Məhkəmə qərarları › İş №e-2(060)-3782/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-3782/2022

22.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-3782/2022 22.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı mənzildən çıxarılma və digər tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən 14 saylı mənzildə yaşayan digər şəxslərin həmin mənzildən çıxarılması, həmin mənzilin tam şəkildə boşaldılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2016-cı il tarixli 2(060)-8689/2016 saylı qətnaməsi ilə cavabdehdən cəmi 21 832,66 ABŞ dolları borcun tutulması və tutmanın ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 14 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən ipoteka predmeti açıq hərraca çıxarılmış lakin satılmadığından iddiaçıya təklif edilmişdir. İddiaçı həmin əmlakı almışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-868/2020 saylı 16 mart 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh və digərlərinin Sumqayıt şəhəri, 10cu mikrorayon, 55 saylı evin, 14 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi və əşyaları ilə birlikdə mənzildən çıxarılması qət edilmişdir. Həmin qətnamə tam şəkildə icra olunmuş, sözügedən mənzil boşaldılmış, iddiaçıya təhvil verilmişdir. Lakin, cavabdeh sonradan mənzilin qapısını sınıdıraraq qanunsuz olaraq mənzilə daxil olmuşdur. O, halhazırda da iddiaçıya məxsus mənzildə ailə üzvləri ilə birlikdə yaşayır və mənzili mülkiyyətçisinə verməkdən imtina edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini məkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir (153.2.2.). İşin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-868/2020 saylı 16 mart 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh və digərlərinin Sumqayıt şəhəri, 10-cu mikrorayon, 55 saylı evin, 14 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi və əşyaları ilə birlikdə mənzildən çıxarılması qət edilmişdir. Yəni, iddiaçının hazırkı tələbi həmin qətnamə ilə təmin edilmiş, iddiaçı ikinci dəfə eyni cavabdehə qarşı eyni predmet və əsasla iddia irəli sürmüşdür ki, bu da yolverilməzdir. İddiaçı hazırkı iddia ərizəsində Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-868/2020 saylı 16 mart 2020-ci il tarixli qətnaməsi icra olunduqdan sonra cavabdehin yenidən mənzilə daxil olduğuna əsaslanmışdır. Məhkəmə hesab edir ki, belə olan halda iddiaçı icra sənədinin yenidən icraya yönəldilməsini tələb edə və ya icra icratına xitam verilməsi barədə icra məmurunun qərarından məhkəməyə şikayət verə bilərdi. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı cavabdehin ünvan 1 ünvanında yerləşən 14 saylı mənzildə yaşayan digər şəxslərin həmin mənzildən çıxarılması, həmin mənzilin tam şəkildə boşaldılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar