Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3887/2024 12.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Fikrət qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə iddia qaldıraraq iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 7207,57 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 43 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbini irəli sürmüşdür. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli X4 əsasən “baş satıcı” vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli X4 əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “X7 haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2023-cü il tarixli 101x saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehlə bağlanmış “X7 haqqında” Müqavilənin 1-ci bəndinin tələblərinə görə,cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin Müqavilənin 3.3-cü bəndinə görə, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onumaddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Cəmiyyətin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2023-cü il tarixli, 846 saylı Əmrindən göründüyü kimi, “Oba – Sumqayıt 26” mağazasında administrator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin bilavasitə iştirakı ilə fizikisayılaraq yoxlaması tapşırılmışdır. İnventarizasiya yoxlamasının xx.xx.2023-cü il tarixdə keçiriləcəyi barədə cavabdehə həm şifahi, həm də rəsmi qaydada məlumat verilmişdir. Yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlilərinə dair (xx.xx.2022-ci il – xx.xx.2023-cü il tarixləri üzrə) faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair yekun Akt”a əsasən cavabdehin Cəmiyyətə 7714,55 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olmaq üçün cavabdehə dəfələrlə şifahi məlumatlar verilsə də, habelə ünvanına rəsmi Xəbərdarlıq Məktubu göndərilsə də, cavabdeh inventarizasiya nəticələrinin araşdırılmasında iştirak etməkdən, nəticələrlə tanış olmaqdan və inventarizasiya sənədlərini imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəfindən müvafiq İmtina Aktları tərtib edilmişdir. Cəmiyyətin xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər (təbii itki norması - satış dövriyyəsinin 0,15 faizi miqdarında) tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 7207,57 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəməyə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirib, qanunvericiliyin aşağıda göstərilən tələblərini nəzərə alaraq hesab edirlər ki, iddia tələbləri təmin edilməlidir. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı əsassız olaraq işçilərə kəsir yazır. O, işlədiyi müddətdə heç bir itkiyə yol verməmişdir. Əvvəlcə işə satıcıkassir kimi başlamış, daha sonra baş satıcı, administrator vəzifələrində çalışmışdır. İddiaçı əvvəlcə ona 9000 manat kəsir olduğunu bildirmiş, o, qəbul etmədiyinə görə yenidən hesablama aparılmışdır. Kəsir onun tərəfindən yaranmamışdır, araşdırılmasını tələb etsə də, rəhbərlik buna fikir verməmişdir. Bunun nəticəsində ondan 7207 manat pul tələb olunmuşdur. Lakin ayrı-ayrı vaxtlarda bu məbləğ dəyişmiş, ondan müxtəlif məbləğlər tələb olunmuşdur. O, yalnız malların sayılması barədə sənədə tanış olmağı barədə imza çəkmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli 552 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2021-ci il tarixdən etibarən Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 260 manat olmaqla ödənilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdən satış departamenti satış şöbəsi, satıcı-kassir-əsas vəzifəsinə müddətli əmək müqaviləsi işə qəbul olunmuşdur. İşə əlavə olan İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 071 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2022-ci il tarixdən etibarən baş satıcı vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 320 manat olmaqla ödənilməlidir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 181 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2022-ci il tarixdən etibarən Administrator vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməlidir. İş materiallarında olan “X7” haqqında xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, işçi Cavabdeh tutuduğu vəzifə üzrə X7i öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin imtina aktının surətindən görünür ki, İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən “Oba-Sumqayıt 26” (703) mağazasında həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh İlqar oğlunun xx.xx.2023-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh İlqar oğlu inventarizasiyasının aparılması və nəticələrin araşdırılması üçün dəvət olunsa da, iştirak etməmiş və heçbir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədlərə, əksikgəlmələrə (7714,55 manat) imza atmaqdan imtina etmişdir. İşdə olan İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh İlqar oğlu ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 7714,55 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 7207,57 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh İlqar oğlunun 8 fevral 2024-cü il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 7207,57 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq əmək münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. Əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Bakı 20 saylı Mediasiya Təşkilatının mediatoru X2 xx.xx.2024-cü il tarixində, 13:00 saatlarında təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. Oba Market” MMC-nin nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci tam ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş İddiaçı MMC-nin baş satıcı vəzifəsi və adminstrator vəzifəsi təlimatlarından görünür ki, öz vəzifə təlimatında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə görə şirkətə vurduğu zərərə görə məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarını qiymətləndirərək belə qənaətə gəlir ki, işçi, administrator Cavabdeh İlqar oğlu əmək funksiyasını lazımi səviyyədə yerinə yetirməmiş və işəgötürənə 7207,57 manat məbləğində zərər vurmuşdur. Belə ki, İddiaçı MMC-nin istər baş satıcı, istərsə də adminstrator vəzifəsi təlimatına əsasən öz vəzifə təlimatında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə görə işçi şirkətə vurduğu zərərə görə məsuliyyət daşıyır. İşəgötürənlə işçi arasında bağlanmış X7 haqqında müqavilələr üzrə işçinin işəgötürənə vurduğu zərərə görə X7 nəzərdə tutulduğundan Cavabdeh İlqar oğlunun İddiaçı MMC-yə vurduğu ziyan ondan tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin 2-ci bəndinə əsasən ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada X7 daşıyırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 200-cü maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X7 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 201-ci maddəsinin 1-ci bəndinə əsasən işçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət-sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 201-ci maddəsinin 2-ci bəndinə əsasən işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 202-ci maddəsinin 2-ci bəndinə əsasən işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X7 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İlqar oğlundan vurduğu ziyana görə 7207 (yeddi min iki yüz yeddi) manat 57 (əlli yeddi) qəpik pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən ilkin mediasiyaya müraciət ilə bağlı ödənilmiş 60 (altmış) manat və 43 (qırx üç) manat dövlət rüsumu Cavabdeh İlqar oğlundan tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 214, 216-220, 227, 238-244 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 7207 (yeddi min iki yüz yeddi) manat 57 (əlli yeddi) qəpik, mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 43 (qırx üç) manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-3887/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3887/2024
12.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver