Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3909/2023 14.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X23 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X3 İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X8, nümayəndəsi və vəkili Vəkil1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” və cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə tələbi” barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddiaçının nümayəndəsi iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh və 3 övladı X4, X9 və Hümbətova Jalə Elşən qızının Sumqayıt şəhəri, 17-ci mkr, ev 40, mənzil 5-ə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları ilə birlikdə Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 40, ünvnaında 5 saylı mənzilə köçürülmələrinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 17-ci mkr, ev 40, mənzil 5 MA seriyalı, ******* nömrəli çıxarışla iddiaçının adına qeydiyyata alınmışdır, iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının keçmiş gəlinidir, oğlu X10 ilə 2004-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2012-ci il tarixli, 2(060)-2057/2012 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh 2011-ci ildən iddiaçının evində qeydiyyatdadır. 3 övladı X11, Hümbətova Jalə Elşən qızı və Hümbətova Jalə Elşən qızı da bu evdə qeydiyyatdadır. Lakin cavabdeh 2012-ci il tarixdə nikahın pozulması üçün müraciət etdiyi tarixdən evdən çıxıb getmişdir. Bundan başqa Azərişıq ASC-dən abonentin saldolarına da nəzərə salınsa görünər ki, qeyd etdiyi vaxtlardan özlərinə məxsus olan evlərdə yaşayır və hər ay da vaxtlı vaxtında aylıq ödənişlərini edir. Buradan da açıq-aşkar aydın olur ki, cavabdeh və uşaqları faktiki olaraq həmin evdə yaşamırlar, daimi yaşayış yerini uzun müddətdir ki, dəyişiblər və onların qeydiyyatları hal-hazırda formal xarakter daşıyır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 1-cisi qeyd edirki, cavabdeh həm iddiaçının ailə üzvü deyildir, həmdə ki, onlarla birlikdə yaşamırlar. Cavabdeh iddiaçı ilə birlikdə yaşamır və uzun illər öncə evini daimi olaraq tərk edib (nikah pozulduğu üçün). Bu səbəbdən onun mülkiyyətində olan evdən istifadə etmək hüququ itirilmiş hesab edilməlidir. İddiaçının nümayəndələri E.B.Qasımova və Vəkil1 məhkəmədə eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmədə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X14 onun keçmiş qaynanasıdır. Belə ki, o, X10 ilə xx.xx.2004-cu il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü Hümbətova Jalə Elşən qızı və X15 adlı üç övladları var. 2011-ci ildən sözügedən mənzildə qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-20572023 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, nikahları pozulmuş, birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü Hümbətova Jalə Elşən qızı və X15 onun yanında qalmaları, X1 xx.xx.2010-cu il tarixdən başlayaraq hər ay X5 qazancından və (və ya) başqa gəlirindən, xx.xx.2005-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü Hümbətova Jalə Elşən qızı və X9 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hazırda, uşaqlar onun himayəsindədir və onlar ayrı yaşayırlar. Uşaqların onun yanında saxlanması və hər uşağa cəmisi 70 manat aliment tutulmasını ərizəsində göstərməyinin xüsusi səbəbi var. Aliment tutulandan 11 il keçməsinə baxmayaraq o, hər uşağa 70 manat alimentlə uşaqları saxlamaq məcburiyyətində qalmışdır. Hətta bu illər ərzində keçmiş həyat yoldaşı qət edilmiş alimenti də verməmək üçün nə oyunlardan çıxıb, nəticədə xeyli miqdarda borc yaranıb. Səbəb də o olub ki, keçmiş qaynanası söz verib ki o, evi satıb, onların paylarını verəcəkdir. Halhazırda isə ona qarşı bu cür iddia qaldırır və əsas da onu gətirir ki, onun mülkiyyətində mənzil var. Lakin keçmiş qaynanası çox gözəl bilir ki, həmin mənzilin ona heç bir aidiyyatı yoxdur. Aidiyyəti olmadığını bilməsə idi həmin iddianı çoxdan qaldırardı. Göstərilən mənzil xx.xx.2014-cü il tarixdə məcburi köçkün olan atası X17 tərəfindən öz adına alınmışdır. Həmin mənzilin alınmasında bir neçə il keçəndən sonra isə yəni, mənzilin atasının adına olması aşkar olunduqdan sonra valideynləri çörək pulundan məhrum oldular. Onların qaçqınlıq statusu ilə alacaqları müavinətlər dayandırılmağa başladı. Ona görə də atası formal olaraq öz adında olan mənzili onun mülkiyyətinə keçirtdi ki, qaçqın müavinətləri kəsilməsin. Bu faktı keçmiş qaynanası da bildiyi üçün ona qarşı belə bir iddia qaldırmamışdır. İkinci məqam ondan ibarətdir ki, o, ailə qurub mənzilə köçərkən mənzil Dövlət Mənzil Fonduna aid idi. Yəni həmin mənzilə istifadə hüququ övladları ilə birlikdə yaranmışdır. Əlavə olaraq, onun nikahı pozulanda uşaqlarından böyük olanının 6 yaşı, kiçiklər isə 1 yaş yarımlıq olublar. Ona görə də keçmiş həyat yoldaşı ilə bir yerdə yaşamaq onun üçün qorxulu idi. İndi isə uşaqları da böyüyüb, özünü əvvəlkindən güvənli hesab edir, ona görə də istifadə hüquqları olduğu və qeydiyyatda olduqları mənzilə uşaqları ilə birlikdə köçməklərinə israrlıdır. Daha bir məqam ondan ibarətdir ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona və azyaşlı uşaqlarına qarşı belə bir iddia qaldırmaq barədə subyektiv hüququ mövcud deyil. Belə ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 40, 5 saylı mənzil paylı mülkiyyət hüququ ilə yalnız 1/3 hissədə İddiaçı məxsusdur. Həmin mənzildə 1/3 hissə onun keçmiş həyat yoldaşına məxsusdur ki, onun uşaqları həm də onun uşaqlarıdır. Qeyd etdiyi kimi mənzildə onun və uşaqlarının istifadə hüquqları mövcuddur. Elə iddia ərizəsindən də göründüyü kimi ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh də istifadə hüququnun mövcudluğunu təsdiq edir. Belə olan halda istifadə hüququnun itirilməsi üçün cavabdeh ona müvafiq kompensasiya təklif etməlidir. Məhkəmədə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil2 eyni məzmunlu izahat verərək, ilkin iddia tələbinin rədd edilməsini qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia təmin edilməli və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, X10 ilə Cavabdeh xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşlar, həmin nikahdan xx.xx.2005-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü Hümbətova Jalə Elşən qızı və X15 dünyaya gəlmişdir və xx.xx.2012-ci il tarixdə nikahlarına xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 paylı mülkiyyət olmaqla, 1/3 hissədə İddiaçı, 1/3 hissədə X10 və 1/3 hissədə X2 adına qeydə alınmışdır. İşə əlavə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, Cavabdeh və 3 övladı -X11, X15 və Hümbətova Jalə Elşən qızı ünvan 1-də qeydiyyatdadırlar. İş materiallarında olan 11 saylı Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Lakin xx.xx.2012-ci ildən evdən çıxıb. Həmin ildən sözügedən ünvanda uşaqları ilə birlikdə yaşamır. İşdə olan 11 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli ətraflı arayışından görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 40 saylı binanın 5-ci mənzili 10/1526 saylı orderlə xx.xx.1979-cu ildən X6 adına olub 2007-ci ildə vəfat edib mənzil özəldir, hal-hazırda mənzil X7 adınadır. İş materiallarında olan 19 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli ətraflı arayışından görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 47, mənzil 32 xx.xx.2014-cü il tarixində X13 adına alınmış, qeydiyyatı yoxdur məcburi köçkündür. Mənzil xx.xx.2017-ci il tarixində qızı Cavabdeh adına bağışlanma yolu ilə keçmiş, qeydiyyatı yoxdur. İşə əlavə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 47, mənzil 32 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. “İnsan Hüquqlarının və X12 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X12 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh 2012-ci ildə könüllü şəkildə mübahisəli mənzili uşaqları ilə tərk edib, bu müddət ərzində evə köcürülməsinə cəht etməyib və adına xüsusi mülkiyyətində olan mənzil mövcuddur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdeh-iddiaçı Cavabdeh ilə mənzilin mülkiyyətçisi İddiaçı arasında həmin mənzildən istifadəyə dair hər hansı razılaşma olmadığından, cavabdeh-iddiaçının iddiaçı-cavabdehin mülkiyyətində olan mənzildən sərbəst şəkildə istifadə etmək hüququnu məhdudlaşdırdığından, cavabdeh-iddiaçının mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, cavabdeh-iddiaçı və övladlarının istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair 29 mart 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Hazırda iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 47, mənzil 32 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. Məhkəmə qeyd olunan normalardan çıxış edərək və hazırda cavabdeh-iddiaçının mülkiyyətində mənzil olmasını, məhkəmə qətnaməsi ilə uşaqların onun yanında saxlanilmasını nəzərə alaraq, hesab edir ki, ilkin iddia təmin edilməklə cavabdeh-iddiaçı Cavabdeh və 3 övladı X4, X9 və Hümbətova Jalə Elşən qızının Sumqayıt şəhəri, 17-ci mkr, ev 40, mənzil 5-ə istifadə hüququnun itirilmiş hesab edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Hazırda ilkin iddia tələbi təmin edildiyi üçün iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia təmin edilsin. Cavabdeh və 3 övladı X11, X15 və Hümbətova Jalə Elşən qızının Sumqayıt şəhəri, 17-ci mkr, ev 40, mənzil 5-ə olan istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə tələbi” barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-3909/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3909/2023
14.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver