Məhkəmə qərarları › İş №e-2(060)-4469/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4469/2022

13.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4469/2022 13.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5050 manat pulun və ödənilmiş 70 manat dövlət rüsumunun əvəzinin, cəmi 5120 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xeyli müddətdir tanıdığı və dostluq münasibətində olduğu Cavabdeh 6000 manat borc pul vermişdir. Cavabdeh iddiaçı ilə razılaşmasına əsasən 2022-ci ilin aprel ayından başlayaraq hər ay 1000 manat 6 ay müddətinə qaytarmaq şərti ilə ona məxsus iki ədəd bank kartını “Kapital banka” aid olan və “Beynəlxalq banka” aid olan nömrəli bank kartlarını iddiaçıya aprel ayında verəcəyini öhdəsinə götürmüşdür. Qeyd edilən öhdəlik yazılı qəbzlə yazılmış və cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən iki kartdan 2022-ci ilin aprel ayında ümumi (700+250)=950 manat pul vəsaiti çıxarılmışdır. Cavabdeh 2022-ci ilin may ayında kartları bloklatdıraraq borcu ödəməkdən imtina etmişdir. Beləliklə də cavabdeh götürdüyü öhdəliyə tam əməl etməmiş və iddiaçıya 5050 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə MPM-nin 185.5ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 16 avqust 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmişdir. Məhkəmənin ona ünvanlamış olduğu suala cavab verərək 30 noyabr 2021-ci il tarixli qəbzdəki imzanın ona məxsus olduğunu qəbul etmiş, lakin həmin qəbzi borc alması ilə bağlı deyil, digər məqsədlərlə bağlı yazdığını bildirmişdir. Cavabdeh 19 avqust 2022-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin əsassız olduğunu, düzgün qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, İddiaçı onun atasının tanışıdır. Cavabdehi Azadın bağına gedərkən orada görmüş. İddiaçı həmin şəxsin qalmağa evi olmadığından Türkan qəsəbəsində yerləşən bağında qalmaq üçün ona köməklik etmişdir. Həmin bağda Cavabdeh 5- ay qalmışdır. Daha sonra İddiaçı Nizamiyə pul lazım olduğunu bildirərək onunla bərabər Türkan qəsəbəsində yerləşən bağ evinə getmişdir. Orada İddiaçı Cavabdeh 30 ədəd “200 AZN” pul vəsaitini borc kimi vermiş, bununla bağlı Cavabdeh qəbzə imza etmişdir. Daha sonra eşitmişdir ki, Nizami borcun ödənilməsindən yayınır. Məhkəmə, iddiaçının izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı tərəfindən 6000 manat pul verilmiş və Cavabdeh ona məxsus **********961736 və **********085236 nömrəli ) bank kartları 2022-ci ilin aprel ayı daxil olmaqla 2022-ci ilin sentyabr ayının sonuna kimi İddiaçı verdiyini və vəsaitin çıxarılaraq özünə götürməsini imzası ilə təsdiq etmişdir. Hər hansı problem yarandığı təqdirdə öhdəliyi üzərinə götürməsi ilə bağlı məsuliyyət daşıdığını qeyd etmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş X1 qarşı dələduzluq faktı Şəki rayonu ərazisində baş verdiyindən araşdırma davam etdirilməsi üçün toplanmış material Şəki RPŞ-nə göndərilmişdir. Azərbaycan Beynəlxalq Bankı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli, 41-14893/2022 saylı məktubdan görünür ki, "xxxx" ASC-nin əməliyyat sistemində 5157-5111-0008-5236 saylı plastik kart aşkar edilməmişdir. Sistemdə ilk dörd rəqəmi 5167, digər rəqəmləri isə sorğuda qeyd olunan rəqəmlərlə eynilik təşkil edən başqa bir plastik kart aşkar edilmişdir ki, qeyd olunan kart onun sahibi tərəfindən deyil, xx.xx.2022-ci il tarixdə avtomatik olaraq bağlanmışdır. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-182/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsi. Vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar etdiyi hərəkətlər müqabilində, habelə bilə-bilə qaunsuz hərəkətlər etməyə görə onun özü üçün, birbaşa, vasitəçidən istifadə etməklə maddi neməti, yəni rüşvət verməyə təhrik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını aldatmaq yolu ilə ələ keçirib dələduzluq etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 178.2.1-ci maddəsi ilə 1000 manat cərimə cəzası, CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənn 32.4, 312.1-ci maddəsi ilə 1500 manat cərimə cəzası təyin edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq Cavabdeh 2000 manat cərimə cəzası təyin edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Cavabdeh 6000 manat borc pul vermişdir. Cavabdeh iddiaçı ilə razılaşmasına əsasən 2022-ci ilin aprel ayından başlayaraq hər ay 1000 manat 6 ay müddətinə qaytarmaq şərti ilə ona məxsus iki ədəd bank kartını iddiaçıya aprel ayında verəcəyini öhdəsinə götürmüşdür. Qeyd edilən öhdəlik yazılı qəbzlə yazılmış və cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən iki kartdan 2022-ci ilin aprel ayında ümumi (700+250)=950 manat pul vəsaiti çıxarılmışdır. Cavabdeh 2022-ci ilin may ayında kartları bloklatdıraraq borcu ödəməkdən imtina etmişdir. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddia tələbinə etiraz edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən - Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əssən- Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasındakı münasibətlər borc öhdəliyidir. Öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh borcun 6000 manat borcdan 950 manat ödəniş etmiş, qalan borcu ödəməmiş və nəticədə 5050 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 5050 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 5050 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 72 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 5050 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 70 manat, cəmi 5120 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar