Məhkəmə qərarları › İş №e-2(060)-4479/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4479/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4479/2022 06.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh itirilmiş qazın bərpası üçün 1741.66 manat borcun və ödənilmiş 37.42 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1779.08 manat pulun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı İB xx.xx.2020-ci il tarixli, 2491 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə əsasında cavabdehə məxsus mənzili təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Sumqayıt QİS-i tərəfindən **********00570 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Zenner G-4T SMART markalı, **********818 nömrəli qaz sayğacı quraşdırılmışdır. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Hacıbəyov küçəsi, 1 nömrəli evin, 57 nömrəli mənzilinə birliyin əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzil sahibi tərəfindən təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Birliyin əməkdaşları tərəfindən yerində ******* saylı, xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş və aktda qeyd olunan nöqsan “sayğacdan kənar xətt aşkarlandı” qeyd olunmuşdur. Abonentin mənzilinə baxış keçirilərək istifadə olunan avadanlıqların siyahısı tutularaq akt tərtib edilmiş, cavabdehin dövlətə vurduğu ziyan müəyyən edilmişdir. Akt əsasında 626.88 manat borc hesablanmışdır. Həmçinin, istifadə olunmuş təbii qazın dəyərinə görə 1114.78 manat debitor borc yaranmış, lakin istifadə olunmuş təbii qazın dəyəri vaxtında ödənilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək, bildirdi ki, 2020-ci ilin noyabr ayının 2-də oğlu Vətən müharibəsinə yollandığı üçün o, tək qaldığından və kommunal ödənişləri ödəməkdə çətinlik çəkdiyindən qaz sayğacına müdaxilə edərək qeyri-qanuni qoşulma ilə istifadə etmək məcburiyyətində qalmışdır. Sözügedən müdaxilə 3-4 noyabr tarixlərində baş vermiş, cavabdeh qurumun əməkdaşları tərəfindən isə 12-13 noyabr tarixlərində aşkar edilmişdir. Cavabdeh qurumun əməkdaşları onun iştirakı ilə akt tərtib etmişdirlər. Lakin qeyd etmək istəyir ki, həmin məbləğlə razı deyildir. Çünki qeyriqanuni qoşulma nəticəsində istifadə olunmuş günlərə nisbətdə tələb olunan məbləğ çoxdur. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Qaz paylayıcısı (paylayıcı) ilə məişət qaz qurğusu istifadəçisi (istehlakçı) Cavabdeh arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli, 2491 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşlər. - Qaz paylayıcısı (paylayıcı) ilə məişət qaz qurğusu istifadəçisi (istehlakçı) Cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilənin 2.2.2-2.2.4-cü bəndlərinə əsasən paylayıcının istehlakçı tərəfindən bu müqavilənin “qazdan istifadə qaydaları”nın tələbləri pozulduğu hallarda həmin halların aradan qaldırılmasını ondan tələb etmək, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək və istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqları vardır. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, ASQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 13 gün qəbul edilməklə itirilmiş qazın həcmi 6268.8 m3 müəyyən olunmuşdur. - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, 022437 saylı aktdan görünür ki, birliyin əməkdaşları tərəfindən Cavabdeh məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Hacıbəyov küçəsi, 1 nömrəli evin, 57 nömrəli mənzilinə baxış keçirilərkən sayğacdan kənar rezin boru aşkar edilmişdir. - Abonentin saldosundan görünür ki, abonent kodu **********00570 olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Hacıbəyov küçəsi, ev 1, mənzil 57-yə akta görə 1741.66 manat məbləğində borc hesablanmışdır. Debitor borc isə hazırda 1078.78 manat təşkil edir. - Cavabdehin xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, qaz sayğacına sayğacdan kənar xətt ilə qeyri-qanuni qoşulmanı etiraf edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2020-ci il tarixli, 2491 saylı qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə əsasında cavabdehin yaşadığı fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Sumqayıt QİS-i tərəfindən **********00570 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda evi təbii qazla təchiz edən qaz xəttinin üzərində Zenner G-4T SMART markalı, **********818 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçı tərəfindən sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə bağlı xx.xx.2020-ci il tarixdə akt tərtib olunmuşdur. Cavabdeh qaz xəttinə qanunsuz qoşulma olduğunu etiraf edir, lakin cərimə məbləği ilə razı deyildir. Eyni zamanda onun qaz sərfiyyatına görə 1070.78 manat debitor borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən sayğacdan kənar qoşulma həyata keçirilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X3 Reyestrinə daxil edilməsidir. X1 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X3 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli 11 saylı qərarı X3 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı iddiaçı X2 üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. İddiadan və ona əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh təşkilat tərəfindən itirilmiş qazın bərpası üçün 90 gün hesabat müddəti qəbul edilmiş və iddiaçıdan həmin dövr ərzində vurulmuş ziyan tələb edilmişdir. Eyni zamanda abonentin saldosundan görünür ki, cavabdeh tərəfindəən təbii qazın istifadəsinə görə ən çox ödəniş 2021-ci ilin yanvar – may aylarında edilmiş və bu tarixlər qaz xəttinə özbaşına qoşulma aşkar olunduqdan sonrakı dövrə təsadüf edir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, itirilmiş təbii qazın bərpası ən çox ödənişin 90 günə (3 aya) müvafiq hesablanması məqsədəmüvafiqdir. Məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan qaydada hesablanmaqla cavabdehin iddiaçıya vurduğu ziyan 225 manat (25 manat x 3 ay (90 gün)) təşkil edir. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, iddiaçının ərizəsində tutulması xahiş edilən borcun 1070.78 manat hissəsi qaz sərfiyyatına görə yaranmış və sayğaca görə hesablanmış borc olduğundan bu məbləğ onun tərəfindən ödənilməlidir. Odur ki, iddia qismən əsaslıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 32.96 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh itirilmiş qazın bərpası üçün 225 manat və 1070.78 manat məbləğində debitor borcu və ödənilmiş 32.96 manat dövlət rüsumu tutularaq İddiaçı İB-yə ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh itirilmiş qazin bərpasına görə 225 manat və 1070.78 manat məbləğində borc, ödənilmiş 32.96 manat dövlət rüsumu tutularaq İddiaçı İB-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar