Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-42/2023 08.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi,Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi iddia əizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, 76-cı məhəllə ilə Bakı-Rostov dəmiryolu tunelinin arasındakı ərazidə yerləşən torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin ərazi üzrə nəzarətçiləri tərəfindən aparılmış yoxlamalar zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən bələdiyyə mülkiyyətinə aid olan Sumqayıt şəhəri, 76-cı məhəllə ilə Bakı-Rostov dəmiryolu tunelinin arasındakı ərazidə yerləşən torpaq sahəsi zəbt edilərək orada qanunsuz olaraq tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Bununla bağlı cavabdehin qanunsuz əməlləri bələdiyyənin əməkdaşları tərəfindən müvafiq qaydada aktlaşdırılmışdır. Sumqayıt Bələdiyyəsi özünün torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun qorunması məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Cavabdeh zəbt etdiyi Sumqayıt şəhəri, 76-cı məhəllə ilə Bakı-Rostov dəmiryolu tunelinin arasındakı ərazidə yerləşən və bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını,orada inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsini xahiş etmələrini məqsədəuyğun saymışdır. Belə ki, qeyd edilən hərəkətlər torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsinin qanuni mənafeyinə, habelə mülki və torpaq qanunvericiliklərinin normalarına zidd olduğundan müvafiq hüquqi nəticələrə səbəb olmalıdır. Adı çəkilən ərazidə yerləşən torpaqlar «Torpaq islahatı haqqında» və «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aid olunmuş və 26 iyun 2001-ci il tarixli protokol, eksplikasiya aktıvə digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. Lakin Cavabdeh sadalanan hərəkətləri Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edərək sadalanan qanunsuzluqların aradan qaldırılmasını və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etməyi zəruri saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ekspert rəyindən də müəyyən olunur ki, həmin torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyətində olan torpaq sahəsidir. Heç bir hüquq müəyyən edici sənəd olmadan Cavabdeh tərəfindən həmin torpaq sahəsi zəbt edilmiş və orada özbaşına tikinti işləri aparılmışdır. Ehtimal edir ki, orada obyekt tikilmişdir. Şəkilləri təqdim etmişlər. Torpağa aid heç bir sənəd yoxdur və kommunal xərclərin ödənilməsi torpağın zəbt olunması faktına dəlalət etmir. Məhkəmə iclasında Cavabdeh ilə telefon vasitəsi ilə əlaqə saxlanılaraq müəyyən olundu ki, iddia tələbini qəbul etmir. İşıq, su və qaz üçün müqavilə bağlanmış və bütün ödənişləri etdiyini bildirdi. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişləri cavabdehin həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmış (bu barədə poçt tərəfindən təsdiq edilmiş məhkəmə bildirişləri məhkəməyə qaytarılmışdır) məhkəmə iclaslarında iştirak etməmişdir. Bundan əlavə, Cavabdeh AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsi ilə SMS bildiriş göndərilməklə (SMS bildirişləri tərəfə çatdırmaq mümkün olmuşdur), məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən mülki işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işmateriallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 21 iyun 2001-ci il tarixli aktdan görünür ki, torpaq islahatı haqqında Azərbaycan Respublikası qanununun 3-cü və 21-ci maddələrinin göstəricilərinə əsasən torpaqların mülkiyyət formaları üzrə inventarizasiya edilib, təyinatına görə araşdırma apararkən aşağıdakılar müəyyənləşdirilmişdir. Dövlət mülkiyyətində saxlanılan torpaqların ümumi cəmi 3405.20 hektar olmuşdur. Bundan sənayə obyektləri – 1264.0 h, xüsusi təyinatlı torpaqlar – 666.70 h, və s, şəhər daxili və kənardakı obyektlər - 1474.50 h, bələdiyyə mükiyyətinə verilən torpaqların ümumi cəmi 7829.80 hektar olmuşdur. Bundan ümumi istifadəli torpaqlar – 5473.20 h, zəbt olunmuş bağ –bostan sahəsi – 315.20 h, sair torpaqlar – 5158.0 h, yaşayış və bağ-bostan sahəsi- 2356.60 hektar olmuşdur. Bundan – çox mənzilli yaşayış evlərinin altındakı sahə - 96.50 h, fərdi yaşayış sahəsi – 172.70 h, qeyri-yaşayış sahəsi – 64.40 h, bağ-bostan təsərrüfatlı – 2023.0 hektar olmuşdur. - Memarlıq-tikinti və mülkiyyətə nəzarət şöbəsi tərəfindən tərtib edilmiş 22 aprel 2022-ci il tarixli aktdan görünür ki, imza edənlər – Sumqayıt Bələdiyyəsinin ərazi üzrə nəzarətçiləri, bu aktı ondan ötəri tərtib etmişlər ki, Sumqayıt şəhərinin inzibati ərazisi hüdudları daxilində yerləşən Sumqayıt şəhəri, 76-cı məhəllə ilə Bakı-Rostov dəmiryolu tunelinin arasındakı ərazidə xidməti araşdırmalar apararkən onlar tərəfindən müəyyən edilmişdir ki, ünvanda qeydiyyatda olan vətəndaş Cavabdeh tərəfindən qanunsuz bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Onlar tərəfindən edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq vətəndaş zəbt edilmiş torpaq sahəsini boşaltmaqdan, tikinti işlərini dayandırmaqdan, torpaq sahəsini əvvəlki vəziyyətinə qaytarmaqdan imtina etmişdir. - Memarlıq-tikinti və mülkiyyətə nəzarət şöbəsinin bölmə müdirinin müavini S.Əfəndiyeva tərəfindən Sumqayıt Bələdiyyəsinin sədri Sərviz Süleymanova ünvanlanmış təqdimatdan görünür ki, Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan Sumqayıt şəhəri, 76-cı məhəllə ilə Bakı-Rostov dəmiryolu tunelinin arasındakı əraziyə Sumqayıt Bələdiyyəsinin qulluqçuları tərəfindən xidməti nəzarət zamanı torpaq sahəsinin vətəndaş Cavabdeh adlı şəxs tərəfindən zəbt olunduğu və orada mişar daşlarından qeyri-qanuni inşaat işlərinin aparıldığı aşkar edilmişdir. Torpaq sahəsi qanunverciliklə müəyyən olunmuş qaydada ayrılmadığından, vətəndaş Cavabdeh törətdiyi əməlin qanunazidd olduğu bildirilərək, ondan qanunsuz tikinti işlərinin dayandırılması, torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması tələb olunsa da, həmin şəxs bələdiyyə qulluqçularının qanuni tələblərini yerinə yetirməkdən imtina etmişdir. Yuxarıda qeyd olunan fakta hüquqi prinsiplər qaydasında baxılması üçün sənədlərin hüquq şöbəsinə göndərilməsi təklif olunmuşdur. - Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, Sumqayıt şəhəri, 76-ci məhəllədən keçən və "xxxx" MMC-nin balansında olan 110 kV-luq 2-ci Sənaye Qovşağı HX-nin 7 saylı dayağının kənar məftillərindən 8 metr məsafədə, xəttin mühafizə zonasında naməlum şəxs (dəfələrlə həmin əraziyə baş çəkildiyinə baxmayaraq vətəndaşın adını, soyadını öyrənmək mümkün olmamışdır) tərəfindən qeyri-qanuni daş hasarın tikintisi xx.xx.2018ci il tarixində onlar tərəfindən aşkar edilmiş və bu barədə AR,FHN, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə - 16/01-20/795 saylı, Sumqayıt Polis İ.16/01- 20/796 saylı və “Azərenerji ASC”-yə 16/01-20/797 saylı, xx.xx.2018-ci il tarixli məktublarla yazılı müraciətlər edilmişdir. Buna baxmayaraq vətəndaş hasarı tamamilə tikib qutarmış və 110 kV-luq 2-ci Sənaye Qovşağı HX-nin 7 saylı dayağının kənar məftillərindən 7 metr məsafədə, xəttin mühafizə zonasında yeni obyektin tikintisinə başlamışdır. 18 aprel 2022-ci il tarixində həmin əraziyə "xxxx" MMC-nin işçiləri tərəfindən baxış keçirərkən xəttin mühafizə zonasında vətəndaş Quluzadə Səbuhi Babaş oğluna tikinti işlərinin dayandırılması barədə şihafi və rəsmi xəbərdarlıq edilmiş, buna baxmayaraq tikinti işləri davam etdirilmişdir. X3 Xətlərinin mühafizə zonalarında tikililərin inşa edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarını pozmaqla yanaşı enerji sistemi üçün vacib əhəmiyyət kəsb edən Yüksən Gərginlikli HEVX-də texniki qulluq işlərinin və digər profilaktik təmirlərinin vaxtında icrasında maneçilik törədir və əhalinin, müəssisələrin elektrik enerjisi ilə təmin edilməsinə problemlər yaradır. Hər hansı bir səbəbdən dayaqların aşması və ya xətt məfillərinin qırılması zamanı yanğınlara və bədbəxt hadisələrin baş verməsinə səbəb ola bilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 nömrəli, xx.xx.2005-ci il tarixli “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” haqqında Qərara əsasən Elektrik Şəbəkələrinin mühafizə zonalarında bina və qurğuların tikilməsi, bağ və bostanların salınması və s. işlərin aparılması qadağan edilir. Qeyd edilmişdir ki, 110 kV-lıq EVX-lərdə mühafizə zonası xəttin altı və kənar məftillərdən hər iki tərəfə HX-nin oxuna perpendikulyar xətt üzrə 20 metr məsafədə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Energetika sahəsi barədə, Yüksək Gərginlikli Elektrik veriliş hava xətlərinin qorunması barədə son iclaslardakı tapşırıqlarını, Nazirlər Kabinetinin 103 nömrəli, xx.xx.2005-ci il tarixli “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” haqqında Qərarının tələblərini əsas tutaraq belə halların qarşısının alınması, yarımtikilinin sökülməsi və vətəndaş barədə qanuna müvafiq təcili tədbir görülməsi xahiş olunmuşdur. - Məhkəmə sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, təsdiq edilmiş bələdiyyə xəritəsində mövcud torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması göstərilmişdir. Mütəxəssislər tərəfindən torpaq sahəsinə faktiki baxış zamanı həmin torpaq sahəsindən Cavabdeh istifadə etməsi təsbit edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3774/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının rəyinin alınması ilə bağlı ekspertiza təyin edilmiş və həmin qərardad ilə bağlı olaraq göndərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10/3149 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, təsdiq edilmiş bələdiyyə xəritəsində mövcud torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması göstərilmişdir. Mütəxəssis rəyinə əsasən, mütəxəssislər tərəfindən torpaq sahəsinə faktiki baxış zamanı həmin torpaq sahəsindən Cavabdeh istifadə etməsi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli, 10/3149 nömrəli ekspert xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üçün aparılmış tədqiqatın dəyəri 50 manat hesablanmışdır. - 15 fevral 2023-cü il tarixli, 56 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Sumqayıt Bələdiyyəsi, DƏDKR phş 2 saylı Sumqayıt Ərazi İdarəsinin hesabına koordinatların müəyyən edilməsi üçün 95 manat məbləğində xidmət haqqı ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Sumqayıt şəhəri, 76-cı məhəllə ilə Bakı-Rostov dəmiryolu tunelinin arasındakı ərazidə yerləşən torpaq sahəsini zəbt etsə də, həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Məhkəmə tərəflərin iştirakı ilə mübahisə predmeti olan ərazidə tikiliyə yerində baxış keçirərək müəyyən etmişdir ki, mübahisəli əraziyə gedən zaman qapı bağlı olmuşdur.Lakin həmin ərazinin çöldən hündür hasarla tikilməsi, hasarın içərisində də tikilinin mövcud olduğu müəyyən olunmuşdur. Həmin ərazinin yaxınlığında da yüksən gərginlikli elektrik dirəyinində mövcud olduğu müəyyən edilmişdir. Çöldən təqribən 3.5 metr hündürlüyündə olan sahədir. Bir qapısı vardır.Tikilinin mövcud olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 1-ci bəndinə görə torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrəkeçən torpaqlar hesabına yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 1-ci bəndinə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqları daxildir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır (Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6 və 7-ci bəndləri). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur (Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndi). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Torpaq Məcəlləsinin 68-ci maddəsi). Bununla əlaqədar məhkəmə qeyd edir ki, hər hansı şəxsin əmlakdan istifadə etməsi həmin əmlak üzərində olan hüququ əsasında realizə edilə bilər. Cavabdehin istifadəsində olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla cavabdeh tərəfindən zəbt olunduğu məhkəmə araşdırması gedişatının nəticəsi olaraq işdə olan sənədlər və ekspertin rəyi ilə müəyyən edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Mülki Məcəllənin müddəalarına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərəalmaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir (164.1). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (180.4). Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci bəndlərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Avropa Məhkəməsi “X2rşı” qərarının 139-cu bəndində xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Konvensiyanın 2-ci maddəsinin pozuntusunu təşkil edir; həmin maddənin müvafiq hissəsində deyilir: «Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa həyatdan məhrum edilə bilməz…». Həmin qərarın 59-ci bəndində qeyd olunur ki, Konvensiyanın 2-ci maddəsindəki «məhrum edilmə» ifadəsinin mənasına diqqəti cəlb edərək bildirmişdir ki, bu maddədən irəli gələn pozitiv öhdəlik konsepsiyası, bu işin hallarına bənzər hallarda digər şəxslərin həyatını qorumaq öhdəliyini dövlətlərin üzərinə qoyan və «səhlənkarlıq haqqında iddialar» doğuran konsepsiya kimi başa düşülə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın 19 fevral 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Azərbaycan Respublikası “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, 76-cı məhəllə ilə Bakı-Rostov dəmiryolu tunelinin arasındakı ərazidə yerləşən torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikili cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 50 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə -büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrəərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş (koordinatların yerində müəyyən edilməsi üçün) 95 manat xidmət haqqı tutularaq iddiaçı Sumqayıt Bələdiyyəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh zəbt etdiyi Sumqayıt şəhəri, 76-cı məhəllə ilə Bakı-Rostov dəmiryolu tunelinin arasındakı ərazidə yerləşən torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikili Cavabdeh hesabına sökülsün. Cavabdeh koordinatların yerində müəyyən edilməsi üçün 95 manat xidmət haqqı tutularaq iddiaçı Sumqayıt Bələdiyyəsinə ödənilsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-42/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-42/2023
08.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver