Məhkəmə qərarları › İş №e-2(060)-4229/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4229/2024

01.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4229/2024 01.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi tələbinə dair (Maraqlı şəxs: Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, X2 fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1991-ci il təvəllüdlü oğlu X1 Federasiyası Krasnoyarsk diyarı Zelnoqorsk şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə fəaliyyət qabiliyyətini itirmiş sayılmış və onun üzərinə qəyyumluq təyin edilmişdir. Həmin qərar Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə tanınmışdır. Məmmədov İntiqam İİİ qrup əlildir və onun əsəb xəstəliyinə görə fəaliyyət qabiliyyətini itirmiş hesab edilmişdir. Hazırkı vəziyyətdə Məmmədov İntiqamın sağlamlığı bərpa olunmuşdur və əsəb xəstəliyinə gorə müalicə almışdır. O, ətraf-mühiti və öz hərəkətlərini real qiymətləndirə bilir, artıq onun daimi qulluğa ehtiyacı yoxdur, kənar şəxslərin köməkliyi olmadan da o, öz hərəkətlərini həyata keçirmək iqtidarındadır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək, məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəfələrlə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Rusiya Federasiyası Krasnoyarsk diyarı Zelnoqorsk şəhər məhkəməsinin 2- 1179/10 saylı, xx.xx.2010-cu il tarixli qərarından görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyətini itirmiş sayılmış və onun üzərinə qəyyumluq təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10(102)-120/2024 saylı xx.xx.2024cü il tarixli qərardadından görünür ki, Ərizəçi ərizəsi təmin edilmiş, Rusiya Federasiyası Krasnoyarsk diyarı Zelnoqorsk şəhər məhkəməsi 2-1179/10 saylı xx.xx.2010-cu il tarixli qərarı Azərbaycan Respublikasında tanınmışdır. -Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X5 xx.xx.1991-ci ildə anadan olmuş, atası X4, anası Ərizəçidır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən daxil olmuş 04.090.2024-cü il tarixli 3934 saylı rəydən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X3 aşkar olunan “yüngül əqli gerilik” onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. X5 öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli hesab oluna bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X1 Federasiyası Krasnoyarsk diyarı Zelnoqorsk şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə fəaliyyət qabiliyyətini itirmiş sayılmış və onun üzərinə qəyyumluq təyin edilmişdir. Həmin qərar Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə tanınmışdır. Hazırkı vəziyyətdə Məmmədov İntiqamın saglamlığı bərpa olunmuşdur və əsəb xəstəliyinə gorə müalicə almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən daxil olmuş 04.090.2024-cü il tarixli 3934 saylı rəyinə əsasən, xx.xx.1991-ci il təvəllüdlü X3 aşkar olunan “yüngül əqli gerilik” onu öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. X5 öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli hesab oluna bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 322.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə şəxsin özünün, onun ailə üzvlərinin, himayəçinin, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə şəxsin fəaliyyət qabiliyyətinin məhdudluğunun ləğvi barədə qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzərində müəyyən edilmiş himayəçilik ləğv edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 322.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə müvafiq icra hakimiyyəti orqanının, ailə üzvlərinin, psixiatriya (psixonevroloji) müəssisəsinin, qəyyumluq və himayəçilik orqanının ərizəsi üzrə, məhkəmə-psixiatriya ekpertizasının müvafiq rəyinə əsasən şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzərində müəyyən edilmiş qəyyumluq ləğv edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1991-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyətli hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar