Məhkəmə qərarları › İş №e-2(060)-4026/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4026/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4026/2024 19.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh oğluna qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 6000 (altı min) manat pul borcunun və ödəmiş olduğu 80 (səksən) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh dəyərini hər ay 240 (iki yüz qırx) manat olmaqla, 25 ay müddətinə ödəmək şərti ilə 6000 (altı min) manat dəyərində 27 adda məişət texnikaları satmışdır. Aralarında məişət texnikalarının təhvil-təslim götürülməsi və borcun olması barəsində adlarını qeyd etdiyi şahidlərin iştirakı ilə 10 noyabr 2021-ci il tarixli təhvil-təslim müqaviləsi tərtib edilmiş və imzaları ilə təsdiq olunmuşdur. Cavabdeh şahidlərin iştirakı ilə aralarında tərtib etdikləri və imzaları ilə təsdiq etdikləri təhvil-təslim müqaviləsinə əsasən adlarını qeyd etdiyi 27 adda məişət avadanlıqlarını ondan təhvil götürmüşdür. qazan dəsti 1 komp. x 400 m = 400 manat, pərdə 15 metr x 20 m = 300 manat, pərdə 10 metr x 8 m = 80 manat, pərdə 20 metr x 6.5 m = 130 manat, pərdə 10 metr x 8 m = 80 manat, hazır pərdə 145 manat, xalça 5 ədəd x 140 m = 700 manat, süfrə 1 ədəd x 48 m = 48 manat, pərdə 20 metr x 13 m = 260 manat, qazan dəsti 1 x 260 m = 260 manat, tava dəsti 1 x 175 m = 175 manat, xalça 1 ədəd x 186 m = 186 manat, xalça 1 ədəd x 220 m = 220 manat, qazan dəsti 2 x 255 m = 510 manat, xalça 2 ədəd x 185 m = 370 manat, şamdan dəsti 2 x 90 m = 180 manat, sandıq 1 x 200 m = 200 manat, tava dəsti 4 ədəd x 50 m = 200 manat, ət çəkən 2 ədəd x 100 m = 200 manat, saat 6 ədəd x 20 m = 120 manat, pərdə 20 metr x 15 m = 300 manat, böyük qazan dəsti 1 x 400 m = 400 manat, süfrə 2 x 50 m = 100 manat, blender 1 x 100 m = 100 manat, pərdə 20 metr x 7.5 m = 150 manat, süfrə 3 ədəd x 50 m = 150 manat, süfrə 1 ədəd x 36 m = 36 manat. Aralarında olan razılaşmaya əsasən cavabdeh ondan götürmüş olduğu 27 adda məişət texnikası avadanlıqlarının 6000 manat məbləğində olan dəyərini hər ay 240 manat olmaqla 25 ay müddətində ona ödəməli idi. Lakin cavabdeh aralarında olan razılaşmanı pozaraq bu günə qədər borcunu ödəməkdən yayınır bilərəkdən ödəmir. Dəfərlərlə cavabdehəin borcunu ödəməsi barəsində cavabdehə şifahi və rəsmi xəbərdarlıq etmiş, yaşadığı ünvana Xəbərdarlıq məktubu göndərmişdir. Lakin cavabdeh nə onun xəbərdarlıq məktublarına cavab vermir, nədə ona olan borcunu ödəmək istəmir. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən borc müqaviləsi şifahi bağlanıla bilər. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Onunla cavabdeh arasında borcun olması təhvil-təslim müqaviləsi şəklində şahidlərin iştirakı ilə tərtib edilmişdir. Həmin müqaviləyə əsasən hazırda cavabdehin 6000 (altı min) manat pul borcu vardır. İddiaçı məhkəmədə iddia ərizəsini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, o, İddiaçı tanımır. O, iddiaçının həyat yoldaşı Pərvini tanımışdır. 2021-ci ildən Pərvindən məişət texnikası avadanlıqlarını alqı-satqısı ilə məşğul olmuşdur. Bu illər ərzində o, Pərvindən aldığı avadanılıqların ödənişini vaxtında ödəmişdir. İddiaçı siyahıda bir neçə ölçüdə və qiymətdə xalça qeyd etmişdir. Bununla bağlı bildirir ki, bir dəfə xalça almış bə həmin məbləği vaxtında ödəmişdir. Hal-hazırda iddiaçının həyat yoldaşı Pərvindən aldığı qaşıq dəsti satılmamışdır. Qiyməti 70 manat təşkil edir. Dəfələrlə o, Pərvinə həmin malın satılmadığını bildirib və onu geri qaytaracağını bildirmişdir. Hazırda onun Pərvinə ümumilikdə 245 manat borcu qalmışdır. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Tapşırıq müqaviləsi”ndən görünür ki, “Mal verən” İddiaçı 6000 (altı min) manat dəyərində malı 25 ay müddətinə hər ay 240 manat ödənilməsi şərti ilə Cavabdeh vermişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı kart hesabına ümumilikdə 3755 manat məbləğində ödəniş həyata keçirilmişdir. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Məkhəmə hesab edir ki, iddia tələbi cavabdehin etiraf etdiyi hissədə yəni 245 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etdikləri əşyaların dəyərinə dair yazılan qiymətlərin mövcudluğunu təsdiq edən hər hansı bir sənəd təqdim etməmiş, eyni zamanda cavabdehin ödənişlər etdiyi halda həmin ödənişləri əsas tutmayaraq 6000 manat borcun yaranmasını sübut edəcək hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə iddianın X2 tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1%-i həcmində olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 245 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumunun 30 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 50 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 245 (iki yüz qırx beş) manat pulun və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilsin. X2 50 manatı iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar