Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3784/2024 04.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan ünvan 2, yeni qaydalarla :AZ 5007, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzili keçmiş mülkiyyətçisi, qaynanası X1 26 noyabr 2015-ci il tarixdə Sumqayıt şəhər 3 saylı notariat ofisində reyestrdə 4Ə-503 №-ilə qeydə alınmış bağışlanma müqaviləsinə əsasən əldə etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların X7 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həmin mənzil tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçının qeyd edilən mənzili 2015-ci ildə əldə etməyinə baxmayaraq, Cavabdeh formal olaraq 2003-cü il tarixdən həmin mənzildə qeydiyyatda qalmışdır. Cavabdeh sözügedən mənzildə qeydiyyatda olmasına baxmayaraq, 2003-cü il tarixdən Rusiya Federasiyasına köçüb yaşadığından qeydiyyatı bu evdə formal olaraq qalmışdır və cavabdehin hal-hazırda hansı ünvanda yaşaması haqqında məlumatı yoxdur. Əlavə olaraq bildirir ki, mənzili iddiaçıya bağışlayan X3 iddiaçının qaynanası, hazırki iş üzrə Cavabdeh isə onun oğlu və iddiaçının qaynıdır. Qeyd olunan mənzil Cavabdeh ata evləri olmuş və həmin ev iddiaçıya bağışlanmamışdan əvvəl də o, sözügedən evdə qeydiyyatda olmuşdur. Cavabdeh iddiaçının qanuni əsaslarla ünvan 2, yeni qaydalarla: AZ 5007, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilindən qeydiyyatdan çıxmayaraq, faktiki olaraq həmin ünvanda qeydiyyatı qalmaqdadır. Bu isə iddiaçını mülkiyyət hüquqlarından məhrum edir. Belə ki, iddiaçı cavabdehin əvəzinə mənzillə bağlı bəzi kommunal xərcləri ödəmək məcburiyyətindədir, eyni zamanda cavabdehin həmin mənzildə qeydiyyatda olması iddiaçının həmin mənzilə dair cavabdehin icazəsi və ya razılığı olmadan sərəncam vermək hüququmdan, ümumiyyətlə iddiaçının konstitusiyon hüququ olan sahiblik, istifadə və sərəncam hüquqlarından məhrum etmiş olur. Göstərilənlərə əsasən Cavabdeh ünvan 2, yeni qaydalarla: AZ 5007, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilindən istifadə hüququna xitam verilməsi (və ya istifadə hüququnun itirilmiş hesab edilməsi) və iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 öz izahatında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi X4 tərəfindən təsdiq olunmuş xx.xx.2015-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 45,09 kv/m, yaşayış sahəsi 31,92 kv/m, yardımçı sahəsi 13,17 kv/m olan 2 otaqlı mənzil X3 tərəfindən İddiaçı hədiyyə verilmişdir.
8. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 48,8 kv.m olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 32\6, mənzil 38 (yeni qaydalarla: AZ5007, ünvan 1, m3 saylı) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 277 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır.
9. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı xx.xx.2016-cı ildən etibarən X10, Cavabdeh, X9, X3, X11 ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 32/6, 38 saylı mənzildə qeydiyyatdadırlar.
10. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2024-cü il tarixli, 755 nömrəli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 32\6, 38 saylı mənzildə qeydiyyatdadır, lakin yaşamır.
11. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli, e-2(060)-3784/2024 saylı müraciətə cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 32/6 ünvanında yerləşən 38 nömrəli mənzilin (yeni qaydalarla: AZ5007, ünvan 1, mənzil 3) hüquqi vəziyyəti ilə bağlı məlumatın təqdim edilməsi barədə sorğuya aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 32/6 ünvanında yerləşən 38 nömrəli mənzil Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin xx.xx.2004-cü il tarixli, 31 nömrəli orderinə, Sumqayıt şəhər 7 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2004cü il tarixli, 1289 nömrəli Forma 2 arayışına və göstərilən ünvanda qeydiyyatda olan şəxslərin razılıq ərizələrinə əsasən X2 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi hazırlanmışdır. Daha sonra xx.xx.2015-ci il tarixli, 4Ə-503 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən sözügedən mənzil xx.xx.2015-ci il tarixində İddiaçı adına qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 32/6 ünvanında yerləşən 38 nömrəli mənzil (yeni qaydalarla: AZ5007, ünvan 1, m3) İddiaçı xüsusi mülkiyyətindədir. Sözügedən mənzil qaynanası X3 tərəfindən bağışlanılmışdır. Cavabdeh əvvəllər həmin mənzildə yaşamış, hazırda isə orada formal olaraq qeydiyyatdadır. Eyni zamanda müəyyən olundu ki, Cavabdeh mübahisəli mənzildə uzun müddətdir ki, yaşamır.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
14. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
15. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları 2000-ci ilin sentyabr ayının 1-dən sonra yarandığından, hazırki mübahisəyə qüvvədə olan Mülki Məcəllənin müddəaları baxımından hüquqi qiymət verilməlidir.
16. X.Məmmədovanın şikayəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Bununla əlaqədar məhhkəmə kollegiyası qeyd edir ki, mənzil münasibətləri üzrə yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsi qaydaları Mülki Məcəllənin 228-ci maddəsində müəyyən edilmişdir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
18. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Həmin Məcəllənin 158.1.2-ci maddəsinin tələbinə görə, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır.
21. Göstərilən Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.
23. İşin halları ilə müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətçi İddiaçı qanunvericiliklə dairəsi konkret olaraq müəyyən edilmiş ailə üzvləri sırasına daxil olan şəxs deyildir.
24. İşdən görünür ki, mübahisəli mənzil cavabdehin anası - X2 mülkiyyətində olmuş və xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 32/6 ünvanında yerləşən 38 nömrəli mənzil İddiaçı hədiyyə verilmişdir. Cavabdeh isə həmin mənzildə qeydiyyatdadır, lakin hazırda yaşamır.
25. Qeyd edilən hüquq normalarından da göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən digər ailə üzvünün istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur.
26. Məhkəmə araşdırmaları ilə də müəyyən olundu ki, Cavabdeh sözügedən mənzildən istifadə hüququnun yaranması üçün onunla mülkiyyətçi İddiaçı arasında notarial qaydada təsdiqlənmiş yazılı razılaşma olmamışdır.
27. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 32/6 ünvanında yerləşən 38 nömrəli mənzilə (yeni qaydalarla: AZ5007, ünvan 1, m3) olan istifadə hüquqları itirilmiş hesab edilməlidir.
28. Məhkəmə iddia tələbinin “iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
Nəticə hissəsi:
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 32/6 ünvanında yerləşən 38 nömrəli mənzilə (yeni qaydalarla: AZ5007, ünvan 1, m3) olan istifadə hüquqları itirilmiş hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva