Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-43/2023 15.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X28 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X5 Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı X18 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “miras payının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X11 məxsus olan Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27V/5 ünvanında yerləşən 30 saylı mənzilin 1/2 hissəsinə xx.xx.2016-cı il təvəllüdlü X19 miras pay hüququnun müəyyən edilməsi və həmin hissədə X19 mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində X14 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan onların bir övladı – xx.xx.2016-cı il təvəllüdlü X27 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4441/2019 saylı qətnaməsi ilə İddiaçı və X8 nikahı pozulmuş və X19 anası İddiaçı himayəsində saxlanılması qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə X8 atası X15 vəfat etmişdir. X1 vəfatından sonra mülkiyyət hüququ əsasında ona məxsus olan Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27V/5 ünvanında yerləşən 30 saylı mənzil onun vərəsələri – arvadı Cavabdeh3 və oğlu X12 miras qalmışdır. X3 ölümündən 11 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə isə onun oğlu X16 vəfat etmişdir. X2 atasından miras qalan Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27V/5 ünvanında yerləşən 30 saylı mənzildən ona düşən payı qəbul edənədək vəfat etdiyindən bu əmlakdan pay almaq hüququ irsi transmissiya qaydasında onun vərəsəsi – qızı X4. Bundan sonra xx.xx.2022-ci il tarixdə Sumqayıt “Asan xidmət” Mərkəzi notariat ofisində X6 miras qalan əmlaka dair 8V-192 reyestr nömrəsi ilə vərəsəlik işi açılmışdır. Həmin tarixdə X27 (qanuni nümayəndəsi İddiaçı) notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək mirasdan irsi transmissiya qaydasında ona keçən hissəni, yəni miras əmlaka 1/2 hissədə pay hüququnu qəbul etmişdir. Bundan sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Sumqayıt “Asan xidmət” Mərkəzi notariat ofisinə müraciət edilsə də, vərəsələr arasında mübahisənin olduğu əsas göstrərilərək X19 bu müraciətinin icrasından xx.xx.2022-ci il tarixli məktubla imtina edilmişdir. Buna görə də X19 miras payının müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən hesab edirik ki, X6 miras qalan Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27V/5 ünvanında yerləşən 30 saylı mənzilin ½ hissəsinə X19 miras pay hüququ məhkəmə qaydasında müəyyən edilməlidir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh3 nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddia tələbi tam əsassızdır. X8 vərəsəsi kimi mərhum əri X6 qalan miras əmlaka vərəsəlik hüququnun tanınmasını tələb edən xx.xx.2016-cı il təvəllüdlü X19 anası, İddiaçı mərhum İlqar Cəlilovun mərhum əri X9 vərəsəsi olduğuna dair heç bir rəsmi sənədi məhkəməyə təqdim etməyərək, qanuni vərəsə olduğunu sübuta yetirməmişdir. Sumqayıt “Asan xidmət” Mərkəzi notariat ofisində xx.xx.2022-ci il tarixdə açılmış 8V-192 reyestr nömrəli vərəsəlik işi üzrə iddiaçının müraciətindən imtina edilməsinin səbəbi də məhz qeyd edilən xüsusatdır. Bundan əlavə iddiaçının qanuni nümayəndəsi nəzərə almamışdır ki, X1 adına olan Sumqayıt şəhəri 18-ci məhəllə, ev 27V/5, mənzil 30 mərhumla cavabdehin birgə nikahları dövründə etməklə onların ümumi birgə mülkiyyətləri olmuşdur. Bu səbəbdən həmin mülkiyyətin 1/2 hissəsi cavabdeh - Cavabdeh3, 1/2 hissəsi isə mərhum X11 məxsus olmuşdur. Bu baxımdan mərhum X6 qalmış miras əmlakın kütləsinə Sumqayıt şəhəri 18-ci məhəllə, ev 27V/5 ünanında yerləşən 30 saylı mənzilin yarısı (həmin əmlakın 1/2 hissəsi) daxil olmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, mərhum X15 ilə birgə nikahlarından Leyla adlı qızları da doğulmuşdur. X13 mərhum X6 miras qalmış Sumqayıt şəhəri 18-ci məhəllə, ev 27V/5 ünanmda yerləşən 30 saylı mənzili faktiki olaraq qəbul etmişdir. Belə ki, cavabdehin ərinin ölümündən bəri qızı cavabdehlə birlikdə həmin mənzilə yiyələnərək faktiki sahiblik etməkdədir. Bundan başqa onu da nəzərə almaq lazımdır ki, iddiaçı iddia ərizəsində də göstərildiyi kimi atası İlqar Cəlilova çatası miras payına münasibətdə özünün vərəsəlik payının (irsi transmissiya qaydasmda) tanınmalı olduğunu bildirir, lakin bunu edərkən cavabdeh (Cavabdeh3 da) İlqar Cəlilovun vərəsəsi olduğunu nəzərə almır. Belə ki, sözügedən mənzil üzərində Cəlilov Elifin ½ deyil, 1/12 hissədə pay hüququ var. Cavabdeh3 ½ pay hüququ vardır. Cavabdeh3 ½ pay hüququ yarandıqdan sonra yerdə qalan ½ hissənin bölüşdürülməsi məsələsi qalır. Həmin yerdə qalan ½ hissəyə də 3 nəfərin, yəni Cəlilova Səamayənin, Cəlilov Aftandilin oğlunun və qızının pay hüququ yaranır. Buradan belə nəticəyə gəlmək olur ki, Cəlilov İlqarın 1/12 hüququ yaranır. Əlavə olaraq Cavabdeh3 Cəlilov İlqara da vərəsə olduğu üçün Cəlilli Elifin 1/12 hissədə pay hüququ yaranmalıdır. Bu da o şərtlə ki, o, (onun qanuni nümayəndəsi), mərhum İlqar Cəlilovun mərhum əri X9 vərəsəsi olduğuna dair mötəbər sübutları məhkəməyə təqdim edə bilsin. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını hərtərəfli tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ № 878749 saylı, xx.xx.2016-cı il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X27 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində dogulmuş, ata qrafasında- X14, ana qrafasında-İddiaçı qeyd edilmişdir. İşdə olan AZ-İİ № 226921 saylı, xx.xx.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşə əlavə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 1 ünvanı 4/2336 saylı, xx.xx.1989-cu il tarixli orderə əsasən xx.xx.2019-cu il tarixdə X9 adına ilkin qeydiyyata alınmışdır və hazırda adınadır. İş materiallarında olan AZ-T № 017149 saylı, xx.xx.2019-cu il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 ilə X22 arasında xx.xx.2015-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində nikah bağlanmış və sonuncuya “Cəlilova” soyadı verilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4441/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, X14 ilə İddiaçı arasında 3 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə 388 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X27 anası İddiaçı yanında qalması və 20 may 2019-cu il tarixdən X7 birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X19 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası ƏMDK-si Yanında DƏDRX-ti “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 (Yeni qaydalarla: Az 5000, Sumqayıt şəhəri, Sumqayıt ərazi vahidi, Azərbaycan prospekti, 157, M2,m 3) xüsusi mülkiyyət hüququ əsasında X9 adına qeydə alınmışdır. İş materiallarında olan “Özbəkistan Respublikası Ədliyyə Nazirliyi Fərqanə Rayon Ədliyyə İdarəsi və Fərqanə Şəhər Ədliyyə Şöbəsinin xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X14 xx.xx.1980-ci il tarixdə Özbəkistan SSR-də doğulmuş, ata qrafasında X17, ana qrafasında X20 qeyd edilmişdir. İşdə olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2022-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Cavabdeh3 Sumqayıt şəhəri 18-ci məhəllə, ev 5/27v, mənzil 30-da yaşayır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1134.1-ci maddəsində qeyd edilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.2-ci maddəsində qeyd edilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1244-cü maddəsinə görə mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Həmin Məcəllənin 1252-ci maddəsinə görə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsində qeyd edilir ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində atası İlqar Cəlilova çatası miras payına münasibətdə özünün vərəsəlik payının (irsi transmissiya qaydasmda) tanınmalı olduğunu bildirir, lakin bunu edərkən cavabdeh (Cavabdeh3 da) İlqar Cəlilovun vərəsəsi olduğunu nəzərə almır. Belə ki, sözügedən mənzil üzərində Cəlilov Elifin ½ deyil, 1/12 hissədə pay hüququ var. Cavabdeh3 isə ½ pay hüququ vardır. Cavabdeh3 ½ pay hüququ yarandıqdan sonra yerdə qalan ½ hissənin bölüşdürülməsi məsələsi qalır. Həmin yerdə qalan ½ hissəyə də 3 nəfərin, yəni Cəlilova Səamayənin, Cəlilov Aftandilin oğlunun və qızının pay hüququ yaranır. Buradan belə nəticəyə gəlmək olur ki, Cəlilov İlqarın 1/12 hüququ yaranır. Cəlilov Aftandilin 6/12 hissəsi miras əmlakı 2/12 hissəsi Cavabdeh3, 2/12 hissəsi X31 ogluna, 2/12 hissəsi X10 düşür. Əlavə olaraq Cavabdeh3 Cəlilov İlqara da vərəsə olduğu üçün Cəlilli Elifin 1/12 hissədə pay hüququ yaranmalıdır (anası Cavabdeh3 1/12 pay, qızı 1/12 pay Cəlilova Elif). Məhkəmə bu normalardan çıxış edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 100 (bir yüz) manat dövlət rusumu da Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 17 sentyabr 2021-ci il tarixdə vəfat etmiş mərhum X11 məxsus olan Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27V/5 ünvanında yerləşən 30 saylı mənzilin 1/12 hissəsinə dair 11 dekabr 2016-cı il təvəllüdlü X19 miras pay hüququ müəyyən edilsin və həmin hissədə X19 mülkiyyət hüququ tanınsın. İş üzrə ödənilmiş 100 (bir yüz) mnat dövlət rüsumu Cavabdeh3 Əhmdə qızından alınaraq iddiaçı X18 qanuni nümayəndəsi İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-43/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-43/2023
15.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver