Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4006/2025 20.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Cavabdeh2nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi, habelə vəkilə çəkilmiş xərcin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbinin Atestasiya Komissiyasının 13 mart 2*25-ci il tarixli qərarının və həmin qərar əsasında onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin c bəndinə əsasən işdən çıxarılması, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair *8.*4.2*25-ci il tarixli 39 saylı əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1995-ci ildə S.Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumuna daxil olmuş və 2*.*7.2***-ci ildə fortopiano ixtisası üzrə tam kursu bitirmişəm. Ona fortopiano ixtisası üzrə müəllimə–konsertmeyster ixtisası verilmişdir. 24.1*.1995-ci ildə fortopiano ixtisası üzrə müşayiətçi işinə qəbul olunmuş və 1996-cı ildə fortopiano ixtisası üzrə müəllim vəzifəsinə keçirilmişdir. İşlədiyi 3* ilə yaxın müddətdə hər hansı bir intizam pozuntusuna yol verməmiş və əmək vəzifələrini vicdanla yerinə yetirmiş, gənc musiqiçilərin yetişdirilməsində öz bacarıgını əsirgəməmişdir. Öz sahəsində uzun illk təcrübəsi olan ixtisaslaşmış müəllim kimi uşaqlara bu sahəni öyrətmiş və bir sıra tədbirlərdə iştirak etmişdir. Lakin Bakı Xoreoqrafoya Məktəbində 13.*3.2*25-ci ildə atestasiya komissiyası tərəfindən atestasiya imtahanı kecirilmiş və həmin imtahanda iştirak etməklə ixtisası üzrə ünvanlanan sualları cavablandırmışdır. Ona imtahan prosesində komissiya üzvləri tərəfindən psixoloji təzyiq olmuş və hətta doğru cavablandırdığı suallara da komissiya üzvləri tərəfindən sərt reaksiya verilmiş ixtisasıma uyğun olmayan sahələrdən də suallar verilmiş, nəticə barədə ona həmin vaxt bildirilməmiş, yalnız imtahandan bir müddət sonra məktəb direktoru onun atestasiyanın qərarı ilə «uyğunsuz» hesab olunduğu barədə məlumat vermişdir. Bu atestasiya qanuna uyğun təşkil olunmamış, veriləcək suallarla bağlı qabaqcadan məlumatlandırılmamış və cavablar şifahi alınmışdır, halbuki test sualları yazılı alınmalı və daha sonra ixtisasa uyğun olaraq şifahi suallar da verilməli idi. Lakin komissiya üzvləri sanki qabaqcadan planlı surətdə hərəkət edərək və icra etdiyi sahədən məlumatsız və xəbərsiz kimi davranaraq onun sahəsinə aidiyyəti olmayan sahələrdən də suallar vermiş, hətta doğru cavablarını düzgün qiymətləndirməyərək onu tutduğu vəzifəyə «uyğunsuz» hesab etmişlər, komissiya üzvlərindən 2 nəfər lehinə, 3 nəfər isə əleyhinə səs vermişdir. Attestasiya zamanı ondan yazılı test götürülməmiş və komissiya üzvləri onun icra etdiyi işə aid olmayan, öz ixtisasları və ali təhsil pilləsində tədris olunan sahələr üzrə şifahi suallar vermiş, verdiyi cavablara reaksiyaları ilə psixoloji təzyiq göstərilmişlər. Bütün bunlar isə yəqin ki, kamera görüntülərində də əks olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı, habelə onun vəkili və nümayəndəsi X1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Digər cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bununla belə məhkəməyə etiraz ərizəsi göndərərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - BB-İİ *57764 saylı diplomun surətindən görünür ki, İddiaçı Sumqayıt Musiqi Texnikumununda Fortepiano ixtisası üzrə tam kursu bitirmiş, 2* iyun 2***-ci il tarixli qərarla ona konsertmeyster, musiqi müəllim ixtisası verilmişdir. - 2388*48 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı *2.*9.1996-cı ildə Bülbül adına Uşaq İncəsənət Məktəbinə fortopiano ixtisası üzrə müəllimə vəzifəsinə qəbul edilmiş və *8.*4.2*25-ci il tarixə kimi bu məktəbdə həmin vəzifədə işləmişdir. - MŞS/MT*3*/2*25-**767 saylı, 13.*5.2*25-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı cəmi 6* manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin 39 saylı, *8.*4.2*25-ci il tarixli əmrindən görünür ki, həmin məktəbin fortepiano müəllimi İddiaçı *7 aprel 2*25-ci ıl tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - İddiaçı attestasiya vərəqəsindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar: 1.Əsərin ifası və təhlili: L.V.Bethoven Sonata №19. İfa və təhlil orta idi. 2.Qammanın ifası: E Dur-cis moll. Yaxşı idi. 3.Üzdən oxuma-M.İ.Qlinka. Mazurka.Yaxşı idi. 4.L.V.Bethovenin 2 hissəli sonataları hansılardır: Tam cavab vermədi. 5.L.V.Bethovenin 4 hissəli sonataları hansılardır: Cavab verə bilmədi. 6.L.V.Bethovenin adlı sonatalarına adları kimlər vermişdir: Cavab verə bilmədi. 7.Hansı sonatasını L.V.Bethoven özü adlandırmışdır: Cavab verə bilməıdi. 8.1 hissəli sonata janrının banisi kimdir: Cavab verə bilmədi. 9.Hansı Azərbaycan bəstəkarları sonata janrına müraciət ediblər: Cavab verə bilmədi. 1*.Prelüd yazan Azərbaycan bəstəkarları kimlərdir: Q.Qarayev 24 prelüd. Dolğun cavab vermədi. 11.Sağ və sol pedalın vəzifəsi nədən ibarətdir: Cavab verdi. 12.Sağ və sol pedal not yazısında hansı terminlə ifadə olunurlar: Cavab verə bilmədi. 13. Sol pedalsız ifa not yazısında hansı terminlə ifadə olunur: Cavab verə bilmədi. Komissiyadakı səsvermənin nəticələrinə görə (lehinə 2, əleyhinə 3) İddiaçı vəzifəsinə uyğun hesab edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 1* iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. Həmin Məcəllənin 65-ci maddəsinin 1-ci bəndinə görə işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin maddəsinin 5-ci bəndinə görə attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Həmin maddənin 6-cı bəndində göstərilmişdir ki, attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə görə attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin maddənin 5-ci bəndinə görə işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Həmin maddənin 6-cl bəndinə görə attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə görə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2**1-ci il tarixli «İşçilərin atestasiyasının keçirilməsi» Qaydalarının 2.4-cü bəndində göstərilmişdir ki, atestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. İşdən görünür ki, İddiaçı İncəsənət təhsil müəssisəində 29 il 1 ay fortepiano müəlliməsi stajı vardır. Müəssisədə attestasiya keçirilməsi məqsədilə komissiya yaradılmış və Cavabdeh2 işçilərinin attestasiyası keçirilmişdir. Nəticələrə dair komissiya üzvləri iclas keçirmiş və İddiaçı vəzifəsinə uyğun olmayan hesab edilmişdir. Bu qərardan sonra isə məktəbin rəhbərliyi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 39 saylı, *8.*4.2*25-ci il tarixli əmr imzalamışdır. Hazırda İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılmasına və əmək müqaviləsinə xitam verilməsinə dair *8.*4.2*25-ci il tarixli 39 saylı əmrin ləğv edilməsi, onun öz işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia edir ki, atestasiya komissiyasının üzvləri onun illər boyu icra etdiyi işə uyğun olmayan, başqa sahələri əhatə edən mövzular üzrə suallar vermiş, hətta onun cavablarına verdikləri reaksiyaları və münasibətləri onu həmin an stres yaşamağına səbəb olmuş, sanki onların əsas məqsədi doğru cavabı almaq yox, doğru bildiyi cavabları da unutmaq və çaşqınlıq yaratmaq niyyətinə yönəlmişdir. Onun verdiyi cavablara göstərilən aqressiv reaksiya və ixtisasına aidiyyəti olmayan sualların verilməsi komissiyanın ona qarşı qərəzli olmasına dəlalət edir. İş materialarında olan İddiaçı attestasiya vərəqəsindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar: 1.Əsərin ifası və təhlili: L.V.Bethoven Sonata №19. İfa və təhlil orta idi. 2.Qammanın ifası: E Dur-cis moll. Yaxşı idi. 3.Üzdən oxuma- M.İ.Qlinka. Mazurka.Yaxşı idi. 4.L.V.Bethovenin 2 hissəli sonataları hansılardır: Tam cavab vermədi. 5.L.V.Bethovenin 4 hissəli sonataları hansılardır: Cavab verə bilmədi. 6.L.V.Bethovenin adlı sonatalarına adları kimlər vermişdir: Cavab verə bilmədi. 7.Hansı sonatasını L.V.Bethoven özü adlandırmışdır: Cavab verə bilməıdi. 8.1 hissəli sonata janrının banisi kimdir: Cavab verə bilmədi. 9.Hansı Azərbaycan bəstəkarları sonata janrına müraciət ediblər: Cavab verə bilmədi. 1*.Prelüd yazan Azərbaycan bəstəkarları kimlərdir: Q.Qarayev 24 prelüd. Dolğun cavab vermədi. 11.Sağ və sol pedalın vəzifəsi nədən ibarətdir: Cavab verdi. 12.Sağ və sol pedal not yazısında hansı terminlə ifadə olunurlar: Cavab verə bilmədi. 13. Sol pedalsız ifa not yazısında hansı terminlə ifadə olunur: Cavab verə bilmədi. Komissiyadakı səsvermənin nəticələrinə görə (lehinə 2, əleyhinə 3) İddiaçı vəzifəsinə uyğun hesab edilməmişdir. İddiaçının attestasiyanın keçirilməsində qanunsuzluq edilməsi barədə dəlilini araşdırmaq məqsədilə imtahanın videoyazısı (disk formasında) müvafiq qurumdan tələb edilmiş və məhkəmə iclasında nümayiş olunaraq araşdırılmışdır. Məhkəmə iclasında iddiaçının imtahanla bağlı qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Əksinə, videoçəkilişdən iddiaçının bəzi suallara ümumiyyətlə cavab vermədiyi, beləliklə attestasiya vərəqəsində göstərilən halların mövcudluğu müəyyən olunur. Attestasiya prosesində iddiaçıya qarşı qərəzli davranılması barədə iddiaçının dəlilləri iş materialları ilə təkzib olunur. Məhkəmə iclasında iddiaçı bildirdi ki, attestasiya zamanı komissiya üzvlərinin ona verdiyi suallara olduqca həyəcan keçirdiyindən cavab verə bilməmişdir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə görə attestasiya nəticəsində vəzifəyə uyğun hesab edilməyən iddiaçı ilə əmək müqaviləsinə xitam verilib-verilməməsi işəgötürənin səlahiyyətinə aiddir. Hazırki halda, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin rəhbərliyinin Cavabdeh2 Attestasiya Komissiyasının qərarına istinad edərək iddiaçının işdən azad edilməsi barədə əmri əmək qanunvericiliyinin tələblərinə zidd deyildir. İş materiallarında iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş kateqoriyadan olan şəxslər dairəsinə aid olması görünmür. Belə olan halda isə məhkəmə hesab edir ki, onun ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. İşdən azad olunma barədə əmr ləğv olunmadığından, işə bərpa edilmə və məcburi işburaxmağa görə əmək haqqının, habelə vəkilə şəkilmiş xərcin əvəzinin tələb edilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Cavabdeh2nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi, habelə vəkilə şəkilmiş xərcin ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 36*cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Cavabdeh2nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi, habelə vəkilə çəkilmiş xərcin ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-4006/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4006/2025
20.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver