Məhkəmə qərarları › İş №e-2(060)-4352/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4352/2022

23.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4352/2022 23.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X22 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin və azyaşlılar X2, X3, X12 və X11 Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 24-ə yaşayış hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 24-də yerləşməklə sahəsi 77,36 kv.m. olan 5 otaqdan ibarətdir. Sumqayıt şəhər X21 İcrayyə Komitəsinin 16 fevral 1982-ci il tarixli 21.45.1 saylı Qərarına əsasən mənzil iddiaçıya və 8 nəfər ailə üzvlərinə ayrılmış, bu qərar əsasında iddiaçının adına order verilmiş və həmin vaxtdan iddiaçı qeyd edilən mənzildə yaşamaqla pasport qeydiyyatındadır. Cavabadehlərdən ƏlCavabdeh2 iddiaçının vəfat etmiş oğlu Bəxtiyar Ələkbərovun həyat yoldaşıdır. O, 20 ildən artıqdır ki, bu mənzili daimi olaraq tərk etmiş, özü və övladları bu mənzildə yaşamırlar, başqa bir ünvana daimi olaraq köçmüşlər. Digər Cavabdeh1 da iddiaçının vəfat etmiş oğlu Elçin Ələkbərovun qızıdır. O da bu mənzili daimi olaraq tərk etmiş, köçmüş, ailə həyatı qurmuş və mübahisəli mənzillə bütün əlaqələrini kəsmişdir, uşaqları ilə başqa ünvanda yaşayır. Cavabdehlərin uzun müddət bu mənzildə yaşamamalarına baxmayaraq onların uşaqlarının hələ də mənzildə qeydiyyatda qalmaları bir icarədar kimi iddiaçının həmin mənzil üzərində hüquqlarını həyata keçirməyə, mənzil üzərində sahiblik, istifaidə və sərəncam hüquqlarına maneə yaradır. İddiaçı bu şəxslərin formal qeydiyyatları səbəbindən mənzili öz adına özəlləşdirə bilmir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4352/2022 saylı qərardadı ilə mülki iş üzrə icraata cavabdehlər X4 və X5 aid hissədə xitam verilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iş üzrə cavabdeh ƏlCavabdeh2 1993-cü ildə bu evi tərk etdikdən sonra ailə həyatı qurmuş və ikinci nikahdan övladı da vardır. Digər Cavabdeh1 da ailə həyatı qurmuş, azyaşlı övladları var. Xədicə Ələkbərova adlı 2 şəxs var. X15, digər isə Elçin Ələkbərovun qızıdır. Şəmsurə Ələkbərova iddiaçının gəlini, Elçin Ələkbərovun keçmiş həyat yoldaşıdır. Cavabdeh1 isə Elçin Ələkbərov və Şəmsurə Ələkbərovanın qızıdır. Nuray Əhmədli və Ümid Əhmədli Cavabdeh1 övladlarıdır. Bəxtiyar Ələkbərovun qızları Ələkbərova Məryəm və Ələkbərova Xədicədir. Cavabdehlərin uzun müddət bu mənzildə yaşamamalarına baxmayaraq onların, uşaqlarının hələ də mənzildə qeydiyyatda qalmaları bir icarədar kimi iddiaçının həmin mənzil üzərində hüquqlarını həyata keçirməyə maneə yaradır. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1949-cu ildə, Masallı rayonunda anadan olmuşdur. O, hazırda mübahisəli ünvan 1 ünvanında (bundan sonra- mübahisəli mənzil) qeydiyyatdadır. Cavabdehlər də həmin mübahisəli mənzildə qeydiyyatdadırlar. Mənzildə həmçinin xx.xx.2004-cü il təvəllüdlü X6, xx.xx.2007-ci il təvəllüdlü X7 xx.xx.2014cü il təvəllüdlü X19 və xx.xx.2017-ci il təvəllüdlü X18 da qeydiyyatdadırlar. İşdə olan 21 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş və qonşular Sumqayıt şəhəri, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 3-də yaşayan X20, Sumqayıt şəhəri, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 16-da yaşayan X9 və Sumqayıt şəhəri, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 18-də yaşayan X10 tərəfindən tərtib edilərək imzalanmış akta əsasən cavabdeh Şəmsurə Ələkbərova 1993-cü ildən ailə həyatı qurub və bu evdən mərhum həyat toldaşı Elçin Ələkbərov ilə birlikdə köçüb. Məryəm Ələkbərova və Xədicə Ələkbərova bu ünvanda heç vaxt yaşamayıblar. Cavabdeh1 və uşaqları Ümid Əhmədli, Nuray Əhmədli bu ünvanda heç vaxt yaşamayıblar. Ölüm haqqında şəhadətnamələrə əsasən Mənsur Ələkbərov xx.xx.2002-ci ildə, Elçin Ələkbərov isə xx.xx.1999-cu ildə vəfat etmişdir. Azərbaycan SSRİ Sumqayıt şəhər X21 İcraaiyyə Komitəsi mənzilləri qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli orderə əsasən Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 24 iddiaçıya verilmişdir. 21 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2018-ci il tarixli arayışına əsasən Bəxtiyar Ələkbərov 3 nəfər ailə üzvü ilə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 24-də 1982-ci ildən yaşayıb və 1989-cu ildən daimi qeydiyyata alınmışdır. Lakin xx.xx.2017-ci ildə vəfat edib. Məhkəmə sorğusu əsasında Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu məhkəməyə göndərilmişdir. Məktubda göstərilmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh1 nikahı xx.xx.2014-cü il tarixlə Bambaşı icra nümayəndəliyində qeydə alınıb. xx.xx.1973-cü il təvəllüdlü X1 ölümü xx.xx.2018-ci il tarixlə Sumqayıt şəhər “ ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində qeydə alınıb. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi mübahisəli mənzil xx.xx.1982-ci il tarixli order əsasında iddiaçıya verilmişdir. Cavabdeh Şəmsurə Ələkbərova iddiaçının gəlini, Cavabdeh1 isə nəvəsidir. Bu səbəbdən hazırkı mübahisəli xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İşdən göründüyü kimi mübahisəli mənzil order əsasında iddiaçıya verilmişdir. Cavabdehlər mübahisəli mənzildə yaşamışlar və icarədarın ailə üzvü kimi mübahisəli mənzildən istifadə hüququ əldə etmişlər. Lakin, hal-hazırda cavabdehlər mübahisəli mənzili tərk etmişlər. Onların mənzilə yaşayış sahəsi kimi ehtiyacları aradan qalxmış və mənzildə formal olaraq qeydiyyatda qalmışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia qismən təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirildiyi üçün onlarla birlikdə yaşayan ailə üzvləri olan yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X11 da mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2017-ci il təvəllüdlü X11 Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 24-ə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar