Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4443/2022 27.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı “pulun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «X1 Azərbaycan» QSC-nin xeyrinə 188,25 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2018 -cü il tarixli Bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci tarixli 2(060)-1545/2021 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləyə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixində 100 manat, xx.xx.2021-tarixində 800 manat, xx.xx.2022-ci il tarixində 200 manat, xx.xx.2022-ci il tarixində 155 manat ödənişi "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X1 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 188,25 manat məbləğində xidmət haqqı ödənilmişdir. Qeyd edilən xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 188,25 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, həmin bildirişin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmi qaydada qəbul edilməsinə, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb MPM-nin 284-1ci maddəsinə uyğundur. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarına əlavə edilmiş: Sumqayıt Şəhər Məhkməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-1545/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh əsas məbləğ üzrə borc 1061,65 manat, hesablanmış və ödənilməmiş faiz borcu 66,17 manat, cərimə borcu 92,19 manat, cəmi 1220,01 (bir min iki yüz iyirmi manat bir qəpik) məbləğində kredit borcunun, həmçinin 4,80 (dörd manat səksən qəpik) müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərci və dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir. «X1 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış 18 yanvar 2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci maddəsinə görə "xxxx" QSC kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya 1 aylıq dövrdə həyata keçirilən ümumi 15% nisbətində hüquqi xidmət (vəkillik) haqqı ödəyəcəkdir. Maliyyə arayışından görünür ki, «X1 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixindəki 100 manat, xx.xx.2021-tarixindəki 800 manat, xx.xx.2022-ci il tarixindəki 200 manat, xx.xx.2022-ci il tarixindəki 155 manat "xxxx" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə də «X1 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 188,25 manat məbləğində xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, borclu kredit öhdəliyini yerinə yetirməmiş, Bank borcluya qarşı «kredit üzrə borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia qismən təmin edilərək məhkəmə qətnaməsinə əsasən cəmi 1220,01 manat pulun Cavabdeh Bankın xeyrinə tutulması qət edilmişdir. "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış hüquqi xidmət haqqında müqaviləyə əsasən qeyd edilən məhkəmə qətnaməsi ilə bağlı icra nəzarətini MMC həyata keçirmiş və borcun ödətdirilməsinin təmini ilə bağlı hüquqi xidmətlər göstərmiş, bunun müqabilində Bank tərəfindən 188,25 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə işin hallarına hüquq normalarına əsasın qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsasılıdr. Cavabdehin təqsirinə görə iddiaçı pozulmş hüquqlarının bərpası ilə bağlı maddi zərərə düşmüşdür. Odur ki, cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 188,25 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 188,25 (bir yüz səksən səkkiz manat iyirmi beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-4443/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4443/2022
27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver