göndərmiş,avtomabildə yükün bağlanması üçün normativə uyğun avadanlıqlar olmadan cavabdehi ağır çəkili qaldırıcı kranı idarə etdiyi avtomaşına yüklətdirməkdə özləri də məsuliyyət daşıyırlar. Həm də həmin motor hazırda müəssisənin anbarında saxlanılır. Onda müəssisə 22200 manat xərci nəyə çəkib, onun real ziyanı nədən ibarətdirsə, sənədlər təqdim edilməli, ekspertiza keçirilməli, həmin kranın balans və qalıq dəyəri müəyyən edilməlidir. Cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad etmişlər və onu hazırda heç bir idarə, təşkilat işə qəbul etmir. Cavabdehdən və atası Bəxtiyar Süleymanovdan ümumilikdə 5000 manatdan yuxarı pul tutaraq son ayların əməkhaqlarını ödəməmişlər. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1662/2024 saylı, xx.xx.2024-cü il tarixli qərdadı ilə ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş vəsatət təmin edilmiş və İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ilkin, Cavabdeh İddiaçı MMC-nə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1662/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli məlumat məhkəməyə daxil olduğundan "YÜK TAKSİSİ.AZ” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Cavabdeh İddiaçı MMC-nə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 ilkin iddia tələbini müdafiə edərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Məhəməninin sualına cavab verən nümayəndə qeyd etmişdir ki, 22000 manat zərərin əvəzi onlar tərəfindən nəğd şəkildə "xxxx" MMC-yə ödənilmiş və bunun müqabilində "xxxx" MMC onlara xx.xx.2023-cü il tarixli arayış verərək ziyanın tam ödənildiyini təsdiq etmişlər. Ödəniş nəğd şəkildə aparıldığı üçün qeyd etdiyi arayışdan başqa hər hansı maliyyə sənədi yoxdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək rədd edilməsini, qarşılıqlı iddia tələbinin müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin – qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 da ilkin iddia tələbini qəbul etməyərək rədd edilməsini, qarşılıqlı iddia tələbinin müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi rədd edilməli və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində, saat 14:40-da Şuşa-Əhmədbəyli yolunun 30-cu kmdə X3 1840LS yük markalı, 99JK 626 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticədə Cavabdeh tərəfindən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - "xxxx" MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli qüsur aktdan görünür ki, kranın yük reductor mator talkatel baraban(komplekt) – 17000 manat, hidravlik sistemmator, pompa,yağ baçoku – 5200 manat məbləğində zərər dəymişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 60/22 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixində icra edilən sifariş zamanı baş vermiş yol nəqliyyat hadisəsi zamanı yüklərinə dəymiş 22200 manat məbləğində ziyan İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə tam olaraq ödənilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci ildə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. - İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə vurulmuş ziyanın hissəhissə ödənilməsinə dair müqavilə bağlanmışdır. - Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Kamran Dünyamalıyev tərəfindən verilən xx.xx.2024-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, qərardadda və mütəxəssiz rəyində qeyd edilən”QTZ 1250” model qaldırıcı kranın hissələrinin satışına və qiymətinə dair yerli internet saytlarında məlumat mövcud deyil. Bu səbəbdən də ekspert qarşısında qoyulmuş suallara cavab vermək mümkün olmamışdır. - MŞS/MT030/2023-02578 saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin sessiyada yekun razılıq əldə olunmamış və 60 manat məbləğində mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixində İddiaçı MMC ilə əmək müqaviləsi bağlamış və sürücü vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı MMC ilə işçi Cavabdeh arasında xx.xx.2021-ci il tarixində tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi” haqqında müqavilənin predmetini daşımaların planlaşdırılması və həyata keçirilməsi, yüklərin daşınması ilə bağlı sair nəqliyyat xidmətlərinin göstərilməsi zamanı sifarişçi və icraçı arasında yaranan qarşılıqlı münasibətlərin qaydası təşkil etmişdir. xx.xx.2023-cü il tarixində müqavilənin icrası məqsədilə sifariş Cavabdeh yönləndirilmiş, sonuncu İddiaçı MMC-nin mülkiyyətində olan, yol vərəqəsi əsasında idarə etdiyi **-JK-*** dövlət qeydiyyat nişanlı “X2” markalı nəqliyyat vasitəsilə hərəkətdə olarkən manevr etmə qaydalarının pozulması nəticəsində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisənin Cavabdeh ehtiyatsızlığı nəticəsində baş verməsi Xocavənd rayon Polis İdarəsində verdiyi izahatında öz təsdiqini tapmış və sonuncu İXP ******* nömrəli, xx.xx.2023-ci il tarixli protokolla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş №1 saylı, xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən məlum olmuşdur ki, hadisə nəticəsində Cavabdeh daşınan yükə 22200 manat miqdarında ziyan vurmuşdur. Daha sonra "xxxx" MMC hadisə nəticəsində əmlakına vurulmuş ziyanın ödənilməsini İddiaçı MMC-dən tələb etmiş və müvafiq ziyan məbləği isə İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə nağd şəkildə ödənilmiş və ödənişin tam şəkildə icra edilməsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışla təsdiqini tapmışdır. Belə ki, 20 aprel 2023-cü il tarixində İddiaçı MMC ilə işçi Cavabdeh arasında vurulmuş ziyanın hissə-hissə ödənilməsi barədə müqavilə bağlanmış və Cavabdeh dəymiş ziyanı hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür, lakin sonradan ödəniş etməkdən, vurduğu ziyandan boyun qaçırmış və bu əsasla da xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Mülki Məcəllənin 859.4-cü maddəsinə əsasən, daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir, o cümlədən şəxsin geriyə tələb hüququ o zaman yaranır ki, zərər vuran şəxsin vurduğu zərər həmin şəxs tərəfindən ödənilsin. İddiaçı MMC "xxxx" MMC tərəfindən verilmiş №1 saylı, xx.xx.2023-cü il tarixli qüsur aktına və xx.xx.2023-cü il tarixli arayışa istinad edərək vurulmuş ziyan həcmində yaranmış borca görə qarşılıqlı hesablaşma aparıldığını, 22000 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-yə ödənildiyini bildirir. Məhkəmə mövcud mübahisə üzrə iddianın təmin edilməsi üçün təqdim edilmiş həmin məktubu mötəbər sübut kimi qəbul etmir və qeyd edir ki, aralarında hesablaşma aparılmış həmin şəxslər müstəqil balansa malik olan hüquqi şəxslərdirlər. İddiaçı tərəfin istinad etdiyi nəğd hesablaşmanın hüquqi şəxslər arasında mümkün olmamasını nəzərə alsaq, hesablaşma mütləq şəkildə nədsiz qaydada bank hesabı vasitəsilə aparılmışdırsa, bunun ödəniş tapşırıqları ilə hesablaşmalara və ya ödəniş tələbnamə tapşırıqları ilə hesablaşmalara aid hansı formada aparıldığı iş materialları ilə müəyyən olunmur və bu barədə iddiaçı məhkəməyə sənəd (nağdsız hesablaşmanın aparılması üçün iddiaçı tərəfindən kağız və ya elektron daşıyıcıda verilən sərəncam, iddiaçı tərəfindən pul vəsaitinin bank hesabına mədaxil edilməsi, köçürülməsi və ya bank hesabından məxaric edilməsi, borcun əvəzləşdirilməsi barədə) təqdim edə bilmir. Məhkəmə həmçinin qeyd edir ki, nağdsız hesablaşma nağd puldan istifadə etmədən ödəniş sənədləri əsasında bank hesabları vasitəsilə həyata keçirilən ödənişdir. Nağdsız hesablaşmalar və pul köçürmələri banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru vasitəsilə aparılır. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin vurduğu zərərin əvəzini ödəməsini, bununla da real olaraq ona ziyan dəyməsini sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən İddiaçı MMC-nin Cavabdeh 22200 manat əsas borcun və 60 manat mediasiya haqqının və 96,60 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə tələbi rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin bağlandığı tarixdən etibarsız hesab edilməsinı dair Məhkəmə araşdırması zamanı hər hansı bir hal aşkar edilməmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli vurulmuş ziyanın hissə-hissə ödənilməsinə dair müqavilənin etibarsız hesab edilməsinə gəldikdə Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 17 iyul 2023-cü il tarixli Qərarına əsasən – Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər. Qeyd edinlərə əsasən qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli vurulmuş ziyanın hissə-hissə ödənilməsinə dair müqavilə etibarsız hesab edilərək ödənilmiş 100 manat Dövlət rüsumunun əvəzi İddiaçı MMC-dən alınaraq Cavabdeh verilməlidir. Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi rədd edilsin. İddiaçı MMC-nin Cavabdeh 22200 manat əsas borcun və 60 manat mediasiya haqqının və 96,60 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli vurulmuş ziyanın hissəhissə ödənilməsinə dair bağlanmış müqavilə etibarsız hesab edilsin. Cavabdeh tərəfindən ödənilmiş Dövlət rüsumunun əvəzi 100 manat İddiaçı MMC-dən tutularaq ona verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-36/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-36/2025
25.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver